Məhkəmə qərarları › İş №2(017)-228/2023

Ağcabədi Rayon Məhkəməsi Qətnamə — İş №2(017)-228/2023

31.01.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağcabədi rayonu İş № 2(017)-228/2023 31.01.2023 AĞCABƏDİ RAYON MƏHKƏMƏSİ Ağcabədi Rayon Məhkəməsi hakim Quliyev Etibar Bəhrəm oğlunun sədrliyi, məhkəmə iclasının katibi X2 iştirakı ilə İddiaçı QSC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 qarşı borc tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı QSC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 qarşı borc tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2019-cu il tarixdə bağlanmış 025R********** və 025R********** nömrəli kredit müqavilələrinin ləğv edilməsini, cavabdehlərdən müştərək qaydada 025R********** kredit müqaviləsi üzrə 3112,01 manat məbləğində əsas kredit borcu, 38,67 manat məbləğində faiz borcu, 1855,53 manat məbləğində cərimə borcu; 025R********** nömrəli kredit müqaviləsi üzrə 1971,53 manat məbləğində əsas kredit borcu, 25,68 manat məbləğində faiz borcu, 1161,86 manat məbləğində cərimə borcu olmaqla, iki müqavilə üzrə ümumilikdə 8165,28 manat məbləğində borcun, həmçinin ödənilmiş 101,65 manat dövlət rüsumunun İddiaçı QSC-nin xeyrinə tutulmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı qapalı səhmdar cəmiyyəti iddiasını onunla əsaslandırmışdır ki, Cavabdeh1 İddiaçı QSC ilə bağladığı xx.xx.2014-cü il tarixli 38L000001481 nömrəli kredit xətti müqaviləsinə əsasən 120 ay müddətinə 120000 ABŞ dolları məbləğində kredit xətti açılmışdır. Bu müqaviləyə əsasən cavabdehə veriləcək məbləğ və müddət ayrıca olaraq kredit razılaşması ilə müəyyən olunur. Kredit xətti müqaviləsi üzrə Cavabdeh1 İddiaçı QSC ilə xx.xx.2019-cu il tarixdə bağlanmış 025R********** nömrəli kredit müqaviləsinə əsasən cavabdehə illik 1 faizlə, 60 ay müddətinə bankdan 3630,63 manat məbləğində, xx.xx.2019-cu il tarixdə bağlanmış 025R********** nömrəli kredit müqaviləsinə əsasən isə illik 1 faizlə, 60 ay müddətinə bankdan 2301,63 manat məbləğində kredit verilmişdir. Bank üzərinə götürdüyü öhdəliyi tam icra etmişdir. İddiaçı QSC ilə cavabdehlər arasında bağlanmış kredit müqaviləsinin şərtləri cavabdehlər tərəfindən pozulmuş, kreditin əsas məbləği və ona hesablanmış faizlərin ödənilməsi kredit ayrılan vaxtdan mütəmadi olaraq gecikdirilmişdir. Cavabdehlərə bu barədə dəfələrlə xəbərdarlıqlar edilməsinə baxmayaraq öhdəliyi icra etməmiş və onların 025R********** nömrəli kredit müqaviləsi üzrə 3112,01 manat məbləğində əsas kredit borcu, 38,67 manat məbləğində faiz borcu, 1855,53 manat məbləğində cərimə borcu; 025R********** nömrəli kredit müqaviləsi üzrə 1971,53 manat məbləğində əsas kredit borcu, 25,68 manat məbləğində faiz borcu, 1161,86 manat məbləğində cərimə borcu olmaqla, iki müqavilə üzrə ümumilikdə 8165,28 manat məbləğində borcları ödənilməmiş qalmaqdadır. Zaminlik müqaviləsinə əsasən borcalan Cavabdeh1 kredit müqaviləsi üzrə öhdəliklərinin yerinə yetirilməsi üzrə cavabdehlik öhdəliyini zaminlər Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 öz üzərinə götürmüşlər. Ona görə də xx.xx.2019-cu il tarixdə bağlanmış 025R********** və 025R********** nömrəli kredit müqavilələrinin ləğv edilməsini, cavabdehlərdən müştərək qaydada 025R********** nömrəli kredit müqaviləsi üzrə 3112,01 manat məbləğində əsas kredit borcu, 38,67 manat məbləğində faiz borcu, 1855,53 manat məbləğində cərimə borcu; 025R********** nömrəli kredit müqaviləsi üzrə 1971,53 manat məbləğində əsas kredit borcu, 25,68 manat məbləğində faiz borcu, 1161,86 manat məbləğində cərimə borcu olmaqla, iki müqavilə üzrə ümumilikdə 8165,28 manat məbləğində borcun, həmçinin ödənilmiş 101,65 manat dövlət rüsumunun İddiaçı QSC-nin xeyrinə tutulmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı qapalı səhmdar cəmiyyətinin nümayəndəsi X1 məhkəməyə ərizə göndərərək iştirakı olmadan işə baxıb iddianın təmin edilməsini xahiş etmişdir. Məhkəmə nümayəndənin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə iş materiallarını araşdırıb hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, işdə olan xx.xx.2014-cü il tarixli 38L000001481 nömrəli kredit xətti müqaviləsindən görünür ki, Cavabdeh1 İddiaçı QSC ilə bağladığı xx.xx.2014-cü il tarixli 38L000001481 nömrəli kredit xətti müqaviləsinə əsasən 120 ay müddətinə 120000 ABŞ dolları məbləğində kredit xətti açılmışdır. İşdə olan xx.xx.2019-cu il tarixli 025R********** nömrəli kredit müqaviləsindən görünür ki, bankla Cavabdeh1 arasında bağlanmış xx.xx.2019-cu il tarixli 025R********** nömrəli kredit müqaviləsinə əsasən Cavabdeh1 illik faiz dərəcəsi 1 faiz olmaqla, 60 ay müddətinə 3630,63 manat məbləğində kredit verilmişdir. İşdə olan xx.xx.2019-cu il tarixli 025R********** nömrəli kredit müqaviləsindən görünür ki, bankla Cavabdeh1 arasında bağlanmış xx.xx.2019-cu il tarixli 025R********** nömrəli kredit müqaviləsinə əsasən Cavabdeh1 illik faiz dərəcəsi 1 faiz olmaqla, 60 ay müddətinə 2301,63 manat məbləğində kredit verilmişdir. İşdə olan zaminlik müqavilələrindən görünür ki, həmin zaminlik müqavilələrinə əsasən borcalan Cavabdeh1 kredit müqavilələri üzrə öhdəliklərinin yerinə yetirilməsi üzrə cavabdehlik öhdəliyini zaminlər Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 öz üzərinə götürmüşlər. İş materiallarında olan maliyyə arayışlarından görünür ki, Cavabdeh1 xx.xx.2022ci il tarixə 025R********** kredit müqaviləsi üzrə 3112,01 manat məbləğində əsas kredit borcu, 38,67 manat məbləğində faiz borcu, 1855,53 manat məbləğində cərimə borcu; 025R********** nömrəli kredit müqaviləsi üzrə 1971,53 manat məbləğində əsas kredit borcu, 25,68 manat məbləğində faiz borcu, 1161,86 manat məbləğində cərimə borcu olmaqla, iki müqavilə üzrə ümumilikdə 8165,28 manat məbləğində borcu vardır. Məhkəmə hesab edir ki, iddiaçının 3112,01 manat məbləğində əsas kredit borcu üzrə 1855,53 manat, 1971,53 manat məbləğində əsas kredit borcu üzrə isə 1161,86 manat məbləğində cərimə borcunun hesablaması ədalətli deyil. Məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Cərimə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir (maddə 467). Bu səbəbdən məhkəmə 1855,53 manat məbləğində cərimənin 90 manat, 1161,86 manat məbləğində cərimənin isə 60 manat məbləğində müəyyən edilməsini tərəflərin əmlak mənafeyi baxımından ədalətli hesab edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Həmin Məcəllənin 21.2-ci maddəsinə görə zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər başa düşülür. Həmin məcəllənin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Həmin məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 448.1 və 448.2-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Azərbaycan Respublikası Mülki Məcələsinin 462.1-ci maddəsinə əsasən dəbbə (cərimə, penya) pulu müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Həmin Məcəllənin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Beləliklə, məhkəmə iclasında toplanmış və tədqiq edilmiş sübutların məcmusu və digər iş materialları ilə təsdiq olundu ki, Cavabdeh1 ilə İddiaçı ASC arasında kredit xətti müqaviləsi və həmin müqavilə əsasında iki kredit razılaşması bağlanmışdır. Bank üzərinə düşən öhdəliyi tam yerinə yetirmiş, Cavabdeh1 xx.xx.2019-cu il tarixli 025R********** nömrəli kredit müqaviləsinə əsasən illik faiz dərəcəsi 1 faiz olmaqla, 60 ay müddətinə 3630,63 manat, xx.xx.2019-cu il tarixli 025R********** nömrəli kredit müqaviləsinə əsasən isə illik faiz dərəcəsi 1 faiz olmaqla, 60 ay müddətinə 2301,63 manat məbləğində kredit verilmişdir. İddiaçı QSC ilə cavabdehlər arasında bağlanmış kredit müqaviləsinin şərtləri cavabdehlər tərəfindən pozulmuş, kreditin əsas məbləği və ona hesablanmış faizlərin ödənilməsi kredit ayrılan vaxtdan mütəmadi olaraq gecikdirilmişdir. Zaminlik müqavilələrinə əsasən borcalan Cavabdeh1 kredit müqaviləsi üzrə öhdəliklərinin yerinə yetirilməsi üzrə cavabdehlik öhdəliyini zaminlər Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 öz üzərinə götürmüşlər. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, xx.xx.2019-cu il tarixdə bağlanmış 025R********** və 025R********** nömrəli kredit müqavilələri ləğv edilməli, cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 müştərək qaydada İddiaçı QSCnin xeyrinə 025R********** kredit müqaviləsi üzrə 3112,01 manat məbləğində əsas kredit borcu, 38,67 manat məbləğində faiz borcu, 90 manat məbləğində cərimə borcu; 025R********** nömrəli kredit müqaviləsi üzrə 1971,53 manat məbləğində əsas kredit borcu, 25,68 manat məbləğində faiz borcu, 60 manat məbləğində cərimə borcu olmaqla, iki müqavilə üzrə ümumilikdə 5297,89 manat məbləğində borc, həmçinin 72,98 manat dövlət rüsumunun əvəzi tutulmalıdır. İddia tələbi qalan hissədə təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə müvafiq olaraq məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə q ə t e t d i: İddia qismən təmin edilsin. İddiaçı QSC ilə Cavabdeh1 arasında bağlanmış 025R********** və 025R********** nömrəli kredit müqavilələri ləğv edilsin. 025R********** kredit müqaviləsi üzrə 3112,01 manat məbləğində əsas kredit borcu, 38,67 manat məbləğində faiz borcu, 90 manat məbləğində cərimə borcu; 025R********** nömrəli kredit müqaviləsi üzrə 1971,53 manat məbləğində əsas kredit borcu, 25,68 manat məbləğində faiz borcu, 60 manat məbləğində cərimə borcu olmaqla, iki müqavilə üzrə ümumilikdə 5297,89 manat məbləğində borc, həmçinin 72,98 manat məbləğində dövlət rüsumu Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 müştərək qaydada alınaraq İddiaçı QSC-nin xeyrinə ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətinə Ağcabədi Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Etibar Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar