Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağcabədi rayonu İş № 2(017)-1585/2023 04.09.2023 AĞCABƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Ləzimov Sulduz Paşa oğlunun sədrliyi, məhkəmə iclas katibi X1 katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı alimentin artırılması tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək bildirmişdir ki, Cavabdeh ilə 17 oktyabr 2011-ci il tarixdə Ağcabədi rayon Kürdlər kənd İcra nümayəndəliyində rəsmi nikah qeyd etdirməklə evlənib ailə qurmuşlar. Onların birgə nikahlarından 16 avqust 2012-ci il tarixdə İnci və 01 aprel 2014-cü il tarixdə isə Özləm adlı iki uşaqları olmuşdur. Cavabdehlə xasiyyətləri bir-birinə uyğun gəlmədiyi üçün 2016-cı ildə məhkəmə qaydasında ayrılaraq ayrı yaşayırlar. Ağcabədi rayon Məhkəməsinin 17 mart 2016-cı il tarixli qətnaməsinə əsasən Cavabdeh ilə aralarında olan nikah pozulmuş, 16 avqust 2012-ci il təvəllüdlü qızı X7 və 01 aprel 2014-cü il təvəllüdlü qızı X5 onun yanında saxlanılmış və birgə nikahlarından 16 avqust 2012-ci il tarixdə anadan olmuş X4 və 01 aprel 2014-cü il tarixdə anadan olmuş X2 yetkinlik yaşına çatanadək saxlanmaları üçün hər ay hər uşağa 60 manat olmaqla, Cavabdeh cəmi 120 manat sabit pul məbləğində alimentin tutularaq ona verilməsi qət edilmişdir. Cavabdeh vaxtlı-vaxtında alimenti ödəyir. Lakin tutulan alimentin miqdarı uşaqların saxlanmalarına kifayət etmir. Cavabdeh fərdi əmək fəaliyyəti ilə məşğul olur. Lakin cavabdeh alimentdən başqa uşağına heç bir köməklik etmir. Ona görə Cavabdeh tutulan alimentin miqdarının sabit pul məbləğində artırılaraq hər ay hər uşağa 220 manat olmaqla, cəmi 440 manat məbləğində müəyyən olunmasına dair qətnamə çıxarımasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edib iddia ərizəsinin məzmununa uyğun izahat verərək iki uşağın tələbatını ödəməkdə çətinlik çəkdiyini, cavabdehin fərdi əmək fəaliyyəti ilə məşğul olduğunu və maddi imkanının kifayət qədər çox olduğunu, lakin cavabehin isə alimentdən başqa heç bir maddi köməklik etmədiyini cavabdehin başqa qadınla ailə qurduğunu və iki uşağının olduğunu bildirib, iddianın tam təmin olunmasını xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, cavabdeh məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə bu halda Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinin tələbinə əsasən, işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. İş materiallarında olan Ağcabədi rayon Kürdlər kənd icra nümayəndəliyi tərəfindən verilmiş doğum haqqında şəhadətnamələrin notarial qaydada təsdiq olunmuş surətlərindən görünür ki, X7 16 avqust 2012-ci il tarixdə və X6 01 aprel 2014-cü il tarixdə anadan olmuşlar. İş materiallarında olan Ağcabədi rayon Məhkəməsinin 17 mart 2016-cı il tarixli, 2(017)-351/2016 saylı qətnaməsinin surətindən görünür ki, iddia qismən təmin edilmiş, İddiaçı ilə Cavabdeh arasında Ağcabədi rayon Kürdlər kənd icra nümayəndəliyi tərəfindən 17 oktyabr 2011-ci il tarixdə 08 nömrəli akt qeydi ilə rəsmiləşdirilmiş nigah ləğv edilmiş, 16 avqust 2012-ci il tarixdə anadan olmuş X7 və 01 aprel 2014-cü il tarixdə anadan olmuş X6 iddiaçı –anaları İddiaçı yanında saxlanılmış və 16 avqust 2012-ci il tarixdə anadan olmuş X4 və 01 aprel 2014-cü il tarixdə anadan olmuş X3 yetkinlik yaşlarına çatana kimi saxlanmaları üçün hər ay hər uşağa 60 manat, cəmi 120 manat sabit pul məbləğində aliment Cavabdeh tutularaq İddiaçı xeyrinə ödənilməsi qət edilmişdir. «Uşaq hüquqları haqqında» 20 noyabr 1959-cu il tarixli Bəyannamənin 6-cı maddəsinə əsasən uşaq mümkün olduqda, valideynlərin himayəsində və onların məsuliyyəti altında və hər halda, məhəbbət və mənəvi-maddi təminat mühitində böyüməlidir. «Uşaq hüquqları haqqında» BMT-nin 12 noyabr 1989-cu il tarixli Konvensiyasının 18-ci maddəsinə əsasən uşağın tərbiyəsi və inkişafı üçün əsas məsuliyyəti valideynlər daşıyırlar. «Uşaq hüquqları haqqında» Azərbaycan Respublikası Qanununun 17-ci maddəsinə əsasən uşağın ailədə valideynləri ilə birgə yaşamaq, onlardan qayğı görmək hüququ vardır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 75.4-cü maddəsinə əsasən valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Həmin Məcəllənin 78-ci maddəsinə görə, uşağın saxlanması üçün alimentin sabit pul məbləğində tutulması mümkündür. Sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Həmin Məcəllənin 112.1-ci maddəsinə əsasən, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər. Məhkəmə araşdırması zamanı müəyyən olundu ki, Ağcabədi rayon Məhkəməsinin 17 mart 2016-cı il tarixli, 2(017)-351/2016 saylı qətnaməsinə əsasən Cavabdeh tərəfindən iki uşağın saxlanması üçün hər ay İddiaçı cəmi 120 manat sabit pul məbləğində aliment ödənilir. İddaçı İddiaçı uşaqları saxlamağa kifayət qədər maddi imkanı yoxdur. İki uşağın saxlanılması üçün əvvəl müəyyən olunmuş 120 manat aliment hazırda azlıq edir. «Yaşayış minimumu haqqında» Qanuna əsasən 2023-cü ildə uşaqların yaşayış minimumu 220 manat məbləğdə müəyyən olunmuşdur. «Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 28 mart 2016-cı il tarixli, 8-2/2016 nömrəli qərarının 8.2-ci bəndində göstərilir ki, aliment ödəyən əmək qabiliyyətli valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və qazanca malik olmaması onu uşağı saxlamaq, qanunvericiliklə müəyyən olunmuş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatı ödəmək vəzifəsindən azad etmir. Beləliklə, uşağın mənafeyini və cavabdehin maddi vəziyyətini nəzərə alaraq məhkəmə bu qənaətə gəlir ki, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 112.1-ci maddəsi ilə alimentin miqdarının artırılması ilə bağlı İddiaçı iddia tələbi qismən təmin edilməli, 16 avqust 2012-ci il tarixdə anadan olmuş X4 və 01 aprel 2014-cü il tarixdə anadan olmuş X3 yetkinlik yaşlarına çatana kimi saxlanmalarından ötrü Cavabdeh İddiaçı xeyrinə tutulan alimentin miqdarı artırılaraq hər ay hər uşağa 110 manat olmaqla, cəmi 220 manat sabit pul məbləğində müəyyən edilməsi qanunamüvafiqdir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsində göstərilir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 119.2-ci maddəsinə əsasən ödənilən illik alimentin məbləğinə görə 47 manat dövlət rüsumu cavabdehdən tutularaq dövlət büdcəsinə keçirilməlidir. Həmin Məcəllənin 233.1-ci maddəsinə əsasən məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası MPM-nin 213-214, 216- 220-ci maddələrini rəhbər tutub, məhkəmə qətetdi: İddia qismən təmin olunsun. İddiaçı Cavabdeh qarşı alimentin artırılması tələbinə dair iddiası qismən təmin edilsin və yetkinlik yaşına çatmayan 16 avqust 2012-ci il tarixdə anadan olmuş X4 və 01 aprel 2014-cü il tarixdə anadan olmuş X3 yetkinlik yaşına çatana kimi saxlanmalarından ötrü Ağcabədi rayon Məhkəməsinin 17 mart 2016-cı il tarixli, 2(017)-351/2016 saylı qətnaməsi ilə müəyyən olunmuş alimentin miqdarı dəyişdirilsin. 16 avqust 2012-ci il tarixdə anadan olmuş X4 və 01 aprel 2014-cü il tarixdə anadan olmuş X3 yetkinlik yaşına çatana kimi saxlanmalarından ötrü Cavabdeh qazancından hər ay hər uşağa 110 manat olmaqla, cəmi 220 manat sabit pul məbləğində aliment tutularaq İddiaçı xeyrinə ödənilsin. Alimentin bu qaydada tutulması qətnamənin qanuni qüvvəyə mindiyi gündən hesablansın. Cavabdeh alimentin illik məbləği nəzərə alınaraq 47 manat dövlət rüsumu tutularaq Hökumət ödəniş portalı vasitəsilə Ağcabədi rayon Məhkəməsinin hesabına ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Ağcabədi rayon Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinin Mülki kollegiyasına apelyasiya şikayəti verilə bilər. Sədrlik edən:Sulduz Ləzimov
Məhkəmə qərarları › İş №2(017)-1585/2023
Ağcabədi Rayon Məhkəməsi Qətnamə — İş №2(017)-1585/2023
04.09.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver