Məhkəmə qərarları › İş №2(017)-1354/2023

Ağcabədi Rayon Məhkəməsi Qətnamə — İş №2(017)-1354/2023

24.06.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağcabədi rayonu İş № 2(017)-1354/2023 24.06.2023 AĞCABƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Nuriyev Rəşad Mövsüm oğlunun sədrliyi, İddiaçı "xxxx" Bank Olmayan Kredit X1 Cəmiyyətinin Cavabdeh qarşı kredit borcunun tutulması tələbi barədə kiçik iddia ərizəsinə dair işə baxaraq, M ü ə y y ə n e t d i: İddiaçı "xxxx" Bank Olmayan Kredit X1 Cəmiyyəti iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh 21 iyun 2019-cu il tarixli, 048/APB nömrəli kredit restruktuizasiya müqaviləsinə əsasən 1561,04 əsas borc, 66,40 faiz borcu və 3332,46 manat dəbbə pulu olmaqla cəmi 4959,90 manat və ödənilmiş 99,90 manat dövlət rüsumunun tutularaq iddiaçının xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı "xxxx" Bank Olmayan Kredit X1 Cəmiyyəti tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh ilə Azərbaycan Respublikası Prezidentinin Azərbaycan Respublikası fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında 28 fevral 2019-cu il tarixli fərmanının icrasının təmin edilməsi məqsədi ilə 21 iyun 2019-cu il tarixli, 048/APB nömrəli kredit restruktuizasiya müqaviləsinə əsasən iddiaçı tərəfindən cavabdehə 60 ay müddətinə illik 1% olmaqla 1676,17 manat məbləğində kredit verilmişdir. Kredit restruktuizasiya müqaviləsinə və kredit müqaviləsinə əsasən Cavabdeh ödəməli olduğu krediti və ona hesablanmış faizləri banka ödəməkdən yayınaraq üzərinə düşən öhdəlikləri tam yerinə yetirməmişdir. Borcun ödənilməsi barədə cavabdehə xəbərdarlıq edilməsinə və bildirişlər göndərilməsinə baxmayaraq cavabdeh kredit restruktuizasiya müqaviləsi və kredit müqaviləsi üzrə olan borcunu ödəməkdən yayınmışdır. 01 avqust 2022-ci il tarixə cavabdehin iddiaçıya 21 iyun 2019-cu il tarixli, 048/APB nömrəli kredit restruktuizasiya müqaviləsinə əsasən 1561,04 əsas borc, 66,40 faiz borcu və 3332,46 manat dəbbə pulu olmaqla cəmi 4959,90 manat borcu vardır. Ona görə də, cavabdeh 21 iyun 2019-cu il tarixli, 046/APB nömrəli kredit restruktuizasiya müqaviləsinə əsasən 1561,04 əsas borc, 66,40 faiz borcu və 3332,46 manat dəbbə pulu olmaqla cəmi 4959,90 manat borc və ödənilmiş 99,90 manat dövlət rüsumunun tutularaq iddiaçı "xxxx" Bank Olmayan Kredit X1 Cəmiyyətinin xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.1-ci maddəsinə əsasən cavabdehə rəsmi qaydada bildiriş göndərilərək iddiaçının tələbinə dair əsaslandırılmış etirazının olduğu halda 10 iş günü müddətində öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu bildirilmişdir. Lakin, cavabdehdən ərizəyə dair etiraz daxil olmamışdır. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.3-cü maddəsinə əsasən işə iddiaçının təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmasını mümkün hesab edir. İşdə olan 21 iyun 2019-cu il tarixli, 046/APB nömrəli kredit müqaviləsindən görünür ki, bu müqavilə illik 60 ay müddətinə illik 1 % olmaqla 1876,17 məbləğində kreditin verilməsi ilə əlaqədar "xxxx" Bank Olmayan Kredit X1 Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmışdır. İşdə olan 22 may 2023-cü il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh 01 avqust 2022-ci il tarixə "xxxx" Bank Olmayan Kredit X1 Cəmiyyətinə 21 iyun 2019-cu il tarixli, 048/APB nömrəli kredit restruktuizasiya müqaviləsinə əsasən 1561,04 əsas borc, 66,40 faiz borcu və 3332,46 manat dəbbə pulu olmaqla cəmi 4959,90 manat borcu vardır. Məhkəmə iş materiallarını tam, hərtərəfli və obyektiv araşdırıb, hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkət etməlidir, məsələn, pul ödəməli, xidmətlər göstərməli, əmlak verməli, iş görməli və i.a və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasının tələb etmək hüququ vardır. Həmin Məcəllənin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. İş materialları araşdırılarkən müəyyən olundu ki, Cavabdeh ilə iddiaçı "xxxx" Bank Olmayan Kredit X1 Cəmiyyəti arasında bağlanmış 21 iyun 2019-cu il tarixli, 048/APB nömrəli kredit restruktuizasiya müqaviləsinə əsasən iddiaçı tərəfindən cavabdehə 60 ay müddətinə illik 1 % olmaqla 1876,17 manat məbləğində kredit verilmişdir. Kredit restruktuizasiya müqaviləsinə əsasən Cavabdeh ödəməli olduğu kredit və hesablanmış faizləri banka ödəməkdən yayınaraq üzərinə düşən öhdəlikləri tam yerinə yetirməmişdir. Borcun ödənilməsi barədə cavabdehə xəbərdarlıq edilməsinə və bildirişlər göndərilməsinə baxmayaraq cavabdeh kredit restruktuizasiya müqaviləsi və kredit müqaviləsi üzrə olan borcunu ödəməkdən yayındığından cavabdehin iddiaçıya 21 iyun 2019-cu il tarixli, 048/APB nömrəli kredit restruktuizasiya müqaviləsinə əsasən 1561,04 əsas borc, 66,40 faiz borcu və 3332,46 manat dəbbə pulu olmaqla cəmi 4959,90 manat borcu yaranmışdır. Qeyd olunanlara görə məhkəmə hesab edir ki, iddiaçı "xxxx" Bank Olmayan Kredit X1 Cəmiyyəti Cavabdeh 1561,04 əsas borc, 66,40 faiz borcu və 3332,46 manat dəbbə pulu olmaqla cəmi 4959,90 manat borcun tutulmasını tələb etməkdə haqlıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Məhkəmə cavabdehdən 21 iyun 2019-cu il tarixli müqavilə üzrə tələb olunan 3332,46 manat məbləğində dəbbə pulunun (cərimənin) tənasübsüz surətdə yüksək olduğunu nəzərə alaraq hesab edir ki, dəbbə pulunun miqdarı 150 manatadək azaldılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Şərh olunanları nəzərə alaraq məhkəmə belə nəticəyə gəlir ki, iddia qismən təmin edilməli, Cavabdeh 21 iyun 2019-cu il tarixli, 048/APB nömrəli kredit restruktuizasiya müqaviləsinə əsasən 1561,04 əsas borc, 66,40 faiz borcu və 150 manat dəbbə pulu olmaqla cəmi 1777,44 manat borc alınaraq iddiaçı "xxxx" Bank Olmayan Kredit X1 Cəmiyyətinə ödənilməlidir. İş materiallarına əlavə edilmiş 12 aprel 2023-cü il tarixli mədaxil qəbzindən görünür ki, iddiaçı "xxxx" Bank Olmayan Kredit X1 Cəmiyyəti tərəfindən 99,90 manat dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcələsinin 119.1-ci maddəsinin tələbinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Göstərilən maddənin tələbinə uyğun olaraq məhkəmə hesab edir ki, ödənilmiş 99,90 manat dövlət rüsumu cavabdehdən alınaraq iddiaçının xeyrinə ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-6-cı maddəsinə əsasən, məhkəmə Q ə t e t d i: İddia qismən təmin edilsin. Cavabdeh 1561,04 əsas borc, 66,40 faiz borcu və 150 manat dəbbə pulu və ödənilmiş 99,90 manat dövlət rüsumu, cəmi 1877 (bir min səkkiz yüz yetmiş yeddi) manat 34 (otuz dörd) qəpik alınaraq iddiaçı "xxxx" Bank Olmayan Kredit X1 Cəmiyyətinə ödənilsin. Qətnamədən bir ay müddətində Ağcabədi Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti vermək olar. Hakim: Rəşad Nuriyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar