Məhkəmə qərarları › İş №2(017)-2018/2023

Ağcabədi Rayon Məhkəməsi Qətnamə — İş №2(017)-2018/2023

16.11.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağcabədi rayonu İş № 2(017)-2018/2023 16.11.2023 AĞCABƏDİ RAYON MƏHKƏMƏSİ Ağcabədi rayon Məhkəməsinin hakimi Ləzimov Sulduz Paşa oğlunun sədrliyi, məhkəmə iclasının katibi X9 oğlunun katibliyi, İddiaçı və Cavabdeh Sabir oğlunun iştirakı ilə, İddiaçı Cavabdeh qarşı alimentin artırılması tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək bildirmişdir ki, o, Cavabdeh ilə 2003-cü ildə faktiki olaraq evlənib ailə qurmuş, nikahlarını isə 02 sentyabr 2004-cü il tarixdə rəsmiləşdirmişlər. Onların birgə nikahlarından 01 dekabr 2004-cü il tarixdə Selcan və 06 oktyabr 2006-cı il tarixdə isə Fidan adlı iki qız uşaqları anadan olmuşdur. Cavabdehlə xasiyyətləri bir - birinə uyğun gəlmədiyi üçün Ağcabədi rayon Məhkəməsinin 20 sentyabr 2012-ci il tarixli qətnaməsinə əsasən iddia təmin edilərək Cavabdeh ilə aralarında olan 02 sentyabr 2004-cü il tarixli, 219 saylı nikahın bağlanması haqqında akt qeydi ilə rəsmiləşdirilmiş nikah pozulmuş, 01 dekabr 2004-cü il tarixdə anadan olmuş X5 və 06 oktyabr 2006-cı il tarixdə anadan olmuş X6 anası İddiaçı yanında saxlanılması qət edilmişdir. Aliment tələbi ilə əlaqədar Ağcabədi rayon Məhkəməsinin 15 dekabr 2015-ci il tarixli, 2(017)2450/2015 saylı qətnaməsinə əsasən hər ay hər uşağa 70 manat sabit pul məbləğində alimentin Cavabdeh tutulmsı qət edilmişdir. Tutulan alimentin məbləği uşağın saxlanmasına kifayət etmədiyi üçün alimentin artırılması barədə Ağcabədi rayon Məhkəməsinə müraciət etmiş, məhkəmənin 02 iyul 2019-cu il tarixli qətnaməsinə əsasən alimentin miqdarı artırılaraq hər uşağa 90 manat olmaqla, cəmi 180 manat miqdarında alimentin ödənilməsi qət edilmişdir.Hazırda tutulan alimentin məbləği uşağın saxlanmasına kifayət etmir. X2 artıq yetkinlik yaşına çatmış və tutulan alimentə xitam verilmişdir. Cavabdeh Şabir oğlu vaxtlı-vaxtında alimenti ödəyir. Lakin tutulan alimentin miqdarı uşağın saxlanmasına kifayət etmir. Cavabdeh alimentdən başqa uşağına heç bir köməklik etmir. Ona görə Cavabdeh tutulan alimentin miqdarının sabit pul məbləğində artırılaraq hər ay 06 oktyabr 2006-cı il təvəllüdlü qızı X1 üçün hər ay 200 manat məbləğində müəyyən olunmasına dair qətnamə çıxarımasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edib iddia ərizəsinin məzmununa uyğun izahat verərək uşağın tələbatını ödəməkdə çətinlik çəkdiyini, cavabehin isə alimentdən başqa heç bir maddi köməklik etmədiyini, həmçinin cavabdehin kifayət qədər qazancı olduğunu bildirib, iddianın tam təmin olunmasını xahiş etdi. Məhkəmə iclasında Cavabdeh iddia tələbini qismən qəbul etdi və izahat verərək göstərdi ki, o, Fəridə ilə rəsmi nikah qeyd etdirməklə evlənib ailə qurmuşlar. Onların birgə nikahlarından iki uşaqları olmuşdur. Fəridə ilə xasiyyətləri bir-birinə uyğun gəlmədiyi üçün ayrılaraq ayrı yaşayırlar. O, iki uşaq üçün məhkəmə qətnaməsinə əsasən hər ay hər uşağa 90 manat olmaqla, cəmi 180 manat aliment ödəyir. O, hazırda xəstədir. Heç bir yerdə işləmir. O, hazırda başqa qadınla ailə qurmuş və iki uşağı var. Maddi imkanı aşağı olduğu üçün iddiaçının göstərdiyi məbləği ödəməyə imkanı yoxdur. İş materiallarında olan doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, X6 06 oktyabr 2006-cı il tarixdə anadan olmuşdur. İş materiallarında olan doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X8 16 may 2022-ci il tarixdə Bakı şəhərində anadan olmuşdur. İş materiallarında olan doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X7 16 may 2022-ci il tarixdə Bakı şəhərində anadan olmuşdur. İş materiallarında olan Ağcabədi rayon Məhkəməsinin 20 sentyabr 2012-ci il tarixli, 2(017)-751/2012 saylı qətnaməsinin surətindən görünür ki, iddia təmin edilmiş, iddiaçı Cavabdeh ilə cavabdeh İddiaçı arasında Ağcabədi rayon VVADQ şöbəsində 02 sentyabr 2004-cü il tarixli, 219 saylı nikahın bağlanması haqqında akt qeydi ilə rəsmiləşdirilmiş nikahın pozulması və tərəflərin birgə nikahlarından 01 dekabr 2004-cü il tarixdə anadan olmuş X5 və 06 oktyabr 2006-cı il tarixdə anadan olmuş X6 cavabdeh - anaları İddiaçı yanında saxlanılması qət edilmişdir. İş materiallarında olan Ağcabədi rayon İcra və Probasiya şöbəsi tərəfindən verilmiş 21 iyul 2023-cü il tarixli, 98/23 saylı arayışdan görünür ki, borclu Cavabdeh hazırkı tarixədək tələbkar İddiaçı ödənilməmiş aliment borcu yoxdur. (Uşağın biri yetkinlik yaşına çatmışdır). İş materiallarında olan Cəbrayıl 1 saylı Mediasiya təşkilatı ilkin mediasiya sesiyasından (İMS) sonra prosesin davam etdirilə bilməməsi barədə 14 avqust 2023-cü il tarixli arayışdan görünür ki, hər iki tərəf ilkin mediasiya sesiyasında iştirak etmişlər. «Uşaq hüquqları haqqında» 20 noyabr 1959-cu il tarixli Bəyannamənin 6-cı maddəsinə əsasən uşaq mümkün olduqda, valideynlərin himayəsində və onların məsuliyyəti altında və hər halda, məhəbbət və mənəvi-maddi təminat mühitində böyüməlidir. «Uşaq hüquqları haqqında» BMT-nin 12 noyabr 1989-cu il tarixli Konvensiyasının 18-ci maddəsinə əsasən uşağın tərbiyəsi və inkişafı üçün əsas məsuliyyəti valideynlər daşıyırlar. «Uşaq hüquqları haqqında» Azərbaycan Respublikası Qanununun 17-ci maddəsinə əsasən uşağın ailədə valideynləri ilə birgə yaşamaq, onlardan qayğı görmək hüququ vardır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 75.4-cü maddəsinə əsasən valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Həmin Məcəllənin 78-ci maddəsinə görə, uşağın saxlanması üçün alimentin sabit pul məbləğində tutulması mümkündür. Sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Həmin Məcəllənin 112.1-ci maddəsinə əsasən, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər. Məhkəmə araşdırması zamanı müəyyən olundu ki, Ağcabədi rayon Məhkəməsinin 02 iyul 2019-cu il tarixli, 2(017)-867/2019 saylı qətnaməsinə əsasən Cavabdeh tərəfindən iki uşağın saxlanması üçün hər ay İddiaçı cəmi 180 manat sabit pul məbləğində aliment ödənilir. İddaçı İddiaçı uşağı saxlamağa kifayət qədər maddi imkanı yoxdur. Hazırda bir uşağın saxlanılması üçün əvvəl müəyyən olunmuş 90 manat aliment azlıq edir. «Yaşayış minimumu haqqında» Qanuna əsasən 2023-cü ildə uşaqların yaşayış minimumu 220 manat məbləğdə müəyyən olunmuşdur. «Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 28 mart 2016-cı il tarixli, 8-2/2016 nömrəli qərarının 8.2-ci bəndində göstərilir ki, aliment ödəyən əmək qabiliyyətli valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və qazanca malik olmaması onu uşağı saxlamaq, qanunvericiliklə müəyyən olunmuş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatı ödəmək vəzifəsindən azad etmir. Beləliklə, uşağın mənafeyini və cavabdehin maddi vəziyyətini nəzərə alaraq məhkəmə bu qənaətə gəlir ki, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 112.1-ci maddəsi ilə alimentin miqdarının artırılması ilə bağlı İddiaçı iddia tələbi qismən təmin edilməli, 06 oktyabr 2006-cı il tarixdə anadan olmuş X3 yetkinlik yaşına çatanadək saxlanmasından ötrü Cavabdeh İddiaçı xeyrinə tutulan alimentin miqdarı artırılaraq hər ay 130 manat sabit pul məbləğində müəyyən edilməsi qanunamüvafiqdir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsində göstərilir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsində göstərilir ki, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 119.2-ci maddəsinə əsasən ödənilən illik alimentin məbləğinə görə 36 manat dövlət rüsumu cavabdehdən tutularaq dövlət büdcəsinə keçirilməlidir. Həmin Məcəllənin 233.1-ci maddəsinə əsasən məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası MPM-nin 213-214, 216- 220-ci maddələrini rəhbər tutub, məhkəmə qətetdi: İddia qismən təmin olunsun. İddiaçı Cavabdeh qarşı alimentin artırılması tələbinə dair iddiası qismən təmin edilsin və yetkinlik yaşına çatmayan 06 oktyabr 2006-cı il tarixdə anadan olmuş X3 yetkinlik yaşına çatana kimi saxlanmasından ötrü Ağcabədi rayon Məhkəməsinin 02 iyul 2019-cu il tarixli, 2(017)-867/2019 saylı qətnaməsi ilə müəyyən olunmuş alimentin miqdarı dəyişdirilsin. 06 oktyabr 2006-cı il tarixdə anadan olmuş X3 yetkinlik yaşına çatana kimi saxlanmasından ötrü Cavabdeh qazancından hər ay 130 manat sabit pul məbləğində aliment tutularaq İddiaçı xeyrinə ödənilsin. Alimentin bu qaydada tutulması qətnamənin qanuni qüvvəyə mindiyi gündən hesablansın. Cavabdeh alimentin illik məbləği nəzərə alınaraq 36 manat dövlət rüsumu tutularaq Hökumət ödəniş portalı vasitəsilə Ağcabədi rayon Məhkəməsinin hesabına ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Ağcabədi rayon Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinin Mülki kollegiyasına apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Sulduz Ləzimov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar