Məhkəmə qərarları › İş №2(017)-1359/2023

Ağcabədi Rayon Məhkəməsi Qətnamə — İş №2(017)-1359/2023

24.06.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağcabədi rayonu İş № 2(017)-1359/2023 24.06.2023 AĞCABƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Nuriyev Rəşad Mövsüm oğlunun sədrliyi, İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin Cavabdeh qarşı borcun tutulması barədə kiçik iddia ərizəsinə dair işə baxaraq Müəyyənetdi: İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti Cavabdeh qarşı kiçik iddia ərizəsi ilə məhkəməyə müraciət edərək 09 oktyabr 2021-ci il tarixli, müqaviləyə əsasən 208,74 manat əsas borc, 20,26 manat cərimə, 09 oktyabr 2021-ci il tarixli, müqaviləyə əsasən 234,54 manat əsas borc, 23,46 manat cərimə, 09 oktyabr 2021-ci il tarixli, müqaviləyə əsasən 254,12 manat əsas borc, 25,88 manat cərimə, 01 yanvar 2022-ci il tarixli, müqaviləyə əsasən 1111,53 manat əsas borc, 111,47 manat cərimə, hər dörd müqavilə üzrə ümumilikdə 1990 manat borc və 39,9 manat ödənilmiş dövlət rüsumunun cavabdehdən alınıb iddiaçının xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tələbini onunla əsaslandırmışdır ki, iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış 09 oktyabr 2021-ci il tarixli müqaviləyə əsasən cavabdeh iddiaçıdan ilkin ödəniş olmadan, 18 ay müddətinə hər ay 17,28 manat ödəməyi öhdəsinə götürməklə, ümumi dəyəri 311,04 manat olan “Philips” markalı ütü almışdır almışdır. Bundan başqa iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış 09 oktyabr 2021-ci il tarixli müqaviləyə əsasən cavabdeh iddiaçıdan ilkin ödəniş olmadan, 12 ay müddətinə hər ay 29,42 manat ödəməyi öhdəsinə götürməklə, ümumi dəyəri 353,04 manat olan İMEİ KODU **********33345 “Samsung Galaxy A02S” markalı mobil telefon almışdır. Bundan başqa iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış 09 oktyabr 2021-ci il tarixli müqaviləyə əsasən cavabdeh iddiaçıdan ilkin ödəniş olmadan, 11 ay müddətinə hər ay 31,82 manat ödəməyi öhdəsinə götürməklə, ümumi dəyəri 350,02 manat olan İMEİ KODU **********09290 “Samsung Galaxy A02S” markalı mobil telefon almışdır. Bundan başqa iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış 01 yanvar 2022-ci il tarixli müqaviləyə əsasən cavabdeh iddiaçıdan 270,99 manat ilkin ödəniş olmaqla, 12 ay müddətinə hər ay 187,42 manat ödəməyi öhdəsinə götürməklə, ümumi dəyəri 2520,03 manat olan İMEİ KODU **********71517 “İphone 13” markalı mobil telefon, Apple 20W USB almışdır. Lakin Cavabdeh hər dörd müqavilə üzrə cəmi 1725,2 manat ödəniş etmişdir. Dəfələrlə edilmiş xəbərdarlıqlara baxmayaraq cavabdeh müqavilə üzrə üzərinə götürdüyü öhdəliyi yerinə yetirməmişdir. Ona görə də, Cavabdeh 09 oktyabr 2021ci il tarixli, müqaviləyə əsasən 208,74 manat əsas borc, 20,26 manat cərimə, 09 oktyabr 2021-ci il tarixli, müqaviləyə əsasən 234,54 manat əsas borc, 23,46 manat cərimə, 09 oktyabr 2021-ci il tarixli, müqaviləyə əsasən 254,12 manat əsas borc, 25,88 manat cərimə, 01 yanvar 2022-ci il tarixli, müqaviləyə əsasən 1111,53 manat əsas borc, 111,47 manat cərimə, hər dörd müqavilə üzrə ümumilikdə 1990 manat borc və 39,9 manat ödənilmiş dövlət rüsumunun alınaraq iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin xeyrinə tutulması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.1-ci maddəsinə əsasən cavabdehə rəsmi qaydada bildiriş göndərilərək iddiaçının tələbinə dair əsaslandırılmış etirazının olduğu halda 10 iş günü müddətində öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu bildirilmişdir. Lakin cavabdehdən ərizəyə dair etiraz daxil olmamışdır. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.3-cü maddəsinə əsasən işə iddiaçının təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmasını mümkün hesab edir. İşdə olan 09 oktyabr 2021-ci il tarixli müqaviləyə əsasən cavabdeh iddiaçıdan ilkin ödəniş olmadan, 18 ay müddətinə hər ay 17,28 manat ödəməyi öhdəsinə götürməklə, ümumi dəyəri 311,04 manat olan “Philips” markalı ütü alınması ilə əlaqədar iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmışdır. İşdə olan 09 oktyabr 2021-ci il tarixli müqaviləyə əsasən cavabdeh iddiaçıdan ilkin ödəniş olmadan, 12 ay müddətinə hər ay 29,42 manat ödəməyi öhdəsinə götürməklə, ümumi dəyəri 353,04 manat olan İMEİ KODU **********33345 “Samsung Galaxy A02S” markalı mobil telefon alınması ilə əlaqədar iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmışdır. İşdə olan 09 oktyabr 2021-ci il tarixli müqaviləyə əsasən cavabdeh iddiaçıdan ilkin ödəniş olmadan, 11 ay müddətinə hər ay 31,82 manat ödəməyi öhdəsinə götürməklə, ümumi dəyəri 350,02 manat olan İMEİ KODU **********09290 “Samsung Galaxy A02S” markalı mobil telefon alınması ilə əlaqədar iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmışdır. İşdə olan 01 yanvar 2022-ci il tarixli müqaviləyə əsasən cavabdeh iddiaçıdan 270,99 manat ilkin ödəniş olmaqla, 12 ay müddətinə hər ay 187,42 manat ödəməyi öhdəsinə götürməklə, ümumi dəyəri 2520,03 manat olan İMEİ KODU **********71517 “İphone 13” markalı mobil telefon, Apple 20W USB alınması ilə əlaqədar iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmışdır. İşdə olan 12 may 2023-cü il tarixli maliyyə və ödəniş cədvəlindən görünür ki, Cavabdeh 09 oktyabr 2021-ci il tarixli, müqaviləyə əsasən 208,74 manat əsas borc, 20,26 manat cərimə, 09 oktyabr 2021-ci il tarixli, müqaviləyə əsasən 234,54 manat əsas borc, 23,46 manat cərimə, 09 oktyabr 2021-ci il tarixli, müqaviləyə əsasən 254,12 manat əsas borc, 25,88 manat cərimə, 01 yanvar 2022-ci il tarixli, müqaviləyə əsasən 1111,53 manat əsas borc, 111,47 manat cərimə, hər dörd müqavilə üzrə ümumilikdə 1990 manat borcu qalmışdır. Məhkəmə iş materiallarını tam, hərtərəfli və obyektiv araşdırıb hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkət etməlidir, məsələn, pul ödəməli, xidmətlər göstərməli, əmlak verməli, iş görməli və i.a və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasının tələb etmək hüququ vardır. Həmin Məcəllənin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. İş materialları araşdırılarkən müəyyən olundu ki, iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış 09 oktyabr 2021-ci il tarixli müqaviləyə əsasən cavabdeh iddiaçıdan ilkin ödəniş olmadan, 18 ay müddətinə hər ay 17,28 manat ödəməyi öhdəsinə götürməklə, ümumi dəyəri 311,04 manat olan “Philips” markalı ütü almışdır almışdır. Bundan başqa iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış 09 oktyabr 2021-ci il tarixli müqaviləyə əsasən cavabdeh iddiaçıdan ilkin ödəniş olmadan, 12 ay müddətinə hər ay 29,42 manat ödəməyi öhdəsinə götürməklə, ümumi dəyəri 353,04 manat olan İMEİ KODU **********33345 “Samsung Galaxy A02S” markalı mobil telefon almışdır. Bundan başqa iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış 09 oktyabr 2021-ci il tarixli müqaviləyə əsasən cavabdeh iddiaçıdan ilkin ödəniş olmadan, 11 ay müddətinə hər ay 31,82 manat ödəməyi öhdəsinə götürməklə, ümumi dəyəri 350,02 manat olan İMEİ KODU **********09290 “Samsung Galaxy A02S” markalı mobil telefon almışdır. Bundan başqa iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış 01 yanvar 2022-ci il tarixli müqaviləyə əsasən cavabdeh iddiaçıdan 270,99 manat ilkin ödəniş olmaqla, 12 ay müddətinə hər ay 187,42 manat ödəməyi öhdəsinə götürməklə, ümumi dəyəri 2520,03 manat olan İMEİ KODU **********71517 “İphone 13” markalı mobil telefon, Apple 20W USB almışdır. Lakin Cavabdeh hər dörd müqavilə üzrə cəmi 1725,2 manat ödəniş etmişdir. Dəfələrlə edilmiş xəbərdarlıqlara baxmayaraq cavabdeh müqavilə üzrə üzərinə götürdüyü öhdəliyi yerinə yetirməmişdir. Ona görə də, Cavabdeh 09 oktyabr 2021ci il tarixli, müqaviləyə əsasən 208,74 manat əsas borc, 20,26 manat cərimə, 09 oktyabr 2021-ci il tarixli, müqaviləyə əsasən 234,54 manat əsas borc, 23,46 manat cərimə, 09 oktyabr 2021-ci il tarixli, müqaviləyə əsasən 254,12 manat əsas borc, 25,88 manat cərimə, 01 yanvar 2022-ci il tarixli, müqaviləyə əsasən 1111,53 manat əsas borc, 111,47 manat cərimə, hər dörd müqavilə üzrə ümumilikdə 1990 manat borcu yaranmışdır. Qeyd olunanlardan görünür ki, iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti Cavabdeh 09 oktyabr 2021-ci il tarixli, müqaviləyə əsasən 208,74 manat əsas borc, 20,26 manat cərimə, 09 oktyabr 2021-ci il tarixli, müqaviləyə əsasən 234,54 manat əsas borc, 23,46 manat cərimə, 09 oktyabr 2021-ci il tarixli, müqaviləyə əsasən 254,12 manat əsas borc, 25,88 manat cərimə, 01 yanvar 2022-ci il tarixli, müqaviləyə əsasən 1111,53 manat əsas borc, 111,47 manat cərimə, hər dörd müqavilə üzrə ümumilikdə 1990 manat borcun alınmasını tələb etməkdə haqlıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Şərh olunanları nəzərə alaraq məhkəmə belə nəticəyə gəlir ki, iddia təmin edilməli, Cavabdeh 09 oktyabr 2021-ci il tarixli, müqaviləyə əsasən 208,74 manat əsas borc, 20,26 manat cərimə, 09 oktyabr 2021-ci il tarixli, müqaviləyə əsasən 234,54 manat əsas borc, 23,46 manat cərimə, 09 oktyabr 2021-ci il tarixli, müqaviləyə əsasən 254,12 manat əsas borc, 25,88 manat cərimə, 01 yanvar 2022-ci il tarixli, müqaviləyə əsasən 1111,53 manat əsas borc, 111,47 manat cərimə, hər dörd müqavilə üzrə ümumilikdə 1990 manat borc alınaraq iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilməlidir. İşdə olan 15 may 2023-cü il tarixli mədaxil qəbzindən görünür ki, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən 39,9 manat dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələbinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Göstərilən maddənin tələbinə uyğun olaraq məhkəmə hesab edir ki, məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 39,9 manat dövlət rüsumu cavabdehdən alınaraq iddiaçının xeyrinə ödənilməlidir. Göstərilənlərə və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-6cı maddəsinə əsasən, məhkəmə Q ə t e t d i: İddia təmin edilsin. Cavabdeh 09 oktyabr 2021-ci il tarixli, müqaviləyə əsasən 208,74 manat əsas borc, 20,26 manat cərimə, 09 oktyabr 2021-ci il tarixli, müqaviləyə əsasən 234,54 manat əsas borc, 23,46 manat cərimə, 09 oktyabr 2021-ci il tarixli, müqaviləyə əsasən 254,12 manat əsas borc, 25,88 manat cərimə, 01 yanvar 2022-ci il tarixli, müqaviləyə əsasən 1111,53 manat əsas borc, 111,47 manat cərimə, hər dörd müqavilə üzrə ümumilikdə 1990 və ödənilmiş 39,90 manat dövlət rüsumu olmaqla, cəmi 2029 (iki min iyirmi doqquz) manat, 90 (doxsan) qəpik borc pul alınaraq iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilsin. Qətnamədən bir ay müddətində Ağcabədi Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti vermək olar. Hakim: Rəşad Nuriyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar