Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağcabədi rayonu İş № 2(017)-133/2023 09.03.2023 AĞCABƏDİ RAYON MƏHKƏMƏSİ İddiaçı BOKT MMC-nin Cavabdeh qarşı kreditin və kredit faizlərinin ödənilməsi, girov predmetinə tutmanın yönəldilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: İddiaçı BOKT MMC məhkəməyə iddia ərizəsi ilə müraciət edərək Cavabdeh 2363,85 manat məbləğində əsas, 318,34 manat məbləğində faiz borcu, cəmi 2682,19 manat məbləğində pulun, həmçinin ödənilmiş 47 manat dövlət rüsumunun iddiaçının xeyrinə tutulmasına, tutmanın girov predmeti olan 70,92 qram çəkidə, ümumi dəyəri 4130,25 manat olan girova (qızıl-zinət əşyalarına) yönəldilməsi, həmin əşyaların açıq hərracda satılması və onun satışından əldə edilmiş vəsait hesabına cavabdehin iddiaçıya olan borclarının ödənilməsi, əldə edilmiş vəsaitin qətnamənin icrasından qalan hissəsinin cavabdehə verilməsi, əldə olunmuş vəsait yetərli olmazsa qalan məbləğin cavabdehdən ümumi qaydada tutulması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı BOKT MMC iddia tələbini onunla əsaslandırmışdır ki, İddiaçı BOKT MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2020-ci il tarixli 104/0320-276 nömrəli kredit müqaviləsinə əsasən illik 43 faiz dərəcəsi ilə 18 ay müddətinə 2100 manat məbləğində; xx.xx.2020-ci il tarixli 104/0320-277 nömrəli kredit müqaviləsinə əsasən illik 43 faiz dərəcəsi ilə 18 ay müddətinə 500 manat məbləğində cavabdehə kredit verilmişdir. Kreditin təminatı olaraq kreditorla borclu arasında eyni tarixdə girov müqaviləsi bağlanmaqla, Cavabdeh məxsus 7 ədəd 70,92 qram çəkisi olan zinət əşyaları, ümumi dəyəri 4130,25 manat məbləğində qiymətləndirilməklə girov qoyulmuşdur. Bu barədə tərəflər arasında xx.xx.2020-ci il tarixli 104/0320-276ZG nömrəli və xx.xx.2020-ci il tarixli 104/0320-277ZG nömrəli girov müqavilələri bağlanmışdır. Borc alan kreditin qaytarılmasını öhdəsinə götürsə də, kreditin ödənilməsinə dair öhdəliyi vaxtında və lazımı qaydada icra etməmişdir. Bu barədə dəfələrlə xəbərdar edilməsinə baxmayaraq cavabdeh öhdəliyini lazımi qaydada yerinə yetirməmişdir. Cavabdehin xx.xx.2020-ci il tarixə xx.xx.2020-ci il tarixli 104/0320-276 nömrəli kredit müqaviləsi üzrə əsas borca görə 1926,81 manat, faiz borcuna görə 240,04 manat olmaqla cəmi 2166,85 manat; xx.xx.2020-ci il tarixli 104/0320-277 nömrəli kredit müqaviləsi üzrə əsas borca görə 437,04 manat, faiz borcuna görə 78,30 manat olmaqla cəmi 515,34 manat; iki müqavilə üzrə ümumi məbləğ 2682,19 manat təşkil edir. Girov müqaviləsinə və Azərbaycan Respublikası Mülki Məcəlləsinin 295-ci maddəsinə əsasən borclu girovla təmin edilmiş öhdəliyi icra etmədikdə kreditor (girovsaxlayan) borc tələbini girov predmetinə yönəldir. Ona görə də iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçının nümayəndəsi məhkəməyə teleqram göndərərək işə onun iştirakı olmadan baxılmasını və iddianın təmin edilməsini xahiş etmişdir. Məhkəmə nümayəndənin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə lazımı qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə iş materiallarını araşdırıb hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan xx.xx.2020-ci il tarixli 104/0320-276 nömrəli kredit müqaviləsindən görünür ki, İddiaçı BOKT MMC tərəfindən Cavabdeh 18 ay müddətinə, illik 43 faizlə 2100 manat məbləğində kredit verilmişdir. İş materiallarında olan xx.xx.2020-ci il tarixli 104/0320-277 nömrəli kredit müqaviləsindən görünür ki, İddiaçı BOKT MMC tərəfindən Cavabdeh 18 ay müddətinə, illik 43 faizlə 500 manat məbləğində kredit verilmişdir. İş materiallarında olan xx.xx.2020-ci il tarixli 104/0320-276ZG nömrəli girov müqaviləsindən görünür ki, xx.xx.2020-ci il tarixli 104/0320-276 nömrəli kredit müqaviləsinin təminatı olaraq Cavabdeh məxsus 70,92 qram çəkisi olan qızıl-zinət əşyaları girov qoyulmuşdur. “Girov qoyan”a məxsus olan girovun predmeti və xassələri bu müqavilənin ayrılmaz tərkib hissəsi olan 1 nömrəli əlavədə əks etdirilmiş qızıl-zinət əşyaları hesab edilir. Girov predmetinin qiyməti tərəflərin qarşılıqlı razılığı ilə 4130,25 manat müəyyən edilir. Həmin əşyalar “girov saxlayanın” depozit seyfində saxlanılır. İş materiallarında olan xx.xx.2020-ci il tarixli 104/0320-277ZG nömrəli girov müqaviləsindən görünür ki, xx.xx.2020-ci il tarixli 104/0320-277 nömrəli kredit müqaviləsinin təminatı olaraq Cavabdeh məxsus tərəflər arasında bağlanmış xx.xx.2020-ci il tarixli 104/0320- 276ZG nömrəli girov müqaviləsinin ayrılmaz tərkib hissəsi olan 1 nömrəli əlavədə əks etdirilmiş qızıl-zinət əşyaları hesab edilir. İş materiallarında olan xx.xx.2020-ci il tarixli 104/0320-276ZG nömrəli girov müqaviləsinə 1 nömrəli əlavədən görünür ki, 70,92 qram (1 ədəd saat əyyarı 583 çəkisi 20 qr, 1 ədəd saat əyyarı 583 çəkisi 20,14 qr, 1 ədəd sep əyyarı Q/S-583 çəkisi 16,59 qr, 1 ədəd üzük əyyarı 585 çəkisi 1,2 qr, 1 ədəd üzük əyyarı Q/S-583 çəkisi 4,17 qr, 1 ədəd kulon qırmızı qaş əyyarı Q/S-583 çəkisi 4,09 qr, 1 ədəd üzük sınıq qırmızı qaş əyyarı Q/S-583 çəkisi 4,73 qr) çəkisi olan qızıl-zinət əşyaları girov qoyulmuşdur. Rərəflər arasında girov predmetinin ümumi qiyməti 4130,25 manat müəyyən edilmişdir. İş materiallarında olan maliyyə arayışından görünür ki, Cavabdehnun xx.xx.2020-ci il tarixə xx.xx.2020-ci il tarixli 104/0320-276 nömrəli kredit müqaviləsi üzrə əsas borc qalığı 1926,81 manat, faiz borc 240,04 manat olmaqla cəmi borcu 2166,85 manat təşkil edir. İş materiallarında olan maliyyə arayışından görünür ki, Cavabdehnun xx.xx.2020-ci il tarixə xx.xx.2020-ci il tarixli 104/0320-277 nömrəli kredit müqaviləsi üzrə əsas borc qalığı 437,04 manat, faiz borc 78,30 manat olmaqla cəmi borcu 515,34 manat təşkil edir. İş materiallarında olan İddiaçı BOKT MMC-nin bildirişlərindən görünür ki, Cavabdeh borclu qaldığı məbləğinin ödəniməsi və öhdəliklər yerinə yetirilmədiyi halda məhkəməyə müraciət olunacağı, kredit müqaviləsinin təminatı olaraq girov predmeti açıq hərracda satılaraq əldə olunmuş vəsait borcun ödənilməsinə yönəldiləcəyi barədə xəbərdar olunmuşdur. Məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, İddiaçı BOKT MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2020-ci il tarixli 104/0320-276 nömrəli kredit müqaviləsinə əsasən illik 43 faiz dərəcəsi ilə 18 ay müddətinə 2100 manat məbləğində; xx.xx.2020-ci il tarixli 104/0320-277 nömrəli kredit müqaviləsinə əsasən illik 43 faiz dərəcəsi ilə 18 ay müddətinə 500 manat məbləğində cavabdehə kredit verilmişdir. Hər iki kredit müqaviləsinin təminatı olaraq kreditorla borclu arasında eyni tarixdə girov müqaviləsi bağlanmaqla, Cavabdeh məxsus 70,92 qram çəkisi olan 7 ədəd qızıl-zinət əşyaları, ümumi dəyəri 4130,25 manat məbləğində qiymətləndirilməklə girov qoyulmuşdur. Borc alan kreditin qaytarılmasını öhdəsinə götürsə də, kreditin ödənilməsinə dair öhdəliyi vaxtında və lazımı qaydada icra etməmişdir. Bu barədə dəfələrlə xəbərdar edilməsinə baxmayaraq cavabdeh öhdəliyini lazımi qaydada yerinə yetirməmişdir. Cavabdehin xx.xx.2020-ci il tarixinə xx.xx.2020-ci il tarixli 104/0320-276 nömrəli kredit müqaviləsi üzrə əsas borca görə 1926,81 manat, faiz borcuna görə 240,04 manat olmaqla cəmi 2166,85 manat; xx.xx.2020-ci il tarixli 104/0320-277 nömrəli kredit müqaviləsi üzrə əsas borca görə 437,04 manat, faiz borcuna görə 78,30 manat olmaqla cəmi 515,34 manat; iki müqavilə üzrə ümumi məbləğ 2682,19 manat təşkil edir. xx.xx.2020-ci il tarixli 104/0320-276ZG nömrəli girov müqaviləsinə 1 nömrəli əlavəyə əsasən 70,92 qram (1 ədəd saat əyyarı 583 çəkisi 20 qr, 1 ədəd saat əyyarı 583 çəkisi 20,14 qr, 1 ədəd sep əyyarı Q/S-583 çəkisi 16,59 qr, 1 ədəd üzük əyyarı 585 çəkisi 1,2 qr, 1 ədəd üzük əyyarı Q/S-583 çəkisi 4,17 qr, 1 ədəd kulon qırmızı qaş əyyarı Q/S- 583 çəkisi 4,09 qr, 1 ədəd üzük sınıq qırmızı qaş əyyarı Q/S-583 çəkisi 4,73 qr) çəkisi olan qızıl-zinət əşyaları girov qoyulmuşdur. Rərəflər arasında girov predmetinin ümumi qiyməti 4130,25 manat müəyyən edilmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Azərbaycan Respublikasının MM-nin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnun digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Azərbaycan Respublikasının MM-nin 739.2-ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında, kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 269.1-ci maddəsinə əsasən girov və ipoteka hüququ girov qoyanın əşyası barəsində girov saxlayanın əşya hüququdur və eyni zamanda borclunun girov saxlayan qarşısında pul və ya başqa öhdəliyinin icrasının təmin edilməsi üsuludur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 269.3-cü maddəsinə əsasən girov daşınar əşyalara (ipoteka obyekti olan daşınar əşyalardan başqa) əşya hüquqlarının məhdudlaşdırılmasıdır. Bu Məcəllə ilə nəzərdə tutulmuş hallarda hüquqların da girov qoyulması mümkündür. Azərbaycan Respublikasının MM-nin 270.1-ci maddəsinə əsasən girov və ipoteka müqavilə üzrə əmələ gəlir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 279-cu maddəsinə əsasən əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, girov saxlayanın tələbini girov faktiki təminat məqamında malik olduğu həcmdə təmin edir. Bu tələbə həmçinin faizlər, dəbbə pulu, icranın gecikdirilməsi ilə vurulmuş zərərin əvəzinin ödənilməsi, habelə girov qoyulmuş əşyanın saxlanması və salamatlığı üçün girov saxlayanın zəruri xərcləri və tutma xərcləri daxildir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 295-ci maddəsinə əsasən girov saxlayanın (kreditorun) tələblərinin ödənilməsi üçün tutma girov qoyulmuş əşyaya borclu girovla təmin edilmiş öhdəliyi onun cavabdeh olduğu səbəblərdən icra etmədikdə və ya lazımınca icra etmədikdə yönəldilə bilər. Azərbaycan Respublikasının MM-nin 296.1-ci maddəsinə əsasən girov saxlayanın tələbinin məhkəməyə müraciət edilmədən, girov qoyulmuş əşya hesabına ödənilməsinə girov saxlayanla girov qoyanın notariat qaydasında təsdiqlənmiş razılaşması əsasında yol verilir. Belə razılaşma ilə hüquqları pozulmuş şəxsin iddiası üzrə məhkəmə həmin razılaşmanı etibarsız saya bilər. Bu cür razılaşma olmadıqda girov saxlayanın (kreditorun) tələbinin girov qoyulmuş əşyanın dəyərindən ödənilməsi məhkəmənin qərarı ilə həyata keçirilir. Azərbaycan Respublikasının MM-nin 298.1-ci maddəsinə əsasən girov qoyulmuş əşyanın satılması nəticəsində götürülmüş məbləğdən, tutmanın həmin əşyaya yönəldilməsinə və onun satılmasına çəkilmiş xərclərin ödənilməsi üçün zəruri məbləğlər tutulduqdan sonra girov saxlayanın tələbləri ödənilir, qalan məbləğ girov qoyana verilir. Azərbaycan Respublikasının MM-nin 298.2-ci maddəsinə əsasən əgər girov qoyulmuş əşyanın satışından götürülən məbləğ girov saxlayanın tələbini ödəmək üçün yetərli deyildirsə, o, çatışmayan məbləği, əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, borclunun başqa əşyasından almaq hüququna malikdir. Bu halda girov saxlayanın girova əsaslanan üstünlük hüququ yoxdur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda, bu qayda qüvvədə olmur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 449.4-cü maddəsinə əsasən özgə vəsaitindən istifadə üçün faizlər, əgər müqavilədə faizlərin hesablanması üçün daha qısa müddət müəyyənləşdirilməyibsə, həmin vəsait məbləğinin kreditora ödənildiyi günə qədər tutulur. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İş materiallarından görünür ki, iddiaçı iddia qaydasında məhkəməyə müraciət etmiş və 47 manat məbləğində dövlət rüsumu ödəmişdir. Məhkəmə hesab edir ki, iddia tələbinin məbləği tam təmin edildiyi üçün, ödənilmiş iddia tələbinin məbləğinə uyğun olaraq cavabdehdən 47 manat dövlət rüsumu tutularaq iddiaçıya ödənilməlidir. Məhkəmə iş üzrə müəyyən edilmiş faktiki hallara tətbiq edilməli olan qanun normalarına uyğun qiymət verərək hesab edir ki, İddiaçı BOKT MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2020-ci il tarixli 104/0320-276 nömrəli kredit müqaviləsi üzrə əsas borca görə 1926,81 manat, faiz borcuna görə 240,04 manat olmaqla cəmi 2166,85 manat; xx.xx.2020-ci il tarixli 104/0320-277 nömrəli kredit müqaviləsi üzrə əsas borca görə 437,04 manat, faiz borcuna görə 78,30 manat olmaqla cəmi 515,34 manat; iki müqavilə üzrə ümumilikdə 2682,19 manat məbləğində borc, həmçinin dövlət rüsumuna görə ödənilmiş 47 manat pul alınaraq İddiaçı BOKT MMC-yə ödənilməli, tutma İddiaçı BOKT MMC-nin depozit seyfində saxlanılan girov predmeti olan 70,92 qram çəkidə, ümumi dəyəri 4130,25 manat olan girova (qızıl-zinət əşyalarına) yönəldilməli, həmin əşyalar açıq hərracda satılmalı və onun satışından əldə edilmiş vəsait hesabına cavabdehin iddiaçıya olan borcları ödənilməlidir. Əldə edilmiş vəsaitin qətnamənin icrasından qalan hissəsinin cavabdehə verilməli, əldə olunmuş vəsait yetərli olmazsa qalan məbləğin cavabdehdən ümumi qaydada tutulmalıdır. Azərbaycan Respublikasının MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikasının MPM-nin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Azərbaycan Respublikasının MPM-nin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikasının MPM-nin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə q ə t e t d i: İddia təmin olunsun. Cavabdeh 2682,19 manat məbləğində borc və 47 manat məbləğində dövlət rüsumu alınaraq İddiaçı BOKT MMC-yə ödənilsin. Tələb girov predmeti olan və İddiaçı BOKT MMC-nin depozit seyfində saxlanılan 70,92 qram (1 ədəd saat əyyarı 583 çəkisi 20 qr, 1 ədəd saat əyyarı 583 çəkisi 20,14 qr, 1 ədəd sep əyyarı Q/S-583 çəkisi 16,59 qr, 1 ədəd üzük əyyarı 585 çəkisi 1,2 qr, 1 ədəd üzük əyyarı Q/S-583 çəkisi 4,17 qr, 1 ədəd kulon qırmızı qaş əyyarı Q/S-583 çəkisi 4,09 qr, 1 ədəd üzük sınıq qırmızı qaş əyyarı Q/S-583 çəkisi 4,73 qr) çəkidə, ümumi dəyəri 4130,25 manat olan girova yönəldilsin. Həmin qızıl-zinət əşyaları açıq hərrac yolu ilə satılsın. Satışdan əldə ediləcək puldan 2682,19 manat məbləğində borc və 47 manat məbləğində dövlət rüsumu İddiaçı BOKT MMC-nin hesabına ödənilsin. Ödənişlər aparıldıqdan sonra artıq qalan məbləğ Cavabdeh qaytarılsın. Əldə olunmuş vəsait borcun ödənilməsinə yetərli olmadıqda qalan məbləğ ümumi qaydada Cavabdeh tutulsun. Qətnamədən 1 (bir) ay müddətinə Ağcabədi Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Etibar Quliyev
Məhkəmə qərarları › İş №2(017)-133/2023
Ağcabədi Rayon Məhkəməsi Qətnamə — İş №2(017)-133/2023
09.03.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver