Məhkəmə qərarları › İş №2(017)-1701/2024

Ağcabədi Rayon Məhkəməsi Qətnamə — İş №2(017)-1701/2024

07.11.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağcabədi rayonu İş № 2(017)-1701/2024 07.11.2024 AĞCABƏDİ RAYON MƏHKƏMƏSİ Ağcabədi Rayon Məhkəməsi hakim Quliyev Etibar Bəhrəm oğlunun sədrliyi, məhkəmə iclasının katibi X1 iştirakı ilə İddiaçı ASC-nin Cavabdeh qarşı “borc” tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı ASC Cavabdeh qarşı “borc” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh ilə İddiaçı ASC arasında bağlanmış xx.xx.2023-cü il tarixli kredit müqaviləsi üzrə 1997,62 manat əsas borc, 206,95 manat faiz borcu, 71,82 manat cərimə borcu olmaqla, cəmi 2276,39 manat məbləğində borcun, xx.xx.2023-cü il tarixli kredit müqaviləsi üzrə 10092,76 manat əsas borc, 330,4 manat faiz borcu, 13,55 manat cərimə borcu olmaqla, cəmi 10436,71 manat məbləğində borcun, iki müqavilə üzrə cəmi 12713,10 manat borcun, həmçinin ödənilmiş 128,14 manat dövlət rüsumunun cavabdehdən alınaraq İddiaçı ASC-nin xeyrinə tutulmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı ASC Cavabdeh qarşı “borc” tələbinin həcminin azaldılmasına dair məhkəməyə ərizə göndərərək, Cavabdeh ilə İddiaçı ASC arasında bağlanmış xx.xx.2023cü il tarixli kredit müqaviləsi üzrə 1997,62 manat əsas borc, 206,95 manat faiz borcu, 71,82 manat cərimə borcu olmaqla, cəmi 2276,39 manat məbləğində borcun, xx.xx.2023cü il tarixli kredit müqaviləsi üzrə 8123,82 manat əsas borc, 357,91 manat faiz borcu, 123,91 manat cərimə borcu olmaqla, cəmi 8605,64 manat məbləğində borcun, iki müqavilə üzrə cəmi 10882,03 manat borcun, həmçinin ödənilmiş 128,14 manat dövlət rüsumunun cavabdehdən alınaraq İddiaçı ASC-nin xeyrinə tutulmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı ASC iddiasını onunla əsaslandırmışdır ki, Cavabdeh ilə İddiaçı ASC arasında xx.xx.2023-cü il tarixli və xx.xx.2023-cü il tarixli kredit müqavilələri bağlanmışdır. Kredit müqaviləsinin şərtlərinə uyğun olaraq Cavabdeh xx.xx.2023-cü il tarixli müqavilə üzrə: illik 25 faizlə 48 ay müddətinə bankdan 2000 manat məbləğində; xx.xx.2023-cü il tarixli müqavilə üzrə: illik 15,9 faizlə 36 ay müddətinə bankdan 11000 manat məbləğində kredit verilmişdir. Kreditin qaytarılması müddətində kreditin əsas məbləği və ona hesablanmış faizlər razılaşdırılmış qrafik üzrə banka ödənməli idi. Bank üzərinə götürdüyü öhdəliyi tam icra etmişdir. Lakin borcalan Cavabdeh kredit müqaviləsinin şərtlərini pozaraq kreditin əsas məbləğini və ona hesablanmış faizlərin ödənilməsini kredit ayrılan vaxtdan mütəmadi olaraq gecikdirmişdir. xx.xx.2023-cü il tarixli kredit müqaviləsi üzrə cərimə borcu 143,63 manat təşkil etməsinə baxmayaraq, cərimə məbləği kredit müqaviləsində nəzərdə tutulmuş və təqdim olunan maliyyə arayışı üzrə ümumi cərimə məbləğinin 50 faizi miqdarında olmaqla, yəni 71,82 manat məbləğində tələb olunur. Mülki iş məhkəmənin icraatında olan zaman borclu tərəfindən xx.xx.2023-cü il tarixli kredit müqaviləsi üzrə müəyyən ödənişlər edilmiş, buna görə də həmin kredit müqaviləsi üzrə borc məbləği azaldılmalı olmuşdur. Ona görə də Cavabdeh ilə İddiaçı ASC arasında bağlanmış xx.xx.2023-cü il tarixli kredit müqaviləsi üzrə: 1997,62 manat əsas borc, 206,95 manat faiz borcu, 71,82 manat cərimə borcu olmaqla, cəmi 2276,39 manat məbləğində borcun; xx.xx.2023-cü il tarixli kredit müqaviləsi üzrə: 8123,82 manat əsas borc, 357,91 manat faiz borcu, 123,91 manat cərimə borcu olmaqla, cəmi 8605,64 manat məbləğində borcun; iki müqavilə üzrə cəmi 10882,03 manat borcun, həmçinin ödənilmiş 128,14 manat dövlət rüsumunun İddiaçı ASC-nin xeyrinə tutulmasına dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçının nümayəndəsi məhkəməyə ərizə göndərərək işə onun iştirakı olmadan baxılmasını və iddianın təmin edilməsini xahiş etmişdir. Məhkəmə nümayəndənin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə iş materiallarını araşdırıb hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş xx.xx.2023-cü il tarixli kredit müqaviləsinin surətindən görünür ki, Cavabdeh ilə İddiaçı ASC arasında kredit müqaviləsi bağlanmışdır. Həmin müqaviləyə əsasən Cavabdeh İddiaçı ASC-dən illik 25 faizlə 48 ay müddətinə 2000 manat borc almışdır. İş materiallarına əlavə olunmuş xx.xx.2023-cü il tarixli kredit müqaviləsinin surətindən görünür ki, Cavabdeh ilə İddiaçı ASC arasında kredit müqaviləsi bağlanmışdır. Həmin müqaviləyə əsasən Cavabdeh İddiaçı ASC-dən illik 15,9 faizlə 36 ay müddətinə 11000 manat borc almışdır. İş materiallarında olan xx.xx.2024-cü il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh xx.xx.2023-cü il tarixli kredit müqaviləsi üzrə banka olan əsas borcu 1997,62 manat, faiz borc 206,95 manat, cərimə borcu 143,63 manat təşkil edir. İş materiallarında olan xx.xx.2024-cü il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh xx.xx.2023-cü il tarixli kredit müqaviləsi üzrə banka olan əsas borcu 8123,82 manat, faiz borc 357,91 manat, cərimə borcu 123,91 manat təşkil edir. Məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir (maddə 467). Mülki Məcəllənin 443.1-ci maddəsinə əsasən: “Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Həmin Məcəllənin 21.2-ci maddəsinə görə zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər başa düşülür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 448.1 və 448.2-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 470.1-ci maddəsinə əsasən zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 472.1-ci maddəsinin əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar Azərbaycan Respublikası Məcəlləsinin 472.2-ci maddəsinə əsasən Əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Beləliklə, məhkəmə iclasında toplanmış və tədqiq edilmiş sübutların məcmusu və digər iş materialları ilə təsdiq olundu ki, Cavabdeh ilə İddiaçı ASC arasında iki kredit müqaviləsi bağlanmışdır. Bank üzərinə düşən öhdəliyi tam yerinə yetirmiş, Cavabdeh xx.xx.2023-cü il tarixli müqavilə üzrə 48 ay müddətinə qaytarmaq şərti ilə, illik 25 faiz olmaqla 2000 manat məbləğində, xx.xx.2023-cü il tarixli müqavilə üzrə 36 ay müddətinə qaytarmaq şərti ilə, illik 15,9 faiz olmaqla 11000 manat məbləğində kredit verilmişdir. Lakin cavabdeh kredit müqaviləsinin şərtlərinə uyğun olaraq üzərinə düşən öhdəliyi yerinə yetirməmiş, müəyyən edilmiş qrafik üzrə kredit borcunu banka ödəməmişdir. Məhkəmə hesab edir ki, İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2023cü il tarixli kredit müqaviləsi üzrə yaranmış 1997,62 manat məbləğində əsas borc, 206,95 manat məbləğində hesablanmış faiz borcu, 71,82 manat cərimə borcu olmaqla, cəmi 2276,39 manat məbləğində borc, xx.xx.2023-cü il tarixli kredit müqaviləsi üzrə yaranmış 8123,82 manat məbləğində əsas borc, 357,91 manat məbləğində hesablanmış faiz borcu, 123,91 manat cərimə borcu olmaqla, cəmi 8605,64 manat məbləğində borc, iki müqavilə üzrə cəmi 10882,03 manat borc, habelə ödənilmiş 128,14 manat dövlət rüsumu cavabdehdən tutularaq İddiaçı ASC-nin xeyrinə ödənilməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Ona görə də məhkəmə hesab edir ki, iddia tələbinin məbləği 10882,03 manat olduğu, bu tələb tam təmin edildiyi üçün (iki müqavilə üzrə: 1997,62 manat məbləğində əsas borc + 206,95 manat məbləğində faiz borcu + 71,82 manat cərimə borcu + 8123,82 manat məbləğində əsas borc + 357,91 manat məbləğində faiz borcu + 123,91 manat cərimə borcu) ödənilmiş iddia tələbinin məbləğinə uyğun olaraq ödənilmiş 128,14 manat dövlət rüsumunun əvəzi cavabdehdən alınaraq iddiaçıya verilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə müvafiq olaraq məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə q ə t e t d i: İddia təmin edilsin. İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2023-cü il tarixli kredit müqaviləsi üzrə yaranmış 1997,62 manat əsas borc, 206,95 manat hesablanmış faiz borcu, 71,82 manat cərimə borcu olmaqla, cəmi 2276,39 manat; xx.xx.2023-cü il tarixli kredit müqaviləsi üzrə yaranmış 8123,82 manat məbləğində əsas borc, 357,91 manat məbləğində hesablanmış faiz borcu, 123,91 manat cərimə borcu olmaqla, cəmi 8605,64 manat məbləğində borc, iki müqavilə üzrə cəmi 10882,03 manat borc, habelə ödənilmiş 128,14 manat dövlət rüsumu Cavabdeh tutularaq İddiaçı ASC-nin xeyrinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətinə Ağcabədi Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Etibar Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar