Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağcabədi rayonu İş № 2(017)-2123/2024 18.12.2024 AĞCABƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Ləzimov Sulduz Paşa oğlunun sədrliyi, Paşayev Babək Zahid oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı alimentin artırılması tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək bildirmişdir ki, Ağcabədi rayon Məhkəməsinin 2(017)-646/2020 saylı, 15 may 2020-ci il tarixli qətnaməsi ilə Cavabdeh xx.xx.2012-ci il təvəllüdlü X4 və xx.xx.2018-ci il təvvəllüdlü X5 yetkinlik yaşına çatanadək saxlanmaları üçün ayda 80 manat olmaqla cəmi 160 manat aliment təyin edilmişdir. Cavabdeh vaxtlı-vaxtında alimenti ödəyir. Lakin hazırda məhkəmə tərəfindən müəyyən edilmiş aliment uşağın gündən- günə artan təlabatını ödəmir. Oğlu X2 ciddi problemlər var yəni bədənində insulinin miqdarı artıqdır. Qızı Ayan da həmçinin xəstədir gözündə zəiflik olduğu üçün müalicəyə ehtiyacı var. Cavabdeh isə alimentdən başqa uşaqlara heç bir köməklik etmir. Ona görə Cavabdeh tutulan alimentin miqdarının sabit pul məbləğində artırılaraq xx.xx.2012-ci il təvəllüdlü X4 və xx.xx.2018-ci il təvvəllüdlü X1 üçün hər ay hər uşağa 200 manat olmaqla cəmi 400 manat 280 manat məbləğində müəyyən olunmasına dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edib iddia ərizəsinin məzmununa uyğun izahat verərək uşaqların tələbatını ödəməkdə çətinlik çəkdiyini, cavabdehin fərdi təsərüfatla məşğul olduğunu və kifayət qədər qazancının olduğunu, lakin alimentdən başqa heç bir maddi köməklik etmədiyini iddianın tam təmin olunmasını xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, cavabdeh məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə bu halda Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinin tələbinə əsasən, işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. İş materiallarında olan doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətlərindən görünür ki, X6 xx.xx.2012-ci il tarixdə, X8 qızı isə xx.xx.2018-ci il tarixdə anadan olmuşlar. İş materiallarında olan Ağcabədi rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş, nikahın pozulması haqqında şəhadətnamənin surətindən görünür ki, tərəflər arasında nikah xx.xx.2021-il tarixdə Ağcabədi rayon Məhkəməsində pozulmuş və nikaha xx.xx.2021-ci il tarixdə xitam verilmişdir. İş materiallarında olan Ağcabədi Rayon Məhkəməsinin 15 may 2020-ci il tarixli, 2(017)-646/2020 saylı qətnaməsinin surətindən görünür ki, xx.xx.2012-ci il təvəllüdlü X4 və xx.xx.2018-ci il təvvəllüdlü X5 yetkinlik yaşına çatanadək saxlanmaları üçün ayda 80 manat olmaqla cəmi 160 manat aliment təyin edilmişdir. «Uşaq hüquqları haqqında» 20 noyabr 1959-cu il tarixli Bəyannamənin 6-cı maddəsinə əsasən uşaq mümkün olduqda, valideynlərin himayəsində və onların məsuliyyəti altında və hər halda, məhəbbət və mənəvi-maddi təminat mühitində böyüməlidir. «Uşaq hüquqları haqqında» BMT-nin 12 noyabr 1989-cu il tarixli Konvensiyasının 18-ci maddəsinə əsasən uşağın tərbiyəsi və inkişafı üçün əsas məsuliyyəti valideynlər daşıyırlar. «Uşaq hüquqları haqqında» Azərbaycan Respublikası Qanununun 17-ci maddəsinə əsasən uşağın ailədə valideynləri ilə birgə yaşamaq, onlardan qayğı görmək hüququ vardır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 75.4-cü maddəsinə əsasən valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Həmin Məcəllənin 78-ci maddəsinə görə, uşağın saxlanması üçün alimentin sabit pul məbləğində tutulması mümkündür. Sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Həmin Məcəllənin 112.1-ci maddəsinə əsasən, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər. Məhkəmə araşdırması müəyyən olundu ki, Ağcabədi Rayon Məhkəməsinin 15 may 2020-ci il tarixli, 2(017)-646/2020 saylı qətnaməsinə əsasən xx.xx.2012-ci il təvəllüdlü X6 və xx.xx.2018-ci il təvvəllüdlü X5 yetkinlik yaşına çatanadək saxlanmaları üçün ayda 80 manat olmaqla cəmi 160 manat aliment müəyyən edilmişdir. İddaçı İddiaçı uşaqlara saxlamağa kifayət qədər maddi imkanı yoxdur. Hazırda uşağın saxlanılması üçün əvvəl müəyyən olunmuş hər uşaq üçün 80 manat aliment azlıq təşkil edir. «Yaşayış minimumu haqqında» Qanuna əsasən 2024-cü ildə uşaqların yaşayış minimumu 235 manat məbləğdə müəyyən olunmuşdur. «Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 28 mart 2016-cı il tarixli, 8-2/2016 nömrəli qərarının 8.2-ci bəndində göstərilir ki, aliment ödəyən əmək qabiliyyətli valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və qazanca malik olmaması onu uşağı saxlamaq, qanunvericiliklə müəyyən olunmuş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatı ödəmək vəzifəsindən azad etmir. Beləliklə, uşağın mənafeyini və cavabdehin maddi vəziyyətini nəzərə alaraq məhkəmə bu qənaətə gəlir ki, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 112.1-ci maddəsi ilə alimentin miqdarının artırılması ilə bağlı İddiaçı iddia tələbi qismən təmin edilməli, xx.xx.2012-ci il tarixdə anadan olmuş X4 və xx.xx.2018-cü il tarixdə anadan olmuş X5 yetkinlik yaşına çatanadək saxlanmalarından ötrü Cavabdeh İddiaçı xeyrinə tutulan alimentin miqdarı artırılaraq hər ay hər uşağa 140 manat olmaqla cəmi 280 maat sabit pul məbləğində müəyyən edilməsi qanunamüvafiqdir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsində göstərilir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 119.2-ci maddəsinə əsasən ödənilən illik alimentin məbləğinə görə 53 manat 60 qəpik dövlət rüsumu cavabdehdən tutularaq dövlət büdcəsinə keçirilməlidir. Həmin Məcəllənin 233.1-ci maddəsinə əsasən məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası MPM-nin 213-214, 216-220-ci maddələrini rəhbər tutub, məhkəmə qətetdi: İddia qismən təmin olunsun. İddiaçı Cavabdeh qarşı alimentin artırılması tələbinə dair iddiası qismən təmin edilsin və xx.xx.2012ci il tarixdə anadan olmuş X4 və xx.xx.2018-ci il tarixdə anadan olmuş X5 yetkinlik yaşına çatanadək saxlanmalarından ötrü Ağcabədi Rayon Məhkəməsinin 15 may 2020-ci il tarixli, 2(017)-646/2020 saylı qətnaməsilə müəyyən olunmuş alimentin miqdarı dəyişdirilsin. xx.xx.2012-ci il tarixdə anadan olmuş X4 və xx.xx.2018-cü il tarixdə anadan olmuş X5 yetkinlik yaşına çatanadək saxlanmalarından ötrü Cavabdeh qazancından hər ay hər uşağa140 manat olmaqla cəmi 280 manat sabit pul məbləğində aliment tutularaq İddiaçı xeyrinə ödənilsin. Alimentin bu qaydada tutulması qətnamənin qanuni qüvvəyə mindiyi gündən hesablansın. Cavabdeh alimentin illik məbləği nəzərə alınaraq 53 manat 60 qəpik dövlət rüsumu tutularaq Hökumət ödəniş portalı vasitəsilə Ağcabədi rayon Məhkəməsinin hesabına ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi vaxtdan bir ay müddətində Ağcabədi Rayon Məhkəməsi vasitəsi ilə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə etməklə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Sulduz Ləzimov
Məhkəmə qərarları › İş №2(017)-2123/2024
Ağcabədi Rayon Məhkəməsi Qətnamə — İş №2(017)-2123/2024
18.12.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver