Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağcabədi rayonu İş № 2(017)-1375/2023 17.07.2023 AĞCABƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Ləzimov Sulduz Paşa oğlunun sədrliyi, məhkəmə iclas katibi X4 katibliyi, İddiaçı və cavabdeh Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı alimentin artırılması tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək bildirmişdir ki, o, Cavabdeh ilə faktiki olaraq evlənib ailə qurmuşdur. Onların birgə nikahlarından 11 oktyabr 2014-cü il tarixdə X6 adlı bir uşaqları anadan olmuşdur. Cavabdeh ilə xasiyyətləri bir-birinə uyğun gəlmədiyi üçün ayrılaraq ayrı yaşayırlar. Ağcabədi rayon Məhkəməsinin 19 avqust 2016-cı il tarixli qətnaməsinə əsasən Cavabdeh ilə birgə nikahlarından xx.xx.2014-cü il tarixdə anadan olmuş X2 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay Cavabdeh 80 manat sabit pul məbləğində alimentin tutularaq ona verilməsi qət edilmişdir. Cavabdeh vaxtlıvaxtında alimenti ödəyir. Lakin, tutulan alimentin miqdarı uşağın saxlanılmasına kifayət etmir. Cavabdeh fərdi əmək fəaliyyəti ilə məşğul olur. Lakin, cavabdeh alimentdən başqa uşağına heç bir köməklik etmir. Ona görə Cavabdeh tutulan alimentin miqdarının sabit pul məbləğində artırılaraq hər ay 200 manat məbləğində müəyyən olunmasına dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edib iddia ərizəsinin məzmununa uyğun izahat verərək uşağın tələbatını ödəməkdə çətinlik çəkdiyini, uşağın yüngül dərəcəli əqli geriliyinin olduğunu, cavabdehin isə alimentdən başqa heç bir maddi köməklik etmədiyini, həmçinin cavabdehin fərdi əmək fəaliyyəti ilə məşğul olduğunu və kifayət qədər qazancı olduğunu bildirib, iddianın tam təmin olunmasını xahiş etdi. Məhkəmə iclasında Cavabdeh iddia tələbini qismən qəbul etdi və izahat verərək göstərdi ki, o, Röyalə ilə faktiki olaraq evlənib ailə qurmuş və onların birgə nikahlarından bir uşaqları olmuşdur. Röyalə ilə xasiyyətləri bir-birinə uyğun gəlmədiyi üçün ayrılaraq ayrı yaşayırlar. O, bir uşağa görə məhkəmə qətnaməsinə əsasən hər ay 80 manat aliment ödəyir. Hazırda o, başqa qadınla ailə qurmuş və həmin qadından üç uşaqları olmuşdur. O, günəmuzd fəhlə işləyir. Maddi imkanı aşağı olduğu üçün hər ay 90 manat aliment ödəyə bilər, bundan artıq aliment ödəməyə imkanı yoxdur. İş materiallarında olan Cəbrayıl 1 saylı Mediasiya təşkilatı ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə 20 may 2023-cü il tarixli arayışdan görünür ki, Cavabdeh ilkin mediasiya sesiyasında iştirak etməmişdir. İş materiallarında olan doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, X6 11 oktyabr 2014-cü il tarixdə anadan olmuşdur. İş materiallarında olan Ağcabədi rayon Məhkəməsinin 19 avqust 2016-cı il tarixli, 2(017)-2284/2016 saylı qətnaməsinin surətindən görünür ki, iddia qismən təmin edilmiş, tərəflərin birgə nikahlarından 11 oktyabr 2014-cü il tarixdə anadan olmuş X2 yetkinlik yaşına çatana kimi saxlanmasından ötrü Cavabdeh qazancından hər ay 80 manat məbləğində aliment alınaraq İddiaçı xeyrinə ödənilməsi qət edilmişdir. İş materiallarında olan Ağcabədi rayon İcra və Probasiya şöbəsi tərəfindən verilmiş 24 may 2023-cü il tarixli, 71362/23-38-10 saylı arayışdan görünür ki, Borclu Cavabdeh hazırkı tarixədək tələbkar İddiaçı ödənilməmiş aliment borcu yoxdur. İş materiallarında olan Ağcabədi RİHB-nın Təzəkənd kənd İƏD-si üzrə nümayəndəliyi tərəfindən verilmiş 22 iyun 2023-cü il tarixli, 381 saylı arayışdan görünür ki, Cavabdeh xx.xx.1992-ci il təvəllüdlü arvadı X7, xx.xx.2017-ci il təvəllüdlü X3, xx.xx.2018-ci il təvəllüdlü X5 və xx.xx.2020-ci il təvəllüdlü X1 ibarət ailə üzvləri var. «Uşaq hüquqları haqqında» 20 noyabr 1959-cu il tarixli Bəyannamənin 6-cı maddəsinə əsasən uşaq mümkün olduqda, valideynlərin himayəsində və onların məsuliyyəti altında və hər halda, məhəbbət və mənəvi-maddi təminat mühitində böyüməlidir. «Uşaq hüquqları haqqında» BMT-nin 12 noyabr 1989-cu il tarixli Konvensiyasının 18-ci maddəsinə əsasən uşağın tərbiyəsi və inkişafı üçün əsas məsuliyyəti valideynlər daşıyırlar. «Uşaq hüquqları haqqında» Azərbaycan Respublikası Qanununun 17-ci maddəsinə əsasən uşağın ailədə valideynləri ilə birgə yaşamaq, onlardan qayğı görmək hüququ vardır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 75.4-cü maddəsinə əsasən valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Həmin Məcəllənin 78-ci maddəsinə görə, uşağın saxlanması üçün alimentin sabit pul məbləğində tutulması mümkündür. Sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Həmin Məcəllənin 112.1-ci maddəsinə əsasən, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər. Məhkəmə araşdırması zamanı müəyyən olundu ki, Ağcabədi rayon Məhkəməsinin 19 avqust 2016-cı il tarixli, 2(017)-2284/2016 saylı qətnaməsinə əsasən Cavabdeh tərəfindən uşağın saxlanması üçün hər ay İddiaçı 80 manat sabit pul məbləğində aliment ödənilir. İddiaçı uşağı saxlamağa kifayət qədər maddi imkanı yoxdur. Uşağın saxlanılması üçün əvvəl müəyyən olunmuş 80 manat aliment hazırda azlıq təşkil edir. «Yaşayış minimumu haqqında» Qanuna əsasən 2023-cü ildə uşaqların yaşayış minimumu 220 manat məbləğdə müəyyən olunmuşdur. «Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 28 mart 2016-cı il tarixli, 8-2/2016 nömrəli qərarının 8.2-ci bəndində göstərilir ki, aliment ödəyən əmək qabiliyyətli valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və qazanca malik olmaması onu uşağı saxlamaq, qanunvericiliklə müəyyən olunmuş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatı ödəmək vəzifəsindən azad etmir. Beləliklə, uşağın mənafeyini və cavabdehin maddi vəziyyətini nəzərə alaraq məhkəmə bu qənaətə gəlir ki, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 112.1-ci maddəsi ilə alimentin miqdarının artırılması ilə bağlı İddiaçı iddia tələbi qismən təmin edilməli, 11 oktyabr 2014-cü il tarixdə anadan olmuş X2 yetkinlik yaşına çatanadək saxlanmasından ötrü Cavabdeh İddiaçı xeyrinə tutulan alimentin miqdarı artırılaraq hər ay 110 manat sabit pul məbləğində müəyyən edilməsi qanunamüvafiqdir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsində göstərilir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 119.2-ci maddəsinə əsasən ödənilən illik alimentin məbləğinə görə 34 manat dövlət rüsumu cavabdehdən tutularaq dövlət büdcəsinə keçirilməlidir. Həmin Məcəllənin 233.1-ci maddəsinə əsasən məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası MPM-nin 213-214, 216- 220-ci maddələrini rəhbər tutub, məhkəmə qətetdi: İddia qismən təmin olunsun. İddiaçı Cavabdeh qarşı alimentin artırılması tələbinə dair iddiası qismən təmin edilsin və yetkinlik yaşına çatmayan 11 oktyabr 2014-cü il tarixdə anadan olmuş X2 yetkinlik yaşına çatana kimi saxlanılmasından ötrü Ağcabədi rayon Məhkəməsinin 19 avqust 2016-cı il tarixli, 2(017)-2284/2016 saylı qətnaməsi ilə müəyyən olunmuş alimentin miqdarı dəyişdirilsin. 11 oktyabr 2014-cü il tarixdə anadan olmuş X2 yetkinlik yaşına çatana kimi saxlanılmasından ötrü Cavabdeh qazancından hər ay 110 manat sabit pul məbləğində aliment tutularaq İddiaçı xeyrinə ödənilsin. Alimentin bu qaydada tutulması qətnamənin qanuni qüvvəyə mindiyi gündən hesablansın. Cavabdeh alimentin illik məbləği nəzərə alınaraq 34 manat məbləğində dövlət rüsumu tutularaq Hökumət ödəniş portalı vasitəsilə Ağcabədi rayon Məhkəməsinin hesabına ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Ağcabədi rayon Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən:Sulduz Ləzimov
Məhkəmə qərarları › İş №2(017)-1375/2023
Ağcabədi Rayon Məhkəməsi Qətnamə — İş №2(017)-1375/2023
17.07.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver