Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağcabədi rayonu İş № 2(017)-1336/2023 03.07.2023 AĞCABƏDİ RAYON MƏHKƏMƏSİ Ağcabədi Rayon Məhkəməsinin hakimi Quliyev Etibar Bəhrəm oğlunun sədrliyi, məhkəmə iclasının katibi Paşayev Şamxal Yəhya oğlunun katibliyi ilə, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh və Şükürov Vaqif Əsəd oğluna qarşı “kredit borcunun ödənilməsi” tələbi barədə kiçik iddiaya dair mülki işə sadələşdirilmiş icraat qaydasında Ağcabədi Rayon Məhkəməsinin binasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı Açıq Səhmdar Cəmiyyəti cavabdehlər Cavabdeh və Şükürov Vaqif Əsəd oğluna qarşı “kredit borcunun ödənilməsi” barədə iddia verərək, Cavabdeh və Şükürov Vaqif Əsəd oğlundan 1184,04 manat əsas, 2,79 manat faiz borcunun və 31,87 manat dövlət rüsumunun alınıb İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.1-ci maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 5 (beş) iş günü ərzində cavabdehə rəsmi qaydada bildiriş göndərilmişdir. İddia ərizəsindən görünür ki, İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında 03 sentyabr 2019-cu il tarixdə kredit müqaviləsi imzalanmışdır. Həmin müqaviləyə uyğun olaraq tərəflər arasında razılaşma imzalanmış və cavabdehə illik 1 faiz dərəcəsi ilə 60 ay müddətinə 2901,03 manat kredit verilmişdir. Cavabdeh Şükürov Vaqif Əsəd oğlu həmin sazişə uyğun olaraq zamin kimi üzərinə məsuliyyət götürmüşdür. Lakin, Cavabdeh kredit borclarını banka ödəməkdən yayınmış, beləliklə də 1184,04 manat əsas, 2,79 manat faiz borcu yaranmışdır. Ona görə də cavabdehlərdən həmin məbləğin, habelə 31,87 manat ödənilmiş dövlət rüsumunun alınıb onlara verilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iddia ərizəsini, işdə olan hüquqi sənədləri tədqiq edib, toplanmış sübutların məcmusuna hüquqi qiymət verərək, belə nəticəyə gəlir ki, iddia tələbi qismən təmin olunmalıdır. İş materiallarında olan İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış 03 sentyabr 2019-cu il tarixli kredit müqaviləsindən görünür ki, bankla Cavabdeh arasında 2901,03 manat məbləğində kredit müqaviləsi bağlanılmış, həmin məbləğ Cavabdeh verilmiş və Şükürov Vaqif Əsəd oğlu həmin sazişə uyğun olaraq zamin kimi üzərinə məsuliyyət götürmüşdür. İş materiallarında olan İddiaçı Açıq Səhmdar Cəmiyyəti tərəfindən verilmiş maliyyə arayışından görünür ki, Cavabdeh banka 1184,04 manat əsas, 2,79 manat faiz borcu vardır. Mülki işin materiallarına əlavə edilmiş ödəniş tapşırığından görünür ki, İddiaçı Açıq Səhmdar Cəmiyyəti məhkəməyə müraciət etməsi üçün dövlət büdcəsinə 31,87 manat dövlət rüsumu ödəmişdir. İş materiallarına əlavə edilmiş xx.xx.2021-ci il tarixli AZ-İİ 152848 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, Şükürov Vaqif Əsəd oğlu xx.xx.2021-ci il tarixdə vəfat etmişdir. İş materiallarına əlavə edilmiş xx.xx.2023-cü və xx.xx.2023-cü il tarixli ödəniş qəbzlərindən görünür ki, Cavabdeh İddiaçı Açıq Səhmdar Cəmiyyətinə 100 manat ödəmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinin tələbinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkət etməlidir, məsələn pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Qeyd olunan Məcəllənin 472.1-ci maddəsinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Beləliklə, məhkəmə iclasında müəyyən olundu ki, Cavabdeh ilə İddiaçı Açıq Səhmdar Cəmiyyəti arasında kredit müqaviləsi bağlanmışdır. Bank üzərinə düşən öhdəliyi tam yerinə yetirmiş, Cavabdeh illik 1 faiz dərəcəsi ilə 60 ay müddətinə qaytarmaq şərti ilə, 2901,03 manat məbləğində kredit verilmiş və Şükürov Vaqif Əsəd oğlu həmin sazişə uyğun olaraq zamin kimi üzərinə məsuliyyət götürmüşdür. Lakin cavabdeh kredit müqaviləsinin şərtlərinə uyğun olaraq üzərinə düşən öhdəliyi yerinə yetirməmiş, müəyyən edilmiş qrafik üzrə kredit borcunu banka ödəməmişdir. Şükürov Vaqif Əsəd oğlu xx.xx.2021-ci il tarixdə vəfat etmişdir. Məhkəmə ərəfəsində cavabdeh bankın hesabına 100 manat ödəniş etmişdir. Məhkəmə iş üzrə müəyyən edilmiş faktiki hallara tətbiq edilməli olan qanun normalarına uyğun qiymət verərək hesab edir ki, Şükürov X1” Açıq Səhmdar Cəmiyyəti ilə kredit müqaviləsi bağlayarkən üzərinə götürdüyü öhdəlikləri lazımınca yerinə yetirmədiyindən ondan 1084,04 manat əsas və 2,79 manat faiz borc alınaraq iddiaçıya ödənilməlidir. İddia qalan hissədə sübuta yetirilmədiyinə görə təmin edilməməlidir. Azərbaycan Respublikası MPM-nin 261.0.7-ci maddəsinə əsasən hakim iş üzrə tərəflərdən biri olan şəxs öldükdən sonra barəsində mübahisə edilən hüquq münasibəti hüquq varisliyinə yol verməzsə iş üzrə icraata xitam verir. Belə olan halda məhkəmə hesab edir ki, Şükürov Vaqif Əsəd oğlu öldüyünə və barəsində mübahisə edilən hüquq münasibəti hüquq varisliyinə yol verilmədiyinə görə iddia tələbi ona aid hissədə xitam verilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil oluduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Həmin Məcəllənin 284-6.1-ci maddəsinə əsasən işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən iddia qaldırılması üçün iddiaçının ödədiyi 31,87 manat dövlət rüsumu da onun xeyrinə cavabdehdən tutulmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-1, 284-5 və 284-6-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh 1084,04 manat əsas, 2,79 manat faiz borc və 31,87 manat məbləğində ödənilmiş dövlət rüsumu alınaraq İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. İddia tələbinə Şükürov Vaqif Əsəd oğluna aid hissədə xitam verilsin. Qətnamədən 01 (bir) ay müddətində Ağcabədi Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamə qəbul edildiyi gündən 01 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Etibar Quliyev
Məhkəmə qərarları › İş №2(017)-1336/2023
Ağcabədi Rayon Məhkəməsi Qətnamə — İş №2(017)-1336/2023
03.07.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver