Azərbaycan Respublikası adından QƏRARDAD Ağcabədi rayonu İş № 2(017)-1557/2023 06.10.2023 AĞCABƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Quliyev Etibar Bəhrəm oğlunun sədrliyi, məhkəmə iclas katibi X1 iştirakı ilə, İddiaçı ASC-nin nümayəndəsi X2 tərəfindən verilmiş “əlavə qətnamə çıxarılmasına dair” ərizəyə Ağcabədi Rayon Məhkəməsində açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: Ağcabədi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qətnaməsi ilə İddiaçı ASC-nin Cavabdeh qarşı “kredit borcun ödənilməsi” tələbinə dair iddiası cərimə hissəsində azaldılaraq qismən təmin olunmuş, Cavabdeh 3102,15 manat əsas, 436,78 manat faiz, 5 manat cərimə borcu və 62,83 manat məbləğində ödənilmiş dövlət rüsumu tutularaq İddiaçı ASC-yə ödənilməsi qət edilmişdir. İddiaçı ASC-nin nümayəndəsi X2 məhkəməyə müraciət edərək ərizəsində göstərmişdir ki, İddiaçı ASC Cavabdeh qarşı “pulun tutulması, tələbin girov predmetinə yönəldilməsi, girov predmetinin açıq hərrac yolu ilə satılması, satışdan əldə olunmuş pul vəsaiti hesabına borcun ödənilməsi və hərracdan əldə olunmuş vəsait kredit borcun ödənilməsi üçün yetərli olmazsa borcun cavabdehdən tutulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Ağcabədi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qətnaməsi ilə iddia tələbi kredit borcun tutulması hissəsində həll olunmuş, qalan hissəyə heç bir münasibət bildirilməmişdir. İş üzrə iddia ərizəsinin qətnamədə münasibət bildirilməyən hissəsinə dair əlavə qətnamə çıxarılmasını xahiş etmişdir. Azərbaycan Respublikası MPM-nin tələbinə görə: 229.1. İş üzrə qətnamə və ya qərardad çıxarmış hakim, işdə iştirak edən şəxslərin ərizəsi ilə və ya onları xəbərdar edərək öz təşəbbüsü ilə aşağıdakı hallarda əlavə qətnamə və ya əlavə qərardad çıxara bilər:i 229.1.1. işdə iştirak edən şəxslər tələblərdən hər hansı biri üzrə sübutlar təqdim etmiş və izahatlar vermişlərsə, bu tələblər barədə qətnamə və ya qərardad çıxarılmamışsa;ii 229.1.2. hüquq barədə məsələ həll etmiş hakim alınmalı məbləğin, verilməli əmlakın miqdarını, yaxud cavabdehin etməli olduğu hərəkətləri göstərməmişsə; 229.1.3. məhkəmə xərcləri haqqında məsələ hakim tərəfindən həll edilməmişsə. 229.2. Əlavə qətnamənin və ya əlavə qərardadın çıxarılması barədə məsələyə qətnamənin və ya qərardadın qanuni qüvvəyə minməsinə qədər baxıla bilər. Əlavə qətnamə və ya əlavə qərardad məsələnin məhkəmə iclasında müzakirəsindən sonra məhkəmə tərəfindən çıxarılır. İşdə iştirak edən şəxslər məhkəmə iclasının vaxtı və yeri haqqında xəbərdar edilirlər, lakin onların gəlməməsi məsələyə baxmağa mane olmur. 229.3. Əlavə qətnamə və ya əlavə qərardad çıxarmaqdan imtina barədə qərardaddan və ya əlavə qətnamədən və ya əlavə qərardaddan şikayət verilə bilər İş materiallarından görünür ki, Ağcabədi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qətnaməsi qanuni qüvvəyə minmiş və icra edilməsi üçün Ağcabədi rayon İcra və Probasiya şöbəsinə göndərilmişdir. Azərbaycan Respublikası MPM-nin tələbinə görə isə əlavə qətnamənin və ya əlavə qərardadın çıxarılması barədə məsələyə qətnamənin və ya qərardadın qanuni qüvvəyə minməsinə qədər baxıla bilər. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 229, 263-264, 266-268-ci maddələrini rəhbər tutub, məhkəmə q ə r a r a a l d ı: İddiaçı ASC-nin nümayəndəsi X2 tərəfindən verilmiş “əlavə qətnamə çıxarılmasına dair” ərizənin təmin edilməsindən imtina edilsin. Qərardaddan 10 (on) gün müddətində Ağcabədi Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Quliyev
Məhkəmə qərarları › İş №2(017)-1557/2023
Ağcabədi Rayon Məhkəməsi Qərardad — İş №2(017)-1557/2023
06.10.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver