Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağcabədi rayonu İş № 2(017)-1339/2024 26.07.2024 AĞCABƏDİ RAYON MƏHKƏMƏSİ Ağcabədi Rayon Məhkəməsinin hakimi Ləzimov Sulduz Paşa oğlunun sədrliyi, Muradov Malik Maarif oğlunun katibliyi ilə, İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı «kredit borcunun və dövlət rüsumunun ödənilməsi» tələbi barədə kiçik iddiaya dair mülki işə sadələşdirilmiş icraat qaydasında Ağcabədi Rayon Məhkəməsinin binasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Qapalı Səhmdar Cəmiyyəti Cavabdeh HSS000033 saylı 25 fevral 2023-cü il tarixli Nisyə Alqı-satqı müqaviləsi üzrə 448 manat əsas borcun, 67,2 manat cərimə borcunun, 30,40 manat ödənilmiş dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Fiziki şəxs X4 ilə Cavabdeh arasında bağlanmış HSS000033 saylı 25 fevral 2023cü il tarixli Nisyə Alqı-satqı kredit müqaviləsinə əsasən cavabdeh 448 manat dəyərində aldığı mala görə ödəniş cədvəlinə uyğun olaraq hər ay ödəmək şərti ilə 6 ay müddətinə ödəməyi öhdəsinə götürmüşdür. İddiaçı MMC ilə Fiziki şəxs X4 arasında imzalanan Faktorinq müqaviləsi və həmin faktorinq müqaviləsinə əlavə olunan Sazişə əsasən Fiziki şəxs X1 Cavabdeh qarşı olan 448 manat məbləğindəki tələb hüququ İddiaçı QSC-ə keçmişdir. Cavabdeh 25 fevral 2023-cü il tarixli Nisyə Alqı-satqı müqaviləsi üzrə borcu ödəmək barədə öhdəlik götürsə də, bu öhdəliyi lazımı qaydada yerinə yetirməmiş və iddiaçıya olan borcunu tam qaytarmamışdır. İddiaçı tərəflər arasında bağlanmış müqavilənin şərtlərinə əsasən üzərinə düşən öhdəlikləri tam yerinə yetirsə də, cavabdeh həmin müqavilə üzrə üzərinə düşən öhdəlikləri yerinə yetirməmişdir. Nəticədə cavabdehin İddiaçı Qapalı Səhmdar Cəmiyyətinə xx.xx.2023-cü il tarixli müqaviləyə əsasən 448 manat əsas kredit borcu 28,8 manat cərimə borcu yaranmışdır. İddiaçı Qapalı Səhmdar Cəmiyyəti məhkəməyə ərizə ilə müraciət edərək Cavabdeh 448 manat əsas borcunun, 67,2 manat cərimə borcunun, 30,40 manat məbləğində ödənilmiş dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.1-ci maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 5 (beş) iş günü ərzində cavabdehə rəsmi qaydada bildiriş göndərilmişdir. İddiaçı QSC ilə Cavabdeh arasında kredit şərtlərinə görə borc alan Cavabdeh müqavilə üzrə hesablanmış dəbbə pulunu və əsas borc məbləğini tam və vaxtında ödəməyi öhdəsinə götürsə də, borcun ödənilməsinə dair öhdəliyi vaxtında və lazımı qaydada icra etməmişdir. Bu barədə dəfələrlə yazılı və şifahi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq cavabdeh öhdəliyin icra edilməsindən qərəzli olaraq yayınmışdır. Təqdim olunan maliyyə arayışına əsasən Cavabdeh xx.xx.2023-ci il tarixli kredit müqaviləsinə əsasən 448 manat əsas borcu, 67,2 manat cərimə borcu var. Məhkəmə iddia ərizəsini, işdə olan hüquqi sənədləri tədqiq edib, toplanmış sübutların məcmusuna hüquqi qiymət verərək, belə nəticəyə gəlir ki, iddia tələbi qismən təmin olunmalıdır. Azərbaycan Respublikası Mülki Məcələsinin 462.1-ci maddəsinə əsasən dəbbə (cərimə, penya) pulu müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Həmin Məcəllənin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Məhkəmə hesab edir ki, iddia qismən təmin olunmalı, tərəflər arasında bağlanmış kredit razılaşmasına əsasən cavabdehdən 25 fevral 2023-cü il tarixli müqaviləyə əsasən 448 manat əsas borcu, 10 manat cərimə borcu, 30,40 manat məbləğində ödənilmiş dövlət rüsumu alınaraq İddiaçı Qapalı Səhmdar Cəmiyyətinə ödənilməlidir. İddia tələbi qalan hissədə təmin edilməməlidir. İş üzrə tərəfin təqdim etdiyi sənədlər yekun qərarın çıxarılması üçün kifayət etdiyi üçün məhkəmə hesab edir ki, iddia qismən təmin olunmalı, tərəflər arasında bağlanmış kredit razılaşmasına əsasən borc cavabdehdən alınaraq İddiaçı Qapalı Səhmdar Cəmiyyətinə ödənilməlidir. Mülki işin materiallarına əlavə edilmiş ödəniş tapşırığından görünür ki, İddiaçı Qapalı Səhmdar Cəmiyyəti məhkəməyə müraciət etməsi üçün dövlət büdcəsinə 30,40 manat dövlət rüsumu ödəmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinin tələbinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkət etməlidir, məsələn pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. İş üzrə tərəfin təqdim etdiyi sənədlər yekun qərarın çıxarılması üçün kifayət etdiyi üçün məhkəmə hesab edir ki, iddia qismən təmin olunmalı, tərəflər arasında bağlanmış kredit razılaşmasına əsasən iddiaçıya olan borc cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil oluduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Həmin Məcəllənin 284-6.1-ci maddəsinə əsasən işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən iddia qaldırılması üçün iddiaçının ödədiyi 30,40 manat manat dövlət rüsumu da onun xeyrinə cavabdehdən tutulmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-1, 284-5 və 284-6-cı maddələrini rəhbər tuturaq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh xx.xx.2023-cü il tarixli kredit müqaviləsinə əsasən 448 manat əsas kredit borcu, 10 manat cərimə borcu, 30,40 manat məbləğində ödənilmiş dövlət rüsumu tutularaq İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin xeyrinə ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən 01 (bir) ay müddətində Ağcabədi Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamə qəbul edildiyi gündən 01 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Sulduz Ləzimov Azяrbaycan Respublikasы Ağcabədi Rайон Mяhkяmяsi Почт индекси 0403, Ağcabədi шящяри Тел: (021) 275-18-80 Ü.Hacıbəyli prospekti №153 Faks: (021) 275-18-80 www. ъонтаът@aghjabadiъоурт.эов.аз GK № _____ “____” iyun 2024-cü il X2 Ünvan: Ağcabədi ray;. İsmət Qayıbov küç;. ev 18 a Sizin 27 may 2024-cü il tarixdə Ağcabədi Rayon Məhkəməsinə daxil edilmiş etiraz ərizənizə cavab olaraq bildirilir ki, 2(017)-931/24 saylı sadələşdirilmiş icraat qaydasında mülki iş üzrə iddia ərizəsi Ağcabədi rayon Məhkəməsinin 23 may 2024-cü il tarixli qətnaməsi ilə təmin edilmiş və qətnamənin surəti 24 may 2024-cü il tarixili reyestrlə, poçt vasitəsi ilə tərəflərə göndərilmişdir. Sizin həmin qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində elektron qaydada Ağcabədi Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Appelyasiya Məhkəməsinə appelyasiya şikayəti vermək hüququnuz var. Odur ki, məlumat üçün sizə bildirilir. Ağcabədi Rayon Məhkəməsinin sədri: Sulduz Ləzimov MƏHKƏMƏİCLASİNİN PROTOKOLU AĞCABƏDİ RAYON MƏHKƏMƏSİ 26 iyul 2024-cü il İş №2(017)-1238/2024 Ağcabədi şəhəri Hakim Ləzimov Sulduz Paşa oğlunun sədrliyi, məhkəmə iclas katibi Muradov Malik Maarif oğlunun katibliyi ilə, İddiaçı QSC-nin Cavabdeh qarşı kredit borcunun və dövlət rüsumunun ödənilməsi tələbinə dair kiçik iddia ərizəsinə qapalı məhkəmə iclasında baxılır. İclas saat 15:30-də açıldı. Məhkəmə iclasına sədrlik edən iclası açıb baxılacaq işi elan edir. Sədrlik edən bildirir ki, Ağcabədi Rayon Məhkəməsinin icraatına İddiaçı QSC-nin Cavabdeh qarşı kredit borcunun və dövlət rüsumunun ödənilməsi tələbinə dair kiçik iddia ərizəsi daxil olmuşdur. İşüzrə cavabdeh tərəfindən iddia tələbinə etirazın olub-olmaması məsələsinin həll edilməsi üçün iddia ərizəsinin surəti və bildiriş rəsmi qaydada cavabdehə göndərilmişdir. Həmin ərizə məhkəməyə daxil olduğu gündən 30 manat (otuz) iş günüərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalıdır. Sədrlik edən iş materiallarını nəzərdən keçirərək qətnaməni elan edir. Sədrik edən məhkəmə iclasını saat 15:50-də bağlı elan edir. Məhkəmə iclasının protokolu 26 iyul 2024-cü il tarixdə tərtib olunmuş və imzalanmışdır. Sədrlik edən: İclas katibi: İCRAVƏRƏQƏSİ AĞCABƏDİRAYONMƏHKƏMƏSİ İş №2(017)-417/2024 23 iyun 2024-cü il İddiaçı QSC-nin cavabdehlər Cavabdeh qarşı yaranmış borcun və dövlət rüsumunun ödənilməsi tələbi barədə kiçik iddiaya dair mülki işə sadələşdirilmiş icraat qaydasında Ağcabədi rayon Məhkəməsinin binasında baxaraq, QƏTETDİ: İddia qismən təmin edilsin. Cavabdeh xx.xx.2022-cü il tarixli kredit müqaviləsinə əsasən 384 manat əsas kredit borcu, 5 manat cərimə borcu və 30 manat manat məbləğində ödənilmiş dövlət rüsumu tutularaq İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin xeyrinə ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. “İcra haqqında” Azərbaycan Respublikası Qanunun 10-cu madəsinə əsasən icra məmurlarının öz səlahiyyətləri hüdudunda irəli sürdükləri tələblər Azərbaycan Respublikası ərazisində bütün fiziki və hüquqi şəxslər üçün məcburidir. İcra məmurlarına öz vəzifələrini həyata keçirmək üçün tələb olunan məlumat, sənəd və onların surətləri ödənişsiz və müəyyən olunmuş vaxtda verilir. İcra məmurlarının qanuni tələblərini yerinə yetirməyən, ona həvalə edilmiş vəzifələrin icrasına mane olan şəxslər qanunvericiliklə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar. İddiaçının soyadı, adı, atasının adı, ünvanı, doğum tarixi; İddiaçı QSC – Bakı şəhəri, Xətai rayonu, Xocalı prospekti 37 Cavabdehin soyadı, adı, atasının adı, ünvanı, doğum tarixi Cavabdeh -xx.xx.1989-cu il, Ağcabədi rayonu, Ağabəyli kəndi AA1638543 İcra vərəqəsi “_____” noyabr 2024-cü il tarixdə verilmişdir. Ağcabədi Rayon Məhkəməsinin sədri: Sulduz Ləzimov AZƏRBAYCAN RESPUBLİKASİ AĞCABƏDİ RAYON MƏHKƏMƏSİ Почт индекси 0403, Ağcabədi шящяри Тел: (021) 275-18-80 Ü.Hacıbəyli prospekti №153 Faks: (021) 275-18-80 www. ъонтаът@aghjabadiъоурт.эов.аз №2(017)-417/2024 “______” noyabr 2024-cü il Ağcabədi rayon İcra və Probasiya şöbəsinin rəisi V.İ.E cənab Faiq Mustafayevə İddiaçı QSC-nin Cavabdeh qarşı yaranmış borcun və dövlət rüsumunun ödənilməsi tələbi barədə kiçik iddiaya dair mülki iş üzrə Ağcabədi rayon Məhkəməsinin 23 iyun 2024cü il tarixli, 2(017)-417/2024 saylı icra vərəqəsi icra edilməsi üçün Sizə göndərilir. Qoşma: icra sənədi «01» vərəqə; Məhkəmənin sədri Sulduz Ləzimov.
Məhkəmə qərarları › İş №2(017)-1339/2024
Ağcabədi Rayon Məhkəməsi Qətnamə — İş №2(017)-1339/2024
26.07.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver