Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağcabədi rayonu İş № 2(017)-1294/2023 15.09.2023 AĞCABƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Nuriyev Rəşad Mövsüm oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Bayramov Hüseyn Vaqif oğlunun katibliyi ilə, İddiaçı Bank Olmauan Kredit Təşkilatı "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı kredit borcunun tutulması tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M ü ə y y ə n e t d i: İddiaçı Bank Olmauan Kredit Təşkilatı "xxxx" Qapalı Səhmdar Cəmiyyəti iddia ərizəsi ilə məhkəməyə müraciət edərək göstərmişdir ki, Cavabdeh1 ilə Bank Olmauan Kredit Təşkilatı "xxxx" Qapalı Səhmdar Cəmiyyəti arasında 06 avqust 2022-ci il tarixli kredit müqaviləsi bağlanmış və həmin müqaviləyə əsasən Cavabdeh1 24 ay müddətinə qaytarmaq şərti ilə 6480 manat məbləğində kredit verilmişdir. Kredit müqaviləsinə əsasən müştəri əsas və kreditdən istifadəyə görə hesablanmış faiz borcunu hər ay bərabər məbləğdə ödəməli olduğu halda, kreditin ödənilməsini vaxtlı-vaxtında aparmamış, bununlada müqavilə üzrə götürdüyü öhdəlikləri lazımı qaydada icra etməyərək müqavilənin şərtlərini pozmuşdur. Kredit öhdəliyinin təmin edilməsi məqsədi ilə Bank Olmauan Kredit Təşkilatı "xxxx" Qapalı Səhmdar Cəmiyyəti ilə digər Cavabdeh2 arasında 06 avqust 2022-ci il tarixli zaminlik müqaviləsi bağlanmış və həmin müqaviləyə əsasən zamin kredit alanın öhdəliklərinin yerinə yetirilməsinə görə iddiaçı qarşısında kredit alanla birlikdə cavabdehlik daşımağı öhdəsinə götürmüşdür. 26 aprel 2023-cü il tarixə cavabdehin banka 5668,90 manat əsas borcu, 697,89 manat cərimə borcu, cəmi 6366,79 manat məbləğində borcu vardır. Ona görə də 06 avqust 2022-ci il tarixli kredit müqaviləsi üzrə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 5668,90 manat əsas borc, 697,89 manat cərimə və ödənilmiş 84,07 manat dövlət rüsumunun Bank Olmauan Kredit Təşkilatı "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin xeyrinə tutulmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı Bank Olmauan Kredit Təşkilatı "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin nümayəndəsi Şəbnəm Nuriyeva iddianın dəyişdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək göstərmişdir ki, iddiaçı Bank Olmauan Kredit Təşkilatı "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı kredit borcunun tutulması tələbinə dair məhkəmədə iddia qaldırdıqdan sonra Cavabdeh1 tərəfindən ödəniş edilmişdir və bu səbəbdən iddianın həcminin azaldılması zərurəti yaranmışdır. Ona görə də 06 avqust 2022-ci il tarixli kredit müqaviləsi üzrə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 5668,90 manat əsas borc, 207,89 manat cərimə və ödənilmiş 84,07 manat dövlət rüsumu, ümümilikdə 5960,86 manat Bank Olmauan Kredit Təşkilatı "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin xeyrinə tutulmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı Bank Olmauan Kredit Təşkilatı "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin nümayəndəsi həmçinin ərizə ilə məhkəməyə müraciət edərək işə onların iştirakı olmadan baxılmasını və iddianın tam təmin olunmasını xahiş etmişdir. Məhkəmə mülki işə iddiaçının nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq cavabdehlər Cavabdeh1 və Cavabdeh2 məhkəməyə gəlməmişlər və işə onların iştirakı olmadan baxılmasını xahiş etməmişlər. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsaslanaraq cavabdehlərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. İşdə olan və məhkəmə iclasında elan edilmiş 06 avqust 2022-ci il tarixli, 027-EMB- 0701-22 saylı kredit müqaviləsindən görünür ki, bank tərəfindən Cavabdeh1 24 ay müddətinə 6480 manat məbləğində kredit verilmişdir. İşdə olan və məhkəmə iclasında elan edilmiş 06 avqust 2022-ci il tarixli zaminlik müqaviləsindən görünür ki, Cavabdeh1 Bank Olmauan Kredit Təşkilatı "xxxx" Qapalı Səhmdar Cəmiyyətindən götürdüyü 6480 manat kreditlə əlaqədar olaraq kredit alan iddiaçı qarşısında öz öhdəliklərini tam yerinə yetirənədək Cavabdeh2 zamin kimi kredit alanla birlikdə iddiaçı qarşısında məsuliyyət daşımağı öz öhdəsinə götürmüşdür. İşdə olan və məhkəmə iclasında elan edilmiş 14 sentyabr 2023-cü il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh1 Bank Olmauan Kredit Təşkilatı "xxxx" Qapalı Səhmdar Cəmiyyətinə 5668,90 manat əsas borcu, 207,89 manat cərimə, cəmi 5876,79 manat təşkil edir. Məhkəmə iş materiallarını tam, hərtərəfli və obyektiv araşdırıb, hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkət etməlidir, məsələn, pul ödəməli, xidmətlər göstərməli, əmlak verməli, iş görməli və i.a və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasının tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 472.2-ci maddəsinə əsasən əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Həmin Məcəllənin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. İş materialları araşdırılarkən müəyyən olundu ki, Cavabdeh1 Bank Olmauan Kredit Təşkilatı "xxxx" Qapalı Səhmdar Cəmiyyəti ilə 06 avqust 2022-ci il tarixli kredit müqaviləsi bağlanmış və həmin müqaviləyə əsasən Cavabdeh1 24 ay müddətinə 6480 manat məbləğində kredit verilmişdir. Kredit müqaviləsinə əsasən müştəri əsas və kreditdən istifadəyə görə hesablanmış faiz borcunu hər ay bərabər məbləğdə ödəməli olduğu halda, kreditin ödənilməsini vaxtlı-vaxtında aparmamış, bununlada müqavilə üzrə götürdüyü öhdəlikləri lazımı qaydada icra etməyərək müqavilənin şərtlərini pozmuşdur. Kredit öhdəliyinin təmin edilməsi məqsədi ilə Bank Olmauan Kredit Təşkilatı "xxxx" Qapalı Səhmdar Cəmiyyəti ilə digər Cavabdeh2 arasında 06 avqust 2022-ci il tarixli zaminlik müqaviləsi bağlanmış və həmin müqaviləyə əsasən zamin kredit alanın öhdəliklərinin yerinə yetirilməsinə görə iddiaçı qarşısında kredit alanla birlikdə cavabdehlik daşımağı öhdəsinə götürmüşdür. 14 sentyabr 2023-cü il tarixə cavabdehlərin banka 5668,90 manat əsas borc, 207,89 manat cərimə, cəmi 5876,79 manat məbləğində borcu yaranmışdır. Qeyd olunanlardan görünür ki, iddiaçı Bank Olmauan Kredit Təşkilatı "xxxx" Qapalı Səhmdar Cəmiyyəti cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 5668,90 manat əsas borc, 207,89 manat cərimə, cəmi 5876,79 manat məbləğində borcu tələb etməkdə haqlıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Məhkəmə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tələb olunan 207,89 manat cərimənin tənasübsüz surətdə yüksək olduğunu nəzərə alaraq hesab edir ki, cərimə (dəbbə pulu) 50 manadək azaldılmalıdır. İş materiallarına əlavə edilmiş 01 may 2023-cü il tarixli mədaxil qəbzindən görünür ki, iddiaçı Bank Olmauan Kredit Təşkilatı "xxxx" Qapalı Səhmdar Cəmiyyəti tərəfindən məhkəmədə iddia qaldırmaq üçün 84,07 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələbinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Göstərilən maddənin tələbinə uyğun olaraq məhkəmə hesab edir ki, məhkəmədə iddia qaldırmaq üçün iddiaçı tərəfindən ödənilmiş 84,07 manat dövlət rüsumu cavabdehlərdən alınaraq iddiaçının xeyrinə ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanları nəzərə alaraq məhkəmə belə nəticəyə gəlir ki, iddia qismən təmin edilərək 06 avqust 2022-ci il tarixli kredit müqaviləsi və 06 avqust 2022-ci il tarixli zaminlik müqaviləsi üzrə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 5668,90 manat əsas borc, 50 manat cərimə və ödənilmiş 84,07 manat dövlət rüsumu, cəmi 5802,97 manat pul müştərək qaydada alınıb iddiaçı Bank Olmauan Kredit Təşkilatı "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin xeyrinə ödənilməli və iddianın qalan hissəsi təmin olunmamalıdır. Yuxarıda göstərilənlərə əsasdən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci, 227-ci, 233 və 360-cı maddələrinə əsasən, məhkəmə Q ə t e t d i: İddia qismən təmin edilsin. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 5668,90 manat əsas borc, 50 manat cərimə və ödənilmiş 84,07 manat dövlət rüsumu, cəmi 5802 (beş min səkkiz yüz iki) manat 97 (doxsan yeddi) qəpik pul müştərək qaydada alınıb iddiaçı Bank Olmauan Kredit Təşkilatı "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin xeyrinə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən bir ay müddətində Ağcabədi Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti vermək olar. Hakim: Rəşad Nuriyev
Məhkəmə qərarları › İş №2(017)-1294/2023
Ağcabədi Rayon Məhkəməsi Qətnamə — İş №2(017)-1294/2023
15.09.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver