Məhkəmə qərarları › İş №2(017)-2082/2023

Ağcabədi Rayon Məhkəməsi Qətnamə — İş №2(017)-2082/2023

25.10.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağcabədi rayonu İş № 2(017)-2082/2023 25.10.2023 AĞCABƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Nuriyev Rəşad Mövsüm oğlunun sədrliyi, İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin Cavabdeh qarşı borcun tutulması barədə kiçik iddia ərizəsinə dair işə baxaraq Müəyyənetdi: İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti Cavabdeh qarşı kiçik iddia ərizəsi ilə məhkəməyə müraciət edərək 19 oktyabr 2022-ci il tarixli, müqaviləyə əsasən 865,38 manat əsas borc, 86,62 manat cərimə, 21 oktyabr 2022-ci il tarixli, müqaviləyə əsasən 460,08 manat əsas borc, 46,92 manat cərimə, hər iki müqavilə üzrə ümumilikdə 1459 manat borc və 34,59 manat ödənilmiş dövlət rüsumunun cavabdehdən alınıb iddiaçının xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tələbini onunla əsaslandırmışdır ki, iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış 19 oktyabr 2022-ci il tarixli müqaviləyə əsasən cavabdeh iddiaçıdan ilkin ödəniş olmadan, 18 ay müddətinə hər ay 50,91 manat ödəməyi öhdəsinə götürməklə, ümumi dəyəri 916,38 manat olan İMEİ KODU **********12029 “Samsung Galaxy A32” markalı mobil telefon almışdır. Bundan başqa iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış 21 oktyabr 2022-ci il tarixli müqaviləyə əsasən cavabdeh iddiaçıdan 16 manat ilkin ödəniş olmaqla, 12 ay müddətinə hər ay 38,34 manat ödəməyi öhdəsinə götürməklə, ümumi dəyəri 476,08 manat olan İMEİ KODU **********90840 “Samsung Galaxy A03S” markalı mobil telefon almışdır. Lakin Cavabdeh hər iki müqavilə üzrə cəmi 67 manat ödəniş etmişdir. Dəfələrlə edilmiş xəbərdarlıqlara baxmayaraq cavabdeh müqavilə üzrə üzərinə götürdüyü öhdəliyi yerinə yetirməmişdir. Ona görə də, Cavabdeh 19 oktyabr 2022-ci il tarixli, müqaviləyə əsasən 865,38 manat əsas borc, 86,62 manat cərimə, 21 oktyabr 2022-ci il tarixli, müqaviləyə əsasən 460,08 manat əsas borc, 46,92 manat cərimə, hər iki müqavilə üzrə ümumilikdə 1459 manat borc və 34,59 manat ödənilmiş dövlət rüsumunun alınaraq iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin xeyrinə tutulması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.1-ci maddəsinə əsasən cavabdehə rəsmi qaydada bildiriş göndərilərək iddiaçının tələbinə dair əsaslandırılmış etirazının olduğu halda 10 iş günü müddətində öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu bildirilmişdir. Lakin cavabdehdən ərizəyə dair etiraz daxil olmamışdır. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.3-cü maddəsinə əsasən işə iddiaçının təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmasını mümkün hesab edir. İşdə olan 19 oktyabr 2022-ci il tarixli müqaviləyə əsasən cavabdeh iddiaçıdan ilkin ödəniş olmadan, 18 ay müddətinə hər ay 50,91 manat ödəməyi öhdəsinə götürməklə, ümumi dəyəri 916,38 manat olan İMEİ KODU **********12029 “Samsung Galaxy A32” markalı mobil telefon alınması ilə əlaqədar iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmışdır. İşdə olan 21 oktyabr 2022-ci il tarixli müqaviləyə əsasən cavabdeh iddiaçıdan 16 manat ilkin ödəniş olmaqla, 12 ay müddətinə hər ay 38,34 manat ödəməyi öhdəsinə götürməklə, ümumi dəyəri 476,08 manat olan İMEİ KODU **********90840 “Samsung Galaxy A03S” markalı mobil telefon alınması ilə əlaqədar iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmışdır. İşdə olan 23 avqust 2023-cü il tarixli maliyyə və ödəniş cədvəlindən görünür ki, Cavabdehnın 19 oktyabr 2022-ci il tarixli, müqaviləyə əsasən 865,38 manat əsas borc, 86,62 manat cərimə, 21 oktyabr 2022-ci il tarixli, müqaviləyə əsasən 460,08 manat əsas borc, 46,92 manat cərimə, hər iki müqavilə üzrə ümumilikdə 1459 manat borcu qalmışdır. Məhkəmə iş materiallarını tam, hərtərəfli və obyektiv araşdırıb hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkət etməlidir, məsələn, pul ödəməli, xidmətlər göstərməli, əmlak verməli, iş görməli və i.a və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasının tələb etmək hüququ vardır. Həmin Məcəllənin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. İş materialları araşdırılarkən müəyyən olundu ki, iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış 19 oktyabr 2022-ci il tarixli müqaviləyə əsasən cavabdeh iddiaçıdan ilkin ödəniş olmadan, 18 ay müddətinə hər ay 50,91 manat ödəməyi öhdəsinə götürməklə, ümumi dəyəri 916,38 manat olan İMEİ KODU **********12029 “Samsung Galaxy A32” markalı mobil telefon almışdır. Bundan başqa iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış 21 oktyabr 2022-ci il tarixli müqaviləyə əsasən cavabdeh iddiaçıdan 16 manat ilkin ödəniş olmaqla, 12 ay müddətinə hər ay 38,34 manat ödəməyi öhdəsinə götürməklə, ümumi dəyəri 476,08 manat olan İMEİ KODU **********90840 “Samsung Galaxy A03S” markalı mobil telefon almışdır. Lakin Cavabdeh hər iki müqavilə üzrə cəmi 67 manat ödəniş etmişdir. Dəfələrlə edilmiş xəbərdarlıqlara baxmayaraq cavabdeh müqavilə üzrə üzərinə götürdüyü öhdəliyi yerinə yetirməmişdir. Ona görə də, Cavabdeh 19 oktyabr 2022-ci il tarixli, müqaviləyə əsasən 865,38 manat əsas borc, 86,62 manat cərimə, 21 oktyabr 2022-ci il tarixli, müqaviləyə əsasən 460,08 manat əsas borc, 46,92 manat cərimə, hər iki müqavilə üzrə ümumilikdə 1459 manat borcu yaranmışdır. Qeyd olunanlardan görünür ki, iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti Cavabdeh 19 oktyabr 2022-ci il tarixli, müqaviləyə əsasən 865,38 manat əsas borc, 86,62 manat cərimə, 21 oktyabr 2022-ci il tarixli, müqaviləyə əsasən 460,08 manat əsas borc, 46,92 manat cərimə, hər iki müqavilə üzrə ümumilikdə 1459 manat borcun alınmasını tələb etməkdə haqlıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək cərimə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Məhkəmə cavabdehdən tələb olunan 133,54 manat məbləğində dəbbə pulunun (cərimənin) tənasübsüz surətdə yüksək olduğunu nəzərə alaraq hesab edir ki, dəbbə pulunun miqdarı 20 manatadək azaldılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Şərh olunanları nəzərə alaraq məhkəmə belə nəticəyə gəlir ki, iddia qismən təmin edilməli, Cavabdeh hər iki müqavilə üzrə 1325,46 manat əsas borc, 20 manat cərimə olmaqla, cəmi 1345,46 manat borc alınaraq iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilməlidir. İşdə olan 24 avqust 2023-cü il tarixli mədaxil qəbzindən görünür ki, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən 34,59 manat dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələbinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Göstərilən maddənin tələbinə uyğun olaraq məhkəmə hesab edir ki, məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 34,59 manat dövlət rüsumu cavabdehdən alınaraq iddiaçının xeyrinə ödənilməlidir. Göstərilənlərə və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-6cı maddəsinə əsasən, məhkəmə Q ə t e t d i: İddia qismən təmin edilsin. Cavabdeh 1325,46 manat əsas borc, 20 manat cərimə və ödənilmiş 34,59 manat dövlət rüsumu olmaqla, cəmi 1380 (bir min üç yüz səksən) manat, 05 (beş) pul alınaraq iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən bir ay müddətində Ağcabədi Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti vermək olar. Hakim: Rəşad Nuriyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar