Məhkəmə qərarları › İş №2(017)-1237/2024

Ağcabədi Rayon Məhkəməsi Qətnamə — İş №2(017)-1237/2024

01.07.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağcabədi rayonu İş № 2(017)-1237/2024 01.07.2024 AĞCABƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Nuriyev Rəşad Mövsüm oğlunun sədrliyi, İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı borcun tutulması barədə kiçik iddia ərizəsinə dair işə baxaraq, məhkəmə Müəyyənetdi: İddiaçı Qapalı Səhmdar Cəmiyyəti Cavabdeh qarşı kiçik iddia ərizəsi ilə məhkəməyə müraciət edərək 25 fevral 2023-cü il tarixli, AVE000599 saylı müddətli nisyə alqı-satqı müqaviləsi üzrə 295 manat əsas borc, 44,25 manat cərimə olmaqla, cəmi 339,25 manat borcun, 30 manat ödənilmiş dövlət rüsumunun və 0,40 manat dövlət rüsumunun ödənilməsi ilə bağlı xidmət haqqının cavabdehdən alınıb iddiaçının xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, X3 ilə Cavabdeh arasında bağlanmış 25 fevral 2023-cü il tarixli, AVE000599 saylı nisyə alqı-satqı müqaviləsinə əsasən cavabdeh aldığı 295 manat dəyərində olan mala görə ilkin ödəniş olmadan 295 manat pulu ödəniş cədvəlinə əsasən 6 ay müddətinə, hər ay 49,17 manat olmaqla, iddiaçıya ödəməyi öhdəsinə götürmüşdür. Cavabdeh müqavilə üzrə ümumiyyətlə ödəniş etməmiş və 295 manat borcu ödəməkdən yayınmışdır. İddiaçı QSC ilə X2 arasında bağlanmış Faktorinq müqaviləsi və həmin faktoriq müqaviləsinə əlavə olunan Sazişə əsasən X1 Cavabdeh qarşı olan 295 manat məbləğindəki tələb hüququ İddiaçı MMC-yə keçmişdir. Eyni zamanda tələb hüququnun İddiaçı MMC-yə keçməsi barədə nisyə alqı-satqı müqaviləsi üzrə Alıcıya müvafiq bildiriş təqdim edilmişdir. İddiaçı MMC xx.xx.2020-ci il tarixdə təşkilati hüquqi formasını dəyişərək QSC-yə çevrilmişdir. Ona görə də Cavabdeh 25 fevral 2023-cü il tarixli, AVE000599 saylı müddətli nisyə alqı-satqı müqaviləsi üzrə 295 manat əsas borc, 44,25 manat cərimə olmaqla, cəmi 339,25 manat borcun və 30 manat ödənilmiş dövlət rüsumunun və 0,4 manat dövlət rüsumunun ödənilməsi ilə bağlı xidmət haqqının alınaraq İddiaçı QSC-nin xeyrinə tutulması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.1-ci maddəsinə əsasən cavabdehə rəsmi qaydada bildiriş göndərilərək iddiaçının tələbinə dair əsaslandırılmış etirazının olduğu halda 10 iş günü müddətində öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu bildirilmişdir. Lakin cavabdehdən ərizəyə dair etiraz daxil olmamışdır. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.3-cü maddəsinə əsasən işə iddiaçının təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmasını mümkün hesab edir. İşdə olan 25 fevral 2023-cü il tarixli, AVE000599 saylı nisyə alqı-satqı müqaviləsindən və ödəniş cədvəlindən görünür ki, satılmış 128 manat dəyərində olan mala görə ilkin ödəniş etməmiş və 295 manat dəyərində olan mala görə ödəniş cədvəlinə əsasən 6 ay müddətinə, hər ay 49,17 manat alınması ilə əlaqədar X2 ilə Cavabdeh arasında müqavilə bağlanmışdır. İşdə olan 31 yanvar 2022-ci il tarixli faktorinq müqaviləsinin surətindən görünür ki, bu müqavilə İddiaçı QSC ilə X2 arasında bağlanmış və həmin faktoriq müqaviləsinə əlavə olunan Sazişə əsasən X1 Cavabdeh qarşı olan 295 manat məbləğindəki tələb hüququ İddiaçı QSC-yə keçmişdir. İşdə olan 16 aprel 2024-cü il tarixli maliyyə arayışından görünür ki, Cavabdehnın ümumilikdə 295 manat əsas borc, 44,25 manat cərimə olmaqla, cəmi 339,25 manat əsas borcu qalmışdır. Məhkəmə iş materiallarını tam, hərtərəfli və obyektiv araşdırıb hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə kreditorun borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır və həmin məcəllənin 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyır. Həmin Məcəllənin 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənəşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 600.1-ci maddəsinə əsasən alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Həmin Məcəllənin 655.1-ci maddəsinə əsasən faktorinq pul tələbinin güzəşt edilməsi müqabilində maliyyələşdirmədir. Faktorinq müqaviləsinə görə bir tərəf (faktor) üçüncü şəxs (borclu) barəsində müştərinin (kreditorun) üçüncü şəxsə mal verməsindən, işlər görməsindən və ya xidmətlər göstərməsindən irəli gələn pul tələbinin hesabına digər tərəfə (müştəriyə) pul vəsaiti verir və ya verməyi öhdəsinə götürür, müştəri isə bu pul tələbini faktora güzəşt edir və ya güzəşt etməyi öhdəsinə götürür. Həmin Məcəllənin 655.5-ci maddəsinə əsasən faktorinq müqaviləsi yazılı formada bağlanır. Həmin Məcəllənin 655.6-cı maddəsinə əsasən faktorinq müqavilələrini faktor kimi banklar və digər kredit təşkilatları, habelə bu cür fəaliyyəti həyata keçirməyə icazəsi olan başqa kommersiya təşkilatları bağlaya bilərlər. İş materialları araşdırılarkən müəyyən olundu ki, X3 ilə Cavabdeh arasında bağlanmış 25 fevral 2023-cü il tarixli, AVE000599 saylı nisyə alqı-satqı müqaviləsinə əsasən cavabdeh aldığı 295 manat dəyərində olan mala görə ilkin ödəniş olmadan 295 manat pulu ödəniş cədvəlinə əsasən 6 ay müddətinə, hər ay 49,17 manat olmaqla, iddiaçıya ödəməyi öhdəsinə götürmüşdür. Cavabdeh müqavilə üzrə ümumiyyətlə ödəniş etməmiş və 295 manat borcu ödəməkdən yayınmışdır. İddiaçı QSC ilə X2 arasında bağlanmış Faktorinq müqaviləsi və həmin faktoriq müqaviləsinə əlavə olunan Sazişə əsasən X1 Cavabdeh qarşı olan 295 manat məbləğindəki tələb hüququ İddiaçı MMC-yə keçmişdir. Eyni zamanda tələb hüququnun İddiaçı MMC-yə keçməsi barədə nisyə alqısatqı müqaviləsi üzrə Alıcıya müvafiq bildiriş təqdim edilmişdir. İddiaçı MMC xx.xx.2020-ci il tarixdə təşkilati hüquqi formasını dəyişərək QSC-yə çevrilmişdir. Ona görə də Cavabdeh 25 fevral 2023-cü il tarixli, AVE000599 saylı müddətli nisyə alqı-satqı müqaviləsi üzrə 295 manat əsas borc, 44,25 manat cərimə olmaqla, cəmi 339,25 manat borcun alınmasını tələb etməkdə haqlıdır. Lakin, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Məhkəmə cavabdehdən tələb olunan dəbbə pulunun (cərimənin) tənasübsüz surətdə yüksək olduğunu nəzərə alaraq hesab edir ki, dəbbə pulunun miqdarı 5 manatadək azaldılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Şərh olunanları nəzərə alaraq məhkəmə belə nəticəyə gəlir ki, iddia qismən təmin edilməli, Cavabdeh 25 fevral 2023-cü il tarixli, AVE000599 saylı müddətli nisyə alqı-satqı müqaviləsi üzrə 295 manat əsas borc, 5 manat cərimə olmaqla, cəmi 300 manat borc pul alınaraq İddiaçı QSC-yə ödənilməli və iddia tələbi qalan hissədə təmin edilməməlidir. İşdə olan 03 may 2024--cü il tarixli mədaxil qəbzindən görünür ki, İddiaçı QSC tərəfindən 30 manat dövlət rüsumu və 0,40 manat dövlət rüsumunun ödənilməsi ilə bağlı xidmət haqqı ödənilmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələbinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Göstərilən maddənin tələbinə uyğun olaraq məhkəmə hesab edir ki, məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 30 manat dövlət rüsumu və 0,40 manat dövlət rüsumunun ödənilməsi ilə bağlı xidmət haqqı cavabdehdən alınaraq iddiaçının xeyrinə ödənilməlidir. Göstərilənlərə və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-6cı maddəsinə əsasən, məhkəmə Q ə t e t d i: İddia qismən təmin edilsin. Cavabdeh 295 manat əsas borc, 5 manat cərimə və 30 manat ödənilmiş dövlət rüsumu və 0,40 manat dövlət rüsumunun ödənilməsi ilə bağlı xidmət haqqı, cəmi 330 (üç yüz otuz) manat 40 (qırx) qəpik pul alınaraq İddiaçı QSC-yə ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən bir ay müddətində Ağcabədi Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti vermək olar. Hakim: Rəşad Nuriyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar