Məhkəmə qərarları › İş №2(017)-1115/2023

Ağcabədi Rayon Məhkəməsi Qətnamə — İş №2(017)-1115/2023

14.06.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağcabədi rayonu İş № 2(017)-1115/2023 14.06.2023 AĞCABƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Ləzimov Sulduz Paşa oğlunun sədrliyi, məhkəmə iclas katibi X1 katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı alimentin artırılması tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək bildirmişdir ki, o, Cavabdeh ilə 17 oktyabr 2016-cı il tarixdə Ağcabədi rayon İHB-nın Muğanlı kənd İƏD-si üzrə nümayəndəliyində rəsmi nikah qeyd etdirməklə evlənib ailə qurmuşlar. Onların birgə nikahlarından 14 avqust 2017-ci il tarixdə Elyar adlı bir oğlan uşaqları olmuşdur. Cavabdehlə xasiyyətləri bir-birinə uyğun gəlmədiyi üçün məhkəmə qaydasında ayrılaraq ayrı yaşayırlar. Ağdam rayon Məhkəməsinin 09 iyun 2020-ci il tarixli qətnaməsinə əsasən Cavabdeh ilə aralarında olan nikah pozulmuş, 14 avqust 207-ci il təvəllüdlü oğlu X3 onun yanında saxlanılmış və birgə nikahlarından 14 avqust 2017-ci il tarixdə anadan olmuş X2 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay Cavabdeh 130 manat sabit pul məbləğində alimentin tutularaq ona verilməsi qət edilmişdir. Cavabdeh vaxtlı-vaxtında alimenti ödəyir. Lakin tutulan alimentin miqdarı uşağın saxlanmasına kifayət etmir. Cavabdeh Eyvaz oğlu qardaşları ilə birlikdə Ağcabədi rayon «dörd yol» adlanan yerdə ticarət obyektlərində ticarətlə məşğul olur. Lakin cavabdeh alimentdən başqa uşağına heç bir köməklik etmir. Ona görə Cavabdeh tutulan alimentin miqdarının sabit pul məbləğində artırılaraq hər ay 220 manat məbləğində müəyyən olunmasına dair qətnamə çıxarımasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edib iddia ərizəsinin məzmununa uyğun izahat verərək bir uşağın tələbatını ödəməkdə çətinlik çəkdiyini, cavabdehin ticarətlə məşğul olduğunu, bir neçə yerdə mağazalarının və digər ticarət obyektlərinin olduğunu və maddi imkanının kifayət qədər çox olduğunu, lakin cavabehin isə alimentdən başqa heç bir maddi köməklik etmədiyini bildirib, iddianın tam təmin olunmasını xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, cavabdeh məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə bu halda Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinin tələbinə əsasən, işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. İş materiallarında olan Bərdə regional «Asan xidmət» mərkəzi Qeydiyyat şöbəsi tərəfindən verilmiş doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, X3 14 avqust 2017-ci il tarixdə anadan olmuşdur. İş materiallarında olan Ağdam rayon Məhkəməsinin 09 iyun 2020-ci il tarixli, 2(013)- 173/2020 saylı qətnaməsinin surətindən görünür ki, iddia qismən təmin edilmiş, Cavabdeh ilə İddiaçı arasında 17 oktyabr 2016-cı il tarixdə Ağcabədii rayon İHB-nın Muğanlı kənd İƏD-si üzrə nümayəndəliyində 07 nömrə ilə qeydə alınmış nikah pozulmuş, 14 avqust 2017-ci il tarixdə anadan olmuş Elyar adlı uşaq yetkinlik yaşına çatana qədər anası İddiaçı himayəsində saxlanılsın və 18 noyabr 2019-cu il tarixdən başlayaraq Cavabdeh 14 avqust 2017-ci il tarixdə anadan olmuş Elyar adlı uşaq yetkinlik yaşına çatana kimi saxlanması üçün hər ay 130 manat sabit pul məbləğində aliment tutulub İddiaçı xeyrinə ödənilməsi qət edilmişdir. İş materiallarında olan Ağcabədi rayon İcra və Probasiya şöbəsi tərəfindən verilmiş 17 fevral 2023-cü il tarixli, 83188/2023-38-10 saylı arayışdan görünür ki, borclu Cavabdeh hazırkı tarixədək tələbkar İddiaçı ödənilməmiş aliment borcu yoxdur. «Uşaq hüquqları haqqında» 20 noyabr 1959-cu il tarixli Bəyannamənin 6-cı maddəsinə əsasən uşaq mümkün olduqda, valideynlərin himayəsində və onların məsuliyyəti altında və hər halda, məhəbbət və mənəvi-maddi təminat mühitində böyüməlidir. «Uşaq hüquqları haqqında» BMT-nin 12 noyabr 1989-cu il tarixli Konvensiyasının 18-ci maddəsinə əsasən uşağın tərbiyəsi və inkişafı üçün əsas məsuliyyəti valideynlər daşıyırlar. «Uşaq hüquqları haqqında» Azərbaycan Respublikası Qanununun 17-ci maddəsinə əsasən uşağın ailədə valideynləri ilə birgə yaşamaq, onlardan qayğı görmək hüququ vardır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 75.4-cü maddəsinə əsasən valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Həmin Məcəllənin 78-ci maddəsinə görə, uşağın saxlanması üçün alimentin sabit pul məbləğində tutulması mümkündür. Sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Həmin Məcəllənin 112.1-ci maddəsinə əsasən, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər. Məhkəmə araşdırması zamanı müəyyən olundu ki, Ağdam rayon Məhkəməsinin 09 iyun 2020-ci il tarixli, 2(013)-173/2020 saylı qətnaməsinə əsasən Cavabdeh tərəfindən bir uşağın saxlanması üçün hər ay İddiaçı 130 manat sabit pul məbləğində aliment ödənilir. İddaçı İddiaçı uşağı saxlamağa kifayət qədər maddi imkanı yoxdur. Bir uşağın saxlanılması üçün əvvəl müəyyən olunmuş 130 manat aliment hazırda azlıq edir. «Yaşayış minimumu haqqında» Qanuna əsasən 2023-cü ildə uşaqların yaşayış minimumu 220 manat məbləğdə müəyyən olunmuşdur. «Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 28 mart 2016-cı il tarixli, 8-2/2016 nömrəli qərarının 8.2-ci bəndində göstərilir ki, aliment ödəyən əmək qabiliyyətli valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və qazanca malik olmaması onu uşağı saxlamaq, qanunvericiliklə müəyyən olunmuş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatı ödəmək vəzifəsindən azad etmir. Beləliklə, uşağın mənafeyini və cavabdehin maddi vəziyyətini nəzərə alaraq məhkəmə bu qənaətə gəlir ki, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 112.1-ci maddəsi ilə alimentin miqdarının artırılması ilə bağlı İddiaçı iddia tələbi qismən təmin edilməli, 14 avqust 2017-ci il tarixdə anadan olmuş X2 yetkinlik yaşına çatanadək saxlanmasıından ötrü Cavabdeh İddiaçı xeyrinə tutulan alimentin miqdarı artırılaraq hər ay 190 manat sabit pul məbləğində müəyyən edilməsi qanunamüvafiqdir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsində göstərilir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 119.2-ci maddəsinə əsasən ödənilən illik alimentin məbləğinə görə 43 manat dövlət rüsumu cavabdehdən tutularaq dövlət büdcəsinə keçirilməlidir. Həmin Məcəllənin 233.1-ci maddəsinə əsasən məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası MPM-nin 213-214, 216- 220-ci maddələrini rəhbər tutub, məhkəmə qətetdi: İddia qismən təmin olunsun. İddiaçı Cavabdeh qarşı alimentin artırılması tələbinə dair iddiası qismən təmin edilsin və yetkinlik yaşına çatmayan 14 avqust 2017-ci il tarixdə anadan olmuş X2 yetkinlik yaşına çatana kimi saxlanmasından ötrü Ağdam rayon Məhkəməsinin 09 iyun 2020-ci il tarixli, 2(013)-173/2020 saylı qətnaməsi ilə müəyyən olunmuş alimentin miqdarı dəyişdirilsin. 14 avqust 2017-ci il tarixdə anadan olmuş X2 yetkinlik yaşına çatana kimi saxlanmasından ötrü Cavabdeh qazancından hər ay190 manat sabit pul məbləğində aliment tutularaq İddiaçı xeyrinə ödənilsin. Alimentin bu qaydada tutulması qətnamənin qanuni qüvvəyə mindiyi gündən hesablansın. Cavabdeh alimentin illik məbləği nəzərə alınaraq 43 manat dövlət rüsumu tutularaq Hökumət ödəniş portalı vasitəsilə Ağcabədi rayon Məhkəməsinin hesabına ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Ağcabədi rayon Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Sulduz Ləzimov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar