Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağcabədi rayonu İş № 2(017)-1079/2023 15.05.2023 AĞCABƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Nuriyev Rəşad Mövsüm oğlu, İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı borcun tutulması barədə kiçik iddia ərizəsinə dair işə baxaraq, məhkəmə Müəyyənetdi: İddiaçı Qapalı Səhmdar Cəmiyyəti Cavabdeh qarşı kiçik iddia ərizəsi ilə məhkəməyə müraciət edərək 01 avqust 2022-ci il tarixli, NTA000262 saylı müddətli nisyə alqı-satqı müqaviləsi üzrə 264 manat əsas borc, 39,6 manat cərimə, cəmi 303,6 manat borcun və 30 manat ödənilmiş dövlət rüsumunun və 0,40 manat dövlət rüsumunun ödənilməsi ilə bağlı xidmət haqqının cavabdehdən alınıb iddiaçının xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, fiziki şəxs “X4” ilə Cavabdeh arasında 01 avqust 2022-ci il tarixli, NTA000262 saylı nisyə alqı-satqı müqaviləsinə əsasən cavabdeh aldığı nisyə mala görə 264 manat pulu ödəniş cədvəlinə əsasən 6 ay müddətinə, hər ay 44 manat olmaqla, iddiaçıya ödəməyi öhdəsinə götürmüşdür. Cavabdeh müqavilə üzrə ümümiyyətlə ödəniş etməmiş və qalıq qalmış 264 manat borcu ödəməkdən yayınmışdır. Dəfələrlə edilmiş xəbərdarlıqlara baxmayaraq cavabdeh müqavilə üzrə üzərinə götürdüyü öhdəliyi tam yerinə yetirmədiyindən ona müqavilə üzrə gecikdirdiyi hər bir günə görə ümumilikdə 39,6 manat cərimə hesablanmışdır. İddiaçı MMC ilə X2 arasında bağlanmış Faktorinq müqaviləsi və həmin faktoriq müqaviləsinə əlavə olunan Sazişə əsasən X1 Cavabdeh qarşı olan 264 manat məbləğindəki tələb hüququ İddiaçı MMC-yə keçmişdir. Eyni zamanda tələb hüququnun İddiaçı MMC-yə keçməsi barədə nisyə alqı-satqı müqaviləsi üzrə Alıcıya müvafiq bildiriş təqdim edilmişdir. İddiaçı MMC xx.xx.2020-ci il tarixdə təşkilati hüquqi formasını dəyişərək QSC-yə çevrilmişdir. Ona görə də Cavabdeh 01 avqust 2022-ci il tarixli, NTA000262 saylı müddətli nisyə alqı-satqı müqaviləsi üzrə 264 manat əsas borc, 39,6 manat cərimə, cəmi 303,6 manat borcun və 30 manat ödənilmiş dövlət rüsumunun və 0,4 manat dövlət rüsumunun ödənilməsi ilə bağlı xidmət haqqının alınaraq İddiaçı QSC-nin xeyrinə tutulması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.1-ci maddəsinə əsasən cavabdehə rəsmi qaydada bildiriş göndərilərək iddiaçının tələbinə dair əsaslandırılmış etirazının olduğu halda 10 iş günü müddətində öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu bildirilmişdir. Lakin cavabdehdən ərizəyə dair etiraz daxil olmamışdır. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.3-cü maddəsinə əsasən işə iddiaçının təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmasını mümkün hesab edir. İşdə olan 01 avqust 2022-ci il tarixli, NTA000262 saylı nisyə alqı-satqı müqaviləsindən və ödəniş cədvəlindən görünür ki, satılmış mala görə 6 ay müddətinə hər ay 44 manat olmaqla, 264 manat alınması ilə əlaqədar fiziki şəxs “X3” ilə Cavabdeh arasında müqavilə bağlanmışdır. İşdə olan 16 iyul 2021-ci il tarixli faktorinq müqaviləsinin surətindən görünür ki, bu müqavilə İddiaçı QSC ilə X2 arasında bağlanmış və həmin faktoriq müqaviləsinə əlavə olunan Sazişə əsasən X1 Cavabdeh qarşı olan 264 manat məbləğindəki tələb hüququ İddiaçı QSC-yə keçmişdir. İşdə olan 14 mart 2023-cü il tarixli maliyyə arayışından görünür ki, Cavabdehnın ümumilikdə 264 manat əsas, 39,6 manat cərimə, cəmi 303,6 manat borcu qalmışdır. Məhkəmə iş materiallarını tam, hərtərəfli və obyektiv araşdırıb hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə kreditorun borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır və həmin məcəllənin 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyır. Həmin Məcəllənin 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənəşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 600.1-ci maddəsinə əsasən alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. İş materialları araşdırılarkən müəyyən olundu ki, fiziki şəxs “X4” ilə Cavabdeh arasında 01 avqust 2022-ci il tarixli, NTA000262 saylı nisyə alqı-satqı müqaviləsinə əsasən cavabdeh aldığı nisyə mala görə 264 manat pulu ödəniş cədvəlinə əsasən 6 ay müddətinə, hər ay 44 manat olmaqla, iddiaçıya ödəməyi öhdəsinə götürmüşdür. Cavabdeh müqavilə üzrə ümümiyyətlə ödəniş etməmiş və qalıq qalmış 264 manat borcu ödəməkdən yayınmışdır. Dəfələrlə edilmiş xəbərdarlıqlara baxmayaraq cavabdeh müqavilə üzrə üzərinə götürdüyü öhdəliyi tam yerinə yetirmədiyindən ona müqavilə üzrə gecikdirdiyi hər bir günə görə ümumilikdə 39,6 manat cərimə hesablanmışdır. İddiaçı MMC ilə X2 arasında bağlanmış Faktorinq müqaviləsi və həmin faktoriq müqaviləsinə əlavə olunan Sazişə əsasən X1 Cavabdeh qarşı olan 264 manat məbləğindəki tələb hüququ İddiaçı MMC-yə keçmişdir. Eyni zamanda tələb hüququnun İddiaçı MMC-yə keçməsi barədə nisyə alqı-satqı müqaviləsi üzrə Alıcıya müvafiq bildiriş təqdim edilmişdir. İddiaçı MMC xx.xx.2020-ci il tarixdə təşkilati hüquqi formasını dəyişərək QSC-yə çevrilmişdir. Ona görə də Cavabdeh 01 avqust 2022-ci il tarixli, NTA000262 saylı müddətli nisyə alqı-satqı müqaviləsi üzrə 264 manat əsas borc, 39,6 manat cərimə, cəmi 303,6 manat borcun alınaraq manat borcun tutulmasını tələb edir. Qeyd olunanlardan görünür ki, İddiaçı QSC Cavabdeh 01 avqust 2022-ci il tarixli, NTA000262 saylı müddətli nisyə alqı-satqı müqaviləsi üzrə 264 manat əsas borc, 39,6 manat cərimə, cəmi 303,6 manat borcun alınmasını tələb etməkdə haqlıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Şərh olunanları nəzərə alaraq məhkəmə belə nəticəyə gəlir ki, iddia təmin edilməli, Cavabdeh 01 avqust 2022-ci il tarixli, NTA000262 saylı müddətli nisyə alqı-satqı müqaviləsi üzrə 264 manat əsas borc, 39,6 manat cərimə, cəmi 303,6 manat borc pul alınaraq İddiaçı QSC-yə ödənilməlidir. İşdə olan 30 mart 2023-cü il tarixli mədaxil qəbzindən görünür ki, İddiaçı QSC tərəfindən 30 manat dövlət rüsumu və 0,40 manat dövlət rüsumunun ödənilməsi ilə bağlı xidmət haqqı ödənilmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələbinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Göstərilən maddənin tələbinə uyğun olaraq məhkəmə hesab edir ki, məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 30 manat dövlət rüsumu və 0,40 manat dövlət rüsumunun ödənilməsi ilə bağlı xidmət haqqı cavabdehdən alınaraq iddiaçının xeyrinə ödənilməlidir. Göstərilənlərə və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-6cı maddəsinə əsasən, məhkəmə Q ə t e t d i: İddia təmin edilsin. Cavabdeh 264 manat əsas borc, 39,6 manat cərimə və 30 manat ödənilmiş dövlət rüsumu və 0,4 manat dövlət rüsumunun ödənilməsi ilə bağlı xidmət haqqı, cəmi 303 (üç yüz üç) manat 60 (altmış) qəpik pul alınaraq İddiaçı QSC-yə ödənilsin. Qətnamədən bir ay müddətində Ağcabədi Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti vermək olar. Hakim: Rəşad Nuriyev
Məhkəmə qərarları › İş №2(017)-1079/2023
Ağcabədi Rayon Məhkəməsi Qətnamə — İş №2(017)-1079/2023
15.05.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver