Məhkəmə qərarları › İş №2(017)-1751/2023

Ağcabədi Rayon Məhkəməsi Qətnamə — İş №2(017)-1751/2023

28.08.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağcabədi rayonu İş № 2(017)-1751/2023 28.08.2023 AĞCABƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Nuriyev Rəşad Mövsüm oğlunun sədrliyi, İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı borcun tutulması barədə kiçik iddia ərizəsinə dair işə baxaraq, məhkəmə Müəyyənetdi: İddiaçı Qapalı Səhmdar Cəmiyyəti Cavabdeh qarşı kiçik iddia ərizəsi ilə məhkəməyə müraciət edərək 15 aprel 2022-ci il tarixli, 40003227 saylı müddətli nisyə alqısatqı müqaviləsi üzrə 1376,92 manat əsas borcun, 33,77 manat ödənilmiş dövlət rüsumunun və 0,40 manat dövlət rüsumunun ödənilməsi ilə bağlı xidmət haqqının cavabdehdən alınıb iddiaçının xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, «Optimal Elektronika MMC» ilə Cavabdeh arasında bağlanmış 15 aprel 2022-ci il tarixli, 40003227 saylı nisyə alqı-satqı müqaviləsinə əsasən cavabdeh aldığı 1436,92 manat dəyərində olan mala görə ilkin ödəniş olmadan 1436,92 manat pulu ödəniş cədvəlinə əsasən 24 ay müddətinə, hər ay 60 manat olmaqla, iddiaçıya ödəməyi öhdəsinə götürmüşdür. Cavabdeh müqavilə üzrə 59,08 manat ödəniş etmiş və qalıq qalmış 1376,92 manat borcu ödəməkdən yayınmışdır. İddiaçı QSC ilə «Optimal Elektronika MMC» arasında bağlanmış Faktorinq müqaviləsi və həmin faktoriq müqaviləsinə əlavə olunan Sazişə əsasən X1 Cavabdeh qarşı olan 490 manat məbləğindəki tələb hüququ İddiaçı MMC-yə keçmişdir. Eyni zamanda tələb hüququnun İddiaçı MMC-yə keçməsi barədə nisyə alqı-satqı müqaviləsi üzrə Alıcıya müvafiq bildiriş təqdim edilmişdir. İddiaçı MMC xx.xx.2020-ci il tarixdə təşkilati hüquqi formasını dəyişərək QSC-yə çevrilmişdir. Ona görə də Cavabdeh 15 aprel 2022-ci il tarixli, 40003227 saylı müddətli nisyə alqı-satqı müqaviləsi üzrə 1376,92 manat əsas borcun və 33,77 manat ödənilmiş dövlət rüsumunun və 0,40 manat dövlət rüsumunun ödənilməsi ilə bağlı xidmət haqqının alınaraq İddiaçı QSC-nin xeyrinə tutulması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.1-ci maddəsinə əsasən cavabdehə rəsmi qaydada bildiriş göndərilərək iddiaçının tələbinə dair əsaslandırılmış etirazının olduğu halda 10 iş günü müddətində öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu bildirilmişdir. Lakin cavabdehdən ərizəyə dair etiraz daxil olmamışdır. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.3-cü maddəsinə əsasən işə iddiaçının təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmasını mümkün hesab edir. İşdə olan 15 aprel 2022-ci il tarixli, 40003227 saylı nisyə alqı-satqı müqaviləsindən və ödəniş cədvəlindən görünür ki, satılmış 1436,92 manat dəyərində olan mala görə ilkin ödəniş olmadan 1436,92 manat pulu ödəniş cədvəlinə əsasən 24 ay müddətinə, hər ay 60 manat alınması ilə əlaqədar «Optimal Elektronika MMC» ilə Cavabdeh arasında müqavilə bağlanmışdır. İşdə olan 28 fevral 2018-ci il tarixli faktorinq müqaviləsinin surətindən görünür ki, bu müqavilə İddiaçı QSC ilə «Optimal Elektronika MMC» arasında bağlanmış və həmin faktoriq müqaviləsinə əlavə olunan Sazişə əsasən «Optimal Elektronika MMC»-nin Cavabdeh qarşı olan 1436,92 manat məbləğindəki tələb hüququ İddiaçı QSC-yə keçmişdir. İşdə olan 25 iyun 2023-cü il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh ümumilikdə 1376,92 manat əsas borcu qalmışdır. Məhkəmə iş materiallarını tam, hərtərəfli və obyektiv araşdırıb hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə kreditorun borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır və həmin məcəllənin 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyır. Həmin Məcəllənin 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənəşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 600.1-ci maddəsinə əsasən alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. İş materialları araşdırılarkən müəyyən olundu ki, «Optimal Elektronika MMC» ilə Cavabdeh arasında bağlanmış 15 aprel 2022-ci il tarixli, 40003227 saylı nisyə alqı-satqı müqaviləsinə əsasən cavabdeh aldığı 1436,92 manat dəyərində olan mala görə ilkin ödəniş olmadan 1436,92 manat pulu ödəniş cədvəlinə əsasən 24 ay müddətinə, hər ay 60 manat olmaqla, iddiaçıya ödəməyi öhdəsinə götürmüşdür. Cavabdeh müqavilə üzrə 59,08 manat ödəniş etmiş və qalıq qalmış 1376,92 manat borcu ödəməkdən yayınmışdır. İddiaçı QSC ilə «Optimal Elektronika MMC» arasında bağlanmış Faktorinq müqaviləsi və həmin faktoriq müqaviləsinə əlavə olunan Sazişə əsasən X1 Cavabdeh qarşı olan 490 manat məbləğindəki tələb hüququ İddiaçı MMC-yə keçmişdir. Eyni zamanda tələb hüququnun İddiaçı MMC-yə keçməsi barədə nisyə alqı-satqı müqaviləsi üzrə Alıcıya müvafiq bildiriş təqdim edilmişdir. İddiaçı MMC xx.xx.2020-ci il tarixdə təşkilati hüquqi formasını dəyişərək QSC-yə çevrilmişdir. Ona görə də Cavabdeh 15 aprel 2022-ci il tarixli, 40003227 saylı müddətli nisyə alqı-satqı müqaviləsi üzrə 1376,92 manat borcun alınaraq manat borcun tutulmasını tələb edir. Qeyd olunanlardan görünür ki, İddiaçı QSC Cavabdeh 15 aprel 2022-ci il tarixli, 40003227 saylı müddətli nisyə alqı-satqı müqaviləsi üzrə 1376,92 manat borcun alınmasını tələb etməkdə haqlıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Şərh olunanları nəzərə alaraq məhkəmə belə nəticəyə gəlir ki, iddia təmin edilməli, Cavabdeh 15 aprel 2022-ci il tarixli, 40003227 saylı müddətli nisyə alqı-satqı müqaviləsi üzrə 1376,92 manat borc pul alınaraq İddiaçı QSC-yə ödənilməlidir. İşdə olan 18 iyul 2023-cü il tarixli mədaxil qəbzindən görünür ki, İddiaçı QSC tərəfindən 33,77 manat dövlət rüsumu və 0,40 manat dövlət rüsumunun ödənilməsi ilə bağlı xidmət haqqı ödənilmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələbinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Göstərilən maddənin tələbinə uyğun olaraq məhkəmə hesab edir ki, məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 33,77 manat dövlət rüsumu və 0,40 manat dövlət rüsumunun ödənilməsi ilə bağlı xidmət haqqı cavabdehdən alınaraq iddiaçının xeyrinə ödənilməlidir. Göstərilənlərə və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-6cı maddəsinə əsasən, məhkəmə Q ə t e t d i: İddia təmin edilsin. Cavabdeh 1376,92 manat borc, 33,77 manat ödənilmiş dövlət rüsumu və 0,40 manat dövlət rüsumunun ödənilməsi ilə bağlı xidmət haqqı, cəmi 1411 (bir min dörd yüz on bir) manat 09 (doqquz) qəpik pul alınaraq İddiaçı QSC-yə ödənilsin. Qətnamədən bir ay müddətində Ağcabədi Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti vermək olar. Hakim: Rəşad Nuriyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar