Azərbaycan Respublikası adından QƏRARDAD Ağcabədi rayonu İş № 2(017)-2311/2024 30.10.2024 AĞCABƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Nuriyev Rəşad Mövsüm oğlu, İddiaçı cavabdeh Ağcabədi rayon X1rşı inzibati xəta protokolu üzrə qərarın ləğv edilməsi tələbinə dair iddia ərizəsinə baxaraq, M ü ə y y ə n e t d i m: İddiaçı cavabdeh Ağcabədi rayon X1rşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək inzibati xəta protokolu üzrə qərarın ləğv edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsini və ərizəyə əlavə edilmiş sənədlərə baxaraq hesab edirəm ki, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Belə ki, İddiaçı inzibati xəta haqqında protokol üzrə qərarın ləğv edilməsi barədə inzibati qaydada yaşayış yeri üzrə məhkəməyə şikayət etməli olduğu halda, cavabdeh Ağcabədi rayon X1rşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək inzibati xəta protokolu üzrə qərarın ləğv edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 153.2.1-ci maddəsinə əsasən ərizəyə məhkəmə qaydasında və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə hakim iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir. Həmin Məcəllənin 153.4-cü maddəsinə əsasən ərizəni qəbul etməkdən imtina haqqında qərardad ərizəyə əlavə olunmuş bütün sənədlərlə birlikdə ərizəçiyə rəsmi qaydada verilməlidir. Belə olan halda hesab edirəm ki, İddiaçı cavabdeh Ağcabədi rayon X1rşı inzibati xəta protokolu üzrə qərarın ləğv edilməsi tələbinə dair iddia ərizəsinin qəbul edilməsindən imtina edilməli və iddiaçıya izah olunmalıdır ki, göstərilən qərardan inzibati qaydada yaşayış yeri üzrə məhkəməyə şikayət verə bilər. Yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152, 263, 264, 267 və 268-ci maddələrini rəhbər tutaraq, Q ə r a r a a l d ı m: İddiaçı cavabdeh Ağcabədi rayon X1rşı inzibati xəta protokolu üzrə qərarın ləğv edilməsi tələbinə dair iddia ərizəsinin qəbul edilməsindən imtina edilsin. İddiaçıya izah olunsun ki, Ağcabədi rayon X3 Bölməsinin inzibati haqqında protokol üzrə qərarının ləğv edilməsi barədə inzibati qaydada yaşayış yeri üzrə məhkəməyə şikayət verə bilər. Qərardad tərəflərə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Ağcabədi Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Rəşad Nuriyev
Məhkəmə qərarları › İş №2(017)-2311/2024
Ağcabədi Rayon Məhkəməsi Qərardad — İş №2(017)-2311/2024
30.10.2024 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver