Məhkəmə qərarları › İş №2(017)-1413/2024

Ağcabədi Rayon Məhkəməsi Qətnamə — İş №2(017)-1413/2024

07.08.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağcabədi rayonu İş № 2(017)-1413/2024 07.08.2024 AĞCABƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Nuriyev Rəşad Mövsüm oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X1, İddiaçının nümayəndəsi Nümayəndə, Cavabdeh iştirakı ilə İddiaçı Cavabdeh qarşı qət edilmiş alimentin miqdarının artırılması tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M ü ə y y ə n e t d i: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh 26 dekabr 2018-ci il tarixdə anadan olmuş X3 adlı bir nəfər uşağının yetkinlik yaşına çatana kimi saxlanması üçün Ağcabədi Rayon Məhkəməsinin 02 mart 2021-ci il tarixli, 2(017)-302/2021 saylı qətnaməsi ilə təyin olunmuş alimentin miqdarının artırılaraq hər ay 235 manat sabit pul məbləğində aliment təyin olunması, ödəmiş olduğu 148 manat xidmət haqqının və 50 manat mediasiya xərcinin Cavabdeh tutulub ona ödənilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclası zamanı İddiaçı nümayəndəsi Nümayəndə məhkəməyə ərizə təqdim edərək 26 dekabr 2018-ci il tarixdə anadan olmuş X3 adlı bir nəfər uşağın yetkinlik yaşına çatana kimi saxlanması üçün Cavabdeh qazancının dördə bir hissəsi miqdarında aliment və əlavə olaraq hər ay 150 manat sabit pul məbləğində aliment təyin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı nümayəndəsi Nümayəndə izahatında göstərdi ki, Ağcabədi Rayon Məhkəməsinin 02 mart 2021-ci il tarixli, 2(017)-302/2021 saylı qətnaməsi ilə 26 dekabr 2018-ci il tarixdə anadan olmuş X3 adlı bir nəfər uşağın saxlanması üçün Cavabdeh hər ay 130 manat sabit pul məbləğində aliment alınaraq İddiaçı verilməsi qət edilmişdir. İddiaçı həmin məbləğlə uşağın saxlanmasında çətinlik çəkdiyindən alimentin artırılması barədə məhkəmədə iddia qaldırmışdır. Hazırda ona məlum olmuşdur ki, cavabdeh Qarabağ Regional Təhsil İdarəsinin Ağcabədi rayon üzrə Təhsil Sektorunda mühasib işləyir və aylıq gəliri vardır. Ona görə də, göstərdiklərini nəzərə alaraq Ağcabədi Rayon Məhkəməsinin 02 mart 2021-ci il tarixli, 2(017)-302/2021 saylı qətnaməsi ilə təyin edilmiş alimentin artırılaraq 26 dekabr 2018-ci il tarixdə anadan olmuş X3 adlı bir nəfər uşağın yetkinlik yaşına çatana kimi saxlanması üçün Cavabdeh qazancının dördə bir hissəsi miqdarında aliment və əlavə olaraq hər ay 150 manat sabit pul məbləğində aliment təyin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında Cavabdeh izahatında göstərdi ki, Ağcabədi Rayon Məhkəməsinin 02 mart 2021-ci il tarixli, 2(017)-302/2021 saylı qətnaməsi ilə 26 dekabr 2018-ci il tarixdə anadan olmuş X3 adlı bir nəfər uşağın saxlanması üçün 130 manat sabit pul məbləğində aliment təyin edilmişdir. X5 Təhsil İdarəsinin Ağcabədi rayon üzrə Təhsil Sektorunda mühasib vəzifəsində işləyir və 472,41 manat əmək haqqı alır. Onun 130 manatdan artıq aliment ödəmək imkanı yoxdur, yəni aldığı əmək haqqından başqa heç bir gəliri yoxdur. Bundan başqa, aldığı əmək haqqının çox bir hissəsini yola xərcləyir. Ona görə də, göstərdiklərini nəzərə alaraq uşağın saxlanması üçün hər ay 130 manat aliment ödənilməsi və ya gəlirinin dördə bir hissəsi miqdarında aliment təyin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. İşdə olan və məhkəmə iclasında elan edilmiş Ağcabədi Rayon Məhkəməsinin 02 mart 2021-ci il tarixli, 2(017)-302/2021 saylı qətnaməsinin surətindən görünür ki, iddia qismən təmin edilərək 26 dekabr 2018-ci il tarixdə anadan olmuş X2 yetkinlik yaşına çatana kimi saxlanması üçün hər ay Cavabdeh 130 manat sabit pul məbləğində alınaraq İddiaçı verilməsi qət edilmişdir. İşdə olan və məhkəmə iclasında elan edilmiş Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Məktəbəqədər və Ümumi Təhsil üzrə X6 Regional Təhsil İdarəsinin 21 may 2024-cü il tarixli, 3-29-38/2-879/2024 saylı arayışından görünür ki, Cavabdeh Qarabağ Regional Təhsil İdarəsinin Ağcabədi rayon üzrə Təhsil Sektorunda mühasib vəzifəsində işləyir. Onun hesablanan aylıq əməkhaqqısı 559 manat, xalis əməkhaqqısı isə 472,41 manat təşkil edir. Məhkəmə iddiaçının nümayəndəsinin və cavabdehin izahatlarını dinləyib, işə əlavə edilmiş sənədləri tədqiq edib belə hesab edir ki, iddia aşağıda göstərilən qaydada qismən təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Konstitutsiyasının 34-cü maddəsinin 4-cü bəndinə əsasən ər ilə arvadın hüquqları bərabərdir. Uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcudur. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 75.4-cü maddəsinə əsasən valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Həmin Məcəllənin 76.1.1-ci maddəsinə əsasən alimentin ödənilməsi barədə razılıq olmadıqda uşaqlar üçün onların valideyinlərindən məhkəmə tərəfindən hər ay bir uşağa görə-qazancın (başqa gəlirlərin) dörddə bir hissəsi miqdarında aliment tutulur. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Həmin Məcəlləsinin 78.2-ci maddəsinə əsasən sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşaqların əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Həmin Məcəllənin 112.1-ci maddəsinə əsasən alimentin ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəfindən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarı dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını nəzərə almaqla aliment ödəməkdən azad edilə bilər. İş materialları araşdırılarkən müəyyən olunmuşdur ki, Ağcabədi Rayon Məhkəməsinin 02 mart 2021-ci il tarixli, 2(017)-302/2021 saylı qətnaməsinə əsasən 26 dekabr 2018-ci il tarixdə anadan olmuş X2 yetkinlik yaşına çatana kimi saxlanması üçün Cavabdeh hər ay 130 manat sabit pul məbləğində tutulub İddiaçı xeyrinə ödənilməsi qət edilmişdir. İddiaçı həmin məbləğlə uşağın saxlanmasında çətinlik çəkdiyi üçün alimentin artırılması barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Bundan başqa, müəyyən olunmuşdur ki, Cavabdeh Qarabağ Regional Təhsil İdarəsinin Ağcabədi rayon üzrə Təhsil Sektorunda mühasib vəzifəsində işləyir. Onun hesablanan aylıq əməkhaqqısı 559 manat, xalis əməkhaqqısı isə 472,41 manat təşkil edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinin tələbinə görə isə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikasının da qoşulduğu 02 sentyabr 1990-cı ildə qüvvəyə minmiş “Uşaq Hüquqları Haqqında Konvensiya”nın 18-ci maddəsinin İ bəndinə əsasən iştirakçı dövlətlər uşağın tərbiyəsi və inkişafı üçün hər iki valideynin birgə və eyni dərəcədə məsuliyyət daşıdığına dair prinsipin tanınmasını təmin etməkdən ötrü mümkün olan bütün səyləri göstərirlər. Uşağın tərbiyəsi və inkişafı üçün əsas məsuliyyəti valideynlər və ya müvafiq hallarda qanuni qəyyumlar daşıyırlar. Uşağın ən yaxşı maraqları-onlara əsas qayğı obyektidir. Ağcabədi Rayon Məhkəməsinin 02 mart 2021-ci il tarixli, 2(017)-302/2021 saylı qətnaməsi ilə 26 dekabr 2018-ci il tarixdə anadan olmuş X2 yetkinlik yaşına çatana kimi saxlanması üçün təyin olunmuş alimentin məbləgi dəyişdirilərkən məhkəmə alimentin məbləğini tərəflərin maddi və ailə vəziyyətini, uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanmasını əsas tutaraq müəyyən etməlidir. «Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016cı il Qərarında qeyd edilmişdir ki, məhkəmənin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən) və ya şəxs aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanır və ya şəxs aliment ödəməkdən azad edilir. Beləliklə, məhkəmə hesab edir ki, iddia qismən təmin edilərək Ağcabədi Rayon Məhkəməsinin 02 mart 2021-ci il tarixli, 2(017)-302/2021 saylı qətnaməsi ilə təyin olunmuş alimentin miqdarı dəyişdirilərək 26 dekabr 2018-ci il tarixdə anadan olmuş X3 adlı bir nəfər uşağın yetkinlik yaşına çatana kimi saxlanması üçün atası-Cavabdeh qazancının (başqa gəlirlərin) dörddə bir hissəsi miqdarında aliment və əlavə olaraq hər ay 50 manat sabit pul məbləğində aliment tutulub anası-İddiaçı xeyrinə ödənilməli, dəyişdirilmiş alimentin tutulmasına hazırkı iş üzrə qətnamənin qanuni qüvvəyə mindiyi vaxtdan başlanılmalı və iddia tələbi qalan hissədə təmin edilməməlidir. İş materiallarından həmçinin görünür ki, İddiaçı tərəfindən 148 manat xidmət haqqı və 50 manat mediasiya xərci ödənilmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələbinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Göstərilən maddənin tələbinə uyğun olaraq məhkəmə həmçinin hesab edir ki, İddiaçı tərəfindən ödənilmiş 148 manat xidmət haqqı və 50 manat mediasiya xərci Cavabdeh alınaraq İddiaçı ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, Qətetdi: İddia qismən təmin edilsin. Ağcabədi Rayon Məhkəməsinin 02 mart 2021-ci il tarixli, 2(017)-302/2021 saylı qətnaməsi ilə təyin olunmuş alimentin miqdarı dəyişdirilərək 26 dekabr 2018-ci il tarixdə anadan olmuş X3 adlı bir nəfər uşağın yetkinlik yaşına çatana kimi saxlanması üçün atası- Cavabdeh qazancının (başqa gəlirlərin) dördə bir hissəsi miqdarında aliment və əlavə olaraq hər ay 50 (əlli) manat sabit pul məbləğində tutulub anası-İddiaçı xeyrinə ödənilsin. Dəyişdirilmiş alimentin tutulmasına hazırkı iş üzrə qətnamənin qanuni qüvvəyə mindiyi vaxtdan başlanılsın. Əlavə olaraq Cavabdeh 148 (bir yüz qırx səkkiz) manat xidmət haqqı və 50 (əlli) manat mediasiya xərci tutulub İddiaçı xeyrinə ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən bir ay müddətində Ağcabədi Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Rəşad Nuriyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar