Məhkəmə qərarları › İş №2(017)-1757/2024

Ağcabədi Rayon Məhkəməsi Qətnamə — İş №2(017)-1757/2024

15.10.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağcabədi rayonu İş № 2(017)-1757/2024 15.10.2024 AĞCABƏDİ RAYON MƏHKƏMƏSİ Ağcabədi Rayon Məhkəməsinin hakimi Quliyev Etibar Bəhrəm oğlunun sədrliyi, Paşayev Şamxal Yəhya oğlunun katibliyi ilə, İddiaçı Cavabdeh qarşı «borcun ödənilməsi» tələbi barədə kiçik iddiaya dair mülki işə sadələşdirilmiş icraat qaydasında Ağcabədi Rayon Məhkəməsinin binasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı «borcun ödənilməsi» barədə iddia verərək, Cavabdeh 4528 borcun və 65,28 manat dövlət rüsumunun alınıb İddiaçı ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.1-ci maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 5 (beş) iş günü ərzində cavabdehə rəsmi qaydada bildiriş göndərilmişdir. İddia ərizəsindən görünür ki, İddiaçı ilə Cavabdeh arasında 12 dekabr 2023cü il tarixdə nisyə alqı-satqı müqaviləsi imzalanmışdır. Həmin sazişə uyğun olaraq tərəflər arasında razılaşma imzalanmış, cavabdehə qiyməti 792 manat olan CVS markalı Smart TV ilkin ödəniş 44 manat olmaqla, 17 ay müddətinə, hər ay 44 manat, qiyməti 792 manat olan Eurolux markalı paltaryuyan ilkin ödəniş 44 manat olmaqla, 17 ay müddətinə, hər ay 44 manat, qiyməti 1180 manat olan Shivaki markalı soyuducu ilkin ödəniş 66 manat olmaqla, 17 ay müddətinə, hər ay 66 manat, qiyməti 540 manat olan Eurolux markalı ankastir ilkin ödəniş 30 manat olmaqla, 17 ay müddətinə, hər ay 30 manat, qiyməti 270 manat olan mikrovalnovka ilkin ödəniş 15 manat olmaqla, 17 ay müddətinə, hər ay 15 manat, qiyməti 270 manat olan qaz piltəsi ilkin ödəniş 15 manat olmaqla, 17 ay müddətinə, hər ay 15 manat, qiyməti 360 manat olan aspirator ilkin ödəniş 20 manat olmaqla, 17 ay müddətinə, hər ay 20 manat, qiyməti 180 manat olan ətçəkən ilkin ödəniş 10 manat olmaqla, 17 ay müddətinə, hər ay 10 manat, qiyməti 306 manat olan tozsoran ilkin ödəniş 17 manat olmaqla, 17 ay müddətinə, hər ay 17 manat, qiyməti 126 manat olan sok çəkən ilkin ödəniş 7 manat olmaqla, 17 ay müddətinə, hər ay 7 manat, qiyməti 90 manat olan mikser ilkin ödəniş 5 manat olmaqla, 17 ay müddətinə, hər ay 5 manat və qiyməti 72 manat olan ütü ilkin ödəniş 4 manat olmaqla, 17 ay müddətinə, hər ay 4 manat ödəmək şərti ilə kredit verilmişdir. Lakin, Cavabdeh kredit borcunu ödəməkdən yayınmış, beləliklə 4528 əsas borcu yaranmışdır. Ona görə də həmin məbləğin, habelə 65,28 manat ödənilmiş dövlət rüsumunun alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iddia ərizəsini, işdə olan hüquqi sənədləri tədqiq edib, toplanmış sübutların məcmusuna hüquqi qiymət verərək, belə nəticəyə gəlir ki, iddia tələbi təmin olunmalıdır. İş materiallarında olan İddiaçı ilə Cavabdeh arasında bağlanmış 12 dekabr 2023-cü il tarixli nisyə alqı-satqı müqaviləsindən görünür ki, Cavabdeh 792 manat olan CVS markalı Smart TV ilkin ödəniş 44 manat olmaqla, 17 ay müddətinə, hər ay 44 manat, qiyməti 792 manat olan Eurolux markalı paltaryuyan ilkin ödəniş 44 manat olmaqla, 17 ay müddətinə, hər ay 44 manat, qiyməti 1180 manat olan Shivaki markalı soyuducu ilkin ödəniş 66 manat olmaqla, 17 ay müddətinə, hər ay 66 manat, qiyməti 540 manat olan Eurolux markalı ankastir ilkin ödəniş 30 manat olmaqla, 17 ay müddətinə, hər ay 30 manat, qiyməti 270 manat olan mikrovalnovka ilkin ödəniş 15 manat olmaqla, 17 ay müddətinə, hər ay 15 manat, qiyməti 270 manat olan qaz piltəsi ilkin ödəniş 15 manat olmaqla, 17 ay müddətinə, hər ay 15 manat, qiyməti 360 manat olan aspirator ilkin ödəniş 20 manat olmaqla, 17 ay müddətinə, hər ay 20 manat, qiyməti 180 manat olan ətçəkən ilkin ödəniş 10 manat olmaqla, 17 ay müddətinə, hər ay 10 manat, qiyməti 306 manat olan tozsoran ilkin ödəniş 17 manat olmaqla, 17 ay müddətinə, hər ay 17 manat, qiyməti 126 manat olan sok çəkən ilkin ödəniş 7 manat olmaqla, 17 ay müddətinə, hər ay 7 manat, qiyməti 90 manat olan mikser ilkin ödəniş 5 manat olmaqla, 17 ay müddətinə, hər ay 5 manat və qiyməti 72 manat olan ütü ilkin ödəniş 4 manat olmaqla, 17 ay müddətinə, hər ay 4 manat ödəmək şərti ilə kredit verilmişdir. İş materiallarında olan İddiaçı tərəfindən verilmiş maliyyə arayışından görünür ki, Cavabdeh 4528 iddiaçıya borcu vardır. Mülki işin materiallarına əlavə edilmiş ödəniş tapşırığından görünür ki, İddiaçı məhkəməyə müraciət etməsi üçün dövlət büdcəsinə 65,28 manat dövlət rüsumu ödəmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinin tələbinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkət etməlidir, məsələn pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. İş üzrə tərəfin təqdim etdiyi sənədlər yekun qərarın çıxarılması üçün kifayət etdiyi üçün məhkəmə hesab edir ki, iddia təmin olunmalı, tərəflər arasında bağlanmış nisyə alqı-satqı müqaviləsinə əsasən yaranmış borc cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil oluduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Həmin Məcəllənin 284-6.1-ci maddəsinə əsasən işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən iddia qaldırılması üçün iddiaçının ödədiyi 65,28 manat dövlət rüsumu da onun xeyrinə cavabdehdən tutulmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-1, 284-5 və 284-6-cı maddələrini rəhbər tuturaq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh 4528 borc və 65,28 manat məbləğində ödənilmiş dövlət rüsumu tutularaq İddiaçı ödənilsin. Qətnamədən 01 (bir) ay müddətində Ağcabədi Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamə qəbul edildiyi gündən 01 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Etibar Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar