Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağcabədi rayonu İş № 2(017)-207/2025 12.05.2025 AĞCABƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Nuriyev Rəşad Mövsüm oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X1, İddiaçı iştirakı ilə İddiaçı Cavabdeh qarşı maddi ziyan tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M ü ə y y ə n e t d i: İddiaçı Cavabdeh qarşı 1860 manat məbləğində maddi ziyan və 39 manat dövlət rüsumu tələbinə dair məhkəmədə iddia qaldırmışdır. İddiaçı məhkəmə baxışı zamanı iddiasını müdafiə edərək izahatında göstərdi ki, Ağcabədi rayonunun Sarvanlar kəndində yaşayır və özünə məxsus pay torpağında təsərrüfat işləri ilə və mal-qara saxlamaqla məşğuldur. Cavabdeh pay torpaq sahələri vardır. O, mal-qarasını örüşdən gətirərkən bir neçə dəfə Cavabdeh heyvanları həmin ərazidən aparmamasını ona bildirmişdir. 12 mart 2023-cü il tarixdə saat 18:30 radələrində özünə məxsus xırda buynuzlu heyvanları örüşdən gətirərkən Cavabdeh əlində olan ağacla qoyunların bir neçəsini vurmuş, yerdən torpaq götürüb qoyunları dərəyə tərəf qovmuşdur. Qoyunlar hürkərək dərəyə tərəf qaçmış, kolların arasındakı dar hissədən keçərkən arxadan gələn qoyunlar üst-üstə çıxmış və nəticədə 10 baş qoyunu ölmüşdür. Bununla bağlı Ağcabədi rayon Polis Şöbəsinə müraciət etmiş, müraciəti əsasında Ağcabədi rayon Polis Şöbəsində araşdırma aparılaraq 21 mart 2023-cü il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərar qəbul edilmişdir. Bundan sonra, Cavabdeh barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 232-1-ci maddəsi ilə protokol tərtib edilərək baxılması üçün Ağcabədi Rayon Məhkəməsinə göndərilmişdir. Ağcabədi Rayon Məhkəməsinin 08 iyun 2023-cü il tarixli qərarı ilə Cavabdeh Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 232-1-ci maddəsi ilə təqsirli bilinərək vurduğu ziyanın bir misli məbləğində, yəni 1860 manat cərimə edilmişdir. Dəfələrlə cavabdehdən həmin ziyanı tələb etsə də, cavabdeh ona dəymiş ziyanı ödəməmişdir. Ona görə də, göstərdiklərini nəzərə alaraq iddianın təmin olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq Cavabdeh məhkəməyə gəlməmiş və işə onun iştirakı olmadan baxılmasını xahiş etməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-cı maddəsinə əsaslanaraq cavabdehin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. İşdə olan və məhkəmə iclasında elan edilmiş 21 mart 2023-cü il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərardan görünür ki, İddiaçı müraciəti əsasında toplanmış material üzrə əməldə cinayət tərkibi olmadığından cinayət işinin başlanması rədd edilmişdir. İşdə olan və məhkəmə iclasında elan edilmiş Ağcabədi Rayon Məhkəməsinin 08 iyun 2023-cü il tarixli inzibati xəta haqqında qərarından görünür ki, Cavabdeh Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 232-1-ci maddəsi ilə təqsirli bilinərək vurduğu ziyanın bir misli məbləğində, yəni 1860 manat cərimə edilmişdir. Məhkəmə iddiaçının izahatını dinləyib, işə əlavə edilmiş sənədləri tədqiq edib hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1 və 21.2-ci maddələrinə görə zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Həmin Məcəllənin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1097.1-ci maddəsinə uyğun olaraq, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Mülki işin məhkəmə iclasında müəyyən edilmiş hallarından görünür ki, 12 mart 2023-cü il tarixdə saat 18:30 radələrində Ağcabədi rayonunun Arasbar kəndi ərazisində Cavabdeh İddiaçı məxsus 10 baş xırdabuynuzlu heyvanı yerdən torpaq götürüb atmaqla hürküdərək qaçırtmaqla 10 baş xırdabuynuzlu heyvanın ölümünə sabəb olmuşdur və İddiaçı 1860 manat maddi ziyan vurmuşdur. Hadisə ilə bağlı Ağcabədi rayon Polis Şöbəsində araşdırma aparılaraq 21 mart 2023-cü il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərar qəbul edilmiş və Cavabdeh barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 232-1-ci maddəsi ilə protokol tərtib edilərək baxılması üçün Ağcabədi Rayon Məhkəməsinə göndərilmişdir. Ağcabədi Rayon Məhkəməsinin 08 iyun 2023-cü il tarixli inzibati xəta haqqında qərarı ilə Cavabdeh Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 232-1-ci maddəsi ilə təqsirli bilinərək vurduğu ziyanın bir misli məbləğində, yəni 1860 manat cərimə edilmişdir. Göründüyü kimi, Cavabdeh təqsirli hərəkətləri nəticəsində İddiaçı maddi ziyan dəymişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 217.4-cü maddəsinə görə məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyasının 6-cı maddəsinin 1-ci hissəsinə əsasən hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırması hüququna malikdir. Məhkəmə mülki işin məhkəmə iclasında müəyyən olunmuş və yuxarıda qeyd edilmiş halları nəzərə alaraq hesab edir ki, iddia təmin edilməli, Cavabdeh 1860 manat məbləğində maddi ziyan alınaraq İddiaçı verilməlidir. İşdə olan 04 mart 2024-cü il tarixli qəbzdən görünür ki, İddiaçı tərəfindən 39 manat dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələbinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Göstərilən maddənin tələbinə uyğun olaraq məhkəmə həmçinin hesab edir ki, iş üzrə iddiaçı tərəfindən ödənilmiş 39 manat dövlət rüsumu cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, Qətetdi: İddia təmin edilsin. Cavabdeh 1860 manat məbləğində maddi ziyan və ödənilmiş 39 manat dövlət rüsumu, cəmi 1899 (bir min səkkiz yüz doxsan doqquz) manat alınaraq İddiaçı verilsin. Qətnamədən təqdim olunan (alınan) gündən 1 (bir) ay müddətində Ağcabədi Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya qaydasında şikayət verilmədikdə qətnamə həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Rəşad Nuriyev
Məhkəmə qərarları › İş №2(017)-207/2025
Ağcabədi Rayon Məhkəməsi Qətnamə — İş №2(017)-207/2025
12.05.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver