Məhkəmə qərarları › İş №2(017)-1333/2023

Ağcabədi Rayon Məhkəməsi Qətnamə — İş №2(017)-1333/2023

01.08.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağcabədi rayonu İş № 2(017)-1333/2023 01.08.2023 AĞCABƏDİ RAYON MƏHKƏMƏSİ Ağcabədi Rayon Məhkəməsi hakim Quliyev Etibar Bəhrəm oğlunun sədrliyi, məhkəmə iclasının katibi X1, İddiaçı iştirakı ilə İddiaçı Cavabdeh qarşı zərərin əvəzinin ödənilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı məhkəmədə iddia qaldıraraq Cavabdeh avtomobilinə vurduğu zərərə görə yaranmış 690 manat, və ödənilmiş 30 manat dövlət rüsumunun alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 53cü maddəsinə əsasən iddia tələbinin həcmini dəqiqləşdirərək izahatında bildirdi ki, Mersedes Benz 230 minik markalı ** BE *** dövlət qeydiyyat nişanlı avtomobil ona məxsusdur. xx.xx.2023-cü il tarixdə saat 15:20-də Gəncə şəhəri H.Əliyev prospekti ilə Ş.İ.Xətai prospektinin kəsişdiyi yerdə VAZ 21070 markalı ** UN *** dövlət nömrə nişanlı avtomobili idarə edən Cavabdeh yol hərəkəti qaydalarını pozması səbəbindən həmin avtomobillə Ramin Hüseynovun idarə etdiyi ona məxsus avtomobillə toqquşmuş və qəzadan sonra cavabdeh hadisə yerindən yayınmışdır. Həmin vaxt hadisə yerinə Gəncə şəhər Baş Polis İdarəsi X3 əməkdaşları gəlib baxış keçirmişlər. Avtomobilə vurulmuş zərərin məbləğinin hesablanması üçün yol polisi əməkdaşlarının iştirakı ilə mütəxəssis dəvət olunmuş və dəyən zərərin məbləği hesablanaraq 690 manat təşkil etdiyi müəyyən olunmuşdur. Cavabdeh maddi ziyan vurmaqla yol hərəkəti qaydalarını pozduğuna görə barəsində inzibati protokol tərtib olunaraq inzibati məsuliyyətə cəlb olunmuş və 100 manat məbləğində inzibati zərimə olunmuşdur. Zərərin əvəzinin ödənilməsi üçün 590 manat məbləğində pulun və ödədiyi 30 manat dövlət rüsumunun Cavabdeh alınaraq ona ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq o, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə iddiaçının izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş inzibati xəta haqqında xx.xx.2023-cü il tarixli İXP ******* nömrəli qərarın surətindən görünür ki, Cavabdeh xx.xx.2023-cü il tarixdə saat 15:20-də VAZ 21070 Minik markalı ** UN *** dövlət nişanlı avtomobili idarə edərkən yolayrıcını keçmə qaydalarının pozulması, yol nəqliyyat hadisəsi yerindən yayınmasına görə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.2-ci, 327.6-cı maddəsində nəzərdə tutulmuş inzibati xəta törətmişdir. İş materiallarına əlavə edilmiş inzibati tənbeh vermə haqqında xx.xx.2023-cü il tarixli TP ******* nömrəli qərarın surətindən görünür ki, Cavabdeh xx.xx.2023-cü il tarixdə saat 15:20-də VAZ 21070 Minik markalı ** UN *** dövlət nişanlı avtomobili idarə etmiş, nəticədə İXM-nin 327.2 və 327.6-cı maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmiş və 100 manat məbləğində cərimə edilmişdir. İş materiallarında olan AC 912226 nömrəli nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin surətindən görünür ki, Mersedes Benz 230 minik markalı ** BE *** dövlət qeydiyyat nişanlı avtomobil İddiaçı məxsusdur. İş materiallarında olan Azərbaycan Respublikası Gəncə Avtomotoservis və Ticarət Müəssisəsinin verdiyi qüsur aktından görünür ki, Mersedes Benz 230 minik markalı ** BE *** dövlət qeydiyyat nişanlı avtomobilin təmir prosesində əvəz olunmalı hissələri və onların dəyəri: qabaq bufer 400 manat, dəmirçi 50 manat, rəngsaz 200 manat, armaturçu 40 manat olmaqla cəmi 690 manat təşkil edir. İş materiallarında olan İddiaçı tərəfindən məhkəməyə təqdim olunmuş xx.xx.2023-cü il tarixli ərizədən görünür ki, iddiaçı iddia tələbinin həcmini dəqiqləşdirərək maddi ziyana görə cavabdehdən cəmi 590 manat pul tələb edir. Beləliklə, məhkəmə iclasında İddiaçı məxsus avtomobilə Cavabdeh tərəfindən ziyan vurulması müəyyən edildi. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1 və 21.2-ci maddələrinə görə zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin hüququnu bərpa etmək üçün çəkdiyi və çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Həmin Məcəlləsinin 1108.1-ci maddəsinə əsasən ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüququ pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısı alınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1096-cı maddəsində göstərilir ki, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097.1-ci maddəsində göstərilir ki, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və ya işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Məhkəmə hesab edir ki, İddiaçı məxsus avtomobilə Cavabdeh tərəfindən 590 manat məbləğində vurulmuş ziyan, iş materialları ilə sübut edildiyinə görə iddia təmin edilməli, Cavabdeh maddi ziyana görə 590 manat və dövlət rüsumuna görə ödənilmiş 30 manat məbləğində pul alınaraq İddiaçı verilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinin tələblərinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216- 220-ci və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdeh 590 manat (beş yüz doxsan manat) və dövlət rüsumuna görə ödənilmiş 30 manat məbləğində pul alınaraq İddiaçı verilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətinə Ağcabədi Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Etibar Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar