Məhkəmə qərarları › İş №2(017)-1253/2023

Ağcabədi Rayon Məhkəməsi Qətnamə — İş №2(017)-1253/2023

27.07.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağcabədi rayonu İş № 2(017)-1253/2023 27.07.2023 AĞCABƏDİ RAYON MƏHKƏMƏSİ Ağcabədi Rayon Məhkəməsi hakim Quliyev Etibar Bəhrəm oğlunun sədrliyi, məhkəmə iclasının katibi X1, İddiaçı iştirakı ilə İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən nisyə götürülmüş Samsung markalı mobil telefona görə 993 manat borcun və 30 manat dövlət rüsumunun alınıb ona verilməsini xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddianı müdafiə edərək izahatında göstərdi ki, telefon alış-satışı ilə məşğul olur. Aralarında bağlanmış xx.xx.2022il tarixli müqaviləyə əsasən 1 ədəd Samsunq markalı mobil telefonu 993 manata cavabdehə nisyə satmışdır. Cavabdeh alanda 6 ay müddətinə, 5 ay hər ay 165 manat və sonuncu ay 168 manat ödəmək şərti ilə öhdəlik götürmüş, ödəniş qrafikinə əsasən xx.xx.2022 il tarixində başlayıb xx.xx.2023-cü il tarixə qədər ödəməli idi. Lakin cavabdeh borc müqaviləsinə və ödəniş qrafikinə imza atmağına baxmayaraq ödənişdən yayınır. İndiyə kimi edilən xəbərdarlıqlara baxmayaraq ödəniş etmək istəmir. Ona görə də nisyə alqı-satqıya görə yaranmış 993 manat məbləğində borcun və 30 manat dövlət rüsumunun alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə dəfələrlə lazımi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə iddiaçının izahatını dinləyib, iş materiallarını araşdırıb, sübutlara məcmu halında qiymət verərək hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş xx.xx.2022 il tarixli müqavilədən və eyni tarixli ödəniş cədvəlindən görünür ki, alıcı Cavabdeh satıcı İddiaçı nisyə olaraq, 6 ay müddətinə, 5 ay 165 manat və sonuncu ay 168 manat ödəmək şərti ilə Samsunq markalı mobil telefon almışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul, işgüzar nüfuza vurulmuş zərərin əvəzi və əldən çıxmış faydanın tutulması məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 600.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin tələbinə əsasən borclu öz öhdəliyini kreditora və ya qanunla və ya məhkəmənin qərarı ilə icranı qəbul etməyə ixtiyarı çatan şəxsə ödəməlidir (mad. 433.1). Beləliklə, məhkəmə iclasında iddiaçının izahatı, toplanmış və tədqiq edilmiş sübutların məcmusu ilə müəyyən edildi ki, alıcı Cavabdeh satıcı İddiaçı nisyə olaraq, 6 ay müddətinə, 5 ay 165 manat və sonuncu ay 168 manat ödəmək şərti ilə Samsung markalı mobil telefon almışdır. Cavabdeh indiyə kimi heç bir ödəniş etməmişdir Hazırda cavabdehin iddiaçıya olan borcu 993 manat təşkil edir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İş materiallarından göründüyü kimi, məhkəmə xərcləri iddiaçı tərəfindən ödənilmiş 30 manat məbləğində dövlət rüsumundan ibarətdir. Məhkəmə hesab edir ki, iddia tələbinin məbləği təmin edildiyi üçün, ödənilmiş iddia tələbinin məbləğinə uyğun olaraq cavabdehdən 30 manat məbləğində dövlət rüsumu tutularaq iddiaçıya ödənilməlidir. Sadalanan qanunvericilik aktı normalarını hazırkı mülki mübahisəyə tətbiq edən məhkəmə hesab edir ki, iddia tələbinin qanuni əsası kimi göstərilən həmin maddi normalara əsasən iddia təmin edilməli və Cavabdeh 993 manat və dövlət rüsumuna görə ödənilmiş 30 manat məbləğində pul alınaraq İddiaçı verilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinin tələblərinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə q ə t e t d i: İddia təmin edilsin. Cavabdeh mobil telefonun nisyə alqı-satqısından yaranmış borca görə 993 manat və dövlət rüsumuna görə ödənilmiş 30 manat məbləğində pul alınaraq İddiaçı verilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Ağcabədi Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Etibar Quliyev AZƏRBAYCAN RESPUBLİKASİ AĞCABƏDİ RAYON MƏHKƏMƏSİ Ünvan : AZ 0403, Ağcabədi şəhəri, Ü.Hacıbəyli prospekti № 153. Tel / faks : (02165) 5 – 18 – 80, 5 – 11 – 28 İş № 2(017)-1253/2023 xx.xx.2023-cü il İddiaçı Ünvan: Ağcabədi rayonunun Şərəfxanlı kəndi Cavabdehna Ünvan: Ağcabədi rayonunu 161 saylı Hərbi Hissə Ağcabədi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(017)-1253/2023 nömrəli qətnaməsi məlumat üçün sizə göndərilir. Qoşma: qətnamə “01” vərəqə Ağcabədi Rayon Məhkəməsinin hakimi Etibar Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar