Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağcabədi rayonu İş № 2(017)-174/2024 18.01.2024 AĞCABƏDİ RAYON MƏHKƏMƏSİ Agcabədi rayon Məhkəməsinin hakimi Ləzimov Sulduz Paşa oğlunun sədrliyi, Paşayev Babək Zahid oğlunun katibliyi, İddiaçı, Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı həyətyanı torpaq sahəsinin inventarlaşması və texniki pasportun tərtib olunması məqsədilə zəruri ölçmə işlərinin aparılmasına cavabdeh tərəfindən yönəlmiş maneələrin aradan qaldırılması tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, M ü ə y y ə n e t d i: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək ünvan 1 ünvanında yerləşən həyətyanı torpaq sahəsinə dair texniki paspotrun tərtib olunması məqsədilə zəruri ölçmə işlərinin aparılmasına yönəlmiş maneələrin aradan qaldırılması və ölçmə işlərinə müdaxilənin Cavabdeh qadağan edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə baxışı zamanı İddiaçı iddianı müdafiə edərək izahatında göstərdi ki, Ağcabədi rayon Aqrar İslahat Komissiyasının 2006-cı il 21 noyabr 02 saylı qərarı ilə mərhum X1na və ona həyətyanı torpaq sahəsi kimi 0,12 ha torpaq sahəsi verilmişdir. Bundan irəli gələrək onlara dövlət torpaq kadastrı kitabında 03 fevral 2011-ci il tarixdə 1190 nömrə ilə uçota alınmış A№ 283794 saylı torpaq sahəsinin plan və ölçü sənədi verilmişdir. X1 xx.xx.2009-cu il tarixdə vəfat etmişdir. Anasından miras qalmış torpaq sahəsinə dair vərəsəlik hüququ haqqında şəhadətnamə almış və vərəsə kimi tanınmışdır. Bununla əlaqədar mərhum anasının və onun mülkiyyətində olan həyətyanı torpaq sahəsinə dair hüquqmüəyyənedici sənədin Ağcabədi Regional “Asan Xidmət” Mərkəzində yerləşən notariat ofisinə verilməsinin təmin edilməsi və çıxarış verilməsi üçün DƏDKR publik hüquqi şəxsi 6 saylı Beyləqan Ərazi İdarəsinə müraciət etmiş, müraciətinə əsasən Ərazi İdarəsinin mütəxəsisləri sözügedən torpaq sahəsində müvafiq intervallaşdırma işlərinin aparılması üçün torpaq sahəsinin yerləşdiyi ünvana gedilmiş, lakin Cavabdeh tərəfindən ölçmə işlərinin aparılmasına maneə yaradılmışdır. Bu səbəbdəndə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Ona görə də, göstərdiklərini nəzərə alaraq ünvan 1 ünvanında yerləşən həyətyanı torpaq sahəsinə dair texniki paspotrun tərtib olunması məqsədilə zəruri ölçmə işlərinin aparılmasına cavabdeh tərəfindən yönəlmiş maneələrin aradan qaldırılması və ölçmə işlərinə müdaxilənin cavabdehə qadağan edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında Cavabdeh iddianı qəbul etmədi və izahat verərək göstərdi ki, İddiaçı onun doğma qardaşıdır. Qardaşı Rövşən uzun müddətdir ki, Rusiya Fedarasiyasında yaşayırdı. Mərhum X1 onunla birlikdə yaşamış, anası 10 may 2009-cu il tarixdə vəfat etmiş və yas mərasimini yaşadığı evdə vermişdir. O, qardaşının həyətyanı torpaq sahəsinin inventarlaşması və texniki pasportun tərtib olunması məqsədilə zəruri ölçmə işlərinin aparılmasına heçbir etirazı yoxdur. İşdə olan və məhkəmə iclasında elan edilmiş Azərbaycan Respublikasının Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi torpaq sahəsinin planı və ölçüsü sənədinin notarial qaydada təsdiqlənmiş surətindən görünür ki, Ağcabədi rayon Aqrar İslahat Komissiyasının 2006-cı il 21 noyabr 02 saylı qərarı ilə X5 və İddiaçı həyətyanı torpaq sahəsi kimi 1210.79 kv.m torpaq sahəsi verilmişdir. İşdə olan və məhkəmə iclasında elan edilmiş Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Ağcabədi Regional “Asan Xidmət” Mərkəzində Notariat Ofisinin 14 noyabr 2022-ci il tarixli 1089 saylı məktubundan görünür ki, Cavabdeh X1ndan miras qalmış, ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evinə və həyətyanı torpaq sahəsinə dair hüquq müəyyən edici sənədlər təqdim edilmədiyindən vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsi mümkün olmamışdır. İşdə olan və məhkəmə iclasında elan edilmiş Azərbaycan Respublikasın Ədliyyə Nazirliyi Ağcabədi Regional “Asan Xidmət” Mərkəzində Notariat Ofisinin 12 yanvar 2023cü il tarixli 18 saylı məktubundan görünür ki, İddiaçı miras qoyan-xx.xx.2009-cu ildə ölmüş X3 vərəsəsi kimi tanınmış və ofisdə xx.xx.2022-ci il tarixində 357 saylı vərəslik işi açılmışdır. İşdə olan və məhkəmə iclasında elan edilmiş Azərbaycan Respublikasının İqtisadiyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 6 saylı Beyləqan Ərazi İdarəsinin 14 dekabr 2022-ci il tarixli **********68 nömrəli məktubundan görünür ki, İddiaçı 23 noyabr 2022-ci il tarixli müraciəti əsasında ərazi idarəsinin mütəxəsissləri sözügedən torpaq sahəsinə müvafiq intervallaşdırma (çöl ölçmə) işlərinin aparılması üçün həmin ünvanda olmuşlar, lakin torpaq sahəsina baxış keçirilən zaman mübahisə yarandığı üçün intervallaşdırma (çöl ölçmə) işlərinin aparılması mümkün olmamış və müraciətin icrasından imtna edilmişdir. Məhkəmə iddiaçı və cavabdehin izahatlarını dinləyib, iş materiallarını tam, hərtərəfli və obyektiv araşdırıb hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, Ağcabədi rayon Aqrar İslahat Komissiyasının 2006-cı il 21 noyabr 02 saylı qərarı ilə X5 və İddiaçı 0,12179 ha həyətyanı torpaq sahəsi verilmişdir. X5 xx.xx.2009-cu il tarixdə ölmüşdür. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 6 saylı Ərazi İdarəsində Ağcabədi şəhəri, Ü.Hacıbəyli prospekti, 122-də yerləşən torpaq sahəsi üzərində mülkiyyət hüquqlarını daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasına dair İddiaçı müraciətinə baxılmış, lakin müraciət əsasında Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 6 saylı Ərazi İdarəsinin mütəxəssisləri tərəfindən sözügedən torpaq sahəsinə baxış keçirilməsi üçün şərait yaradılmamış, torpaq sahəsi üzərində mübahisə olması səbəbindən mütəxəssislər tərəfindən torpaq sahəsinin və fərdi yaşayış evinin müayinə (baxış) aktı tərtib edilə bilməmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsində göstərilir ki, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Eləcə də, Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsində göstərilir ki, mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 68-ci maddəsinə əsasən torpaq sahələri üzərində hüquqlar torpaq sahələrinin sərhədlərinin yerdə müəyyən edilməsindən, onların planı və ölçüsünün tərtib edilməsindən, torpaq sahələrinin verilməsi barədə müqavilənin bağlanmasından və onun müəyyən olunmuş qaydada dövlət qeydiyyatından keçirilməsindən sonra yaranır. Həmin Məcəllənin 84-cü maddəsinin 3-cü bəndində göstərilir ki, torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin pozulmuş hüquqları qanunvericilikdə nəzərdə tutulmuş qaydada bərpa edilir və hüquqların pozulması nəticəsində onlara dəyən zərər tam həcmdə ödənilir. İnsan Hüquqlarının və X6 Haqqında Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olunmaqla öz mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 14.1-ci maddəsinə əsasən mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən irəli gəlir. Həmin Məcəllənin 139.1-ci maddəsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Həmin Məcəllənin 139-1.1.5-ci maddəsinə əsasən daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün 139-1.1.5. 2006-cı il iyulun 6dək müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş daşınmaz əmlak üzərində, o cümlədən torpaq sahələri, binalar və qurğular, yaşayış və qeyri-yaşayış sahələri, fərdi yaşayış və bağ evləri, yer təki sahələri, sututarları, meşələr və çoxillik əkmələr, əmlak kompleksi kimi müəssisələr üzərində hüquqları təsdiq edən aktlar, şəhadətnamələr və qeydiyyat vəsiqələri əsas hesab olunur. Həmin Məcəllənin 140-cı maddəsinə əsasən reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir. Həmin Məcəllənin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 152.2-ci maddəsinə əsasən sahiblik hüququ - əmlaka (əşyaya) faktiki sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. Həmin Məcəllənin 152.3-ci maddəsinə əsasən istifadə hüququ - əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər. Həmin Məcəllənin 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Həmin Məcəllənin 158.1.2-ci maddəsinə əsasən maddəsinə görə mülkiyyət hüququ ilə yanaşı əmlakdan istifadə hüququ da əmlak hüququ sayılır. Həmin Məcəllənin 157.4-cü maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. İşin araşdırılan halları ilə müəyyən edilmişdir ki, Cavabdeh tərəfindən Ağcabədi rayon Aqrar İslahat Komissiyasının 2006-cı il 21 noyabr 02 saylı qərarı ilə mərhum X5 və İddiaçı verilmiş 1210,79 kv.m həyətyanı torpaq sahəsinin üzərində yerləşən həyətyanı torpaq sahəsinin inventarlaşması və texniki pasportun tərtib olunması məqsədilə zəruri ölçmə işlərinin aparılmasına maneələr yaratdığı üçün iddiaçı həmin maneələrin aradan qaldırılması üçün məhkəməyə müraciət etməli olmuşdur. Bu hal iş materialları və Azərbaycan Respublikasının İqtisadiyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 6 saylı Beyləqan Ərazi İdarəsinin 24 dekabr 2022-ci il tarixli **********68 nömrəli məktubu ilə sübut olunur. Ona görə də məhkəmə hesab edir ki, Cavabdeh tərəfindən Ağcabədi şəhəri, Ü.Hacıbəyli prospektində 1210,79 kv.m torpaq sahəsi üzərində yerləşən həyətyanı torpaq sahəsinin inventarlaşması və texniki pasportun tərtib olunması məqsədilə zəruri ölçmə işlərinin aparılmasına yönəlmiş maneələr aradan qaldırılmalı və həmin işlərin aparılmasına edilən müdaxilələr Cavabdeh qadağan edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 14.2.7-cı maddəsinə əsasən başqa şəxsə zərər vurulması mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biridir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinin tələblərinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qanunvericilyin mənasına görə, sübutların aidliyi dedikdə, sübut mənbəyində olan məlumatın məhkəmə baxışında müəyyən edilməli olan faktlarla və hallarla obyektiv əlaqəsinin olması başa düşülür. Sübutların qiymətləndirilməsi isə təfəkkür prosesi olub, iş üzrə toplanmış sübutetmə materialının həm qanunun tələbinə uyğunluğunun, həm də tamlığının, işə aidliyinin, mümkünlüyünün, obyektivliyinin, mötəbərliyinin müəyyən edilməsini və onların əsasında nəticəyə gəlinməsini ehtiva edir. Sübutların düzgün qiymətləndirilməsi baxılan işin mahiyyəti üzrə həll edilərək, qanuni və əsaslı qətnamənin çıxarılması üçün mühüm əhəmiyyət kəsb edir. Sübut o halda mötəbər hesab olunur ki, yoxlama nəticəsində onun məzmununu təşkil edən məlumatlar işin həqiqi halına uyğun olur. Şərh olunanları nəzərə alaraq məhkəmə belə nəticəyə gəlir ki, iddia təmin edilməli, Ağcabədi şəhəri, Ü.Hacıbəyli prospektində 1210,79 kv.m torpaq sahəsi üzərində yerləşən həyətyanı torpaq sahəsinin inventarlaşması və texniki pasportun tərtib olunması məqsədilə zəruri ölçmə işlərinin aparılmasına Cavabdeh tərəfindən yönəlmiş maneələr aradan qaldırılmalı və həmin işlərin aparılmasına edilən müdaxilələr Cavabdeh qadağan edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q ə t e t d i: İddia təmin edilsin. Ağcabədi şəhəri, Ü.Hacıbəyli prospektində 1210.79 kv.m torpaq sahəsi üzərində yerləşən həyətyanı torpaq sahəsinin inventarlaşması və texniki pasportun tərtib olunması məqsədilə zəruri ölçmə işlərinin aparılmasına Cavabdeh tərəfindən yönəlmiş maneələr aradan qaldırılsın və həmin işlərin aparılmasına edilən müdaxilələr Cavabdeh qadağan edilsin. Qətnamədən bir ay müddətində Ağcabədi rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti vermək olar. Hakim: Sulduz Ləzimov
Məhkəmə qərarları › İş №2(017)-174/2024
Ağcabədi Rayon Məhkəməsi Qətnamə — İş №2(017)-174/2024
18.01.2024 · Sair mülki iş - Maneənin aradan qaldırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver