Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağcabədi rayonu İş № 2(017)-2053/2023 21.11.2023 AĞCABƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Nuriyev Rəşad Mövsüm oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X2, İddiaçının nümayəndəsi X1, Cavabdeh iştirakı ilə İddiaçı Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 09 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin Cavabdeh qarşı ziyanın ödənilməsi tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M ü ə y y ə n e t d i: İddiaçı Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 09 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi Cavabdeh qarşı təbiətə dəymiş 17330 manat ziyan tələbinə dair məhkəmədə iddia qaldırmışdır. Məhkəmə baxışı zamanı iddiaçı Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 09 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin nümayəndəsi X4 ərizə təqdim edərək edərək izahatında göstərdi ki, cavabdeh Mamedov X3 şəhərində köhnə Ü.Hacıbəyli təsərrüfatı adlanan ərazidə yerləşən özünün və ailə üzvlərinin birgə mülkiyyətində olan kənd təsərrüfatı təyinatlı torpaq sahəsində olan 2 ədəd d=18 sm, 9 ədəd d=20 sm, 17 ədəd d=22 sm, 22 ədəd d=24 sm, 8 ədəd d=28 sm, 1 ədəd d=32 sm, ümumilikdə 83 ədəd qovaq cinsinə mənsub ağacı qanunsuz olaraq kəsmiş və həmin ağacların kəsilməsi nəticəsində təbiətə 18330 manat ziyan dəyməsi müəyyən edilmişdir. Ağcabədi Rayon Məhkəməsinin 19 aprel 2023-cü il tarixli il tarixli hökmü ilə Cavabdeh Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 259.2.4-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək cərimə cəzasına məhkum edilmiş və həmin vaxt cavabdeh dəymiş ziyandan 1000 manat ödəniş etmişdir. Bundan başqa, məhkəmədə iddia qaldırıldıqdan sonra Cavabdeh həmin ziyandan 330 manat da ödəniş etmişdir. Ona görə də, göstərdiklərini nəzərə alaraq Cavabdeh təbiətə dəymiş 17000 manat ziyan alınaraq Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 09 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinə ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında Cavabdeh iddianı qəbul edərək izahatında göstərdi ki, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 09 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən ona qarşı təbiətə dəymiş 17330 manat ziyan tələbinə dair məhkəmədə iddia qaldırılmışdır. Məhkəmədə iddia qaldırıldıqdan sonra həmin ziyandan 330 manat ödəniş etmişdir. Qalan ziyanı maddi imkanı olmadığı üçün ödəyə bilməmişdir. Lakin, qalan 17000 manat ziyanı hissə-hissə də ölsa ödəyəcəkdir və bu barədə qətnamə çıxarılmasına etirazı yoxdur. İşdə olan və məhkəmə iclasında elan edilmiş Ağcabədi Rayon Məhkəməsinin 19 aprel 2023-cü il tarixli, 1(017)-63/2023 saylı hökmünün surətindən görünür ki, Cavabdeh 2022-ci ilin sentyabr ayının sonlarında özünün və ailə üzvlərinin birgə mülkiyyətində olan kənd təsərrüfatı təyinatlı torpaq sahəsində “Yaşıllıqların mühafizəsi haqqında” 02 may 2014-cü il tarixli 957-İVQ saylı Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə əsasən yaşıllıqların götürülməsinə yol verilən qanuni əsaslar olmadan və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 30 avqust 2016-cı il tarixli 321 nömrəli Qərarı ilə təsdiq edilmiş “Yaşıllıqların götürülməsi Qaydası”nın tələblərini pozaraq Ağcabədi şəhərində köhnə Ü.Hacıbəyli təsərrüfatı adlanan ərazidə yerləşən özünün və ailə üzvlərinin birgə mülkiyyətində olan kənd təsərrüfatı təyinatlı torpaq sahəsində yerləşən bir ədədinin qiyməti 180 manat olmaqla, cəmi 360 manat dəyərində 18 sm diametrli 2 ədəd, bir ədədinin qiyməti 180 manat olmaqla, cəmi 1620 manat dəyərində 20 sm diametrli 9 ədəd, bir ədədinin qiyməti 200 manat olmaqla, cəmi 3400 manat dəyərində 22 sm diametrli 17 ədəd, bir ədədinin qiyməti 200 manat olmaqla, cəmi 4400 manat dəyərində 24 sm diametrli 22 ədəd, bir ədədinin qiyməti 2100 manat olmaqla, cəmi 32100 manat dəyərində 26 sm diametrli 13 ədəd, bir ədədinin qiyməti 2100 manat olmaqla, cəmi 1500 manat dəyərində 27 sm diametrli 6 ədəd, bir ədədinin qiyməti 2100 manat olmaqla, cəmi 2000 manat dəyərində 28 sm diametrli 8 ədəd, bir ədədinin qiyməti 300 manat olmaqla, cəmi 600 manat dəyərində 29 sm diametrli 2 ədəd, bir ədədinin qiyməti 300 manat olmaqla, cəmi 900 manat dəyərində 30 sm diametrli 3 ədəd, 300 manat dəyərində 32 sm diametrli 1 ədəd, ümumilikdə 18330 manat dəyərində 83 ədəd qovaq cinsinə mənsub ağacı kəsmişdir və bununla əlaqədar Cavabdeh Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 259.2.4-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək 7300 manat cərimə cəzasına məhkum edilmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin və cavabdehin izahatlarını dinləyib, işə əlavə edilmiş sənədləri tədqiq edib belə hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan Ağcabədi Rayon Məhkəməsinin 19 aprel 2023-cü il tarixli, 1(017)-63/2023 saylı hökmü ilə müəyyən edilmişdir ki, Cavabdeh 83 ədəd qovaq cinsinə mənsub ağacı kəsmiş, bununla əlaqədar təbiətə 18330 manat ziyan vurmuşdur və bu əməlinə görə Cavabdeh Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 259.2.4-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək 7300 manat cərimə cəzasına məhkum edilmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 65.4-cü maddəsinə əsasən məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə baxılarkən məhkəmə üçün hadisənin və təqsirləndirilən şəxsin ona aidiyyəti olub-olmaması hissəsində məcburidir. İddianın təmin edilməsi hüququnu təsdiq edən məhkəmənin qanuni qüvvəyə minmiş hökmü mülki işə baxılarkən məhkəmə üçün bu hissədə məcburidir. Həmin Məcəllənin 181.2.3-cü maddəsinə əsasən bilavasitə cinayət qanunu ilə nəzərdə tutulmuş əməllə fiziki və ya hüquqi şəxsə maddi ziyan vurulduqda o, ziyanın ödənilməsi barədə mülki iddia verməklə, itirilmiş gəlirin ödənilməsini tələb edə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.4-cü maddəsinə görə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və kommersiya mübahisəsinə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1 və 21.2-ci maddələrinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Həmin Məcəllənin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsiri, hüquqa zidd əməldir. Həmin Məcəllənin 1097-ci maddəsinə uyğun olaraq mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Mülki işin məhkəmə tədqiqi zamanı müəyyən edilmiş hallarından görünür ki, Cavabdeh 83 ədəd “Qovaq” ağaclarını kök böğazından qanunsuz olaraq kəsməklə təbiətə ümumilikdə 18330 manat ziyan vurmuş, həmin ziyandan 1330 manat ödəmiş və 17000 manat ziyan ödənilməmiş qalmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 217.4-cü maddəsinin tələbinə görə isə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyasının 6-cı maddəsinin 1-ci hissəsinə əsasən hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırması hüququna malikdir. Beləliklə, məhkəmə hesab edir ki, iddia təmin edilərək Cavabdeh 17000 manat təbiətə vurulmuş ziyan alınaraq Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 09 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin hesabına ödənilməlidir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1.14-cü maddəsinə əsasən məhkəmələrə verilən iddia ərizələri və bütün növ şikayətlər üzrə büdcə təşkilatları, bələdiyyələr dövlət rüsumu ödəməkdən azad olunurlar. Həmin Qanunun 9.4-cü maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət büdcəsinə köçürülür. Şərh olunan maddələrin tələbinə uyğun olaraq məhkəmə həmçinin hesab edir ki, Cavabdeh əlavə olaraq 141 manat dövlət rüsumu tutulub Azərbaycan Respublikasının dövlət büdcəsinə köçürülməlidir. Yuxarıda şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, Qətetdi: İddia təmin edilsin. Cavabdeh 17000 (on yeddi min) manat təbiətə vurulmuş ziyan alınaraq Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 09 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin hesabına ödənilsin. Əlavə olaraq Cavabdeh 141 (bir yüz qırx bir) manat dövlət rüsumu tutulub Azərbaycan Respublikasının dövlət nəfinə ödənilsin. Qətnamədən bir ay müddətində Ağcabədi Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti vermək olar. Hakim: Rəşad Nuriyev
Məhkəmə qərarları › İş №2(017)-2053/2023
Ağcabədi Rayon Məhkəməsi Qətnamə — İş №2(017)-2053/2023
21.11.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver