Məhkəmə qərarları › İş №2(017)-1204/2024

Ağcabədi Rayon Məhkəməsi Qərardad — İş №2(017)-1204/2024

25.09.2024 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması - Sair mülki iş - Maneənin aradan qaldırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Ağcabədi rayonu İş № 2(017)-1204/2024 25.09.2024 AĞCABƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Nuriyev Rəşad Mövsüm oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X1 iştirakı ilə İddiaçı1 və onun nümayəndəsi və vəkili Nümayəndə, digər İddiaçı2, Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 iştirakı ilə, İddiaçılar İddiaçı2 və İddiaçı1 cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı mülkiyyətdən istifadəyə yönəlmiş maneələrin aradan qaldırılması, özbaşına tikililərin sökülməsi, vurulmuş ziyanın bərba edilməsi və qanunsuz zəbt olunmuş torpaq sahəsindən və yaşayış evindən çıxarılma tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyənetdi: İddiaçılar İddiaçı2 və İddiaçı1 cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı mülkiyyətdən istifadəyə yönəlmiş maneələrin aradan qaldırılması, özbaşına tikililərin sökülməsi, vurulmuş ziyanın bərba edilməsi və qanunsuz zəbt olunmuş torpaq sahəsindən və yaşayış evindən çıxarılma barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçılar İddiaçı1 və onun nümayəndəsi və vəkili Nümayəndə, İddiaçı2, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 məhkəməyə müraciət edərək, öz aralarında aşağıda göstərilən məzmunda barışıq sazişi bağladıqlarını bildirdilər, həmin barışıq sazişinin təsdiq edilməsini və iş üzrə icraata xitam verilməsini xahiş etdilər:

1. İddiaçılar İddiaçı1 və İddiaçı2 mülkiyyət hüququ üzrə onlara məxsus olan, Ağcabədi rayonu, Hacıbədəlli kəndində yerləşən, fərdi yaşayış evinə və 0,06 ha həyətyanı torpaq sahəsinə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tərəfindən çəkilmiş xərcin əvəzi olaraq 3100 manatı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 ödəməyi, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 azyaşlı uşaqları ilə birlikdə mülkiyyət hüququ üzrə iddiaçılara məxsus olan, Ağcabədi rayonu, Hacıbədəlli kəndində yerləşən, fərdi yaşayış evindən və 0,06 ha həyətyanı torpaq sahəsindən ən geci 25 oktyabr 2024-cü il tarixinədək çıxmağı öhdələrinə götürürlər.

2. Tərəflər qarşılıqlı razılaşma əsasında iddiaçıların 3100 manatı vermələri ilə cavabdehlərin torpaq sahəsindən və yaşayış evindən çıxması eni vaxta icra edilməsini müəyyən edirlər.

3. Bu Barışıq sazişi Ağcabədi Rayon Məhkəməsinin hakimi Nuriyev Rəşad Mövsüm oğlunun icraatında olan 2(017)-1204/2024 saylı mülki üzrə icraata xitam verilməsi üçün əsasdır. Həmçinin tərəflər, iddiaçılar İddiaçı1 və onun nümayəndəsi və vəkili Nümayəndə, İddiaçı2, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 barışıq sazişinin təsdiq edilməsi ilə iş üzrə icraata xitam verilməsinin hüquqi nəticələrinin onlara məlum olduğunu bildirdilər. Məhkəmə hesab edir ki, göstərilən şərtlərlə barışıq sazişinin bağlanması qanuna zidd olmadığına və hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozmadığına görə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 191-ci maddəsinə əsasən həmin barışıq sazişi təsdiq edilməlidir. Bundan başqa, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 261.0 və 261.0.5 maddələrinə əsasən tərəflər barışıq sazişi bağlamışlarsa və bu saziş məhkəmə tərəfindən təsdiq edilmişsə hakim iş üzrə icraata xitam verməlidir. Buna görə də məhkəmə hesab edir ki, iddiaçılar İddiaçı2 və İddiaçı1 cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı mülkiyyətdən istifadəyə yönəlmiş maneələrin aradan qaldırılması, özbaşına tikililərin sökülməsi, vurulmuş ziyanın bərba edilməsi və qanunsuz zəbt olunmuş torpaq sahəsindən və yaşayış evindən çıxarılması barədə mülki iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 262-264, 267 və 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə

Q ə r a r a a l d ı:

Aşağıda göstərilən məzmunda İddiaçı1 və onun nümayəndəsi və vəkili Nümayəndə, İddiaçı2, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 arasında bağlanmış barışıq sazişi təsdiq edilsin:

1. İddiaçılar İddiaçı1 və İddiaçı2 mülkiyyət hüququ üzrə onlara məxsus olan, Ağcabədi rayonu, Hacıbədəlli kəndində yerləşən, fərdi yaşayış evinə və 0,06 ha həyətyanı torpaq sahəsinə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tərəfindən çəkilmiş xərcin əvəzi olaraq 3100 manatı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 ödəməyi, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 azyaşlı uşaqları ilə birlikdə mülkiyyət hüququ üzrə iddiaçılara məxsus olan, Ağcabədi rayonu, Hacıbədəlli kəndində yerləşən, fərdi yaşayış evindən və 0,06 ha həyətyanı torpaq sahəsindən ən geci 25 oktyabr 2024-cü il tarixinədək çıxmağı öhdələrinə götürürlər.

2. Tərəflər qarşılıqlı razılaşma əsasında iddiaçıların 3100 manatı vermələri ilə cavabdehlərin torpaq sahəsindən və yaşayış evindən çıxması eni vaxta icra edilməsini müəyyən edirlər. İddiaçılar İddiaçı2 və İddiaçı1 cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı mülkiyyətdən istifadəyə yönəlmiş maneələrin aradan qaldırılması, özbaşına tikililərin sökülməsi, vurulmuş ziyanın bərba edilməsi və qanunsuz zəbt olunmuş torpaq sahəsindən və yaşayış evindən çıxarılması barədə iddiasına dair mülki iş üzrə icraata xitam verilsin. Qərardad tərəflərə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Ağcabədi Rayon Məhkəməsinə şikayət verilə bilər.

Hakim: Rəşad Nuriyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar