Məhkəmə qərarları › İş №2(017)-1810/2023

Ağcabədi Rayon Məhkəməsi Qətnamə — İş №2(017)-1810/2023

12.09.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağcabədi rayonu İş № 2(017)-1810/2023 12.09.2023 AĞCABƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Nuriyev Rəşad Mövsüm oğlunun sədrliyi, İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin Cavabdeh qarşı borcun tutulması barədə kiçik iddia ərizəsinə dair işə baxaraq Müəyyənetdi: İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti Cavabdeh qarşı kiçik iddia ərizəsi ilə məhkəməyə müraciət edərək 20 iyul 2020-ci il tarixli, ******* saylı müqaviləyə əsasən 1450 manat əsas borc, 145 manat cərimə, ümumilikdə 1595 manat borc və 36,95 manat ödənilmiş dövlət rüsumunun cavabdehdən alınıb iddiaçının xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tələbini onunla əsaslandırmışdır ki, iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış 20 iyul 2020-ci il tarixli, ******* saylı müqaviləyə əsasən cavabdeh iddiaçıdan alqı-satqı qiyməti 1700 manat olan “RKS E-Bike RS1” markalı velosiped almışdır. Cavabdeh 1700 manat məbləğində pulu hissə-hissə olmaqla, həe ay "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödəməyi üzərinə götürmüşdür. Velosiped işlək vəziyyətdə cavabdehə təqdim edilmiş, bu barədə tərəflər arasında akt imzalanmışdır. Lakin cavabdeh müqavilə üzrə 300 manat ödəniş etmiş və qalıq qalmış 1400 manat borcunu ödəməkdən yayınmışdır. Dəfələrlə edilmiş xəbərdarlıqlara baxmayaraq cavabdeh müqavilə üzrə üzərinə 20 iyul 2020-ci il tarixli, ******* saylı müqaviləyə əsasən 1450 manat əsas borc, 145 manat cərimə, ümumilikdə 1595 manat borc və 36,95 manat ödənilmiş dövlət rüsumunun alınaraq iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin xeyrinə tutulması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.1-ci maddəsinə əsasən cavabdehə rəsmi qaydada bildiriş göndərilərək iddiaçının tələbinə dair əsaslandırılmış etirazının olduğu halda 10 iş günü müddətində öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu bildirilmişdir. Lakin cavabdehdən ərizəyə dair etiraz daxil olmamışdır. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.3-cü maddəsinə əsasən işə iddiaçının təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmasını mümkün hesab edir. İşdə olan 20 iyul 2020-ci il tarixli, ******* saylı müqaviləyə əsasən cavabdeh iddiaçıdan hissə-hissə ödəmək şərti ilə alqı-satqı qiyməti 1700 manat olan “RKS E-Bike RS1” markalı velosipe alınması ilə əlaqədar iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmışdır. İşdə olan 24 iyun 2023-cü il tarixli maliyyə arayışından görünür ki, Cavabdehnun 20 iyul 2020-ci il tarixli, ******* saylı müqaviləyə əsasən 1450 manat əsas borc, 145 manat cərimə, ümumilikdə 1595 manat borcu qalmışdır. Məhkəmə iş materiallarını tam, hərtərəfli və obyektiv araşdırıb hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkət etməlidir, məsələn, pul ödəməli, xidmətlər göstərməli, əmlak verməli, iş görməli və i.a və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasının tələb etmək hüququ vardır. Həmin Məcəllənin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. İş materialları araşdırılarkən müəyyən olundu ki, iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış 20 iyul 2020-ci il tarixli, ******* saylı müqaviləyə əsasən cavabdeh iddiaçıdan alqı-satqı qiyməti 1700 manat olan “RKS E- Bike RS1” markalı velosiped almışdır. Cavabdeh 1700 manat məbləğində pulu hissə-hissə olmaqla, həe ay "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödəməyi üzərinə götürmüşdür. Velosiped işlək vəziyyətdə cavabdehə təqdim edilmiş, bu barədə tərəflər arasında akt imzalanmışdır. Lakin cavabdeh müqavilə üzrə 300 manat ödəniş etmiş və qalıq qalmış 1400 manat borcunu ödəməkdən yayınmışdır. Dəfələrlə edilmiş xəbərdarlıqlara baxmayaraq cavabdeh müqavilə üzrə üzərinə 20 iyul 2020-ci il tarixli, ******* saylı müqaviləyə əsasən 1450 manat əsas borc, 145 manat cərimə, ümumilikdə 1595 manat borcu yaranmışdır. Qeyd olunanlardan görünür ki, iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti Cavabdeh 20 iyul 2020-ci il tarixli, ******* saylı müqaviləyə əsasən 1450 manat əsas borc, 145 manat cərimə, ümumilikdə 1595 manat borcun alınmasını tələb etməkdə haqlıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Şərh olunanları nəzərə alaraq məhkəmə belə nəticəyə gəlir ki, iddia təmin edilməli, Cavabdeh 20 iyul 2020-ci il tarixli, ******* saylı müqaviləyə əsasən 1450 manat əsas borc, 145 manat cərimə, ümumilikdə 1595 manat borc alınaraq iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilməlidir. İşdə olan 27 iyul 2023-cü il tarixli mədaxil qəbzindən görünür ki, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən 35,95 manat dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələbinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Göstərilən maddənin tələbinə uyğun olaraq məhkəmə hesab edir ki, məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 35,95 manat dövlət rüsumu cavabdehdən alınaraq iddiaçının xeyrinə ödənilməlidir. Göstərilənlərə və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-6cı maddəsinə əsasən, məhkəmə Q ə t e t d i: İddia təmin edilsin. Cavabdeh 1450 manat əsas borc, 145 manat cərimə və ödənilmiş 35,95 manat dövlət rüsumu, cəmi 1630 (bir min altı yüz otuz) manat 95 (doxsan beş) qəpik borc pul alınaraq iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilsin. Qətnamədən bir ay müddətində Ağcabədi Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti vermək olar. Hakim: Rəşad Nuriyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar