Məhkəmə qərarları › İş №2(017)-2039/2023

Ağcabədi Rayon Məhkəməsi Qətnamə — İş №2(017)-2039/2023

07.12.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağcabədi rayonu İş № 2(017)-2039/2023 07.12.2023 AĞCABƏDİ RAYON MƏHKƏMƏSİ Ağcabədi rayon Məhkəməsinin hakimi Ləzimov Sulduz Paşa oğlunun sədrliyi, Paşayev Babək Zahid oğlunun katibliyi və İddiaçı ASC-nin nümayəndəsi X1 iştirakı ilə İddiaçı Açıq Səhmdar Cəmiyyəti Cavabdeh qarşı borc tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: İddiaçı Açıq Səhmdar Cəmiyyəti iddia ərizəsi ilə məhkəməyə müraciət edərək göstərmişdir ki, Cavabdeh ilə İddiaçı Açıq Səhmdar Cəmiyyəti arasında 15 iyul 2021-ci il tarixli, 19150***-*******02L saylı Kredit Limiti müqaviləsi bağlanmış və həmin müqaviləyə əsasən Cavabdeh 24 ay müddətinə illik 15,5 faizlə kreditdən istifadəyə görə haqq ödəmək şərti ilə 15.000 manat məbləğində kredit verilmişdir. Lakin kreditin ödənilməsi lazımi qaydada və vaxtında aparılmamışdır. Beləliklə, borclunun İddiaçı Açıq Səhmdar Cəmiyyətinə 15 iyul 2021-ci il tarixli kredit müqaviləsi üzrə 14 iyun 2023-cü il tarixə 9.272 manat 57 qəpik məbləğində əsas kredit borcu, 133 manat 24 qəpik məbləğində faiz borcu, 10 manat 30 qəpik məbləğində cərimə borcu olmaqla, cəmi 9.416 manat 11 qəpik məbləğində borcu yaranmışdır. Ona görə də Cavabdeh 9.272 manat 57 qəpik məbləğində əsas kredit borcu, 133 manat 24 qəpik məbləğində faiz borcu, 10 manat 30 qəpik məbləğində cərimə borcu olmaqla, cəmi 9.416 manat 11 qəpik məbləğində borc və dövlət rüsumu olaraq ödənilmiş 114 manat 17 qəpik məbləğində vəsaitin iddiaçının xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X2 izahat verərək iddianın tam təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdehlər Cavabdeh məhkəmənin vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, cavabdeh məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə bu halda Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinin tələbinə əsasən, işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. İş materiallarında olan 15 iyul 2021-ci il tarixli, 19150***-*******02L saylı kredit müqaviləsindən görünür ki, bank tərəfindən Cavabdeh 24 ay müddətinə illik 15,5 faizlə 15.000 manat məbləğində kredit verilmişdir. İş materiallarında olan 14 iyun 2023-cü il tarixli arayışdan görünür ki, Cavabdeh 15 iyul 2021-ci il tarixli kredit müqaviləsi üzrə Banka 9.272 manat 57 qəpik məbləğində əsas kredit borcu, 133 manat 24 qəpik məbləğində faiz borcu, 10 manat 30 qəpik məbləğində cərimə borcu, cəmi 9.416 manat 11 qəpik məbləğində borcu vardır. İş materiallarında olan bidirişlərdən görünür ki, cavabdeh borcun qaytarılması barədə xəbərdar olunmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsində göstərilir ki, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 343.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 448.1 və 448.2-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Beləliklə, məhkəmə araşdırması zamanı İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında 15 iyul 2021-ci il tarixdə bağlanmış kredit müqaviləsi üzrə sonuncunun 24 ay müddətinədək illik 15,5 faizlə ödənilmək şərti ilə 15.000 manat məbləğində kredit alması, kreditdən istifadəyə görə faiz ödəməyi öhdəsinə götürməsi, müqavilə öhdəliklərinin yerinə yetirməməsi və hazırda İddiaçı Açıq Səhmdar Cəmiyyətinə hesablanmış 15 iyul 2021-ci il tarixli kredit müqaviləsi üzrə cavabdehin Banka 9.272 manat 57 qəpik məbləğində əsas kredit borcu, 133 manat 24 qəpik məbləğində faiz borcu, 10 manat 30 qəpik məbləğində cərimə borcu, cəmi 9.416 manat 11 qəpik məbləğində borcun qalması müəyyən edildi. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən iddia qaldırılmasına görə iddiaçının ödədiyi 114 manat 17 qəpik dövlət rüsumu iddiaçının xeyrinə cavabdehdən tutulmalıdır. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 222.2-ci maddəsinə əsasən pul vəsaitlərinin tutulması haqqında iddianı təmin edərkən hakim əsas borcu, faiz borcunu, zərər və dəbbə pulunu (cərimə, peniya) ayrı-ayrılıqda müəyyən etməklə, alınmalı olan ümumi məbləği qətnamədə göstərir. Məhkəmə bu nəticəyə gəlir ki, cavabdeh tərəfindən kredit müqaviləsinin tələbləri pozulmuş, o, müqavilə üzrə üzərinə düşən öhdəliyi tam icra etməmişdir. Bu səbəbdən də iddia tələbi təmin olunmalıdır. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə müvafiq olaraq məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Həmin Məcəllənin 233.1-ci maddəsinə əsasən məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə q ə t e t d i: İddia təmin edilsin. Cavabdeh İddiaçı ASC-ti ilə arasında bağlanmış 15 iyul 2021-ci il tarixli, 19150***- *******02L saylı kredit müqaviləsi üzrə Banka 9.272 manat 57 qəpik məbləğində əsas kredit borcu, 133 manat 24 qəpik məbləğində faiz borcu, 10 manat 30 qəpik məbləğində cərimə borcu, cəmi 9.416 manat 11 qəpik məbləğində borc pul və 114 manat 17 qəpik dövlət rüsumu tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətinə Ağcabədi rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən : Sulduz Ləzimov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar