Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağcabədi rayonu İş № 2(017)-172/2025 10.01.2025 AĞCABƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Nuriyev Rəşad Mövsüm oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X1, İddiaçının nümayəndəsi Nümayəndə, Cavabdeh iştirakı ilə İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M ü ə y y ə n e t d i: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək məhkuma təhvil verilmiş mobil qurğunun itirilməsi nəticəsində vurulmuş zərərin əvəzi olaraq 2277,40 manat pulun Cavabdeh alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin hesabına ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı nümayəndəsi, probasiya üzrə böyük icra məmuru Nümayəndə iddia ərizəsini müdafiə edərək izahatında göstərdi ki, Ağcabədi şəhəri Nəsimi küçəsi ev 200-də qeydiyyatda olan Məmmədov X2 rayon Məhkəməsinin 23 may 2023-cü il tarixli, 1(017)- 84/2023 saylı hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddələsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 01 il 05 ay 26 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş və həmin hökmün icrası İddiaçınə həvalə edilmişdir. 05 sentyabr 2023-cü ildə qeyd olunan hökmün icrası ilə əlaqədar İddiaçı probasiya üzrə böyük icra məmuru olaraq məhkum Cavabdeh cəza çəkdiyi müddət ərzində üzərində daşımalı olduğu elektron nəzarət vasitələrinin istifadə qaydalarını məhkuma (cavabdehə) izah etmiş və bu barədə protokol tərtib edilmişdir. Bundan sonra 1 (bir) ədəd 35631217 saylı mobil qurğu, 1 (bir) ədəd 39817 saylı Attenti markalı elektron nəzarət vasitəsi cavabdehə təhvil verilmiş və ona təhvil verilmiş nəzarət avadanlıqlarını üzərində gəzdirdiyi və istifadə etdiyi müddətdə maddi məsuliyyət daşıması barədə xəbərdarlıq edilmişdir. Lakin məhkum-Cavabdeh tərəfindən “Attenti V6” markalı mobil qurğunun korpusuna müdaxilə edilmiş, siqnal ötürücü sındırılmış, ana plata əyilmiş və GPS plata zərbə nəticəsində dağıdılmışdır. İddiaçıya 2277,40 manat maddi zərər vurulmuşdur Ona görə də məhkuma təhvil verilmiş “Attenti V6” markalı mobil qurğuya müdaxilə etməsi nəticəsində vurulmuş zərərin əvəzi olaraq 2277,40 manat pulun Cavabdeh alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin hesabına ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Cavabdeh iddianı qəbul edərək izahatında göstərdi ki, Ağcabədi rayon Məhkəməsinin 23 may 2023-cü il tarixli, 1(017)-84/2023 saylı hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddələsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 01 il 05 ay 26 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. 23 iyul 2024-cü il tarixdə evə sərxoş vəziyyətdə gəlmiş və “Attenti V6” markalı mobil qurğunu divara vuraraq sındırmışdır. Etdiyim əməldən peşmandır. İddianı qəbul edir və iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasına etirazı yoxdur. İşdə olan və məhkəmə iclasında elan edilmiş Ağcabədi Rayon Məhkəməsinin 23 may 2023-cü il tarixli, 1(017)-84/2023 saylı hökmünün və hökmün icrası barədə göstərişin surətindən görünür ki, Cavabdeh Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddələsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 01 il 05 ay 26 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş və həmin hökm icra olunması üçün İddiaçınə göndərilmişdir. İşdə olan və məhkəmə iclasında elan edilmiş 23 iyun 2024-cü il tarixli rəydən görünür ki, Cavabdeh ona təhvil verilmiş “Attenti” elektron nəzarət vasitəsinə müdaxilə etmiş, “Attenti V6” markalı mobil qurğunun korpusuna müdaxilə edilmiş, siqnal ötürücü sındırılmış, ana plata əyilmiş və GPS plata zərbə nəticəsində dağıdılmışdır. İşdə olan və məhkəmə iclasında elan edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Maliyyə və təminat idarəsinin məktubundan görünür ki, Cavabdeh təhkim olunmuş elektron nəzarət vasitəsinin dəyəri 2277,40 manat təşkil edir. Məhkəmə iddiaçının nümayəndəsini və cavabdehi dinləyib, iş materiallarını tam, hərtərəfli və obyektiv araşdırıb, hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 10 aprel 2018-ci il tarixli, 144 saylı qərarı ilə təsdiq edilmiş “Məhkum edilmiş və ya barəsində qətimkan tədbiri seçilmiş şəxslərə elektron nəzarət vasitələrinin tətbiqi qaydaları”nın 7.5-ci bəndinə əsasən nəzarət subyekti elektron nəzarət vasitəsini zədələdikdə və ya digər üsullarla yararsız vəziyyətə saldıqda, həmin vəsaitin dəyəri ondan tutulur. Məhkəmədə işin araşdırılan halları ilə müəyyən edildi ki, Ağcabədi rayon Məhkəməsinin 23 may 2023-cü il tarixli, 1(017)-84/2023 saylı hökmü ilə 01 il 05 ay 26 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş Cavabdeh təhkim olunmuş “Attenti” elektron nəzarət vasitəsinin sındıraraq onu yararsız hala salmışdır. Ona görə də İddiaçı vurulmuş zərərin əvəzi olaraq 2277,40 manat pulun məhkum-Cavabdeh alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin hesabına ödənilməsini tələb edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.2-ci maddəsinə görə zərər dedikdə hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Həmin Məcəllənin 1097.1-ci maddəsinə görə mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qeyd olunanlardan görünür ki, İddiaçı vurulmuş maddi zərərin əvəzi olaraq 2277,40 pulu Cavabdeh tələb etməkdə haqlıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 80-cı maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə iştirak edən tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanları nəzərə alaraq məhkəmə belə nəticəyə gəlir ki, iddia təmin edilərək Cavabdeh vurulmuş zərərin əvəzi olaraq 2277,40 manat alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin hesabına ödənilməlidir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1.14-cü maddəsinə əsasən məhkəmələrə verilən iddia ərizələri üzrə - büdcə təşkilatları dövlət rüsumu ödəməkdən azad olunurlar. Həmin Qanunun 9.4-cü maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət büdcəsinə köçürülür. Qeyd olunan maddələrin tələbinə uyğun olaraq məhkəmə həmçinin hesab edir ki, Cavabdeh əlavə olaraq 42,77 manat dövlət rüsumu tutulub Azərbaycan Respublikasının dövlət büdcəsinə köçürülməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q ə t e t d i: İddia təmin edilsin. Cavabdeh 2277 (iki min iki yüz yetmiş yeddi) manat 40 (qrx) qəpik alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin hesabına ödənilsin. Əlavə olaraq Cavabdeh 42 (qırx iki) manat 77 (yetmiş yeddi) qəpik dövlət rüsumu tutulub Azərbaycan Respublikasının dövlət büdcəsinə köçürülsün. Qətnamədən bir ay müddətində Ağcabədi Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti vermək olar. Hakim Rəşad Nuriyev
Məhkəmə qərarları › İş №2(017)-172/2025
Ağcabədi Rayon Məhkəməsi Qətnamə — İş №2(017)-172/2025
10.01.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver