Məhkəmə qərarları › İş №2(017)-150/2023

Ağcabədi Rayon Məhkəməsi Qətnamə — İş №2(017)-150/2023

05.12.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağcabədi rayonu İş № 2(017)-150/2023 05.12.2023 AĞCABƏDİ RAYON MƏHKƏMƏSİ Ağcabədi rayon Məhkəməsinin hakimi Ləzimov Sulduz Paşa oğlunun sədrliyi, Paşayev Babək Zahid oğlunun katibliyi, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin etibarnamə üzrə nümayəndəsi X1 və cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 iştirakı ilə İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı pul tələbi barədə iddiasına dair mülki işə, məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: İddiaçı Açıq Səhmdar Cəmiyyəti cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı 14 dekabr 2015-ci il tarixli kredit müqaviləsi üzrə ödənilməmiş əsas borcun əvəzi qismində 11.177 manat 40 qəpik, hesablanmış və ödənilməmiş faiz borcu qismində 4.063 manat 25 qəpik və 365 manat 73 qəpik cərimə borcu və ödənilmiş dövlət rüsumunun əvəzi qismində 30 manat məbləğində pul vəsaitinin cavabdehlərdən iddiaçının xeyrinə tutulması barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. "xxxx" ASC iddia ərizəsində göstərmişdir ki, "xxxx" ASC ilə Cavabdeh1 arasında bağlanmış 14 dekabr 2015-ci il tarixli kredit müqaviləsinə əsasən Cavabdeh1 36 ay müddətinə illik 24 faiz dərəcəsi ilə 10.000 ABŞ dolları məbləğində kredit verilmişdir. Eyni zamanda kredit müqaviləsindən irəli gələn öhdəliyin icrasının təmini üsulu olaraq Cavabdeh2 və Cavabdeh3 ilə aralarında bağlanmış 14 dekabr 2015-ci il tarixli zaminlik müqaviləsinə əsasən zamin kredit alanın öhdəliklərinin tam həcmdə yerinə yetirilməsinə görə məsuliyyəti tam olaraq öz üzərinə götürmüşdür. Lakin kreditin ödənilməsi lazımi qaydada və vaxtında aparılmamışdır. İddiaçı Bank tərəflər arasında bağlanmış müqavilənin şərtlərinə əsasən üzərinə düşən öhdəlikləri tam yerinə yetirsə də, cavabdehlər həmin müqavilə üzrə üzərlərinə düşən öhdəlikləri yerinə yetirməmişlər. 09 dekabr 2016-cı il tarixli əlavə sazişə əsasən kreditin qalıq məbləği 9417.6 ABŞ dolları Mərkəzi Bankın 09 dekabr 2016-cı il tarixə olan məzənnəsi ilə konvertasiya edilməklə 16.414 manat 88 qəpik təşkil edir. 15 mart 2021-ci il tarixə Cavabdeh1 İddiaçı ASC-yə 14 dekabr 2015-ci il tarixli kredit müqaviləsi üzrə 11.177 manat 40 qəpik əsas borc, 4.063 manat 25 qəpik məbləğində faiz borcu və 365 manat 73 qəpik məbləğində cərimə borcu olmaqla, cəmi 15.606 manat 38 qəpik məbləğində borcu yaranmışdır. İddiaçı ASC tərəfindən dəfələrlə şifahi xəbərdarlıq olunmasına və rəsmi bildirişin göndərilməsinə baxmayaraq, borcun qaytarılması təmin olunmamışdır. Sonda iddiaçının nümayəndəsi iddianın təmin edilməsi barədə qətnamə qəbul olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı ASC-nin nümayəndəsi X2 izahat verərək göstərdi ki, iddia ərizəsinə əlavə təqdim edərək cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada İddiaçı ASC-nin xeyrinə 09 dekabr 2016-cı il tarixli kredit müqaviləsi üzrə 11.177,4 manat əsas kredit borcu, 9544.77 manat faiz borcu, 2456.27 manat cərimə borcu və kredit müqaviləsi üzrə 09 sentyabr 2022-ci il tarixdən 15 noyabr 2023-cü il tarixədək gecikdirilmiş vaxt üçün beş illik faizlə hesablanmış 691.3 manat əldən çıxmış fayda olmaqla, ümumilikdə 23869.74 manat borcun və 30 manat dövlət rüsumunun əvəzinin tutulmasını xahiş etdi. Məhkəmə iclasında Cavabdeh1 iddia tələbini qismən qəbul etdi və izahat verərək göstərdi ki, o, kredit ödənişlərini vaxtlı-vaxtında ödəmiş, 09 sentyabr 2019-cu il tarixdə borcu tam olaraq ödəmiş və bu barədə ASC-nin Bərdə filialı ona müvafiq olaraq hesabdan çıxarış təqdim etmiş, həmçinin ona gecikmiş ödənişləri olmadığından 6.000 manat kompensasiya ödənilmişdir. Lakin sonradan ona bank tərəfindən bildirilmişdir ki, hesabdan çıxarış borcun olmaması deyil, debet kredit əməliyyatlarının sıfır göstəricisidir. Sonradan o, kompensasiya kimi ona verilmiş 6.000 manat pulu kredit borcundan ödəməyi və qalan borc üçün yenidən cədvəl açılmasına və həmin cədvələ uyğun ödənişlər etməyə başlamasını bildirsə də Bank onunla razılaşmamışdır. Hazırda onun maddi imkanı çox zəifdir. Ona görə də cərimənin və əldən çıxmış fayda kimi ona hesablanmış borcun silinməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında cavabdehlər - zaminlər Cavabdeh2 və Cavabdeh3 eyni məzmunlu izahat verərək Cavabdeh1 izahatında göstərdiyi xüsusatları təsdiq etdilər. Məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan 14 dekabr 2015-ci il tarixli kredit müqaviləsinin surətindən görünür ki, "xxxx" ASC tərəfindən Cavabdeh1 36 ay müddətinə illik 24 faiz dərəcəsi ilə 10.000 ABŞ dolları məbləğində kredit verilmişdir. İş materiallarında olan 14 dekabr 2015-ci il tarixli zaminlik müqavilələrindən görünür ki, İddiaçı ASC-dən kredit götürmüş və «Borc alan» Cavabdeh1 bank qarşısında öz öhdəliklərini tamamilə icra etməsi üçün məsuliyyəti zaminlər Cavabdeh2 və Cavabdeh3 öz üzərlərinə götürmüşlər. İş materiallarında olan 15 mart 2021-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh1 09 dekabr 2016-cı il tarixli əlavə saziş üzrə İddiaçı ASC-yə ödənilməmiş əsas borcun əvəzi qismində 11.177 manat 40 qəpik, hesablanmış və ödənilməmiş faiz borcu qismində 4.063 manat 25 qəpik, 365 manat 73 qəpik məbləğində cərimə borcu olmaqla, cəmi 15.606 manat 38 qəpik məbləğində borcu olmuşdur. İş materialında olan Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının iddiaçı Cavabdeh1 cavabdeh İddiaçı Açıq Səhmdar Cəmiyyətinə qarşı üş üzrə 17 oktyabr 2023-cü il tarixli qərarından görünür ki, iddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməmiş və Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-5403/2022 nömrəli 17 oktyabr 2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İş materiallarında olan İddiaçı ASC tərəfindən verilmiş iddia ərizəsinə əlavədən görünür ki, iddiaçı tərəf cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 müştərək qaydada İddiaçı ASC-nin xeyrinə 09 dekabr 2016-cı il tarixli kredit müqaviləsi üzrə 11.177 manat 40 qəpik məbləğində əsas, 9.544 manat 77 qəpik məbləğində faiz, 2.456 manat 27 qəpik məbləğində cərimə və kredit müqaviləsi üzrə 09 sentyabr 2022-ci il tarixdən 05 dekabr 2023-cü il tarixədək gecikdirilmiş vaxt üçün illik 5 faizlə hesablanmış 691 manat 30 qəpik məbləğində əldən çıxmış fayda olmaqla, ümumilikdə cəmi 23.869 manat 74 qəpik məbləğində borcun və 30 manat ödənilmiş dövlət rüsumunun əvəzinin tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İş materiallarında olan bildirişlərdən görünür ki, cavabdehlər borcun qaytarılması barədə xəbərdar olunmuşlar. Beləliklə, mülki iş materiallarından görünür ki, tərəflər arasında bağlanmış borc müqaviləsinə uyğun olaraq, Cavabdeh1 tərəfindən öhdəliklər icra edilməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə görə hüququ pozulmuş şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər. Həmin Məcəllənin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 427.3-cü maddəsinə görə əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Həmin Məcəllənin 448.1-ci maddəsinə uyğun olaraq borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehlərdir və həmin Məcəllənin 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyır. Həmin Məcəllənin 470.1-ci maddəsinə əsasən zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Həmin Məcəllənin 472.1-ci maddəsinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyin icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyır. Həmin Məcəllənin 472.2-ci maddəsinə əsasən əgər zaminlik müqaviləsində ayrı qaydada nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərini və ya borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə müvafiq olaraq işə baxılması ilə əlaqədar məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 462.1-ci maddəsinə əsasən dəbbə (cərimə, penya) pulu müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Həmin Məcəllənin 467-ci maddəsinə əsasən məhkəmə borclunun deyil, məhz kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafelərini nəzərə alaraq tənəsübü müəyyənləşdirərək tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Həmin Məcəllənin 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunun ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 445.1-ci maddəsinə görə icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 445.2.1-ci maddəsinə görə öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Həmin Məcəllənin 445.1-ci maddəsinə görə icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 445.2.1-ci maddəsinə görə öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Həmin Məcəllənin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc alana qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə görə borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Həmin Məcəllənin 447.1-ci maddəsinə görə əgər ikitərəfli müqavilənin bir tərəfi müqavilədən irəli gələn öhdəlikləri icra etmirsə, müqavilənin digər tərəfi öhdəliklərin icrası üçün təyin etdiyi əlavə müddət nəticəsiz qurtardıqdan sonra müqavilədən imtina edə bilər. Əgər öhdəliyin pozulması xarakteri əsas götürülməklə əlavə müddət tətbiq edilmirsə, xəbərdarlıq edilməsi əlavə müddət təyin olunmasına bərabər tutulur. Əgər öhdəliyin yalnız bir hissəsi icra edilməmişsə, kreditor müqavilədən yalnız öhdəliyin qalan hissəsinin icrasına marağını itirdiyi halda imtina edə bilər. «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399, 421.3, 423.2, 424.3 və 447-ci maddələrinin şərh edilməsi haqqında» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 15 fevral 2023-cü il tarixli Qərarında göstərimişdir ki, ikitərəfli müqavilələr üzrə öhdəliyin pozulması halında kreditor Azərbaycan Respublikası Mülki Məcəlləsinin 447.1-ci maddəsinə uyğun olaraq müqavilədən imtina etməklə ona xitam verə bilər. Müqavilədən imtina barədə iradə ifadəsinin qarşı tərəfə bildirilməsi ilə müqaviləyə xitam verilmiş sayılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3-cü maddəsinin tələbləri baxımından müqavilənin ləğvindən əvvəl gecikdirilmiş annuitet (əsas məbləğ və hesablanmış faizlər) ödənişlərə münasibətdə yaranmış tələb müqavilənin ləğvindən sonrada da qüvvədə qalır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə uyğun olaraq, kreditor öhdəliyin pozulması halında digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz məbləğində vəsaitin ödənilməsini tələb etmək hüququna malikdir. Azərbaycan Respublikası MPM-nin 218.3-cü maddəsinə görə hakim işdə iştirak edən şəxslərin verdikləri tələblər üzrə qətnamə çıxarılmalıdır. Beləliklə, məhkəmə araşdırması zamanı İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh1 arasında 14 dekabr 2015-ci il tarixdə bağlanmış kredit müqaviləsi üzrə sonuncunun 36 ay müddətinədək illik 24 faizlə ödənilmək şərti ilə 10.000 ABŞ dolları məbləğində kredit alması, Cavabdeh2 və Cavabdeh3 zamin olmaları, kreditdən istifadəyə görə faiz ödəməyi öhdələrinə götürmələri, müqavilə öhdəliklərinin yerinə yetirməmələri və hazırda İddiaçı Açıq Səhmdar Cəmiyyətinə hesablanmış 14 dekabr 2015-ci il tarixli kredit müqaviləsi üzrə konvertasiyadan sonra cavabdehlərin 11.177 manat 40 qəpik məbləğində əsas kredit borcu, 4.063 manat 25 qəpik məbləğində faiz borcu, 100 manat məbləğində cərimə borcu və kredit müqaviləsi üzrə 09 sentyabr 2022-ci il tarixdən 05 dekabr 2023-cü il tarixədək gecikdirilmiş vaxt üçün illik 5 faizlə hesablanmış 691 manat 30 qəpik məbləğində əldən çıxmış fayda olmaqla, cəmi 16.031 manat 95 qəpik məbləğində borclarının qalması müəyyən edildi. Həmçinin Azərbaycan Respublikası MPM-nin 119-cu maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Buna görə də məhkəmə hesab edir ki, iddia qismən təmin edildiyinə görə məhkəməyə iddia ərizəsi verilərkən dövlət rüsumu kimi ödənilmiş vəsaitin əvəzi qismində 30 manat məbləğində pul vəsaiti cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: "xxxx" Açıq Səhmdar Cəmiyyətinin iddiası qismən təmin edilsin. Cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə 14 dekabr 2015-ci il tarixli kredit üzrə ödənilməmiş əsas borcun əvəzi qismində 11.177 manat 40 qəpik, 4.063 manat 25 qəpik faiz borcu, 100 manat cərimə borcu, kredit müqaviləsi üzrə 09 sentyabr 2022-ci il tarixdən 05 dekabr 2023-cü il tarixədək gecikdirilmiş vaxt üçün illik 5 faizlə hesablanmış 691 manat 30 qəpik məbləğində əldən çıxmış fayda və ödənilmiş dövlət rüsumunun əvəzi qismində 30 manat, cəmi 16.031 manat 95 qəpik məbləğində pul vəsaiti tutulsun. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətinə Ağcabədi rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən : Sulduz Ləzimov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar