Azərbaycan Respublikası adından QƏRARDAD Ağcabədi rayonu İş № 2(017)-1300/2025 23.06.2025 AĞCABƏDİ RAYON MƏHKƏMƏSİ Ağcabədi rayon Məhkəməsinin hakim Ləzimov Sulduz Paşa oğlunun sədrliyi, Paşayev Babək Zahid oğlunun katibliyi, İddiaçı, Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 iştrakı ilə, İddiaçı Cavabdeh1 və qeyrilərinə qarşı Daşınmaz əmlakın sənədləşməsi üçün zəruri ölçmə işlərinin aparılmasına yönələn maneələrin aradan qaldırılması və ölçmə işlərinə müdaxilənin cavabdehlərə qadağan edilməsi tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: İddiaçı Cavabdeh1 və qeyrilərinə qarşı Daşınmaz əmlakın sənədləşməsi üçün zəruri ölçmə işlərinin aparılmasına yönələn maneələrin aradan qaldırılması və ölçmə işlərinə müdaxilənin cavabdehlərə qadağan edilməsi tələbinə dair iddia ərizəsi ilə Ağcabədi rayon Məhkəməsinə müraciət etmişdir. İddiaçı məhkəməyə ərizə təqdim edərək iddia ərizəsinin baxılmamış saxlanılmasını və sənədlərin geri qaytarılmasını xahiş etmişdir. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 mülki işin baxılmamış saxlanmasına etiraz etməyərək, işin mahiyyəti üzrə həll olunmasını tələb etmədilər. Məhkəmə iş materiallarını araşdırıb hesab edir ki, İddiaçı iddia ərizəsinin baxılmamış saxlanmasını və sənədlərin geri qaytarılmasını tələb etdiyi üçün ərizə baxılmamış saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-nin 259.0.11-ci maddəsində göstərilir ki, iddia ərizəsinin qaytarılması barədə ərizə verildikdə və cavabdeh işin mahiyyəti üzrə həll olunmasını tələb etmədikdə məhkəmə ərizəni baxılmamış saxlayır. Həmin Məcəllənin 260.1-ci maddəsinə əsasən iddianın baxılmamış saxlanması haqqında məhkəmə qərardad çıxarır. Həmin Məcəllənin 260.6-cı maddəsinə əsasən iddianın baxılmamış saxlanması haqqında məhkəmə qərardadından şikayət verilə bilər. Həmin Məcəllənin 268.1-ci maddəsinə əsasən şikayət qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində verilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 114.1.5-ci maddəsinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə baxılmamış saxlanılarsa ödənilmiş dövlət rüsumu qaytarılır. Göstərilən maddənin tələbinə uyğun olaraq məhkəmə hesab edir ki, İddiaçı tərəfindən ödənilmiş 100 manat dövlət rüsumu dövlət büdcəsindən İddiaçı qaytarılmalıdır. Yuxarıda göstərilənlərə əsasən Azərbaycan Respublikası MPM-nin 259, 259.0.11, 263, 264-cü maddələrini rəhbər tutaraq məhkəmə qəraraaldı: İddiaçı Cavabdeh1 və qeyrilərinə qarşı Daşınmaz əmlakın sənədləşməsi üçün zəruri ölçmə işlərinin aparılmasına yönələn maneələrin aradan qaldırılması və ölçmə işlərinə müdaxilənin cavabdehlərə qadağan edilməsi tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılsın və iddia ərizəsi ona əlavə olunmuş sənədlərlə birlikdə İddiaçı qaytarılsın. Ödənilmiş 100 manat dövlət rüsumu dövlət büdcəsindən İddiaçı qaytarılsın. Qərardaddan 10 gün müddətinə Ağcabədi rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Sulduz Ləzimov
Məhkəmə qərarları › İş №2(017)-1300/2025
Ağcabədi Rayon Məhkəməsi Qərardad — İş №2(017)-1300/2025
23.06.2025 · Sair mülki iş - Maneənin aradan qaldırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver