Məhkəmə qərarları › İş №2(017)-1545/2023

Ağcabədi Rayon Məhkəməsi Qətnamə — İş №2(017)-1545/2023

26.09.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağcabədi rayonu İş № 2(017)-1545/2023 26.09.2023 AĞCABƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Ləzimov Sulduz Paşa oğlunun sədrliyi məhkəmənin iclas katibi X2 katibliyi və İddiaçı Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi Həsənli Vüsal Mirəli oğlunun iştirakı ilə, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi üzrə işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: İddiaçı Açıq Səhmdar Cəmiyyəti iddia ərizəsi ilə məhkəməyə müraciət edərək göstərmişdir ki, İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında 28 dekabr 2015-ci il tarixli kredit müqaviləsi bağlanmışdır. Bank tərəfindən Cavabdeh kredit müqaviləsinə əsasən İddiaçı ASC-dən illik 7 faiz olmaqla 60 ay müddətinə 200.000 manat məbləğində kredit verilmişdir. Borcun təminatı olaraq Cavabdeh mülkiyyətindəki Bakı şəhəri, Binəqədi rayonu, 9-cu mikrorayon Mir Cəlal küçəsində yerləşən üç otaqlı, 158.89 kv.m ümumi, 72.31 kv.m yaşayış,t 86.58 kv.m yardımçı sahədən ibarət 143b nömrəli evin 146 nömrəli mənzili 28 dekabr 2015-ci il tarixli ipoteka müqaviləsilə və X3 mülkiyyətindəki Bakı şəhəri, Binəqədi rayonu, 9-cu mikrorayon Mir Cəlal küçəsində yerləşən 79.45 kv.m ümumi sahədən ibarət 143b nömrəli evin 222 nömrəli mənzili 28 dekabr 2015-ci il tarixli ipoteka müqaviləsi ilə yüklü edilmişdir. Ağcabədi rayon Məhkəməsinin 12 aprel 2022-ci il tarixli, 2(017)-18/2022 saylı qətnaməsi ilə Cavabdeh İddiaçı ASC-nin xeyrinə 28 dekabr 2025-ci il tarixli kredit müqaviləsi üzrə 19976.79 manat əsas borc, 49643.91 manat faiz borcu, 10000 manat cərimə borcu olmaqla cəmi 259620.70 manat məbləğin tutulması, tutmanın Cavabdeh mülkiyyətində olan Bakı şəhəri, Binəqədi rayonu, 9-cu mikrorayon Mir Cəlal küçəsində yerləşən üç otaqlı, 158.89 kv.m ümumi, 72.31 kv.m yaşayış,t 86.58 kv.m yardımçı sahədən ibarət 143b nömrəli evin 146 nömrəli mənzilinə yönəldilməsi və X3 mülkiyyətindəki Bakı şəhəri, Binəqədi rayonu, 9-cu mikrorayon Mir Cəlal küçəsində yerləşən 79.45 kv.m ümumi sahədən ibarət 143b nömrəli evin 222 nömrəli mənzilinə yönəldilməsi, həmin mənzilərin açıq hərracdan satılaraq satışdan əldə olunan məbləğin İddiaçı ASC-nin xeyrinə ödənilməsi qət edilmişdir. Şirvan Apellyasiya Məhkəməsinin 19 aprel 2023-cü il tarixli, 2(017)-427/2023 saylı qətnaməsi ilə tərəflərin apellyasiya şikayəti təmin edilməmiş və qətnamə dəyişdirilmədən qüvvədə saxlanılmışdır. Ağcabədi rayon Məhkəməsinin 2(017)-18/2022 saylı, 12 aprel 2022-ci il tarixli icra vərəqəsinə əsasən, Binəqədi rayon İcra şöbəsi tərəfindən verilmiş sifarişə əsasən hərrac keçirilmiş İddiaçı ASC Bakı şəhəri, Binəqədi rayonu, 9-cu mikrorayon Mir Cəlal küçəsində yerləşən 143b nömrəli evin 146 nömrəli mənzilinə dair və Bakı şəhəri, Binəqədi rayonu, 9-cu mikrorayon Mir Cəlal küçəsində yerləşən 143b nömrəli evin 222 nömrəli mənzilinə dair 15 fevral 2023cü il tarixli dövlət reyestrindən çıxarışlar almışdır. Bundan başqa məhkəmə qətnaməsi əsasında Bankın xeyrinə ipoteka ilə yüklü edilmiş Bakı şəhəri, Binəqədi rayonu, 9-cu mikrorayon Mir Cəlal küçəsində yerləşən 143b nömrəli evin 146 nömrəli mənzilinə və Bakı şəhəri, Binəqədi rayonu, 9-cu mikrorayon Mir Cəlal küçəsində yerləşən 143b nömrəli evin 222 nömrəli mənzilinə tutma yönəldilmiş, Cavabdeh, X3 və digər şəxsləri mənzilə olan istifadə hüquqlarına xitam verilərək mənzildən çıxarılması, mənzilin boşaldılaraq Banka təhvil verilməsi qət edilmişdir. Lakin buna baxmayaraq 2023-cü ilin fevral ayından 2023-cü ilin aprel ayınadək cavabdehlər Bankın mülkiyyətində olan mənzillərdə yaşamağa davam etmişlər. Həmin dövr üçün Bakı şəhəri Binəqədi rayonu, 9-cu mikrorayon Mir Cəlal küçəsində yerləşən 143b nömrəli Evin 146 nömrəli mənzilinin bir aylıq kirayə haqqı 400 manat olmasını nəzərə alaraq Banka 800 manat məbləğində ziyan vurulmuşdur. Ona görə də 2023-cü ilin fevral ayında 2023-cü ilin aprel ayınadək cavabdehin Bankın mülkiyyətində olan mənzildən istifadə etdiyi üçün 800 manat məbləğində dəymiş ziyanın və ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun alınıb bankın hesabına ödənilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı ASC-nin nümayəndəsi X4 izahat verərək iddianın tam təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, cavabdeh məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə bu halda Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinin tələbinə əsasən, işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. İş materiallarında olan Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Kadastrı və reyestri Publik Hüquqi şəxsi Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən Çıxarışdan görünür ki, İddiaçı ASC-nin mülkiyyətində olan Bakı şəhəri, Binəqədi rayonu, Mir Cəlal küçəsi 9-cu mikrorayon ev 143b, mənzil 146 mülkiyyət hüququ üzrə Daşınmaz əmlakın ********** qeydiyyat nöməsi ilə 15 fevral 2023-cü il tarixdə qeydiyyata alınmışdır. İş materiallarında olan Azərbaycan Respublikası "xxxx" MMC tərəfindən verilmiş 002-14/04-AL/23 saylı Qiymətləndirmə hesabatında görünür ki, X1 və Azərbaycan Respublikasının Milli Qiymətləndirmə Standartlarının tələbləri, qiymətləndirmə predmetinin xarakteristikası və məhdudlaşdırıcı şərtlər nəzərə alınaraq daşınmaz əmlakın icarəsi ilə bağlı geniş bazar araşdırılması aparılmış və 15 fevral 2023-cü il tarixdən 14 aprel 2023-cü il tarixədək aylıq 400 manat olmaqla, ümumilikdə 800 manat təşkil edir. İş materiallarında olan İddiaçı ASC-yə məxsus Bakı şəhəri, ünvan 1 icarə dəyərinin qiymətləndirilməsi barədə 14 aprel 2023-cü il tarixli, 002-14/04-AL/23 saylı rəyindən görünür ki, bazar araşdırması metodundan istifadə etməklə aparılmış qiymətləndirmə əsasında, İddiaçı ASC-nin mülkiyyətində olan ünvan 1 ünvanında ümumi sahəsi 79.45 kv.m olan əmlaklar araşdırılmışdır. Qeyd olunan dövr üçün orta qiymət 400 manat müəyyən edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəllənin 443.1-ci maddəsinə əsasən: “Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Həmin Məcəllənin 21.2-ci maddəsinə görə zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər başa düşülür. Həmin Məcəllənin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 445.1-ci maddəsinə əsasən icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 448.1 və 448.2-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Tərəflər arasında bağlanılmış kredit müqaviləsinin şərtlərindən də göründüyü kimi, faiz borcunun tutulması birmənalı olaraq borclunun təqsirli hərəkətləri müqabilində tətbiq edilən sanksiyadır. Məhkəmə hesab edir ki, yuxarıda qeyd edilən suala cavab tapılması üçün hazırki mübahisənin hallarına Mülki Məcəlləsinin 449.1-ci maddəsinin tələbləri baxımından qiymət verilməlidir. Azərbaycan Respublikası Mülki Məcəllənin 449.1-ci maddəsinə əsasən isə özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449-cu maddəsinin bəzi müddəalarının şərh olunmasına dair” 09 iyul 2009-cu il tarixli Qərarında göstərilmişdir ki, həmin normanın mənasına görə, borclu şəxs yalnız aşağıdakı dörd hərəkəti etməklə özgənin pul vəsaitindən faydalanır: -qanunsuz saxlama; -qaytarmaqdan boyun qaçırma; -ödənilməsini digər şəkildə gecikdirmə; -başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etmə və ya toplama, Qeyd olunmalıdır ki, faydalanmanın anlayışı mülki qanunvericilikdə verilməsə də, faydalanmanın hərfi mənasının öz tələbatı üçün istifadə olunduğunu nəzərə alaraq, Mülki Məcəllənin bu terminlə ayrılmaz əlaqədə olan “istifadə hüququna” həsr olunmuş 152.3-cü maddəsi buna müəyyən aydınlıq gətirir. Həmin maddəyə əsasən istifadə hüququəmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə və başqa formalarda ola bilər. Bu baxımdan, Mülki Məcəllənin “öhdəliklərin icra edilməməsinə görə məsuliyyəti” nəzərdə tutan 449-cu maddəsindəki xüsusi normada “faydalanma” və “qanunsuz istifadə” sözləri eyni məzmun daşımaqla, bu dörd hərəkət (hərəkətsizlik) nəticəsində müəyyən gəlir, artım, bəhər və s. əldə edilməsi mənasını nəzərdə tutur. Konstitusiya Məhkəməsinin qeyd olunan Qərarına əsasən öhdəliyin lazımınca icrasının, ilk növbədə, onun şərtlərinə və qanunvericiliyin tələblərinə riayət olunmasından asılı olduğunu nəzərə alaraq, “Məhkəmə qərarlarının icrası haqqında” Azərbaycan Respublikası Qanunu ilə məhkəmə qərarının icrası ilə bağlı üzərinə düşən vəzifələrin icrasından qərəzli olaraq boyun qaçırmamaqla, onları könüllü yerinə yetirərək girov əmlakı təhvil vermiş şəxs borc və faizlərin girov əmlaka yönəldiyi andan kredit müqaviləsi üzrə öhdəliyini icra etmiş hesab olunur və buna görə, tərəflər arasındakı müqavilə münasibətlərinə xitam verildiyi üçün, o, Mülki Məcəllənin 449.1-ci maddəsi üzrə mülki məsuliyyətə cəlb edilə bilməz. Qanunvericiliyin tələbinə əsasən cavabdeh ipoteka predmetini qanunsuz deyil, ondan asılı olmayan səbəbdən özündə saxladığından, qətnamənin icrası ilə bağlı icra bölməsi əməkdaşlarının ona qarşı hər hansı bir tələbi olmadığından o, iddiaçının pul vəsaitindən faydalanmamışdır. Bununla da cavabdehin hərəkətləri Mülki Məcəllənin 449-cu maddənin təsir dairəsinə düşmür. Odur ki, hazırki, mübahisələndirilən tələb üzrə əldən çıxmış faydanın, faizlərin hesablanması düzgün deyildir. Beləliklə, məhkəmə iclasında iddiaçının nümayəndəsinin izahatı, toplanmış və tədqiq edilmiş sübutların məcmusu və digər iş materialları ilə təsdiq olundu ki, cavabdehin iddiaçıya olan borcunun ödənilməsi üçün mövcud olan qətnamə ilə tutma ipoteka predmeti olan və cavabdehin mülkiyyətində olan Bakı şəhəri, Binəqədi rayonu, 9-cu mikrorayon Mir Cəlal küçəsində yerləşən üç otaqlı, 158.89 kv.m ümumi, 72.31 kv.m yaşayış,t 86.58 kv.m yardımçı sahədən ibarət 143b nömrəli evin 146 nömrəli mənzilinə və Bakı şəhəri, Binəqədi rayonu, 9-cu mikrorayon Mir Cəlal küçəsində yerləşən 79.45 kv.m ümumi sahədən ibarət 143b nömrəli evin 222 nömrəli mənzilinə yönəldilmiş, həmin ipoteka müqaviləsi ilə yüklü edilmiş əmlaklar açıq hərrac yolu ilə satılmasına və satışdan əldə olunan puldan 28 dekabr 2015-ci il tarixli kredit müqaviləsi üzrə borcun ödənilməsində, başqa sözlə qətnamənin icra olunmasında Cavabdeh heç bir təqsirli hərəkəti olmamışdır. Məhkəmə hesab edir ki, eyni zamanda iddiaçı Cavabdeh dəymiş ziyan olaraq 800 manat tələb etsədə, bununla bağlı məhkəməyə heç bir mötəbər sübut təqdim etməmiş, həmçinin tərəflər arasında kirnayə müqaviləsi olmamışdır. İddiaçı ASC-nin Cavabdeh qarşı hazırkı tələb üzrə iddiası qanunsuz və əsasız olduğuna görə təmin edilməməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə müvafiq olaraq məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Həmin Məcəllənin 233.1-ci maddəsində göstərilir ki, məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə q ə t e t d i: İddiaçı ASC-nin Cavabdeh qarşı 2023-cü ilin fevral ayından 2023-cü ilin aprel ayınadək cavabdehin Bankın mülkiyyətində olan mənzildən istifadə etdiyi üçün 800 manat məblləğində dəymiş ziyan və ödənilmiş 30 manat dövlət rüsumunun Cavabdeh tutularaq İddiaçı ASC-nin xeyrinə ödənilməsi tələbinə dair iddiası təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətinə Ağcabədi Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Sulduz Ləzimov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar