Məhkəmə qərarları › İş №2(017)-1862/2023

Ağcabədi Rayon Məhkəməsi Qətnamə — İş №2(017)-1862/2023

18.09.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağcabədi rayonu İş № 2(017)-1862/2023 18.09.2023 AĞCABƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Nuriyev Rəşad Mövsüm oğlu, İddiaçı BOKT İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 Mövsüm qızına qarşı kredit və zaminlik müqavilələrinin ləğv edilməsi və borcun qaytarılması tələbi barədə kiçik iddia ərizəsinə dair işə baxaraq, məhkəmə M ü ə y y ə n e t d i: İddiaçı BOKT İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 Mövsüm qızına qarşı kiçik iddia ərizəsi ilə məhkəməyə müraciət edərək tərəflər arasında bağlanmış 21 iyul 2019-cu il tarixli, L-GO-0046924-F saylı kredit və 21 avquat 2019-cu il tarixli, L-GO-00006282, GO-00006643 və GO-00006242 saylı zaminlik müqavilələrinin ləğv edilməsi və cavabdehlərdən 2362,08 manat əsas borc, 2,76 manat faiz borcu, cəmi 2364,84 manat borcun və 45 manat ödənilmiş dövlət rüsumunun müştərək qaydada alınıb iddiaçının xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı BOKT İddiaçı ərizəni onunla əsaslandırmışdır ki, 21 iyul 2019-cu il tarixli, L- GO-0046924-F saylı kredit müqaviləsinə əsasən Cavabdeh1 60 ay müddətinə illik 1%-lə ödəmək şərti ilə 3948,67 manat məbləğində kredit verilmişdir. Tərəflər arasında bağlanmış müqavilənin 1.1-ci maddəsinə görə bu müqaviləyə görə borcverən qeyd olunan məbləğdə və faizlə krediti borcalanın mülkiyyətinə verir və borcalan isə həmin kreditdən məqsədli təyinatına uyğun istifadə etməyi və müəyyən olunmuş müddətdə onu faizi ilə birlikdə borcverənə qaytarmağı öhdəsinə götürür. Kredit öhdəliyinin təmin edilməsi məqsədi ilə iddiaçı ilə cavabdehlər Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 Mövsüm qızı arasında 21 avquat 2019-cu il tarixli, L-GO-00006282, GO-00006643 və GO-00006242 saylı zaminlik müqavilələri bağlanmış və həmin müqaviləyə əsasən zaminlər kredit alanın öhdəliklərinin tam həcmdə yerinə yetirilməsinə görə məsuliyyəti tam olaraq öz üzərinə götürmüşdür. Lakin cavabdehlər kredit və zaminlik müqavilələrinin şərtlərinə əməl etməyərək öhdəliklərini tam yerinə yetirməmiş və müqavilə üzrə 1586,59 manat əsas borc, 113,41 manat faiz borcu, cəmi 1700 manat məbləğində ödəniş etmişdir. Hal hazırda onların iddiaçıya 2362,08 manat əsas borc, 2,76 manat faiz borcu, cəmi 2364,84 manat borcu yaranmışdır. Ona görə də, tərəflər arasında bağlanmış 21 iyul 2019-cu il tarixli, L-GO- 0046924-F saylı kredit və 21 avquat 2019-cu il tarixli, L-GO-00006282, GO-00006643 və GO-00006242 saylı zaminlik müqavilələrinin ləğv edilməsi və cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 Mövsüm qızından 2362,08 manat əsas borc, 2,76 manat faiz borcu, cəmi 2364,84 manat borcun və 45 manat ödənilmiş dövlət rüsumunun müştərək qaydada alınıb BOKT İddiaçı xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.1-ci maddəsinə əsasən cavabdehlərə rəsmi qaydada bildiriş göndərilərək iddiaçının tələbinə dair əsaslandırılmış etirazlarının olduğu halda 10 iş günü müddətində öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduqları bildirilmişdir. Lakin cavabdehlərdən ərizəyə dair etiraz daxil olmamışdır. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.3-cü maddəsinə əsasən işə iddiaçının təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmasını mümkün hesab edir. İşdə olan 21 iyul 2019-cu il tarixli, L-GO-0046924-F saylı kredit müqaviləsindən və ona 1 saylı əlavədən görünür ki, iddiaçı BOKT İddiaçı tərəfindən Cavabdeh1 48 ay müddətinə illik 1 % dərəcəsi ilə 3948,67 manat məbləğində kredit verilmişdir. İşdə olan BOKT İddiaçı ilə Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 Mövsüm qızı arasında bağlanmış 21 avquat 2019-cu il tarixli, L-GO-00006282, GO-00006643 və GO- 00006242 saylı zaminlik müqavilələrindən görünür ki, həmin müqavilə üzrə zaminlər Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 Mövsüm qızı 21 iyul 2019-cu il tarixli, L-GO- 0046924-F saylı kredit müqaviləsindən irəli gələn öhdəliklərin icrası üçün iddiaçı qarşısında Cavabdeh1 ilə birgə məsuliyyət daşıyırlar və kredit müqaviləsi üzrə kreditin qaytarılması ilə bağlı Cavabdeh1 bütün öhdəliklərini öhdəsinə götürmüşlər. İşdə olan 17 may 2023-cü il tarixli maliyyə arayışından görünür ki, 21 iyul 2019-cu il tarixli, L-GO-0046924-F saylı kredit müqaviləsi üzrə Cavabdeh1 BOKT İddiaçınə 2362,08 manat əsas borc, 2,76 manat faiz borcu, cəmi 2364,84 manat borcu vardır. Məhkəmə iş materiallarını tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkət etməlidir, məsələn, pul ödəməli, xidmətlər göstərməli, əmlak verməli, iş görməli və i.a və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasının tələb etmək hüququ vardır. Həmin Məcəllənin 472.2-ci maddəsinə əsasən əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Həmin Məcəllənin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. İş materialları araşdırılarkən müəyyən olundu ki, Cavabdeh1 ilə iddiaçı BOKT İddiaçı arasında 21 iyul 2019-cu il tarixli, L-GO-0046924-F saylı kredit müqaviləsinə əsasən Cavabdeh1 48 ay müddətinə illik 1%-lə ödəmək şərti ilə 3948,67 manat məbləğində kredit verilmişdir. Tərəflər arasında bağlanmış müqavilənin 1.1-ci maddəsinə görə bu müqaviləyə görə borcverən qeyd olunan məbləğdə və faizlə krediti borcalanın mülkiyyətinə verir və borcalan isə həmin kreditdən məqsədli təyinatına uyğun istifadə etməyi və müəyyən olunmuş müddətdə onu faizi ilə birlikdə borcverənə qaytarmağı öhdəsinə götürür. Kredit öhdəliyinin təmin edilməsi məqsədi ilə iddiaçı ilə cavabdehlər Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 Mövsüm qızı arasında 21 avquat 2019-cu il tarixli, L- GO-00006282, GO-00006643 və GO-00006242 saylı zaminlik müqavilələri bağlanmış və həmin müqaviləyə əsasən zaminlər kredit alanın öhdəliklərinin tam həcmdə yerinə yetirilməsinə görə məsuliyyəti tam olaraq öz üzərinə götürmüşdür. Lakin cavabdehlər kredit və zaminlik müqavilələrinin şərtlərinə əməl etməyərək öhdəliklərini tam yerinə yetirməmiş və müqavilə üzrə 1586,59 manat əsas borc, 113,41 manat faiz borcu, cəmi 1700 manat məbləğində ödəniş etmişdir. Hal-hazırda onların iddiaçıya 2362,08 manat əsas borc, 2,76 manat faiz borcu, cəmi 2364,84 manat borcu yaranmışdır. Ona görə də, tərəflər arasında bağlanmış 21 iyul 2019-cu il tarixli, L-GO-0046924-F saylı kredit və 21 avquat 2019-cu il tarixli, L-GO-00006282, GO-00006643 və GO-00006242 saylı zaminlik müqavilələrinin ləğv edilməsi və cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 Mövsüm qızından 2362,08 manat əsas borc, 2,76 manat faiz borcu, cəmi 2364,84 manat borcun borcun alınmasını tələb edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Şərh olunanları nəzərə alaraq məhkəmə belə nəticəyə gəlir ki, iddia təmin edilərək iddiaçı BOKT İddiaçı ilə cavabdeh X1 arasında bağlanmış Ona görə də, tərəflər arasında bağlanmış 21 iyul 2019-cu il tarixli, L-GO-0046924-F saylı kredit və 21 avquat 2019-cu il tarixli, L-GO-00006282, GO-00006643 və GO-00006242 saylı zaminlik müqavilələrin ləğv edilməli və cavabdehlərdən 2362,08 manat əsas borc, 2,76 manat faiz borcu, cəmi 2364,84 manat borc müştərək qaydada alınıb iddiaçı BOKT İddiaçı xeyrinə ödənilməlidir. İşdə olan 06 iyun 2023-cü il tarixli mədaxil qəbzindən görünür ki, BOKT İddiaçı tərəfindən 45 manat dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələbinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Göstərilən maddənin tələbinə uyğun olaraq məhkəmə hesab edir ki, məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 45 manat dövlət rüsumu cavabdehlərdən müştərək qaydada alınaraq iddiaçının xeyrinə ödənilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-6 maddəsinə əsasən, məhkəmə Q ə t e t d i: İddia təmin edilsin. İddiaçı BOKT İddiaçı ilə Cavabdeh1 arasında bağlanmış 01 iyul 2019-cu il tarixli, L-GO-0046924-F saylı kredit müqaviləsi, iddiaçı BOKT İddiaçı ilə Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 Mövsüm qızı arasında bağlanmış 21 avquat 2019-cu il tarixli, L-GO- 00006282, GO-00006643 və GO-00006242 saylı zaminlik və birgə borcluluq müqavilələri ləğv edilsin. Cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 Mövsüm qızından 2362,08 manat əsas borc, 2,76 manat faiz borcu və ödənilmiş 45 manat dövlət rüsumu, cəmi 2409 (iki min dörd yüz doqquz) manat, 84 (səksən dörd) qəpik pul müştərək qaydada alınıb iddiaçı BOKT İddiaçınə ödənilsin. Qətnamədən bir ay müddətində Ağcabədi Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti vermək olar. Hakim: Rəşad Nuriyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar