Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağcabədi rayonu İş № 2(017)-111/2023 28.02.2023 AĞCABƏDİ RAYON MƏHKƏMƏSİ Ağcabədi Rayon Məhkəməsinin hakimi Quliyev Etibar Bəhrəm oğlunun sədrliyi, məhkəmə iclasının katibi X2 iştirakı ilə İddiaçı ASC-nin Cavabdeh qarşı subroqasiya qaydasında “pul” tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı ASC Cavabdeh qarşı “subroqasiya qaydasında “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, yol-nəqliyyat hadisəsi nəticəsində iddiaçı tərəfindən 1269 manat məbləğində verilmiş sığorta ödənişinin və 32,69 manat məbləğində dövlət rüsumunun əvəzinin cavabdehdən alınaraq İddiaçı ASC-nin xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı ASC iddia ərizəsini onunla əsaslandırmışdır ki, “Toyota PRİUS (HİBRİD)” minik markalı ** UY *** dövlət qeydiyyat nömrəli avtomobil İddiaçı ASC tərəfindən xx.xx.2022-ci il tarixdən xx.xx.2023-cü il tarixədək “Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası” növü üzrə PAZ ********** nömrəli şəhadətnamə ilə sığortalanmışdır. Cavabdeh idarə etdiyi “Toyota PRİUS (HİBRİD)” markalı ** UY *** dövlət qeydiyyat nömrəli avtomobili xx.xx.2022-ci il tarixdə idarə edərkən Bakı şəhər ərazisində yol-nəqliyyat hadisəsi törədərək, ** SX *** dövlət qeydiyyat nişanlı “Toyota CAMRY” markalı avtomobillə toqquşmuşdur Baş vermiş hadisə nəticəsində ** SX *** dövlət qeydiyyat nişanlı “Toyota CAMRY” markalı avtomobillə 1269 manat məbləğində maddi zərər dəymişdir. Baş vermiş hadisə ilə bağlı Bakı şəhəri DYPİ inzibati xəta haqqında iş üzrə araşdırma aparmış, hadisəni törədən sürücü Cavabdeh barəsində İXM-nin 332.1 və 327.1-ci maddələri ilə TP ******* nömrəli qərar yazılmışdır. Baş vermiş hadisə ilə əlaqədar İddiaçı ASC tərəfindən zərərçəkmiş şəxsə 1269 manat məbləğində sığorta ödənişi verilmişdir. “İcbari sığorta haqqında” Azərbaycan Respublikası Qanununun 25.1.3-cü maddəsinə uyğun olaraq İddiaçı ASC-nin dəymiş zərərə görə sığorta ödənişinin məbləği, yəni 1269 manat məbləğində subroqasiya hüququ yaranmışdır. Cavabdehdən verilmiş sığorta ödənişi tələb olunmuş, lakin cavabdeh tərəfindən heç bir ödəniş həyata keçirilməmişdir. Ona görə də iddianın təmin edilməsini, iddiaçı tərəfindən 1269 manat məbləğində verilmiş sığorta ödənişinin və 32,69 manat məbləğində dövlət rüsumunun əvəzinin cavabdehdən alınaraq İddiaçı ASC-nin xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı ASC-nin nümayəndəsi təyin edilmiş məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsini və tələbin təmin edilməsini xahiş etmişdir. Məhkəmə hazırkı işlə bağlı iddiaçının nümayəndəsinin onun iştirakı olmadan işə baxılması xahişini qanunauyğun sayır və mülki işə iddiaçının nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə rəsmi qaydada məlumat verilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmiş və işə onun iştirakı olmadan baxılmasını xahiş etməmişdir. Bu halda, məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinin tələbinə əsasən, işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdırıb, sübutlara məcmu halında qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş icbari sığorta müqaviləsinin surətindən görünür ki, PAZ********** nömrəli icbari sığorta müqaviləsinə əsasən “Toyota PRİUS (HİBRİD)” markalı ** UY *** dövlət qeydiyyat nömrəli avtomobilin sahibinin mülki məsuliyyəti İddiaçı ASC-də bir il müddətinə, xx.xx.2017-ci il tarixdən xx.xx.2023-cü il tarixədək sığortalanmışdır. İş materiallarına əlavə edilmiş xx.xx.2022-ci il tarixli TP ******* nömrəli qərarın surətindən görünür ki, həmin inzibati tənbeh vermə haqqında qərarla Cavabdeh İXM-nin 332.1 və 327.1-ci maddəsi ilə təqsirli bilinib, 40 manat məbləğində inzibati qaydada cərimə edilmişdir. İş materiallarına əlavə edilmiş xx.xx.2022-ci il tarixli sığorta aktının surətindən görünür ki, yol nəqliyyat hadisəsi nəticəsində zərərçəkən şəxs X1 əmlakına dəymiş zərərin məbləği 1269 manat olmaqla sığorta ödənişinin məbləği 1269 manat hesablanmışdır. İş materiallarına əlavə edilmiş xx.xx.2022-ci il tarixli ödəniş sənədindən görünür ki, AZSİĞORTA ASC X1 bank hesabına 1269 manat sığorta ödənişi köçürmüşdür. “Sığorta haqqında” Azərbaycan Respublikası Qanununun 37.1-ci maddəsinə əsasən sığortalının təqsirkar şəxsə zərərin əvəzini ödəmək tələbi hüququ (iddiası) əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya reqress qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 916.1-ci maddəsinə əsasən əgər sığortalı zərərin əvəzini ödəmək tələbini 3-cü şəxs qarşısında irəli sürə bilərsə, həmin tələb sığortaçıya bu şərtlə keçir ki, o, zərərin əvəzini sığortalıya ödəmiş olsun. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 936.2-ci maddəsinə (subroqasiya hüququ) əsasən faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. Bu normaya uyğun olaraq, sığorta ödənişi verildiyi andan sığortaçı hadisənin baş verməsində təqsirli olan şəxsə qarşı zərərçəkənin - sığorta müqaviləsi üzrə faydalanan şəxsin tələb hüququnu əldə edir. Bu tələb hüququ isə "İcbari sığorta haqqında" Azərbaycan Respublikası Qanununun xüsusi normasına müvafiq olaraq əmələ gəlir. Belə ki, həmin qanunun 25.1.2-ci maddəsinə əsasən sığortaçının mülki məsuliyyətin icbari sığortası üzrə verdiyi sığorta ödənişi məbləğində sığortalıya və (və ya) müvafiq hallarda sığorta olunana qarşı subroqasiya hüququ bu Qanunun Xüsusi bölməsində hər hansı sığorta növü üzrə başqa cür nəzərdə tutulmamışdırsa, sığorta hadisəsi baş verərkən sığortalının və ya sığorta olunanın, yaxud onların nümayəndəsinin, etibar etdikləri şəxsin əmlakı (binanı, tikilini, avtonəqliyyat vasitəsini, cihazı, qurğunu, avadanlığı və s.) alkoqoldan, narkotik vasitələrdən, psixotrop maddələrdən və ya güclü təsir edən digər maddələrdən istifadə olunması nəticəsində sərxoş vəziyyətdə istismar etməsi, həmçinin qeyd olunan maddələrdən istifadənin müəyyənləşdirilməsi ilə bağlı səlahiyyətli orqan tərəfindən aparılan müayinədən boyun qaçırması halında yaranır. Zərərçəkənin ona vurulmuş zərərin əvəzini zərəri vurandan tələb etmək hüququ, zərərvuranın isə başqasının əmlakına vurulmuş zərərin əvəzini tam ödəmək öhdəliyi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21, 1096 və 1097-ci maddələri ilə müəyyən olunmuşdur. Bu normaların mənasına görə hüququ pozulmuş şəxs, ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər (mad. 21). Mülki hüquq pozuntusu (delikt) törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır (mad. 1096). Delikt nəticəsində fiziki və ya hüquqi şəxsin əmlakına vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam ödənilməlidir (mad. 1097). Azərbaycan Respublikası Mülki Məcəlləsinin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 1097-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam ödənilməlidir. Həmin Məcəllənin 1108.1-ci maddəsinə əsasən ətrafdakılar üçün yüksək təhlükə ilə nəqliyyat vasitələrində istifadə edilməsi nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. Həmin Məcəllənin 1114.1-ci maddəsinə əsasən başqa şəxsin (qulluq, mənsəb və ya əmək vəzifələrinin icrası zamanı işçinin, nəqliyyat vasitəsini idarə edən şəxsin və i.a.) vurduğu zərərin əvəzini ödəmiş şəxsin həmin şəxsə, əgər qanunla ayrı miqdar müəyyənləşdirilməyibsə, ödənilmiş əvəz miqdarında geriyə tələb (reqres) hüququ vardır. “İcbari sığorta haqqında” Azərbaycan Respublikası Qanununun 25.1.3-cü maddəsinə əsasən icbari sığorta şəhadətnaməsində göstərilən əmlakın onu istifadə etməyə, idarə etməyə, işlətməyə və digər qaydada istismar etməyə hüququ olmayan şəxs tərəfindən istismar edilməsi; bu zaman, müvafiq əmlak buna hüququ olmayan şəxs tərəfindən sığortalının və ya sığorta olunanın, bu barədə məlumatlı olmağa borclu olduğu hallar istisna olmaqla, xəbəri olmadan istismar edilərsə, subroqasiya hüququ həmin şəxsə qarşı yaranır. Beləliklə, məhkəmə iclasında müəyyən edilmişdir ki, “Toyota PRİUS (HİBRİD)” markalı ** UY *** dövlət qeydiyyat nömrəli avtomobil İddiaçı ASC tərəfindən xx.xx.2022-ci il tarixdən xx.xx.2023-cü il tarixədək “Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası” növü üzrə PAZ ********** nömrəli şəhadətnamə ilə sığortalanmış, Cavabdeh həmin avtomobili xx.xx.2022-ci il tarixdə etibarnamə olmadan idarə edərkən Bakı şəhər ərazisində yol-nəqliyyat hadisəsi törətmiş, X1 idarə etdiyi ** SX *** dövlət qeydiyyat nişanlı “Toyota CAMRY” markalı avtomobillə toqquşmuşdur. Baş vermiş hadisə nəticəsində sonuncu avtomobilə 1269 manat məbləğində maddi zərər dəymişdir. Baş vermiş hadisə ilə əlaqədar İddiaçı ASC tərəfindən zərərçəkmiş şəxsə 1269 manat məbləğində sığorta ödənişi verilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 936-cı maddəsinə və “İcbari sığorta haqqında” Azərbaycan Respublikası Qanununun 25.1.3-cü maddəsinə uyğun olaraq İddiaçı ASC-nin dəymiş zərərə görə sığorta ödənişinin məbləği, yəni 1269 manat məbləğində subroqasiya hüququ yaranmışdır. Məhkəmə iş materiallarında olan sənədləri və işin faktiki hallarını nəzərə alaraq hesab edir ki, avtomobilə vurulmuş zərərə görə ödənilmiş, ümumilikdə cəmi 1269 manat məbləğində sığorta ödənişi cavabdehdən alınaraq İddiaçı ASC-yə ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119, 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdeh 1269 manat məbləğində sığorta ödənişi və 32,69 manat dövlət rüsumunun əvəzi alınaraq İddiaçı ASC-yə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Ağcabədi Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Etibar Quliyev
Məhkəmə qərarları › İş №2(017)-111/2023
Ağcabədi Rayon Məhkəməsi Qətnamə — İş №2(017)-111/2023
28.02.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver