Məhkəmə qərarları › İş №2(017)-1009/2024

Ağcabədi Rayon Məhkəməsi Qətnamə — İş №2(017)-1009/2024

12.08.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağcabədi rayonu İş № 2(017)-1009/2024 12.08.2024 AĞCABƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Nuriyev Rəşad Mövsüm oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X1, İddiaçı Ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı kredit müqaviləsi üzrə yaranmış borcun ödənilməsi tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M ü ə y y ə n e t d i: İddiaçı Ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyəti cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, bankla mərhum Əliyev Abbas Abduləli oğlu arasında bağlanmış 25 iyun 2015-ci il tarixli, 8904 saylı kredit müqaviləsinə əsasən yaranmış 960,90 manat əsas borc, 287,31 manat faiz borcu, cəmi 1248,21 manat borcun və ödənilmiş 33 manat dövlət rüsumunun cavabdehlərdən Ləğv prosesində olan İddiaçı ASC-nin xeyrinə tutulmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı Ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyəti tələbini onunla əsaslandırmışdır ki, Əliyev Abbas Abduləli oğlu ilə Ləğv prosesində olan İddiaçı ASC arasında 25 iyun 2015-ci il tarixli, 8904 saylı kredit müqaviləsi bağlanmışdır. Kredit müqaviləsinin şərtlərinə uyğun olaraq Əliyev Abbas Abduləli oğluna illik 30 faizlə, 24 ay müddətinə 3500 manat məbləğində kredit verilmişdir. Kreditin qaytarılması müddətində kreditin əsas məbləği və ona hesablanmış faizlər razılaşdırılmış qrafik üzrə banka ödənməli idi. Bank üzərinə götürdüyü öhdəliyi tam icra etmişdir. Lakin, borcalan Əliyev Abbas Abduləli oğluna kredit müqaviləsinin şərtlərini pozaraq kreditin əsas məbləğini və ona hesablanmış faizlərin ödənilməsini kredit ayrılan vaxtdan mütəmadi olaraq gecikdirmişdir. Əliyev Abbas Abduləli oğlunun kredit müqaviləsi üzrə 960,90 manat əsas borcu, 287,31 manat faiz borcu olmaqla, cəmi 1248,21 manat borcu vardır. Əliyev Abbas Abduləli oğlu 30 oktyabr 2019-cu il tarixdə vəfat etmişdir. Cavabdehlər mərhum Əliyev Abbas Abduləli oğlundan qalmış mirası qəbul etmələrinə baxmayaraq ona çatan miras payı həcmində miras qoyanın Ləğv prosesində olan İddiaçı ASC qarşısında olan öhdəliyini icra etməmişlər. Belə ki, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşənmaz Əmlakın dölət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı ərazi idarəsinin məktubu ilə müəyyən edilmişdir ki, Əliyev Abbas Abduləli oğlunun adına Ağcabədi şəhəri, H.Hacıyev küçəsində yerləşən 2 otaqlı fərdi yaşayış evi qeydiyyatdan keçmişdir. Həmçinin Ağcabədi Rayon İcra Hakimiyyəti başçısının Ağcabədi şəhəri İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyinə göndərilmiş sorğuya cavab olaraq bildirilmişdir ki, ünvan 1 ünvanda Cavabdeh1 və Cavabdeh2 Raquf qızı yaşayır. Aparılan araşdırılmalar nəticəsində Əliyev Abbas Abduləli oğlunun Bank qarşısında olan öhdəliklərini mirası faktiki qəbul edən və hüquqi varisi kimi qiymətləndirilən Cavabdeh1 və Cavabdeh2 Raquf qızı tərəfindən icra olunmalı və Bank qarşısında birlikdə cavabdehlik daşımalıdırlar. Ona görə də Əliyev Abbas Abduləli oğlunun vərəsələri Cavabdeh1 və Cavabdeh2 iddiaçı Ləğv prosesində olan İddiaçı ASC-nin xeyrinə 960,90 manat əsas borcu, 287,31 manat faiz borcu olmaqla, cəmi 1248,21 manat borcun və ödənilmiş 33 manat dövlət rüsumunun tutulmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı Ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi məhkəməyə ərizə göndərərək işə onların iştirakı olmadan baxılmasını və iddianın tam təmin olunmasını xahiş etmişdir. Məhkəmə mülki işə iddiaçının nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, onlar məhkəmə iclasına gəlməmişlər və gəlməmələrinin səbəbi barədə məhkəməyə heç bir məlumat verməmişlər. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinin tələbinə əsasən işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. İş materiallarında olan 25 iyun 2015-ci il tarixli, 8904 saylı kredit müqaviləsinin surətindən görünür ki, Əliyev Abbas Abduləli oğlu ilə Ləğv prosesində olan İddiaçı ASC arasında kredit müqaviləsi bağlanmışdır. Həmin müqaviləyə əsasən Əliyev X2 prosesində olan İddiaçı ASC-dən illik 30 faizlə, 24 ay müddətinə 3500 manat kredit almışdır. İş materiallarında olan maliyyə arayışdan görünür ki, Əliyev Abbas Abduləli oğlunun 25 iyun 2015-ci il tarixli, 8904 saylı kredit müqaviləsi üzrə Banka 960,90 manat əsas borcu, 287,31 manat faiz borcu olmaqla, cəmi 1248,21 manat borcu vardır. İş materiallarında olan ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, Əliyev Abbas Abduləli oğlu 30 oktyabr 2019-cu il tarixdə ölmüşdür. İş materiallarında olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşənmaz Əmlakın dölət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı ərazi idarəsinin 15 dekabr 2022-ci il tarixli məktubundan görünür ki, Əliyev Abbas Abduləli oğlunun adına Ağcabədi şəhəri, H.Hacıyev küçəsində yerləşən 2 otaqlı fərdi yaşayış evi qeydiyyatdan keçmiş və hazırda da mülkiyyətindəsir. İş materiallarında olan Ağcabədi Rayon İcra Hakimiyyəti başçısının Ağcabədi şəhəri İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyinin 18 yanvar 2023-cü il tarixli məktubundan görünür ki, ünvan 1 ünvanda Cavabdeh1 və onun ailə üzviləri yaşayır. İş materiallarında olan 29 mart 2024-cü il tarixli xəbərdarlıq məktubundan görünür ki, iddiaçı tərəfindən cavabdehlər Cavabdeh1 və Cavabdeh2 25 iyun 2015-ci il tarixli, 8904 saylı kredit müqaviləsi üzrə yaranmış borcun ödənilməsi barədə xəbərdar olunmuşlar. Məhkəmə işə əlavə edilmiş sənədləri tədqiq edib belə hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Həmin Məcəllənin 21.2-ci maddəsinə görə zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər başa düşülür. Həmin Məcəllənin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 448.1 və 448.2-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Həmin Məcəllənin 1146-cı maddəsinə əsasən miras qoyanın öldüyü gün və ya fiziki şəxsin ölmüş elan edilməsi barədə məhkəmə qərarının qüvvəyə mindiyi gün mirasın açıldığı vaxt sayılır. Həmin Məcəllənin 1255-ci maddəsinə əsasən qəbul edilmiş miras onun açıldığı gündən vərəsənin mülkiyyəti sayılır. Həmin Məcəllənin 1306.1 və 1306.2-ci maddəsinə əsasən vərəsələr miras qoyanın kreditorlarının mənafelərini alınmış aktivdə özlərindən hər birinin payına mütənasib surətdə birgə borclu kimi tam ödəməyə borcludurlar. Əgər miras qoyan vərəsələrə keçmiş borclar üzrə birgə borclu olmuşdursa, vərəsələr birgə məsuliyyət daşıyırlar. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 472.1-ci və 1306-cı maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2018-ci il tarixli qərarı ilə müəyyən edilmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 470, 472-ci, eləcə də 1146, 1255 və 1306-cı maddələrinə uyğun olaraq, borclunun ölümündən sonra, ilk növbədə, mirası qəbul etmiş vərəsələr miras açıldığı gündən onlara çatan miras payı həcmində miras qoyanın kreditorları qarşısında birgə məsuliyyət daşıyırlar. Miras qoyanın kreditorları tərəfindən vərəsələrə qarşı öhdəliyin icrası tələbi irəli sürülərkən, mirasın qəbulu ilə bağlı qanunvericilikdə müəyyən edilmiş müddətlər nəzərə alınmalıdır. Borclunun ölümü zaminliyin xitamına səbəb olmur. Zaminin ölmüş borclunun kreditorları qarşısında məsuliyyətinin həddi miras əmlakın həcmi ilə məhdudlaşmır. Əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, vərəsələr öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, eləcə də miras əmlakın həcmi vərəsələrə öhdəliyi icra etməyə imkan vermədikdə, zamin kreditor qarşısında tam məsuliyyət daşıyır. Vərəsələr və zamin borclu öldükdən sonra əsas borcdan əlavə, faiz borcuna görə də məsuliyyət daşıyırlar. Borclunun təqsirli hərəkətləri nəticəsində öhdəlik icra edilmədiyi və ya lazımınca icra edilmədiyi halda hesablanmış dəbbə pulunun ödənilməsi ilə bağlı tələb kreditor tərəfindən bu Qərarın təsviriəsaslandırıcı hissəsində əks olunmuş qaydada vərəsələr və ya zaminə qarşı irəli sürülə bilər. Vərəsələr və ya zaminin təqsirli hərəkətləri nəticəsində öhdəlik icra edilmədiyi və ya lazımınca icra edilmədiyi təqdirdə kreditor dəbbə pulunun ödənilməsini bu hərəkətləri törətmiş şəxsdən tələb edə bilər. Beləliklə, məhkəmə iclasında tədqiq edilmiş sübutların məcmusu və digər iş materialları ilə təsdiq olundu ki, Əliyev Abbas Abduləli oğlu ilə Ləğv prosesində olan İddiaçı ASC arasında kredit müqaviləsi bağlanmışdır. Bank üzərinə düşən öhdəliyi tam yerinə yetirmiş, Əliyev Abbas Abduləli oğluna 48 ay müddətinə qaytarmaq şərti ilə, illik 30 faiz olmaqla, 24 ay müdətinə 3500 manat məbləğində kredit verilmişdir. Lakin, cavabdeh kredit müqaviləsinin şərtlərinə uyğun olaraq üzərinə düşən öhdəliyi yerinə yetirməmiş, müəyyən edilmiş qrafik üzrə kredit borcunu banka ödəməmişdir. Əliyev Abbas Abduləli oğlunun 25 iyun 2015-ci il tarixli, 8904 saylı kredit müqaviləsi üzrə Banka 960,90 manat əsas borcu, 287,31 manat faiz borcu olmaqla, cəmi 1248,21 manat borcu vardır. Əliyev Abbas Abduləli oğlu 30 oktyabr 2019-cu il tarixdə ölmüş və ondan Ağcabədi şəhəri, H.Hacıyev küçəsində yerləşən 2 otaqlı fərdi yaşayış evi miras qalmışdır. Hazırda həmin miras qalmış fərdi yaşayış evini mərhum Əliyev Abbas Abduləli oğlunun vərəsəsi Cavabdeh1 faktiki olaraq qəbul etmişdir. Bundan başqa, iş materialları ilə müəyyən edilmişdir ki, Cavabdeh1 mərhum Əliyev Abbas Abduləli oğlunun vərəsəsi olsa da, digər Cavabdeh2 mərhum Əliyev Abbas Abduləli oğlunun vərəsəsi deyildir və Cavabdeh2 digər Cavabdeh1 arvadı olmasına baxmayaraq bank qarşısında heç bir öhdəliyi olmamışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə müvafiq olaraq məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Beləliklə, məhkəmə hesab edir ki, iddia qismən təmin edilməklə, Ləğv prosesində olan İddiaçı ASC ilə Əliyev Abbas Abduləli oğlu arasında bağlanmış 25 iyun 2015-ci il tarixli, 8904 saylı kredit müqaviləsi üzrə yaranmış 960,90 manat əsas borc, 287,31 manat faiz borcu, cəmi 1248,21 borc və ödənilmiş 33 manat dövlət rüsumu Cavabdeh1 tutularaq İddiaçı ASC-yə ödənilməli və iddia tələbi Cavabdeh2 aid hissədə təmin edilməməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Qətetdi: İddia qianən təmin edilsin. Cavabdeh1 960,90 manat əsas borc, 287,31 manat faiz borcu və ödənilmiş 33 manat dövlət rüsumu cəmi 1281 (bir min iki yüz səksən bir) manat 21 (iyirmi bir) qəpik pul tutularaq iddiaçı Ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətin xeyrinə ödənilsin. İddia tələbi Cavabdeh2 aid hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətinə Ağcabədi Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Rəşad Nuriyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar