Azərbaycan Respublikası adından QƏRARDAD Ağcabədi rayonu İş № 2(017)-2211/2023 10.10.2023 AĞCABƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Ləzimov Sulduz Paşa oğlunun sədrliyi, məhkəmə iclasının katibi Muradov Malik Maarif oğlunun katibliyi ilə, İddiaçı «X4 Kompleksi» Məhdud Məsuliyyətli Cəmiyyətinin cavabdeh X2 qarşı 1.452 manat (bir min dörd yüz əlli iki) manat məbləğində pulun tutulması tələbinə dair iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək, müəyyənetdi: İddiaçı «X4 Kompleksi» Məhdud Məsuliyyətli Cəmiyyəti cavabdeh X2 qarşı 19 yanvar 2021-ci il tarixli, 266 nömrəli xam pambığın alqı-satqı müqaviləsi üzrə ödənilməmiş əsas borcun əvəzi qismində 1.182 manat, hesablanmış və ödənilməmiş cərimə qismində 236 manat, cəmi 1.418 manat və dövlət rüsumunun ödənilməsinə sərf edilmiş vəsaitin əvəzi qismində 34 manat 18 qəpik məbləğində pul vəsaitinin cavabdehdən iddiaçının xeyrinə tutulması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iddia ərizəsini və ona əlavə olunmuş sənədləri tədqiq edərək, hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia ərizəsinin qəbul olunmasından imtina edilməlidir. Belə ki, iddia ərizəsinin məhkəməyə daxil olmasından sonra məlumatların «Elektron Məhkəmə» İnformasiya Sistemi vasitəsi ilə yoxlanılması zamanı «X4 Kompleksi» Məhdud Məsuliyyətli Cəmiyyəti ilə 19 yanvar 2021-ci il tarixdə kredit xam pambığın alqı-satqı müqaviləsi bağlamış X1 16 iyun 2023-cü ildə öldüyü müəyyən edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 48-ci maddəsinə görə hər bir fiziki və hüquqi şəxs eyni dərəcədə qanunla müəyyən edilən və qanunla yol verilən mülki prosessual hüquqlar əldə etmək və vəzifələr daşımaq qabiliyyətinə (mülkiprosessual hüquq qabiliyyəti) malikdir. Həmin Məcəllənin 49.1-ci maddəsinə görə öz fəaliyyəti ilə məhkəmədə hüquqlarını həyata keçirmək və vəzifələrini yerinə yetirmək, işin aparılmasını nümayəndəyə tapşırmaq qabiliyyəti (mülki-prosessual fəaliyyət qabiliyyəti) tam həcmdə müəyyən edilmiş qaydada qeydə alınmış hüquqi şəxsə məxsusdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 25.2-ci maddəsinə görə fiziki şəxsin hüquq qabiliyyəti onun doğulduğu an əmələ gəlir və ölümü ilə xətm edilir. Beyinin fəaliyyətinin dayanması ölüm anı sayılır. Həmin Məcəllənin 28.1-ci maddəsinə görə fiziki şəxsin mülki hüquq fəaliyyət qabiliyyəti şəxsin öz hərəkətləri ilə mülki hüquqlar əldə etmək və həyata keçirmək, özü üçün mülki vəzifələr yaratmaq və icra etmək qabiliyyətidir. Qanunvericiliyin qeyd olunan normalarının tələbindən göründüyü kimi X3 16 iyun 2023-cü ildə öldüyünə görə hazırki halda istər mülki prosessual hüquq və fəaliyyət qabiliyyətinə, istərsə də mülki hüquq və fəaliyyət qabiliyyətinə malik deyildir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 153.2.1-ci maddəsinə görə ərizəyə məhkəmə qaydasında və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə hakim iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir. Buna görə də məhkəmə hesab edir ki, iddiaçı «X4 Kompleksi» Məhdud Məsuliyyətli Cəmiyyətinin cavabdeh X2 qarşı 19 yanvar 2021-ci il tarixli, 266 nömrəli xam pambığın alqı-satqı müqaviləsi üzrə ödənilməmiş əsas borcun əvəzi qismində 1.182 manat, cərimə qismində 236 manat, cəmi 1418 manat və dövlət rüsumunun ödənilməsinə sərf edilmiş vəsaitin əvəzi qismində 34 manat 18 qəpik məbləğində pul vəsaitinin cavabdehdən iddiaçının xeyrinə tutulması tələbinə dair iddia ərizəsinə məhkəmədə baxılmalı olmadığına görə həmin iddia ərizəsini qəbul etməkdən imtina edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 153.5-ci maddəsinə görə ərizəni qəbul etməkdən imtina edilməsi ərizəçiyə həmin cavabdehə qarşı, həmin predmet barəsində və həmin əsaslarla yenidən iddia qaldırmağa mane olur. Bundan başqa, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 114.1.2-ci maddəsinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizəni baxılmaq üçün qəbul etməkdən imtina edilərsə, ödənilmiş dövlət rüsumu qaytarılır. Göstərillən maddənin tələbinə uyğun olaraq məhkəmə hesab edir ki, iddiaçı «X4 Kompleksi» Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən ödənilmiş 34 manat 18 qəpik məbləğində dövlət rüsumu dövlət büdcəsindən iddiaçı «X4 Kompleksi» Məhdud Məsuliyyətli Cəmiyyətinə qaytarılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 153, 263, 264, 267 və 268-ci maddələrini rəhbər tutaraq, qəraraaldi: İddiaçı «X4 Kompleksi» Məhdud Məsuliyyətli Cəmiyyətinin cavabdeh X2 qarşı 19 yanvar 2021-ci il tarixli, 266 nömrəli xam pambığın alqı-satqı müqaviləsi üzrə ödənilməmiş əsas borcun əvəzi qismində 1.182 manat və cərimə qismində 236 manat, cəmi 1.418 manat və dövlət rüsumunun ödənilməsinə sərf edilmiş vəsaitin əvəzi qismində 34 manat 18 qəpik məbləğində pul vəsaitinin cavabdehdən iddiaçının xeyrinə tutulması tələbinə dair iddia ərizəsinin qəbul edilməsindən imtina edilsin. Məhkəməyə ərizə verilərkən təqdim edilmiş sənədlər və dövlət rüsumunun ödənilməsi barədə qəbz «X4 Kompleksi» Məhdud Məsuliyyətli Cəmiyyətinə qaytarılsın. Ödənilmiş 34 manat 18 qəpik məbləğində dövlət rüsumu dövlət büdcəsindən iddiaçı «X4 Kompleksi» Məhdud Məsuliyyətli Cəmiyyətinə qaytarılsın. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində ondan Ağcabədi rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Sulduz Ləzimov
Məhkəmə qərarları › İş №2(017)-2211/2023
Ağcabədi Rayon Məhkəməsi Qərardad — İş №2(017)-2211/2023
10.10.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver