Məhkəmə qərarları › İş №2(017)-1019/2023

Ağcabədi Rayon Məhkəməsi Qətnamə — İş №2(017)-1019/2023

30.05.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağcabədi rayonu İş № 2(017)-1019/2023 30.05.2023 AĞCABƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Nuriyev Rəşad Mövsüm oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X1, İddiaçının nümayəndəsi Nümayəndə iştirakı ilə İddiaçı Cavabdeh qarşı qət edilmiş alimentin miqdarının artırılması tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M ü ə y y ə n e t d i: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh 16 iyul 2006-cı il tarixdə anadan olmuş X2 və 29 mart 2008-ci il tarixdə anadan olmuş X3 adlı iki nəfər uşaqlarının yetkinlik yaşına çatana kimi saxlanması üçün Ağcabədi rayon Məhkəməsinin 22 sentyabr 2022-ci il tarixli, 2(017)-470/2022 saylı qətnaməsi ilə təyin olunmuş alimentin miqdarının artırılaraq hər ay hər bir uşağa 220 manat, cəmi 440 manat sabit pul məbləğində aliment təyin olunmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə baxışı zamanı iddiaçının nümayəndəsi Nümayəndə iddianı müdafiə edərək izahatında göstərdi ki, Ağcabədi rayon Məhkəməsinin 22 sentyabr 2022-ci il tarixli 2(017)-470/2022 saylı qətnaməsi ilə 16 iyul 2006-cı il tarixdə anadan olmuş X2 və 29 mart 2008-ci il tarixdə anadan olmuş X3 adlı iki nəfər uşaqların saxlanması üçün Cavabdeh hər ay hər bir uşağa 100 manat, cəmi 200 manat aliment alınaraq İddiaçı verilməsi qət edilmişdir. Hazırda İddiaçı həmin aliment məbləği ilə uşaqlarının saxlanmasında çətinlik çəkir. Belə ki, uşaqlar böyümüş və təlabatları artmışdır. Ona görə də göstərdiklərini nəzərə alaraq Ağcabədi rayon Məhkəməsinin 22 sentyabr 2022-ci il tarixli 2(017)-470/2022 saylı qətnaməsi ilə 16 iyul 2006-cı il tarixdə anadan olmuş X2 və 29 mart 2008-ci il tarixdə anadan olmuş X3 adlı iki nəfər uşaqların yetkinlik yaşına çatana kimi saxlanmaları üçün cavabdehdən hər ay hər bir uşağa 220 manat, cəmi 440 manat sabit pul məbləğində aliment alınaraq İddiaçı ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq Cavabdeh məhkəməyə gəlməmiş və işə onun iştirakı olmadan baxılmasını xahiş etməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsaslanaraq cavabdehin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. İşdə olan və məhkəmə iclasında elan edilmiş Ağcabədi rayon Məhkəməsinin 22 sentyabr 2022-ci il tarixli 2(017)-470/2022 saylı qətnaməsinin surətindən görünür ki, iddia qismən təmin edilərək 16 iyul 2006-cı il tarixdə anadan olmuş X2 və 29 mart 2008-ci il tarixdə anadan olmuş X3 adlı iki nəfər uşaqların yetkinlik yaşına çatana kimi saxlanmaları üçün Cavabdeh hər ay hər bir uşağa 100 manat sabit pul məbləğində aliment tutulub iddiaçı Nümayəndə qızının xeyrinə ödənilməsi qət edilmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, işə əlavə edilmiş sənədləri tədqiq edib belə hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Konstitutsiyasının 34-cü maddəsinin 4-cü bəndinə əsasən ər ilə arvadın hüquqları bərabərdir. Uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcudur. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 75.4-cü maddəsinə əsasən valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Həmin Məcəlləsinin 78.2-ci maddəsinə əsasən sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşaqların əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Həmin Məcəllənin 112.1-ci maddəsinə əsasən alimentin ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəfindən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarı dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını nəzərə almaqla aliment ödəməkdən azad edilə bilər. İş materialları araşdırılarkən müəyyən olunmuşdur ki, Ağcabədi rayon Məhkəməsinin 22 sentyabr 2022-ci il tarixli, 2(017)-470/2022 saylı qətnaməsi ilə iddia qismən təmin edilərək 16 iyul 2006-cı il tarixdə anadan olmuş X2 və 29 mart 2008-ci il tarixdə anadan olmuş X3 adlı iki nəfər uşaqların yetkinlik yaşına çatana kimi saxlanmaları üçün Cavabdeh hər ay hər bir uşağa 100 manat, cəmi 200 manat sabit məbləğdə aliment tutularaq İddiaçı xeyrinə ödənilməsi qət edilmişdir. İddiaçı həmin aliment məbləği ilə uşaqların saxlanmasında çətinlik çəkdiyi üçün alimentin artırılması barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinin tələbinə görə isə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikasının da qoşulduğu 02 sentyabr 1990-cı ildə qüvvəyə minmiş “Uşaq Hüquqları Haqqında Konvensiya”nın 18-ci maddəsinin İ bəndinə əsasən iştirakçı dövlətlər uşağın tərbiyəsi və inkişafı üçün hər iki valideynin birgə və eyni dərəcədə məsuliyyət daşıdığına dair prinsipin tanınmasını təmin etməkdən ötrü mümkün olan bütün səyləri göstərirlər. Uşağın tərbiyəsi və inkişafı üçün əsas məsuliyyəti valideynlər və ya müvafiq hallarda qanuni qəyyumlar daşıyırlar. Uşağın ən yaxşı maraqları-onlara əsas qayğı obyektidir. Ağcabədi rayon Məhkəməsinin 22 sentyabr 2022-ci il tarixli 2(017)-470/2022 saylı qətnaməsi ilə 16 iyul 2006-cı il tarixdə anadan olmuş X2 və 29 mart 2008-ci il tarixdə anadan olmuş X3 adlı iki nəfər uşaqların yetkinlik yaşına çatana kimi saxlanmaları üçün təyin olunmuş alimentin miqdarı artırılarkən məhkəmə alimentin məbləğini tərəflərin maddi və ailə vəziyyətini, uşaqların əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanmasını əsas tutaraq müəyyən etməlidir. «Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016cı il Qərarında qeyd edilmişdir ki, məhkəmənin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən) və ya şəxs aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanır və ya şəxs aliment ödəməkdən azad edilir. Beləliklə, məhkəmə hesab edir ki, iddia qismən təmin edilərək Ağcabədi rayon Məhkəməsinin 22 sentyabr 2022-ci il tarixli 2(017)-470/2022 saylı qətnaməsi ilə təyin olunmuş alimentin miqdarı artırılaraq 16 iyul 2006-cı il tarixdə anadan olmuş X2 və 29 mart 2008-ci il tarixdə anadan olmuş X3 adlı iki nəfər uşaqların yetkinlik yaşına çatana kimi saxlanması üçün atası-Cavabdeh hər ay hər bir uşağa 140 manat, cəmi 280 manat sabit pul məbləğində aliment tutulub anası-iddiaçı Nümayəndə qızının xeyrinə ödənilməli, artırılmış alimentin tutulmasına hazırkı iş üzrə qətnamənin qanuni qüvvəyə mindiyi vaxtdan başlanılmalı və iddia qalan hissədə təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 112.1 və 112.1.3-cü maddələrinə əsasən aliment alınması haqqındakı iddialarda iddianın qiyməti bir il ərzində ödəmənin məcmuyu ilə müəyyən edilir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1.2-ci maddəsinə əsasən aliment alınması barədə iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Həmin Qanunun 9.4-cü maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət büdcəsinə köçürülür. Şərh olunan maddələrin tələbinə uyğun olaraq məhkəmə həmçinin hesab edir ki, Cavabdeh əlavə olaraq 53,40 manat dövlət rüsumu tutulub Azərbaycan Respublikasının dövlət büdcəsinə köçürülməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, Qətetdi: İddia qismən təmin edilsin. Ağcabədi rayon Məhkəməsinin 22 sentyabr 2022-ci il tarixli, 2(017)-470/2022 saylı qətnaməsi ilə təyin olunmuş alimentin miqdarı artırılaraq 16 iyul 2006-cı il tarixdə anadan olmuş X2 və 29 mart 2008-ci il tarixdə anadan olmuş X3 adlı iki nəfər uşaqların yetkinlik yaşına çatana kimi saxlanmaları üçün atası-Cavabdeh hər ay hər bir uşağa 140 (bir yüz qırx) manat, cəmi 280 (iki yüz səksən) manat sabit pul məbləğində aliment tutulub anası- İddiaçı xeyrinə ödənilsin. Artırılmış alimentin tutulmasına hazırkı iş üzrə qətnamənin qanuni qüvvəyə mindiyi vaxtdan başlanılsın. Əlavə olaraq Cavabdeh 53 (əlli üç) manat 40 (qırx) qəpik dövlət rüsumu tutulub Azərbaycan Respublikasının dövlət büdcəsinə köçürülsün. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən bir ay müddətində Ağcabədi rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Rəşad Nuriyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar