Məhkəmə qərarları › İş №2(017)-1304/2025

Ağcabədi Rayon Məhkəməsi Qətnamə — İş №2(017)-1304/2025

25.06.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağcabədi rayonu İş № 2(017)-1304/2025 25.06.2025 AĞCABƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Nuriyev Rəşad Mövsüm oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X1, İddiaçı X2 iştirakı ilə İddiaçı X2 Cavabdeh qarşı maddi ziyanın ödənilməsi tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M ü ə y y ə n e t d i: İddiaçı X5 Cavabdeh qarşı 2739 manat məbləğində maddi ziyanın və 48 manat dövlət rüsumunun ödənilməsi tələbinə dair məhkəmədə iddia qaldırmışdır. İddiaçı X5 məhkəmə baxışı zamanı iddiasını müdafiə edərək izahatında göstərdi ki, Cavabdeh 28 avqust 2024-cü il tarixdə Ağcabədi şəhəri, H.Əliyev prospektində idarə etdiyi “BMW” markalı, **-AN-*** dövlət qeydiyyat nişanlı avtomobillə hərəkətdə olarkən onun mülkiyyətində olan və etibarnamə ilə əri X3 idarə etdiyi “Mersedes Benz B-170” minik markalı, **-DV-*** qeydiyyat nişanlı avtomobillə toqquşmuş və nəticədə ona məxsus avtomobilə zərər dəymişdir. Hadisə zamanı o, da avtomobildə olmuş və xəsarət almışdır. Baş vermiş yol-nəqliiyat hadisəsi üzrə Ağcabədi rayon X6 Bölməsində araşdırılma aparılmış və Cavabdeh hadisədə təqsirli bilinərək 29 noyabr 2024-cü il tarixli “İnzibati tənbeh vermə” haqqında TP ******* saylı qərara əsasən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə 40 manat cərimə edilmişdir. Hadisə zamanı ona məxsus avtomobilə 2739 manat maddi ziyan dəymişdir. Lakin, cavabdeh vurduğu maddi zərəri ödəməkdən yayınmışdır. Ona görə də göstərdiklərini nəzərə alaraq iddianın təmin olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi Məhkəmə iclasının vaxtı və yeri haqqında lazimi qaydada xəbərdar edilmiş Cavabdeh heç bir üzürlü səbəb olmadan məhkəmənin iclasında iştirak etmir və məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsaslanaraq Cavabdeh iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. İşdə olan və məhkəmə iclasında elan edilmiş BD 265159 saylı nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin surətindən görünür ki, “Mersedes Benz B-170” minik markalı, **-DV-*** dövlət qeydiyyat nişanlı avtomobil X2 mülkiyyətindədir. İşdə olan və məhkəmə iclasında elan edilmiş “cinayət işinin başlanmasının rədd edilməsi haqqında” Qərardan görünür ki, material üzrə əməldə cinayət tərkibi olmadığından cinayət işinin başlanması rədd edilmiş və Cavabdeh barəsində Azərbaycan Respublikasının İXM-nin 327.1-ci maddəsində nəzərdə tutulan inzibati tənbeh tədbiri görülməsi üçün Ağcabədi Rayon Polis Şöbəsinin DYPB-yə göndərilmişdir. İşdə olan və məhkəmə iclasında elan edilmiş 29 noyabr 2024-cü il tarixli TP ******* saylı “İnzibati tənbeh vermə” haqqında qərarın surətindən görünür ki, 28 avqust 2024-cü il tarixdə baş vermiş hadisə ilə əlaqədar Cavabdeh Azərbaycan Respublikasının İXM-nin 327.1-ci maddəsi ilə təqsirli bilinərək 40 manat inzibati qaydada cərimə olunmuşdur. İşdə olan və məhkəmə iclasında elan edilmiş «Ağcabəıdi Avtoservis və Ticarət” MMC-nin rəyindən görünür ki, “Mersedes Benz B-170” markalı, **-DV-*** dövlət qeydiyyat nişanlı avtomobilə ümumilikdə 2739 manat zərər dəymişdir. Məhkəmə iddiaçının izahatını dinləyib, işə əlavə edilmiş sənədləri tədqiq edib hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1 və 21.2-ci maddələrinə görə zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Həmin Məcəllənin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1097.1-ci maddəsinə uyğun olaraq, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Həmin Məcəllənin 1108.1-ci maddəsinə uyğun olaraq ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. Mülki işin məhkəmə iclasında müəyyən edilmiş hallarından görünür ki, Cavabdeh 28 avqust 2024-cü il tarixdə Ağcabədi şəhəri H.Əliyev prospektində idarə etdiyi “BMW” markalı, **-AN-*** dövlət qeydiyyat nişanlı avtomobillə hərəkətdə olarkən X4 məxsus və etibarnamə ilə X3 idarə etdiyi “Mersedes Benz B-170” minik markalı, **-DV-*** qeydiyyat nişanlı avtomobillə toqquşmuş və nəticədə X4 məxsus “Mersedes Benz B-170” minik markalı, **-DV-*** qeydiyyat nişanlı avtomobilə zərər dəymişdir. Baş vermiş yol-nəqliiyat hadisəsi üzrə Ağcabədi rayon X6 Bölməsində araşdırılma aparılmış və Cavabdeh hadisədə təqsirli bilinərək 29 noyabr 2024-cü il tarixli “İnzibati tənbeh vermə” haqqında TP ******* saylı qərara əsasən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə 40 manat cərimə edilmişdir. Hadisə zamanı iddiaçı X4 məxsus “Mersedes Benz B-170” minik markalı, **-DV-*** qeydiyyat nişanlı avtomobilə 2739 manat maddi ziyan dəymişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 217.4-cü maddəsinə görə məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyasının 6-cı maddəsinin 1-ci hissəsinə əsasən hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırması hüququna malikdir. Məhkəmə mülki işin məhkəmə iclasında müəyyən olunmuş və yuxarıda qeyd edilmiş halları nəzərə alaraq hesab edir ki, iddia təmin edilməli, Cavabdeh 2739 manat məbləğində maddi ziyan alınaraq iddiaçı X4 verilməlidir. İşdə olan 02 aprel 2025-ci il tarixli qəbzdən görünür ki, iddiaçı X5 tərəfindən 48 manat dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələbinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Göstərilən maddənin tələbinə uyğun olaraq məhkəmə hesab edir ki, iş üzrə iddiaçı tərəfindən ödənilmiş 48 manat dövlət rüsumu iddiaçıdan alınaraq cavabdehə ödənilməli ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, Qətetdi: İddia təmin edilsin. Cavabdeh 2739 manat məbləğində maddi ziyan və ödənilmiş 48 manat dövlət rüsumu, cəmi 2787 (iki min yeddi yüz səksən yeddi) manat alınaraq iddiaçı X4 verilsin. Qətnamədən təqdim olunan (alınan) gündən 1 (bir) ay müddətində Ağcabədi Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya qaydasında şikayət verilmədikdə qətnamə həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Rəşad Nuriyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar