Məhkəmə qərarları › İş №2(017)-1350/2023

Ağcabədi Rayon Məhkəməsi Qətnamə — İş №2(017)-1350/2023

29.08.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağcabədi rayonu İş № 2(017)-1350/2023 29.08.2023 AĞCABƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Ləzimov Sulduz Paşa oğlunun sədrliyi, məhkəmə iclas katibi Muradov Malik Maarif oğlunun katibliyi ilə İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı kredit üzrə borcun tutulmasına dair iddia ərizəsi üzrə işə Ağcabədi şəhərində məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: İddiaçı Qapalı Səhmdar Cəmiyyəti iddia ərizəsi ilə məhkəməyə müraciət edərək göstərmişdirdi ki, İddiaçı Qapalı Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış 08 avqust 2022-ci il tarixli müqavilə əsasında aylıq faiz dərəcəsi 1.6667% olmaqla, 36 ay müddətinə kredit müqaviləsinin ayrılmaz hissəsi olan 1 saylı əlavədə müəyyən olunmuş ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə Cavabdeh 13.000 (on üç min) məbləğində kredit verilmişdir. Dəfələrlə kreditin ödənilməsi üçün Cavabdeh xəbərdarlıqlar olunsa da, kredit borcu ödənilməmiş qalmışdır. Kredit öhdəliyi üzrə cavabdehin 08 avqust 2022-ci il tarixli ərizəsi üzrə 11.703 manat 67 qəpik məbləğində kredit borcu, 656 manat 62 qəpik məbləğində faiz borcu, 169 manat 04 qəpik məbləğində cərimə borcu, cəmi 12.529 manat 33 qəpik məbləğində borcun və iddia qaldırılması üçün ödənilmiş 127 manat 59 qəpik məbləğində dövlət rüsumunun alınıb bankın hesabına ödənilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı Qapalı Səhmdar Cəmiyyəti məhkəmyə ərizə göndərərək iddia tələbinin təmin olunmasını və işə onların nümayəndəsinin iştirakı olmadan baxılmasını xahiş etmişdir. Cavabdeh məhkəmənin vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, cavabdeh məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə bu halda Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinin tələbinə əsasən, işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. İş materiallarında olan İddiaçı Qapalı Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış 08 avqust 2022-ci il tarixli ərizəsindən (müqaviləsindən) görünür ki, iddiaçı bank tərəfindən Cavabdeh aylıq faiz dərəcəsi 1.6667% olmaqla, 36 ay müddətinə 13.000 manat məbləğində kredit verilmişdir. İş materiallarında olan maliyyə arayışından görünür ki, Cavabdeh 08 avqust 2022-ci il tarixli ərizəsi üzrə 11.703 manat 67 qəpik məbləğində əsas, 656 manat 62 qəpik məbləğində faiz borcu, 169 manat 04 qəpik məbləğində cərimə borcu, ümumilikdə cəmi 12.529 manat 33 qəpik məbləğində borcu vardır. İş materiallarında olan İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin xəbərdarlıq məktubundan görünür ki, İddiaçı Qapalı Səhmdar Cəmiyyəti cavabdehə borcun qaytarılması üçün lazımi qaydada xəbərdarlıq etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 448.1-ci maddəsinə görə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 465.2-ci maddəsinə əsasən əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Həmin Məcəllənin 445.2.1-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdiriliş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Həmin Məcəllənin 462.1-ci maddəsinə əsasən dəbbə (cərimə, penya) pulu müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən iddia qaldırılmasına görə iddiaçının ödədiyi 127 manat 59 qəpik dövlət rüsumu iddiaçının xeyrinə cavabdehdən tutulmalıdır. Beləliklə, məhkəmə tədqiq olunmuş sübutlara hüquqi qiymət verərək hesab edir ki, iş üzrə Cavabdeh İddiaçı Qapalı Səhmdar Cəmiyyətinın xeyrinə 08 avqust 2022-ci il tarixdə bağlanmış ərizəsi üzrə 11.703 manat 67 qəpik məbləğində əsas, 656 manat 62 qəpik məbləğində faiz borcu, 169 manat 04 qəpik məbləğində cərimə borcu olmaqla, cəmi 12.529 manat 33 qəpik məbləğində borc və ödənilmiş 127 manat 59 qəpik məbləğində dövlət rüsumunun əvəzi tutulmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 222.2-ci maddəsinə əsasən pul vəsaitlərinin tutulması haqqında iddianı təmin edərkən hakim əsas borcu, ziyan və dəbbə pulunu (cərimə, peniya) ayrı-ayrılıqda müəyyən etməklə, alınmalı olan ümumi məbləği qətnamədə göstərir. Məhkəmə bu nəticəyə gəlir ki, cavabdeh tərəfindən kredit müqaviləsinin tələbləri pozulmuş, o, müqavilə üzrə üzərinə düşən öhdəliyi icra etməmişdir. Bu səbəbdən də məhkəmə hesab edir ki, iddia tələbi təmin olunmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə müvafiq olaraq məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 233.1-ci maddəsində göstərilir ki, məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 213-214, 216-222-ci maddələrini rəhbər tuturaq, məhkəmə qətetdi: İddia təmin edilsin. İddiaçı QSC ilə Cavabdeh arasında bağlanmış 08 avqust 2022-ci il tarixli ərizəsi (müqaviləsi) ləğv edilsin. Cavabdeh İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin xeyrinə 08 avqust 2022-ci il tarixdə bağlanmış ərizəsi (müqaviləsi) üzrə 11.703 manat 67 qəpik məbləğində əsas, 656 manat 62 qəpik məbləğində faiz borcu, 169 manat 04 qəpik məbləğində cərimə borcu olmaqla, ümumilikdə cəmi 12.529 manat 33 qəpik məbləğində borc və dövlət rüsumu kimi ödənilmiş 127 manat 59 qəpik məbləğində pul tutulsun. Qətnamədən rəsmi qaydada veridiyi gündən bir ay müddətində Ağcabədi rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən : Sulduz Ləzimov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar