Məhkəmə qərarları › İş №2(017)-1701/2023

Ağcabədi Rayon Məhkəməsi Qətnamə — İş №2(017)-1701/2023

25.08.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağcabədi rayonu İş № 2(017)-1701/2023 25.08.2023 AĞCABƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Nuriyev Rəşad Mövsüm oğlunun sədrliyi, İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin Cavabdeh qarşı borcun tutulması barədə kiçik iddia ərizəsinə dair işə baxaraq, məhkəmə Müəyyənetdi: İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti Cavabdeh qarşı kiçik iddia ərizəsi ilə məhkəməyə müraciət edərək 09 aprel 2022-ci il tarixli, ********* saylı nisyə alqı-satqı müqaviləsi üzrə 79,90 manat əsas borc, 11,90 manat cərimə, cəmi 91,80 manat, 09 aprel 2022-ci il tarixli, ********* saylı nisyə alqı-satqı müqaviləsi üzrə 227,40 manat əsas borc, 34,10 manat cərimə, cəmi 261,50 manat, hər iki müqavilə üzrə cəmi 307,30 manat əsas, 46 manat cərimə, cəmi 353,30 manat borcun və 30 manat ödənilmiş dövlət rüsumunun cavabdehdən alınıb iddiaçının xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış 09 aprel 2022-ci il tarixli, ********* saylı nisyə alqı-satqı müqaviləsinə əsasən cavabdeh aldığı ”Fakir” markalı mətbəx əşyasına görə 15 ay müddətinə hər ay 10 manat olmaqla, 149,90 manat pulu iddiaçıya ödəməyi öhdəsinə götürmüşdür. Bundan başqa, iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış 09 aprel 2022-ci il tarixli, ********* saylı nisyə alqı-satqı müqaviləsinə əsasən cavabdeh aldığı “Samsung” markalı mobil telefona görə 12 ay müddətinə hər ay 46 manat olmaqla, cəmi 549,40 manat pulu iddiaçıya ödəməyi öhdəsinə götürmüşdür Cavabdeh 09 aprel 2022-ci il tarixli, ********* saylı nisyə alqı-satqı müqavilə üzrə xx.xx.2022-ci il tarixdə 10 manat, 09 aprel 2022-ci il tarixli, ********* saylı nisyə alqı-satqı müqavilə üzrə xx.xx.2022-ci il tarixdə 46 manat ödəniş etmiş və iki müqavilə üzrə qalıq qalmış 307,30 manat borcu qaytarmamışdır. Dəfələrlə edilmiş xəbərdarlıqlara baxmayaraq cavabdeh müqavilə üzrə üzərinə götürdüyü öhdəliyi tam yerinə yetirmədiyindən ona hər iki müqavilə üzrə gecikdirdiyi hər bir günə görə ümumilikdə 460 manat cərimə hesablanmışdır. Lakin, iddiaçı tərəfindən həmin cərimə məbləğinin 90%-i cavabdehə güzəşt olunmuş və müqavilə üzrə cərimə məbləği 46 manat hesablanmışdır. Ona görə də Cavabdeh 09 aprel 2022-ci il tarixli, ********* saylı nisyə alqı-satqı müqaviləsi üzrə 79,90 manat əsas borc, 11,90 manat cərimə, cəmi 91,80 manat, 09 aprel 2022-ci il tarixli, ********* saylı nisyə alqı-satqı müqaviləsi üzrə 227,40 manat əsas borc, 34,10 manat cərimə, cəmi 261,50 manat, hər iki müqavilə üzrə cəmi 307,30 manat əsas, 46 manat cərimə, cəmi 353,30 manat borcu və 30 manat ödənilmiş dövlət rüsumunun alınaraq iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin xeyrinə tutulması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.1-ci maddəsinə əsasən cavabdehə rəsmi qaydada bildiriş göndərilərək iddiaçının tələbinə dair əsaslandırılmış etirazının olduğu halda 10 iş günü müddətində öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu bildirilmişdir. Lakin cavabdehdən ərizəyə dair etiraz daxil olmamışdır. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.3-cü maddəsinə əsasən işə iddiaçının təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmasını mümkün hesab edir. İşdə olan 09 aprel 2022-ci il tarixli, ********* saylı nisyə alqı-satqı müqaviləsindən və ödəniş cədvəlindən görünür ki, ” ”Fakir” markalı mətbəx əşyasına görə 15 ay müddətinə hər ay 10 manat olmaqla, 149,90 manat alınması ilə əlaqədar iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti ilə Cavabdeh arasında müqavilə bağlanmışdır. İşdə olan 09 aprel 2022-ci il tarixli, ********* saylı nisyə alqı-satqı müqaviləsinə əsasən cavabdeh aldığı “Samsung” markalı mobil telefona görə 12 ay müddətinə hər ay 46 manat olmaqla, cəmi 549,40 manat alınması ilə əlaqədar iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti ilə Cavabdeh arasında müqavilə bağlanmışdır. İşdə olan 14 iyun 2023-cü il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh 09 aprel 2022-ci il tarixli, ********* saylı nisyə alqı-satqı müqaviləsi üzrə 79,90 manat əsas borc, 11,90 manat cərimə, cəmi 91,80 manat, 09 aprel 2022-ci il tarixli, ********* saylı nisyə alqı-satqı müqaviləsi üzrə 227,40 manat əsas borc, 34,10 manat cərimə, cəmi 261,50 manat, hər iki müqavilə üzrə cəmi 307,30 manat əsas, 46 manat cərimə, cəmi 353,30 manat borcu vardır. Məhkəmə iş materiallarını tam, hərtərəfli və obyektiv araşdırıb hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə kreditorun borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır və həmin məcəllənin 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyır. Həmin Məcəllənin 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənəşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 600.1-ci maddəsinə əsasən alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. İş materialları araşdırılarkən müəyyən olundu ki, iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış 09 aprel 2022-ci il tarixli, ********* saylı nisyə alqı-satqı müqaviləsinə əsasən cavabdeh aldığı ”Fakir” markalı mətbəx əşyasına görə 15 ay müddətinə hər ay 10 manat olmaqla, 149,90 manat pulu iddiaçıya ödəməyi öhdəsinə götürmüşdür. Bundan başqa, iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış 09 aprel 2022-ci il tarixli, ********* saylı nisyə alqı-satqı müqaviləsinə əsasən cavabdeh aldığı “Samsung” markalı mobil telefona görə 12 ay müddətinə hər ay 46 manat olmaqla, cəmi 549,40 manat pulu iddiaçıya ödəməyi öhdəsinə götürmüşdür Cavabdeh 09 aprel 2022-ci il tarixli, ********* saylı nisyə alqı-satqı müqavilə üzrə xx.xx.2022-ci il tarixdə 10 manat, 09 aprel 2022-ci il tarixli, ********* saylı nisyə alqı-satqı müqavilə üzrə xx.xx.2022-ci il tarixdə 46 manat ödəniş etmiş və iki müqavilə üzrə qalıq qalmış 307,30 manat borcu qaytarmamışdır. Dəfələrlə edilmiş xəbərdarlıqlara baxmayaraq cavabdeh müqavilə üzrə üzərinə götürdüyü öhdəliyi tam yerinə yetirmədiyindən ona hər iki müqavilə üzrə gecikdirdiyi hər bir günə görə ümumilikdə 460 manat cərimə hesablanmışdır. Lakin, iddiaçı tərəfindən həmin cərimə məbləğinin 90%-i cavabdehə güzəşt olunmuş və müqavilə üzrə cərimə məbləği 46 manat hesablanmışdır. Ona görə də Cavabdeh 09 aprel 2022-ci il tarixli, ********* saylı nisyə alqısatqı müqaviləsi üzrə 79,90 manat əsas borc, 11,90 manat cərimə, cəmi 91,80 manat, 09 aprel 2022-ci il tarixli, ********* saylı nisyə alqı-satqı müqaviləsi üzrə 227,40 manat əsas borc, 34,10 manat cərimə, cəmi 261,50 manat, hər iki müqavilə üzrə cəmi 307,30 manat əsas, 46 manat cərimə, cəmi 353,30 manat borcun tutulmasını tələb edir. Qeyd olunanlardan görünür ki, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti Cavabdeh 09 aprel 2022-ci il tarixli, ********* saylı nisyə alqı-satqı müqaviləsi üzrə 79,90 manat əsas borc, 11,90 manat cərimə, cəmi 91,80 manat, 09 aprel 2022-ci il tarixli, ********* saylı nisyə alqı-satqı müqaviləsi üzrə 227,40 manat əsas borc, 34,10 manat cərimə, cəmi 261,50 manat, hər iki müqavilə üzrə cəmi 307,30 manat əsas, 46 manat cərimə, cəmi 353,30 manat borcu alınmasını tələb etməkdə haqlıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Şərh olunanları nəzərə alaraq məhkəmə belə nəticəyə gəlir ki, iddia təmin edilməli, Cavabdeh 09 aprel 2022-ci il tarixli, ********* saylı nisyə alqı-satqı müqaviləsi üzrə 79,90 manat əsas borc, 11,90 manat cərimə, cəmi 91,80 manat, 09 aprel 2022-ci il tarixli, ********* saylı nisyə alqı-satqı müqaviləsi üzrə 227,40 manat əsas borc, 34,10 manat cərimə, cəmi 261,50 manat, hər iki müqavilə üzrə cəmi 307,30 manat əsas, 46 manat cərimə, cəmi 353,30 manat borc pul alınaraq iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilməlidir. İşdə olan 06 iyul 2023-cü il tarixli mədaxil qəbzindən görünür ki, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən 30 manat dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələbinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Göstərilən maddənin tələbinə uyğun olaraq məhkəmə hesab edir ki, məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 30 manat dövlət rüsumu cavabdehdən alınaraq iddiaçının xeyrinə ödənilməlidir. Göstərilənlərə və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-6cı maddəsinə əsasən, məhkəmə Q ə t e t d i: İddia təmin edilsin. Cavabdeh 09 aprel 2022-ci il tarixli, ********* saylı nisyə alqı-satqı müqaviləsi üzrə 79,90 manat əsas borc, 11,90 manat cərimə, cəmi 91,80 manat, 09 aprel 2022-ci il tarixli, ********* saylı nisyə alqı-satqı müqaviləsi üzrə 227,40 manat əsas borc, 34,10 manat cərimə, cəmi 261,50 manat, hər iki müqavilə üzrə cəmi 307,30 manat əsas, 46 manat cərimə və ödənilmiş 30 manat dövlət rüsumu, cəmi 383 (üç yüz səksən üç) manat 30 (otuz) qəpik borc pul alınaraq iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilsin. Qətnamədən bir ay müddətində Ağcabədi Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti vermək olar. Hakim: Rəşad Nuriyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar