Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağcabədi rayonu İş № 2(017)-1086/2023 04.07.2023 AĞCABƏDİ RAYON MƏHKƏMƏSİ Ağcabədi Rayon Məhkəməsi hakim Quliyev Etibar Bəhrəm oğlunun sədrliyi, məhkəmə iclasının katibi X1 iştirakı ilə İddiaçı Bank VTB (Azərbaycan) ASC-nin Cavabdeh qarşı “pul” tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı Bank VTB (Azərbaycan) ASC Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 6558,59 manat əsas, 680,27 manat faiz, 529,2 manat vaxtı keçmiş kredit üçün faiz borcu olmaqla, cəmi 7768,06 manat məbləğində borcun, həmçinin ödənilmiş 97,68 manat dövlət rüsumunun Bank VTB (Azərbaycan) ASC-nin xeyrinə tutulmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, Cavabdeh ilə Bank VTB (Azərbaycan) ASC arasında xx.xx.2022-ci il tarixli kredit müqaviləsi bağlanmışdır. Kredit müqaviləsinin şərtlərinə uyğun olaraq Cavabdeh illik 23,5 faizlə 60 ay müddətinə bankdan 7000 manat məbləğində kredit verilmişdir. Kreditin qaytarılması müddətində kreditin əsas məbləği və ona hesablanmış faizlər razılaşdırılmış qrafik üzrə banka ödənməli idi. Bank üzərinə götürdüyü öhdəliyi tam icra etmişdir. Lakin borcalan Cavabdeh kredit müqaviləsinin şərtlərini pozaraq kreditin əsas məbləğini və ona hesablanmış faizlərin ödənilməsini kredit ayrılan vaxtdan mütəmadi olaraq gecikdirmişdir. Ona bu barədə dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq öhdəliyi icra etməmiş və xx.xx.2023-cü il tarixinə 6558,59 manat əsas, 680,27 manat faiz, 529,2 manat vaxtı keçmiş kredit üçün faiz borcu olmaqla, cəmi 7768,06 manat məbləğində borc ödənilməmiş qalmaqdadır. Ona görə də Cavabdeh 6558,59 manat əsas, 680,27 manat faiz, 529,2 manat vaxtı keçmiş kredit üçün faiz borcu olmaqla, cəmi 7768,06 manat məbləğində borcun həmçinin ödənilmiş 97,68 manat dövlət rüsumunun Bank VTB (Azərbaycan) ASC-nin xeyrinə tutulmasına dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçının nümayəndəsi ərizə göndərərək məhkəmə iclasını onun iştiraki olmadan keçirilməsini xahiş etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə dəfələrlə lazımi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə iş materiallarını araşdırıb hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş xx.xx.2022-ci il tarixli kredit müqaviləsinin surətindən görünür ki, Cavabdeh ilə Bank VTB (Azərbaycan) ASC arasında kredit müqaviləsi bağlanmışdır. Həmin müqaviləyə əsasən Cavabdeh Bank VTB (Azərbaycan) ASC-dən illik 23,5 faizlə 60 ay müddətinə 7000 manat kredit almışdır. Həmin müqavilənin şərtlərinə əsasən bu müqavilə üzrə gecikdirilmiş kreditə görə nağd pul kreditləri üzrə hər gecikdirilən gün üçün gecikdirilmiş borc məbləğinin hər tam və natamam 10 manat üçün 0,05 manat məbləğində cərimə hesblanır və kredit alan tərəfindən ödənilir. İş materiallarına əlavə edilmiş maliyyə arayışından görünür ki, xx.xx.2022-ci il tarixli kredit müqaviləsi üzrə xx.xx.2023-cü il tarixə Cavabdeh 6558,59 manat əsas, 680,27 manat faiz, 529,2 manat vaxtı keçmiş faiz borcu olmaqla, cəmi 7768,06 manat borcu qalmışdır. Məhkəmə hesab edir ki, iddiaçının 6558,59 manat əsas kredit borcu üzrə 529,2 manat məbləğində dəbbə pulu hesablaması ədalətli deyil. Məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir (maddə 467). Bu səbəbdən məhkəmə 529,2 manat məbləğində hesablanmış dəbbə pulunun 10 manat məbləğində müəyyən edilməsini tərəflərin əmlak mənafeyi baxımından ədalətli hesab edir. Mülki Məcəllənin 443.1-ci maddəsinə əsasən: “Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Həmin Məcəllənin 21.2-ci maddəsinə görə zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər başa düşülür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 448.1 və 448.2-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Beləliklə, toplanmış və tədqiq edilmiş sübutların məcmusu və digər iş materialları ilə təsdiq olundu ki, Cavabdeh ilə Bank VTB (Azərbaycan) ASC arasında kredit müqaviləsi bağlanmışdır. Bank VTB (Azərbaycan) ASC üzərinə düşən öhdəliyi tam yerinə yetirmiş, Cavabdeh 60 ay müddətinə qaytarmaq şərti ilə, illik 23,5 faiz olmaqla 7000 manat məbləğində kredit verilmişdir. Lakin cavabdeh kredit müqaviləsinin şərtlərinə uyğun olaraq, hazırkı vaxtadək kredit borcunu banka tam ödəməmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 121.1-ci maddəsinə əsasən məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi hüquqi yardıma görə xərcləri, konkret hallar və çıxış üçün təqdim olunmuş hesab nəzərə alınmaqla, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Ona görə də məhkəmə hesab edir ki, iddia tələbinin məbləği 7768,06 manat olduğu, bu tələb 7248,86 manat (6558,59 manat məbləğində əsas, 680,27 manat məbləğində hesablanmış faiz, 10 manat məbləğində vaxtı keçmiş kredit üçün faiz borcu-dəbbə pulu) təmin edildiyi üçün, ödənilmiş iddia tələbinin məbləğinə uyğun olaraq ödənilmiş 92,48 manat dövlət rüsumunun əvəzi cavabdehdən alınaraq iddiaçıya verilməlidir. Məhkəmə hesab edir ki, Bank VTB (Azərbaycan) ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2022-ci il tarixli kredit müqaviləsi üzrə yaranmış 6558,59 manat məbləğində əsas, 680,27 manat məbləğində hesablanmış faiz, 10 manat məbləğində vaxtı keçmiş kredit üçün faiz borcu olmaqla, cəmi 7248,86 manat məbləğində borcun, habelə ödənilmiş 92,48 manat dövlət rüsumu Cavabdeh tutularaq Bank VTB (Azərbaycan) ASCnin xeyrinə ödənilməlidir. İddia tələbi qalan hissədə təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə müvafiq olaraq məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220ci və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə q ə t e t d i: İddia qismən təmin edilsin. Bank VTB (Azərbaycan) ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2022-ci il tarixli kredit müqaviləsi üzrə yaranmış 6558,59 manat əsas, 680,27 manat hesablanmış faiz, 10 manat vaxtı keçmiş kredit üçün faiz borcu olmaqla, cəmi 7248,86 manat məbləğində borcun, habelə ödənilmiş 92,48 manat dövlət rüsumu Cavabdeh tutularaq Bank VTB (Azərbaycan) ASC-nin xeyrinə ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətinə Ağcabədi Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Etibar Quliyev
Məhkəmə qərarları › İş №2(017)-1086/2023
Ağcabədi Rayon Məhkəməsi Qətnamə — İş №2(017)-1086/2023
04.07.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver