Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağcabədi rayonu İş № 2(017)-2267/2023 23.11.2023 AĞCABƏDİ RAYON MƏHKƏMƏSİ Ağcabədi Rayon Məhkəməsinin hakimi Ləzimov Sulduz Paşa oğlunun sədrliyi, Muradov Malik Maarif oğlunun katibliyi ilə, İddiaçı “İRŞAD ELEKTRONİCS» Məhdud Məsuliyyətli Cəmiyyətinin Cavabdeh qarşı «borcun ödənilməsi» tələbi barədə kiçik iddiaya dair mülki işə sadələşdirilmiş icraat qaydasında Ağcabədi Rayon Məhkəməsinin binasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı “İRŞAD ELEKTRONİCS» Məhdud Məsuliyyətli Cəmiyyəti Cavabdeh qarşı «borcun ödənilməsi» barədə iddia verərək, Cavabdeh xx.xx.2022-ci il tarixli müqaviləyə əsasən 799,6 manat əsas kredit borcunun, 119,9 manat cərimə borcunun, cəmi 919,5 manat borc, xx.xx.2022-ci il tarixli müqaviləyə əsasən, 146,7 manat əsas borcunun, 22 manat cərimə borcunun, cəmi 168,7 manat borcu, xx.xx.2022-ci il tarixli müqaviləyə əsasən 231,9 manat əsas kredit borcunun, 34,7 manat cərimə borcunun, 266,6 manat borcu, ümumilikdə hər üç müqavilə üzrə cəmi 1178,2 manat əsas borc və 176,6 manat cərimə borcu və 33,55 manat ödənilmiş dövlət rüsumunun alınıb “İRŞAD ELEKTRONİCS» Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.1-ci maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 5 (beş) iş günü ərzində cavabdehə rəsmi qaydada bildiriş göndərilmişdir. İddia ərizəsindən görünür ki, “İRŞAD ELEKTRONİCS» Məhdud Məsuliyyətli Cəmiyyəti ilə Cavabdeh arasında 20 noyabr 2022-ci il tarixdə bağlanmış müqaviləyə əsasən cavabdehə 18 ay müddətinə, hər ay 54 manat ödəməklə 961 manat məbləğində olan Samsung markalı telefon, Xiaomi markalı qulaqcıq və aksesuarlar kredit verilmişdir, xx.xx.2022-ci il tarixli müqaviləyə əsasən cavabdehə 18 ay müddətinə hər ay 22 manat olmaqla 388,7 manat dəyərində Samsung markalı telefon kredit verilmişdir. xx.xx.2022-ci il tarixdə bağlanmış müqaviləyə əsasən cavabdehə 12 ay müddətinə, hər ay 26 manat ödəməklə 309,9 manat məbləğində olan Lotus markalı soba kredit verilmişdir. Lakin, Cavabdeh kredit borcunu ödəməkdən yayınmış, beləliklə xx.xx.2022-ci il tarixli müqaviləyə əsasən 799,6 manat əsas kredit borcu, 119,9 manat cərimə borcu, cəmi 919,5 manat pul borcu, xx.xx.2022-ci il tarixli müqaviləyə əsasən, 146,7 manat əsas borcunun, 22 manat cərimə borcu, cəmi 168,7 manat borcu, xx.xx.2022-ci il tarixli müqaviləyə əsasən 231,9 manat əsas kredit borcu, 34,7 manat cərimə borcu, cəmi 266,6 manat pul borcu, ümumilikdə hər üç müqavilə üzrə cəmi 1178,2 manat əsas borc və 176,6 manat cərimə borcu, cəmi 1354,8 manat pul borcu yaranmışdır. Ona görə də həmin məbləğin, habelə 33,55 manat ödənilmiş dövlət rüsumunun alınıb onlara verilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iddia ərizəsini, işdə olan hüquqi sənədləri tədqiq edib, toplanmış sübutların məcmusuna hüquqi qiymət verərək, belə nəticəyə gəlir ki, iddia tələbi qismən təmin olunmalıdır. İş materiallarında olan “İRŞAD ELEKTRONİCS» Məhdud Məsuliyyətli Cəmiyyəti ilə Cavabdeh arasında 20 noyabr 2022-ci il tarixdə bağlanmış müqaviləyə əsasən cavabdehə 18 ay müddətinə, hər ay 54 manat ödəməklə 961 manat məbləğində olan Samsung markalı telefon, Xiaomi markalı qulaqcıq və aksesuarlar kredit verilmişdir, xx.xx.2022-ci il tarixli müqaviləyə əsasən cavabdehə 18 ay müddətinə hər ay 22 manat olmaqla 388,7 manat dəyərində Samsung markalı telefon kredit verilmişdir. xx.xx.2022-ci il tarixdə bağlanmış müqaviləyə əsasən cavabdehə 12 ay müddətinə, hər ay 26 manat ödəməklə 309,9 manat məbləğində olan Lotus markalı soba kredit verilmişdir. Mülki işin materiallarına əlavə edilmiş ödəniş tapşırığından görünür ki, iddiaçı “İRŞAD ELEKTRONİCS» Məhdud Məsuliyyətli Cəmiyyəti məhkəməyə müraciət etməsi üçün dövlət büdcəsinə 33,55 manat dövlət rüsumu ödəmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinin tələbinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkət etməlidir, məsələn pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Azərbaycan Respublikası Mülki Məcələsinin 222.1-ci maddəsinə əsasən dəbbə (cərimə, penya) pulu müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Həmin Məcəllənin 227-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Məhkəmə hesab edir ki, iddia qismən təmin olunmalı, tərəflər arasında bağlanmış kredit razılaşmasına əsasən cavabdehdən xx.xx.2022-ci il tarixli müqaviləyə əsasən 799,6 manat əsas borcu, 10 manat cərimə borcu, xx.xx.2022-ci il tarixli müqaviləyə əsasən, 146,7 manat əsas kredit borcu, 5 manat cərimə borcu, xx.xx.2022-ci il tarixli müqaviləyə əsasən, 231,9 manat əsas kredit borcu, 5 manat cərimə borcu və 33,55 manat ödənilmiş dövlət rüsumu iddiaçı “İRŞAD ELEKTRONİCS» Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilməlidir. İddia tələbi qalan hissədə təmin edilməməlidir. İş üzrə tərəfin təqdim etdiyi sənədlər yekun qərarın çıxarılması üçün kifayət etdiyi üçün məhkəmə hesab edir ki, iddia qismən təmin olunmalı, tərəflər arasında bağlanmış kredit razılaşmasına əsasən borc cavabdehdən alınaraq iddiaçı “İRŞAD ELEKTRONİCS» Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil oluduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Həmin Məcəllənin 284-6.1-ci maddəsinə əsasən işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən iddia qaldırılması üçün iddiaçının ödədiyi 30 manat dövlət rüsumu da onun xeyrinə cavabdehdən tutulmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-1, 284-5 və 284-6-cı maddələrini rəhbər tuturaq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh xx.xx.2022-ci il tarixli müqaviləyə əsasən 799,6 manat əsas borcu, 10 manat cərimə borcu, xx.xx.2022-ci il tarixli müqaviləyə əsasən, 146,7 manat əsas kredit borcu, 5 manat cərimə borcu, xx.xx.2022-ci il tarixli müqaviləyə əsasən, 231,9 manat əsas kredit borcu, 5 manat cərimə borcu və 33,55 manat məbləğində ödənilmiş dövlət rüsumu tutularaq “İRŞAD ELEKTRONİCS» Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən 01 (bir) ay müddətində Ağcabədi Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamə qəbul edildiyi gündən 01 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Sulduz Ləzimov
Məhkəmə qərarları › İş №2(017)-2267/2023
Ağcabədi Rayon Məhkəməsi Qətnamə — İş №2(017)-2267/2023
23.11.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver