Məhkəmə qərarları › İş №2(017)-1160/2023

Ağcabədi Rayon Məhkəməsi Qətnamə — İş №2(017)-1160/2023

05.07.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağcabədi rayonu İş № 2(017)-1160/2023 05.07.2023 AĞCABƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Ləzimov Sulduz Paşa oğlunun sədrliyi, məhkəmə iclas katibi Muradov Malik Maarif oğlunun katibliyi ilə, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı kredit müqaviləsi üzrə yaranmış borcun tutulması tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: İddiaçı Açıq Səhmdar Cəmiyyətinin borclu Cavabdeh qarşı kredit müqaviləsi üzrə yaranmış borcun tutulması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, göstərmişdir ki, İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında 17 iyul 2021-ci il tarixli, 100804-233484/1 saylı kredit müqaviləsi bağlanmış və bank tərəfindən Cavabdeh illik 17.5 faiz olmaqla 24 ay müddətinə ödəmək şərti ilə 10.800 (on min səkkiz yüz) manat məbləğində kredit vermişdir. Dəfələrlə kreditin ödənilməsi üçün Cavabdeh xəbərdarlıqlar olunsa da, kredit borcu ödənilməmiş qalmışdır. Kredit öhdəliyi üzrə cavabdehin İddiaçı Açıq Səhmdar Cəmiyyətinə 14 aprel 2023-cü il tarixə 4.959 manat 40 qəpik məbləğində əsas kredit borcu, 1.811 manat 82 qəpik məbləğində faiz borcu, cəmi 6.771 manat 22 qəpik məbləğində borcu yaranmışdır. Odur ki, yuxarıda göstərilənlərə əsaslanaraq iddiaçı tərəf Cavabdeh 4.959 manat 40 qəpik məbləğində əsas kredit borcu, 1.811 manat 82 qəpik məbləğində faiz borcu olmaqla, cəmi 6.771 manat 22 qəpik məbləğində pulun və iddia qaldırılması üçün ödənilmiş 88 manat 12 qəpik məbləğində dövlət rüsumunun alınıb bankın hesabına ödənilməsinə dair məhkəmədən qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı Açıq Səhmdar Cəmiyyəti məhkəməyə ərizə göndərərək işə onların nümayəndəsinin iştirakı olmadan baxılmasını və iddianın təmin edilməsini xahiş etmişdir. Cavabdeh məhkəmənin vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq, cavabdeh məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə bu halda Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinin tələbinə əsasən, işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. İş materiallarında olan İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış 17 iyul 2021-ci il tarixli, 100804-233484/1 saylı kredit müqaviləsindən görünür ki, iddiaçı tərəfindən Cavabdeh 24 ay müddətinə illik 17.5 faizlə 10.800 manat məbləğində kredit verilmişdir. İşdə olan 14 aprel 2023-cü il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh kredit müqaviləsinə əsasən 14 aprel 2023-cü il tarixə banka 4.959 manat 40 qəpik məbləğində əsas kredit borcu, 1.811 manat 82 qəpik məbləğində faiz borcu olmaqla, cəmi 6.771 manat 228 qəpik məbləğində borcu vardır. İş materiallarında olan xəbərdarlıq məktublarından görünür ki, cavabdeh borcun qaytarılması barədə xəbərdar olunmuşdur. İş materiallarında olan şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Cavabdeh xx xxxxxx 1995-ci il tarixdə anadan olmuş, hazırda ünvan 1 ünvanda yaşayır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinin tələbinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkət etməlidir, məsələn pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 445.1-ci maddəsinə görə icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 445.2.1-ci maddəsinə görə öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Həmin Məcəllənin 449.4-cü maddəsinə əsasən özgə vəsaitindən istifadə üçün faizlər əgər müqavilədən faizlərin hesablanması üçün daha qısa müddət müəyyənləşdirilməyibsə, həmin vəsait məbləğinin kreditora ödənildiyi günə qədər tutulur. Həmin Məcəllənin 741-ci maddəsinə əsasən əgər müqavilənin iştirakçıları borcun faizlər ilə verilməsini şərtləşdirirlərsə, faizlər müvafiq sürətdə bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən olundu ki, Cavabdeh ilə Cəmiyyət arasında kredit müqaviləsi bağlanmışdır. Bank üzərinə düşən öhdəliyi tam yerinə yetirmiş, Cavabdeh 24 ay müddətinə qaytarmaq şərti ilə 10.800 manat məbləğində kredit verilmişdir. Lakin cavabdeh kredit müqaviləsinin şərtlərinə uyğun olaraq üzərinə düşən öhdəliyi tam yerinə yetirməmiş, müəyyən edilmiş qrafik üzrə kredit borcunu banka ödəməmişdir. Cavabdeh iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinə 4.959 manat 40 qəpik məbləğində əsas kredit borcu, 1.811 manat 82 qəpik məbləğində faiz borcu olmaqla, cəmi 6.771 manat 22 qəpik məbləğində borcu yaranmışdır. Ona görə də məhkəmə bu nəticəyə gəlir ki, cavabdeh tərəfindən kredit müqaviləsinin tələbləri pozulmuş, o, müqavilə üzrə üzərinə düşən öhdəliyi icra etməmişdir. Bu səbəbdən də məhkəmə hesab edir ki, iddia tələbi təmin olunmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 222.2-ci maddəsinə əsasən pul vəsaitlərinin tutulması haqqında iddianı təmin edərkən hakim əsas borcu, ziyan və dəbbə pulunu (cərimə, peniya) ayrı-ayrılıqda müəyyən etməklə, alınmalı olan ümumi məbləği qətnamədə göstərir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən iddia qaldırılmasına görə iddiaçının ödədiyi 88 manat 12 qəpik dövlət rüsumu iddiaçının xeyrinə cavabdehdən tutulmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə müvafiq olaraq məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 233.1-ci maddəsində göstərilir ki, məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci və 233-cü maddələrini rəhbər tuturaq, məhkəmə qətetdi: İddia təmin edilsin. Cavabdeh iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin xeyrinə 17 iyul 2021-ci il tarixli, 100804-233484/1 saylı krediti müqaviləsi üzrə 4.959 manat 40 qəpik məbləğində əsas kredit borcu, 1.811 manat 82 qəpik məbləğində faiz borcu olmaqla, cəmi 6.771 manat 22 qəpik məbləğində borc pul və ödənilmiş 88 manat 12 qəpik məbləğində dövlət rüsumu tutulsun. Qətnamədən rəsmi qaydada veridiyi gündən bir ay müddətində Ağcabədi rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Sulduz Ləzimov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar