Məhkəmə qərarları › İş №2(017)-1897/2024

Ağcabədi Rayon Məhkəməsi Qətnamə — İş №2(017)-1897/2024

29.10.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağcabədi rayonu İş № 2(017)-1897/2024 29.10.2024 AĞCABƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Nuriyev Rəşad Mövsüm oğlunun sədrliyi, İddiaçı Cavabdeh qarşı təbii qazdan istifadəyə görə yaranmış borcun ödənilməsi tələbi barədə kiçik iddia ərizəsinə dair işə baxaraq, M ü ə y y ə n e t d i: İddiaçı Tərtər X3 İdarəsi iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh 1114,95 manat borcun və ödənilmiş 31,54 manat dövlət rüsumunun tutularaq iddiaçının xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, abonent kodu **********001110 olan Cavabdeh ilə İddiaçı arasında bağlanmış 30 dekabr 2023-cü il tarixli, XS-97-00981/23 saylı müqaviləyə əsasən İddiaçı İB-nin Tərtər RQİİ Ağcabədi rayonu üzrə xidmət sahəsi tərəfindən cavabdehin mənzilində GCZ0102351 nömrəli məişət qaz sayğacı quraşdırılmış və Cavabdeh tərəfindən istifadə edilməklə onun öz adına rəsmiləşdirilmişdir. Cavabdeh təbii qazdan istifadəyə görə borcu 2022-ci ildən yaranmışdır. Təbii qaza görə abonentin 1114,95 manat borcu vardır. Borcun ödənilməsi barədə cavabdehə dəfələrlə yazılı və şifahi xəbərdarlıq edilməsinə və bildirişlər göndərilməsinə baxmayaraq borclu həmin borcunu ödəməkdən yayınmışdır. Hazırda cavabdehin iddiaçıya 1114,95 manat borcu vardır. Ona görə də, Cavabdeh 1114,95 manat borc və ödənilmiş 31,54 manat dövlət rüsumunun tutularaq iddiaçının xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.1-ci maddəsinə əsasən cavabdehə rəsmi qaydada bildiriş göndərilərək iddiaçının tələbinə dair əsaslandırılmış etirazının olduğu halda 10 iş günü müddətində öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu bildirilmişdir. Lakin, cavabdehdən ərizəyə dair etiraz daxil olmamışdır. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.3-cü maddəsinə əsasən işə iddiaçının təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmasını mümkün hesab edir. İşdə olan 30 dekabr 2023-cü il tarixli, XS-97-00981/23 saylı müqavilənin surətindən görünür ki, bu müqavilə İddiaçı İB-nin Tərtər RQİİ üzrə Ağcabədi xidmət sahəsinin rəisi X2i ilə Cavabdeh arasında bağlanmış və Cavabdeh aldığı qazın dəyərini qaz sayğacının göstəricisinə uyğun olaraq paylayıcı tərəfindən təqdim edilən hesaba əsasən ödəməyi öhdəsinə götürmüşdür. İşdə olan abonentin saldosundan görünür ki, Cavabdeh 2024-cü ilin avqust ayına İddiaçınə 1114,95 manat borcu vardır. Məhkəmə iş materiallarını tam, hərtərəfli və obyektiv araşdırıb, hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli 80 saylı qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə qaydaları”nın 3.2.1 bəndinə əsasən qazdan istifadə edən istehlakçılar qazdan istifadə və texniki təhlükəsizlik üzrə qanunvericiliyin tələblərinə əməl etməlidirlər. Həmin qaydaların 5.5-ci bəndinə əsasən qaz paylayıcısının istehlakçıya verdiyi qazın sayğacla müəyyənləşdirilən hesabı istehlakçıya paylayıcı tərəfindən təqdim edildikdən (göndərildikdən) sonra bir ay müddətində tam ödənməlidir. “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanununun 13.5-ci maddəsinə əsasən paylayıcının istehlakçıya verdiyi qazın sayğacla müəyyənləşdirilən hesabı istehlakçıya paylayıcı tərəfindən təqdim edildikdən sonra 1 ay müddətində tam həcmdə ödənməzsə, məhkəmə qərarı ilə dayandırıla bilər. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 135.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər, həmçinin belə xidmətlərdən istifadə edən dövlət orqanları bələdiyyələr və digər təşkilatlar yaşayış sahəsinə və kommunal xidmətlərə görə haqqı vaxtında və tam məbləğdə ödəməyə borcludur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 427.3-cü maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. İş materialları araşdırılarkən müəyyən olundu ki, Cavabdeh ilə İddiaçı arasında bağlanmış 30 dekabr 2023-cü il tarixli, XS-97-00981/23 saylı müqaviləyə əsasən İddiaçı İB-nin Tərtər RQİİ Ağcabədi rayonu üzrə xidmət sahəsi tərəfindən cavabdehin mənzilində GCZ0102351 nömrəli məişət qaz sayğacı quraşdırılmış və Cavabdeh tərəfindən istifadə edilməklə onun öz adına rəsmiləşdirilmişdir. Cavabdeh təbii qazdan istifadəyə görə borcu yaranmış və onun təbii qaza görə 1114,95 manat borcu vardır. Borcun ödənilməsi barədə cavabdehə dəfələrlə yazılı və şifahi xəbərdarlıq edilməsinə və bildirişlər göndərilməsinə baxmayaraq borclu həmin borcunu ödəməkdən yayınmışdır. Qeyd olunanlara görə məhkəmə hesab edir ki, İddiaçı Cavabdeh 1114,95 manat borcun tutulmasını tələb etməkdə haqlıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284.1-ci maddəsinə əsasən Mülki işıər üzrə iddianın qiyməti iki min manatdan, iqtisadi mübahisələrə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar(kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. Həmin Məcəllənin 284-6.1-ci maddəsinə əsasən işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. Şərh olunanları nəzərə alaraq məhkəmə belə nəticəyə gəlir ki, iddia təmin edilməli, Cavabdeh 1114,95 manat borc alınaraq iddiaçının xeyrinə ödənilməlidir. İş materiallarına əlavə edilmiş 09 avqust 2024-cü il tarixli mədaxil qəbzindən görünür ki, İddiaçı tərəfindən 31,54 manat dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcələsinin 119.1-ci maddəsinin tələbinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Göstərilən maddənin tələbinə uyğun olaraq məhkəmə hesab edir ki, ödənilmiş 31,54 manat dövlət rüsumu cavabdehdən alınaraq iddiaçının xeyrinə ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-1, 284-2, 284-3, 284-4, 284-5 maddəsinə əsasən, məhkəmə Q ə t e t d i: İddia təmin edilsin. Cavabdeh 1114,95 manat borc və ödənilmiş 31,54 manat dövlət rüsumu, cəmi 1146 (bir min bir yüz qırx altı) manat 49 (qırx doqquz) qəpik alınaraq İddiaçı ABB-nin Tərtər şöbəsindəki AZ64İBAZ******************** nömrəli bank hesabına (VÖEN/**********) ödənilsin. Qətnamədən bir ay müddətində Ağcabədi Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti vermək olar. Hakim: Rəşad Nuriyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar