Məhkəmə qərarları › İş №2(017)-1277/2024

Ağcabədi Rayon Məhkəməsi Qərardad — İş №2(017)-1277/2024

06.06.2024 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Ağcabədi rayonu İş № 2(017)-1277/2024 06.06.2024 AĞCABƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Ləzimov Sulduz Paşa oğlu, Ağcabədi Rayon Məhkəməsinin 20 dekabr 2022-ci il tarixli, 8İ-13803 nömrəli icra qeydi üzrə tələbkar İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh icraçısının hərəkətsizliyindən ərizəsinə baxaraq, Müəyyənetdi: Ağcabədi Rayon Məhkəməsinin 20 dekabr 2022-ci il tarixli, 8İ-13803 nömrəli icra qeydi üzrə tələbkar İddiaçı Açıq Səhmdar Cəmiyyəti Cavabdeh icraçısının hərəkətsizliyindən Ağcabədi Rayon Məhkəməsinə ərizə vermişdir. Məhkəmə ərizəni və ərizəyə əlavə edilmiş sənədlərə baxaraq hesab edir ki, ərizə və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Belə ki, “İcra haqqında” Azərbaycan Respublikasının Qanununun 87.1-ci maddəsinə əsasən icra sənədinin icra olunması ilə bağlı icra məmurunun hərəkətlərindən və ya hərəkətsizliyindən tələbkar və ya borclu icra məmurunun olduğu yer üzrə inzibati məhkəməyə şikayət verə bilər. Göründüyü kimi Ağcabədi regional “Asan xidmət” mərkəzində notariat ofisinin 20 dekabr 2022-ci il tarixli, 8İ-13803 nömrəli icra qeydi üzrə tələbkar İddiaçı Açıq Səhmdar Cəmiyyəti Cavabdeh icraçısının hərəkətsizliyindən İnzibati məhkəməyə müraciət etməli olduğu halda, Ağcabədi Rayon Məhkəməsinə ərizə vermişdir. Belə olan halda məhkəmə hesab edir ki, Ağcabədi regional “Asan xidmət” mərkəzində notariat ofisinin 20 dekabr 2022-ci il tarixli, 8İ-13803 nömrəli icra qeydi üzrə tələbkar İddiaçı Açıq Səhmdar Cəmiyyəti Cavabdeh icraçısının hərəkətsizliyindən vermiş olduğu ərizə geri qaytarılmalıdır. Yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263, 264, 267 və 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qəraraaldı: Ağcabədi regional “Asan xidmət” mərkəzində notariat ofisinin 20 dekabr 2022-ci il tarixli, 8İ-13803 nömrəli icra qeydi üzrə tələbkar İddiaçı Açıq Səhmdar Cəmiyyəti Cavabdeh icraçısının hərəkətsizliyindən vermiş olduğu ərizə və ərizəyə əlavə edilmiş sənədlər geri qaytarılsın. Qərardad tərəflərə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Ağcabədi Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Sulduz Ləzimov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar