Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağcabədi rayonu İş № 2(017)-213/2023 23.02.2023 AĞCABƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Ləzimov Sulduz Paşa oğlunun sədrliyi, Muradov Malik Maarif oğlunun katibliyi, iddiaçı "xxxx" ASC-nın nümayəndəsi İsgəndərov Hümbət Rafiq oğlunun iştirakı ilə İddiaçı "xxxx" ASC-nın Cavabdeh qarşı kredit müqaviləsi üzrə borcun ödənilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti iddia ərizəsi ilə məhkəməyə müraciət edərək göstərmişdir ki, "xxxx" Açıq Səhmdar Cəmiyyətinın Ağcabədi filialı ilə Cavabdeh arasında 18 yanvar 2022-ci il tarixli, TL-EE000042320 saylı kredit müqaviləsi bağlanmış və bank tərəfindən Cavabdeh illik 17.9 faiz olmaqla 24 ay müddətinə ödəmək şərti ilə 4.500 (dörd min beş yüz) manat məbləğində kredit vermişdir. Dəfələrlə kreditin ödənilməsi üçün Cavabdeh xəbərdarlıqlar olunsa da, kredit borcu ödənilməmiş qalmışdır. Kredit öhdəliyi üzrə cavabdehin "xxxx" ASC-nə 01 noyabr 2022-ci il tarixə 4.500 manat məbləğində əsas kredit borcu, 633 manat 23 qəpik məbləğində faiz borcu olmaqla, cəmi 5.133 manat 23 qəpik məbləğində borcu yaranmışdır. Odur ki, yuxarıda göstərilənlərə əsaslanaraq iddiaçı tərəf Cavabdeh 4.500 manat məbləğində əsas kredit borcu, 633 manat 23 qəpik məbləğində faiz borcu olmaqla, cəmi 5.133 manat 23 qəpik məbləğində pulun, iddia qaldırılması üçün ödənilmiş 71 manat 05 qəpik məbləğində dövlət rüsumunun və 0.40 qəpik xidmət haqqının alınıb bankın hesabına ödənilməsinə dair məhkəmədən qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı "xxxx" ASC-nin nümayəndəsi X1 iddia tələbini müdafiə edib, məhkəmədən iddianın tam təmin olunmasını xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, cavabdeh məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə bu halda Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinin tələblərinə əsasən, işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. İş materiallarında olan şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Cavabdeh xx xxxxxx 1985-ci il tarixdə anadan olmuş və hazırda ünvan 1 ünvanda yaşayır. İş materiallarında olan "xxxx" ASC-ti ilə Cavabdeh arasında bağlanmış 18 yanvar 2022-ci il tarixli, TL-EE000042320 saylı kredit müqaviləsindən görünür ki, iddiaçı bank Cavabdeh illik 17.9 faiz olmaqla 24 ay müddətinə qaytarılmaq şərti ilə 4.500 manat məbləğində kredit verilmişdir. İş materiallarında olan maliyyə arayışından görünür ki, Cavabdeh 18 yanvar 2022ci il tarixli, TL-EE000042320 saylı kredit müqaviləsi üzrə 4.500 manat məbləğində əsas, 633 manat 21 qəpik məbləğində faiz borcu, ümumilikdə cəmi 5.133 manat 23 qəpik məbləğində borcu vardır. İş materiallarında olan "xxxx" ASC-nin bildirişlərindən görünür ki, iddiaçı "xxxx" ASC-ti tərəfindən Cavabdeh borcun qaytarılması üçün lazımi qaydada xəbərdarlıq edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinin tələbinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkət etməlidir, məsələn pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 424.2-ci maddəsinə əsasən tərəflərin öhdəliklərinə xitam verilməli və cavabdehlər aldığı krediti qaytarmalı, kreditdən istifadəyə görə faizləri, həmçinin vurduğu zərəri ödəməlidir. Həmin Məcəllənin 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Cavabdeh kredit müqaviləsi üzrə öhdəlikləri vaxtında və lazımi qaydada yerinə yetirməmiş və beləliklə də, iddiaçı "xxxx" ASC-nə onun 4.500 manat məbləğində əsas borcu, faiz üzrə borcu 633 manat 23 qəpik olmaqla, cəmi 5.133 manat 23 qəpik məbləğində borcu yaranmışdır. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən iddia qaldırılmasına görə iddiaçının ödədiyi 71 manat 05 qəpik dövlət rüsumu iddiaçının xeyrinə cavabdehdən tutulmalıdır. Həmin Məcəllənin 222.2-ci maddəsinə əsasən pul vəsaitlərinin tutulması haqqında iddianı təmin edərkən hakim əsas borcu, ziyan və dəbbə pulunu (cərimə, peniya) ayrı-ayrılıqda müəyyən etməklə, alınmalı olan ümumi məbləği qətnamədə göstərir. Beləliklə, məhkəmə bu nəticəyə gəlir ki, cavabdeh tərəfindən kredit müqaviləsinin tələbi pozulmuş, o, müqavilə üzrə üzərinə düşən öhdəliyi icra etməmişdir. Bu səbəbdəndə məhkəmə hesab edir ki, iddia tələbi təmin olunmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə müvafiq olaraq məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 233.1-ci maddəsində göstərilir ki, məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 233-cü maddələrini rəhbər tuturaq, məhkəmə qətetdi: İddia təmin edilsin. Cavabdeh iddiaçı "xxxx" ASC-nin xeyrinə 18 yanvar 2022-ci il tarixli kredit müqaviləsi üzrə 4.500 manat məbləğində əsas kredit borcu, 633 manat 23 qəpik məbləğində faiz borcu olmaqla, cəmi 5.133 manat 23 qəpik məbləğində borc, habelə ödənilmiş 71 manat 05 qəpik dövlət rüsumu və 0.40 qəpik xidmət haqqı tutulsun. Qətnamədən rəsmi qaydada veridiyi gündən bir ay müddətində Ağcabədi rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Sulduz Ləzimov
Məhkəmə qərarları › İş №2(017)-213/2023
Ağcabədi Rayon Məhkəməsi Qətnamə — İş №2(017)-213/2023
23.02.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver