Məhkəmə qərarları › İş №2(017)-1899/2023

Ağcabədi Rayon Məhkəməsi Qətnamə — İş №2(017)-1899/2023

20.10.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağcabədi rayonu İş № 2(017)-1899/2023 20.10.2023 AĞCABƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Nuriyev Rəşad Mövsüm oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X1, İddiaçı iştirakı ilə İddiaçı Cavabdeh qarşı qət edilmiş alimentin miqdarının artırılması tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M ü ə y y ə n e t d i: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh 19 yanvar 2010-cu il tarixdə anadan olmuş X3 və 27 fevral 2012-ci il tarixdə anadan olmuş X2 adlı iki nəfər uşaqlarının yetkinlik yaşına çatana kimi saxlanması üçün Beyləqan Rayon Məhkəməsinin 22 aprel 2021-ci il tarixli, 2(020)-483/2021 saylı qətnaməsi ilə təyin olunmuş alimentin miqdarının artırılaraq hər ay hər bir uşağa 220 manat, cəmi 440 manat sabit pul məbləğində aliment təyin olunmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə hazırlıq iclası zamanı İddiaçı iddia tələbinin dıqiqləşdirilməsi barədə ərizə təqdim edərək ilə Beyləqan Rayon Məhkəməsinin 22 aprel 2021-ci il tarixli, 2(020)- 483/2021 saylı qətnaməsi ilə təyin edilmiş 25 manat sabit pul məbləğində hissənin artırılaraq hər ay hər bir uşağa 150 manat, cəmi cəmi 300 manat sabit pul məbləğində aliment alınaraq ona ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı izahatında göstərdi ki, Beyləqan Rayon Məhkəməsinin 22 aprel 2021-ci il tarixli, 2(020)-483/2021 saylı qətnaməsi ilə 19 yanvar 2010-cu il tarixdə anadan olmuş X3 və 27 fevral 2012-ci il tarixdə anadan olmuş X2 adlı iki nəfər uşaqlarının saxlanması üçün Cavabdeh hər ay hər bir uşağa 25 manat sabit pul məbləğində və qazancın (başqa gəlirlərin) üçdə bir hissəsi miqdarında aliment alınaraq ona verilməsi qət edilmişdir. Hazırda həmin qətnaməyə əsasən hər ay 220 manat aliment alır və həmin məbləğlə uşaqlarının saxlanmasında çətinlik çəkir. Ona görə də, göstərdiklərini nəzərə alaraq Beyləqan Rayon Məhkəməsinin 22 aprel 2021-ci il tarixli, 2(020)-483/2021 saylı qətnaməsi ilə təyin edilmiş alimentin sabit pul məbləğində hissəsinin, yəni hər ay hər bir uşağa təyin edilmiş 25 manat sabit pul məbləğində alimentin artırılaraq hər ay hər bir uşağa 150 manat, cəmi cəmi 300 manat sabit pul məbləğində aliment təyin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə rəsmi qaydada məlumat verilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmiş və işə onun iştirakı olmadan baxılmasını xahiş etməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsin əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İşdə olan və məhkəmə iclasında elan edilmiş Beyləqan Rayon Məhkəməsinin 22 aprel 2021-ci il tarixli, 2(020)-483/2021 saylı qətnaməsinin surətindən görünür ki, iddia qismən təmin edilərək 19 yanvar 2010-cu il tarixdə anadan olmuş X3 və 27 fevral 2012-ci il tarixdə anadan olmuş X2 adlı iki nəfər uşaqların yetkinlik yaşına çatana kimi saxlanmaları üçün Cavabdeh hər ay hər bir uşağa 25 manat sabit pul məbləğində və qazancın (başqa gəlirlərin) üçdə bir hissəsi miqdarında aliment tutulub İddiaçı xeyrinə ödənilməsi qət edilmişdir. Məhkəmə iddiaçının izahatını dinləyib, işə əlavə edilmiş sənədləri tədqiq edib belə hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Konstitutsiyasının 34-cü maddəsinin 4-cü bəndinə əsasən ər ilə arvadın hüquqları bərabərdir. Uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcudur. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 75.4-cü maddəsinə əsasən valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Həmin Məcəlləsinin 78.2-ci maddəsinə əsasən sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşaqların əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Həmin Məcəllənin 112.1-ci maddəsinə əsasən alimentin ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəfindən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarı dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını nəzərə almaqla aliment ödəməkdən azad edilə bilər. İş materialları araşdırılarkən müəyyən olunmuşdur ki, Beyləqan Rayon Məhkəməsinin 22 aprel 2021-ci il tarixli, 2(020)-483/2021 saylı qətnaməsinə əsasən 19 yanvar 2010-cu il tarixdə anadan olmuş X3 və 27 fevral 2012-ci il tarixdə anadan olmuş X2 adlı iki nəfər uşaqların yetkinlik yaşına çatana kimi saxlanması üçün Cavabdeh hər ay hər bir uşağa 25 manat sabit pul məbləğində və qazancın (başqa gəlirlərin) üçdə bir hissəsi miqdarında aliment tutulub İddiaçı xeyrinə ödənilməsi qət edilmişdir. İddiaçı həmin qətnaməyə əsasən hər ay cəmi 220 manat aliment alır və həmin məbləğlə uşaqların saxlanmasında çətinlik çəkdiyi üçün alimentin artırılması barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinin tələbinə görə isə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikasının da qoşulduğu 02 sentyabr 1990-cı ildə qüvvəyə minmiş “Uşaq Hüquqları Haqqında Konvensiya”nın 18-ci maddəsinin İ bəndinə əsasən iştirakçı dövlətlər uşağın tərbiyəsi və inkişafı üçün hər iki valideynin birgə və eyni dərəcədə məsuliyyət daşıdığına dair prinsipin tanınmasını təmin etməkdən ötrü mümkün olan bütün səyləri göstərirlər. Uşağın tərbiyəsi və inkişafı üçün əsas məsuliyyəti valideynlər və ya müvafiq hallarda qanuni qəyyumlar daşıyırlar. Uşağın ən yaxşı maraqları-onlara əsas qayğı obyektidir. Beyləqan Rayon Məhkəməsinin 22 aprel 2021-ci il tarixli, 2(020)-483/2021 saylı qətnaməsi ilə 19 yanvar 2010-cu il tarixdə anadan olmuş X3 və 27 fevral 2012-ci il tarixdə anadan olmuş X2 adlı iki nəfər uşaqların yetkinlik yaşına çatana kimi saxlanmaları üçün təyin olunmuş alimentin sabit pul məbləğində hissəsi, yəni hər ay hər bir uşağa təyin edilmiş 25 manat sabit pul məbləğində alimentin miqdarı artırılarkən məhkəmə alimentin məbləğini tərəflərin maddi və ailə vəziyyətini, uşaqların əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanmasını əsas tutaraq müəyyən etməlidir. «Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016cı il Qərarında qeyd edilmişdir ki, məhkəmənin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən) və ya şəxs aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanır və ya şəxs aliment ödəməkdən azad edilir. Beləliklə, məhkəmə hesab edir ki, iddia qismən təmin edilərək Beyləqan Rayon Məhkəməsinin 22 aprel 2021-ci il tarixli, 2(020)-483/2021 saylı qətnaməsi ilə təyin olunmuş alimentin sabit pul məbləğində hissəsi, yəni hər ay hər bir uşağa təyin edilmiş 25 manat sabit pul məbləğində alimentin miqdarı artırılaraq 19 yanvar 2010-cu il tarixdə anadan olmuş X3 və 27 fevral 2012-ci il tarixdə anadan olmuş X2 adlı iki nəfər uşaqların yetkinlik yaşına çatana kimi saxlanması üçün atası-Cavabdeh hər ay hər bir uşağa 65 manat, cəmi 130 manat sabit pul məbləğində və həmçinin Beyləqan Rayon Məhkəməsinin 22 aprel 2021-ci il tarixli, 2(020)-483/2021 saylı qətnaməsi ilə təyin olunmuş qazancının (başqa gəlirlərin) üçdə bir hissəsi miqdarında aliment tutulub anası-İddiaçı xeyrinə ödənilməli, artırılmış alimentin tutulmasına hazırkı iş üzrə qətnamənin qanuni qüvvəyə mindiyi vaxtdan başlanılmalı və iddia qalan hissədə təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 112.1 və 112.1.3-cü maddələrinə əsasən aliment alınması haqqındakı iddialarda iddianın qiyməti bir il ərzində ödəmənin məcmuyu ilə müəyyən edilir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1.2-ci maddəsinə əsasən aliment alınması barədə iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Həmin Qanunun 9.4-cü maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət büdcəsinə köçürülür. Şərh olunan maddələrin tələbinə uyğun olaraq məhkəmə həmçinin hesab edir ki, Cavabdeh əlavə olaraq 43 manat dövlət rüsumu tutulub Azərbaycan Respublikasının dövlət büdcəsinə köçürülməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, Qətetdi: İddia qismən təmin edilsin. Beyləqan Rayon Məhkəməsinin 22 aprel 2021-ci il tarixli, 2(020)-483/2021 saylı qətnaməsi ilə təyin olunmuş alimentin sabit pul məbləğində hissəsi, yəni hər ay hər bir uşağa təyin edilmiş 25 manat sabit pul məbləğində alimentin miqdarı artırılaraq 19 yanvar 2010-cu il tarixdə anadan olmuş X3 və 27 fevral 2012-ci il tarixdə anadan olmuş X2 adlı iki nəfər uşaqların yetkinlik yaşına çatana kimi saxlanması üçün atası-Cavabdeh hər ay hər bir uşağa 65 manat, cəmi 130 manat sabit pul məbləğində və həmçinin Beyləqan Rayon Məhkəməsinin 22 aprel 2021-ci il tarixli, 2(020)-483/2021 saylı qətnaməsi ilə təyin olunmuş qazancının (başqa gəlirlərin) üçdə bir hissəsi miqdarında aliment tutulub anası- İddiaçı xeyrinə ödənilsin. Artırılmış alimentin tutulmasına hazırkı iş üzrə qətnamənin qanuni qüvvəyə mindiyi vaxtdan başlanılsın. Əlavə olaraq Cavabdeh 43 (qırx üç) manat dövlət rüsumu tutulub Azərbaycan Respublikasının dövlət büdcəsinə köçürülsün. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən bir ay müddətində Ağcabədi Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Rəşad Nuriyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar