Məhkəmə qərarları › İş №2(017)-1731/2023

Ağcabədi Rayon Məhkəməsi Qətnamə — İş №2(017)-1731/2023

28.08.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağcabədi rayonu İş № 2(017)-1731/2023 28.08.2023 AĞCABƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Nuriyev Rəşad Mövsüm oğlunun sədrliyi, İddiaçı BOKT İddiaçı Cavabdeh qarşı borcun qaytarılması tələbi barədə kiçik iddia ərizəsinə dair işə baxaraq, məhkəmə M ü ə y y ə n e t d i: İddiaçı BOKT İddiaçı Cavabdeh qarşı kiçik iddia ərizəsi ilə məhkəməyə müraciət edərək tərəflər arasında bağlanmış 17 iyul 2019-cu il tarixli, L-BK-0047376-F saylı kredit müqaviləsi üzrə 3708,39 manat əsas borc, 202,42 manat faiz borcu, 284,31 manat müqavilə şərtlərinin pozulması nəticəsində dəymiş zərərin, cəmi 4195,12 manat borcun və 62 manat ödənilmiş dövlət rüsumunun alınıb iddiaçının xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı BOKT İddiaçı ərizəni onunla əsaslandırmışdır ki, 17 iyul 2019-cu il tarixli, L-BK-0047376-F saylı kredit müqaviləsinə əsasən Cavabdeh 12 ay müddətinə aylıq 3 %, illik 36 %-lə ödəmək şərti ilə 9000 manat məbləğində kredit verilmişdir. Tərəflər arasında bağlanmış müqavilənin 1.1-ci maddəsinə görə bu müqaviləyə görə borcverən qeyd olunan məbləğdə və faizlə krediti borcalanın mülkiyyətinə verir və borcalan isə həmin kreditdən məqsədli təyinatına uyğun istifadə etməyi və müəyyən olunmuş müddətdə onu faizi ilə birlikdə borcverənə qaytarmağı öhdəsinə götürür. Lakin cavabdeh kredit müqavilələsi üzrə bu günə qədər 6191,61 manat əsas borc üzrə, 2038,39 manat faiz borcu üzrə ödəniş etmişdir və onun iddiaçıya hal hazırda 3708,39 manat əsas borc, 202,42 manat faiz borcu, 284,31 manat müqavilə şərtlərinin pozulması nəticəsində dəymiş zərərin, cəmi 4195,12 manat borcu vardır. Ona görə də, tərəflər arasında bağlanmış 17 iyul 2019-cu il tarixli, L- BK-0047376-F saylı kredit müqaviləsi üzrə Cavabdeh 3708,39 manat əsas borc, 202,42 manat faiz borcu, 284,31 manat müqavilə şərtlərinin pozulması nəticəsində dəymiş zərərin, cəmi 4195,12 manat borcun və 62 manat ödənilmiş dövlət rüsumunun alınıb BOKT İddiaçı xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.1-ci maddəsinə əsasən cavabdehlərə rəsmi qaydada bildiriş göndərilərək iddiaçının tələbinə dair əsaslandırılmış etirazlarının olduğu halda 10 iş günü müddətində öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduqları bildirilmişdir. Lakin cavabdehlərdən ərizəyə dair etiraz daxil olmamışdır. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.3-cü maddəsinə əsasən işə iddiaçının təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmasını mümkün hesab edir. İşdə olan 17 iyul 2019-cu il tarixli, L-BK-0047376-F saylı kredit müqaviləsindən və ona 1 saylı əlavədən görünür ki, iddiaçı BOKT İddiaçı tərəfindən Cavabdeh 12 ay müddətinə aylıq 3 %, illik 36 %-lə ödəmək şərti ilə 9000 manat məbləğində kredit verilmişdir. İşdə olan 10 iyul 2023-cü il tarixli maliyyə arayışından görünür ki, 17 iyul 2019-cu il tarixli, L-BK-0047376-F saylı kredit müqaviləsi üzrə Cavabdeh 3708,39 manat əsas borc, 202,42 manat faiz borcu, 284,31 manat müqavilə şərtlərinin pozulması nəticəsində dəymiş zərərin, cəmi 4195,12 manat borcu vardır. Məhkəmə iş materiallarını tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkət etməlidir, məsələn, pul ödəməli, xidmətlər göstərməli, əmlak verməli, iş görməli və i.a və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasının tələb etmək hüququ vardır. Həmin Məcəllənin 472.2-ci maddəsinə əsasən əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Həmin Məcəllənin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. İş materialları araşdırılarkən müəyyən olundu ki, Cavabdeh ilə iddiaçı BOKT İddiaçı arasında 17 iyul 2019-cu il tarixli, L-BK-0047376-F saylı kredit müqaviləsinə əsasən Cavabdeh 12 ay müddətinə aylıq 3 %, illik 36 %-lə ödəmək şərti ilə 9000 manat məbləğində kredit verilmişdir. Tərəflər arasında bağlanmış müqavilənin 1.1-ci maddəsinə görə bu müqaviləyə görə borcverən qeyd olunan məbləğdə və faizlə krediti borcalanın mülkiyyətinə verir və borcalan isə həmin kreditdən məqsədli təyinatına uyğun istifadə etməyi və müəyyən olunmuş müddətdə onu faizi ilə birlikdə borcverənə qaytarmağı öhdəsinə götürür. Lakin cavabdeh kredit müqavilələsi üzrə bu günə qədər 6191,61 manat əsas borc üzrə, 2038,39 manat faiz borcu üzrə ödəniş etmişdir və onun iddiaçıya hal hazırda 3708,39 manat əsas borc, 202,42 manat faiz borcu, 284,31 manat müqavilə şərtlərinin pozulması nəticəsində dəymiş zərərin, cəmi 4195,12 manat borcu vardır. Ona görə də, tərəflər arasında bağlanmış 17 iyul 2019-cu il tarixli, L-BK-0047376-F saylı kredit müqaviləsi üzrə Cavabdeh 3708,39 manat əsas borc, 202,42 manat faiz borcu, 284,31 manat müqavilə şərtlərinin pozulması nəticəsində dəymiş zərərin, cəmi 4195,12 manat borcun alınmasını tələb edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Şərh olunanları nəzərə alaraq məhkəmə belə nəticəyə gəlir ki, iddia təmin edilərək iddiaçı BOKT İddiaçı ilə Cavabdeh arasında bağlanmış 17 iyul 2019-cu il tarixli, L- BK-0047376-F saylı kredit müqaviləsi üzrə Cavabdeh 3708,39 manat əsas borc, 202,42 manat faiz borcu, 284,31 manat borc alınıb iddiaçı BOKT İddiaçı xeyrinə ödənilməlidir. İşdə olan 11 iyul 2023-cü il tarixli mədaxil qəbzindən görünür ki, BOKT İddiaçı tərəfindən 62 manat dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələbinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Göstərilən maddənin tələbinə uyğun olaraq məhkəmə hesab edir ki, məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 62 manat dövlət rüsumu cavabdehdən alınaraq iddiaçının xeyrinə ödənilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-6 maddəsinə əsasən, məhkəmə Q ə t e t d i: İddia təmin edilsin. Cavabdeh 3708,39 manat əsas borc, 202,42 manat faiz borcu, 284,31 manat müqavilə şərtlərinin pozulması nəticəsində dəymiş zərər və ödənilmiş 62 manat dövlət rüsumu, cəmi 4257 (dörd min iki yüz əlli yeddi) manat 12 (on iki) qəpik borc pul alınaraq iddiaçı BOKT İddiaçı xeyrinə ödənilsin. Qətnamədən bir ay müddətində Ağcabədi Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti vermək olar. Hakim: Rəşad Nuriyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar