Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağcabədi rayonu İş № 2(017)-1102/2025 21.11.2025 AĞCABƏDİ RAYON MƏHKƏMƏSİ Ağcabədi Rayon Məhkəməsi hakim Quliyev Etibar Bəhrəm oğlunun sədrliyi, məhkəmə iclasının katibi X3, İddiaçı iştirakı ilə İddiaçı Cavabdeh qarşı “torpaq sahəsindən çıxarılma, torpaq sahəsindən istifadəyə yönəlmiş maneələrin aradan qaldırılması və müdaxilənin cavabdehə qadağan edilməsi” tələbinə dair mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Cavabdeh qarşı “torpaq sahəsindən çıxarılma, torpaq sahəsindən istifadəyə yönəlmiş maneələrin aradan qaldırılması və müdaxilənin cavabdehə qadağan edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə etdi və izahatında göstərdi ki, ona və ailə üzvlərinə Ağcabədi şəhəri, T.İsmayılov kolxozu ərazisində yerləşən kənd təsərrüfatı təyinatlı 3,536 ha torpaq sahəsi verilmişdir. Həmin torpağa dair daşınmaz əmlakın reyestr nömrəsi **********02, qeydiyyat nömrəsi ********** nömrəli, xx.xx.2024-cü il tarixli Çıxarış almışdır. Cavabdeh onlara məxsus torpaq sahəsini qanunsuz olaraq zəbt etmiş, torpaq sahəsini əkib becərməyə imkan vermir. Hazırda torpaq sahəsini özləri əkib-biçmək istəyirlər. Lakin Cavabdeh onlara məxsus torpaq sahəsindən sərbəst istifadə etməsinə maneə olur. Torpaq sahəsinin onların mülkiyyətində olmasına baxmayaraq cavabdeh özbaşınalıq edərək torpaq sahəsindən çıxmır və həmin torpaq sahəsini əkib-becərilməsinə imkan vermir. Cavabdehdən hərəkətlərinə son qoymasını tələb etsə də bu mümkün olmamışdır. Ona görə də iddianın təmin edilərək cavabdehin ona və ailə üzvlərinə məxsus 3,536 ha torpaq sahəsindən çıxarılması, torpaq sahəsindən istifadə üçün yaradılan maneələrin aradan qaldırılmasına və müdaxilənin cavabdehə qadağan edilməsinə dair qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə iddiaçının izahatını dinləyib iş materiallarını tədqiq etməklə hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan daşınmaz əmlakın reyestr nömrəsi **********02, qeydiyyat nömrəsi ********** nömrəli, xx.xx.2024-cü il tarixli Çıxarışın surətindən görünür ki, Ağcabədi şəhəri, T.İsmayılov kolxozu ərazisində yerləşən 3,536 ha torpaq sahəsi İddiaçı və ailə üzvlərinin mülkiyyətindədir. İş materiallarında olan xx.xx.2025-ci il tarixli mütəxəssis və xx.xx.2025-ci il tarixli, 10/5801 nömrəli ekspert rəyindən görünür ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi tərəfindən verilmiş reyestr nömrəsi **********02, qeydiyyat nömrəsi ********** nömrəli, xx.xx.2024-cü il tarixli Çıxarışa əsasən İddiaçı və onun ailə üzvlərinin mülkiyyətinə verilmiş Ağcabədi şəhəri, keçmiş T.İsmayılov kolxozu ərazisində yerləşən kənd təsərrüfatı təyinatlı torpaqlar kateqoriyasına aid 3,536 ha torpaq sahəsi Cavabdeh istifadəsindədir. İddiaçı mülkiyyətdə olan və Cavabdeh tərəfindən istifadə edilən 3,536 ha torpaq sahəsinin koordinatları və yerləşdiyi ərazi mütəxəssis rəyinə əlavə edilmiş ölçü planında göstərilmişdir. İş materiallarında olan xx.xx.2025-ci il tarixli, 10/5801 nömrəli ekspertiza xərclərinə dair bildirişdən görünür ki, aparılmış tədqiqatın dəyəri 50 manat təşkil edir. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 84-cü maddəsinin 3-cü bəndində göstərilir ki, torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin pozulmuş hüquqları qanunvericilikdə nəzərdə tutulmuş qaydada bərpa edilir və hüquqların pozulması nəticəsində onlara dəyən zərər tam həcmdə ödənilir. Həmin Məcəllənin 111-ci maddəsinin tələbinə görə Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur. Özbaşına tutulmuş (zəbt edilmiş) torpaq sahələri qanunsuz istifadə zamanı çəkilən xərclərin əvəzi ödənilmədən aidiyyəti üzrə geri qaytarılmalıdır. Torpaqların əvvəlki vəziyyətinə gətirilməsi (orada olan binaların, tikililər və qurğuların sökülməsi də daxil olmaqla) torpaqları zəbt etmiş hüquqi və fiziki şəxslər tərəfindən və ya onların hesabına həyata keçirilir. “Torpaq islahatı haqqında” Azərbaycan Respublikası Qanununun 14-cü maddəsinə əsasən torpaq payı naturada pay almaq hüququ olan şəxslərin (ailənin) xüsusi mülkiyyətinə verilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.1-ci maddəsində göstərilir ki, mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 140-cı maddəsində göstərilir ki, reyestrin məzmunun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpziyası qüvvədədir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 146.2 maddəsinə əsasən daşınmaz əmlak üzərində sərəncam vermək hüququ həmin əmlakın daşınmaz əmlakın dövlət reyestrində ərazilər üzrə qeydiyyatı tarixindən əmələ gəlir. Həmin Məcəllənin 146.3 maddəsinə əsasən daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmamış daşınmaz əmlak barəsində müqavilələrin notariat qaydasında təsdiqlənməsinə yol verilmir və bu cür əmlak barəsində bağlanmış müqavilələr etibarsız sayılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1 maddəsinə əsasən mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.2 maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsində göstərilir ki, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Eləcə də, Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsində göstərilir ki, mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. İnsan Hüquqlarının və X2 Haqqında Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən dinc istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olunmaqla öz mülkiyyətindən məhrum edilə bilməz. Məhkəmə araşdırması zamanı müəyyən olundu ki, daşınmaz əmlakın reyestr nömrəsi **********02, qeydiyyat nömrəsi ********** nömrəli, xx.xx.2024-cü il tarixli Çıxarışa əsasən Ağcabədi şəhəri, T.İsmayılov kolxozu ərazisində yerləşən 3,536 ha torpaq sahəsi İddiaçı və ailə üzvlərinin mülkiyyətindədir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi tərəfindən verilmiş reyestr nömrəsi **********02, qeydiyyat nömrəsi ********** nömrəli, xx.xx.2024-cü il tarixli Çıxarışa əsasən İddiaçı və onun ailə üzvlərinin mülkiyyətinə verilmiş Ağcabədi şəhəri, keçmiş T.İsmayılov kolxozu ərazisində yerləşən kənd təsərrüfatı təyinatlı torpaqlar kateqoriyasına aid 3,536 ha torpaq sahəsi Cavabdeh istifadəsindədir. İddiaçı mülkiyyətdə olan və Cavabdeh tərəfindən istifadə edilən 3,536 ha torpaq sahəsinin koordinatları və yerləşdiyi ərazi mütəxəssis rəyinə əlavə edilmiş ölçü planında göstərilmişdir. Tərəflər arasında mübahisəli torpaq sahəsinə dair heç bir yazılı razılaşma və yaxud hər hansı bir müqavilə olmamışdır. İddiaçı torpaqdan çıxmasını cavabdehdən tələb etsə də bu mümkün olmamışdır. Bununla da cavabdeh öz qanunsuz hərəkətləri ilə iddiaçının mülkiyyətində olan torpaq sahəsindən istifadə hüquqlarına qəsd etmiş və mülkiyyətlərində olan torpaq sahəsindən sərbəst istifadə etmələrinə maneələr yaratmışdır. Beləliklə, məhkəmə toplanmış sübutlara məcmu halında qiymət verərək hesab edir ki, cavabdeh qanunsuz və əsassız olaraq istifadə etdiyi, Çıxarışa əsasən iddiaçının və ailə üzvlərinin mülkiyyətində olan torpaq sahəsinə edilən müdaxilələr qadağan edilməli və iddiaçının və ailə üzvlərinin mülkiyyətində olan torpaq sahəsindən sərbəst istifadə edilməsinə yaradılan maneələr aradan qaldırılmalıdır. Həmçinin cavabdeh iddiaçı və ailə üzvlərinin mülkiyyətində olan torpaq sahəsindən çıxarılmalıdır. Belə ki, Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 48-ci maddəsinin İ və İİ bəndlərinə əsasən hüquqi və fiziki şəxslərin torpaq sahəsi üzərində hüquqları həmin hüquqların bu Məcəllə, Azərbaycan Respublikasının Mülki Məcəlləsi, digər normativhüquqi aktlar və torpaqla bağlı əqdlərə dair müqavilələr ilə müəyyən edilmiş həcminə görə fərqlənir. Azərbaycan Respublikasının vətəndaşları və hüquqi şəxsləri torpaq sahələrini mülkiyyət, istifadə və icarə hüququnda əldə edə bilərlər. Həmin Məcəllənin 51-ci maddəsinə əsasən torpaq sahəsi üzərində icarə hüququ müqavilə əsasında əvəzi ödənilməklə torpaqdan müddətli istifadə etməkdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 700.1-ci maddəsinə əsasən icarə müqaviləsi əmlak kirayəsi müqaviləsidir. Bu müqaviləyə görə kirayəyə verən (icarəyə verən) kirayəçiyə (icarəçiyə) icarəyə götürdüyü obyektdən və ya hüquqdan istifadə ilə yanaşı bəhərdən istifadə etmək və gəlir götürmək hüququ da verir. İcarəçi icarəyə verənə müəyyənləşdirilmiş icarə haqqı ödəməyə borcludur. Həmin Məcəllənin 710.3-cü maddəsinə əsasən icarə haqqının ödənilməsi formaları və qaydaları torpaq icarəsi müqaviləsi ilə müəyyənləşdirilir. İş materiallarından görünür ki, tərəflər arasında mübahisəli torpağın icarəyə verilməsinə dair icarə müqaviləsi bağlanmamışdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Ağcabədi Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli 2(017)-1102/2025 nömrəli qərardadı üzrə tədqiqat obyektinə baxış keçirilmiş və müvafiq mütəxəssis rəyi hazırlanmışdır. Mütəxəssis rəyinin verilməsi üçün tərtib edilmiş smeta və hesab vərəqi üzrə göstərilmiş 100 manat məbləğində pul İddiaçı tərəfindən Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi Yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi 6 saylı Beyləqan Ərazi İdarəsinin bank hesabına ödənilmişdir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.2-ci maddəsinə əsasən qiymətləndiriməyən iddia ərizəsinin verilməsinə görə dövlət rüsumu 100 manat müəyyən edilmişdir. Həmin Qanunun 9.1.20-ci maddəsinə əsasən məhkəmədə verilən iddialar üzrə - şəhid ailələri, müharibə veteranları, qaçqınlar və məcburi köçkünlər, habele Çernobıl AES-də qəza nəticəsində şüa xəstəliyinə və şüa yükü ilə əlaqədar xəstəliyə tutulmuş və ya bu xəstəlikləri keçirmiş şəxslər dövlət rüsumunun ödənilməsindən azad edilirlər. Ona görə də məhkəmə hesab edir ki, iddia tələbi təmin edildiyi üçün Cavabdeh dövlət rüsumuna görə 100 manat məbləğində pul alınaraq dövlət büdcəsinə ödənilməlidir. Məhkəmə hesab edir ki, aparılmış tədqiqatın dəyərini təşkil edən 100 manat məbləğində ekspertiza xərci Cavabdeh alınaraq iddiaçıya ödənilməlidir. Həmçinin məhkəmə hesab edir ki, aparılmış tədqiqatının dəyərini təşkil edən 50 manat məbləğində ekspertiza xərci Cavabdeh alınaraq, Az. MEM, VÖEN **********, AZ34CTRE********************, X1, KOD 210005 VÖEN ********** Müxbir hesab AZ41NABZ013601**********3944 SWİFT BİK CTREAZ 22 nömrəli hesaba köçürülməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinin tələbinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə q ə t e t d i: İddia təmin edilsin. Cavabdeh daşınmaz əmlakın reyestr nömrəsi **********02, qeydiyyat nömrəsi ********** nömrəli, xx.xx.2024-cü il tarixli Çıxarışa əsasən İddiaçı və ailə üzvlərinin mülkiyyətində olan Ağcabədi şəhəri, T.İsmayılov kolxozu ərazisində yerləşən 3,536 ha torpaq sahəsindən çıxarılsın. Həmin torpaq sahəsindən sərbəst istifadə edilməsinə yaradılan bütün maneələr aradan qaldırılsın və torpaq sahəsinə edilən müdaxilələr Cavabdeh qadağan edilsin. Aparılmış tədqiqatın dəyərini təşkil edən 100 manat məbləğində ekspertiza xərci Cavabdeh alınaraq İddiaçın ödənilsin. Cavabdeh dövlət rüsumuna görə 100 manat məbləğində pul alınaraq Azərbaycan Respublikasının dövlət büdcəsinə ödənilsin. Aparılmış tədqiqatının dəyərini təşkil edən 50 manat məbləğində ekspertiza xərci Cavabdeh alınaraq, Az. MEM, VÖEN **********, AZ34CTRE********************, X1, KOD 210005 VÖEN ********** Müxbir hesab AZ41NABZ013601**********3944 SWİFT BİK CTREAZ 22 nömrəli hesaba köçürülsün. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Ağcabədi Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən apelyasiya şikayəti verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Etibar Quliyev
Məhkəmə qərarları › İş №2(017)-1102/2025
Ağcabədi Rayon Məhkəməsi Qətnamə — İş №2(017)-1102/2025
21.11.2025 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması - Sair mülki iş - Maneənin aradan qaldırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver